E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə116/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   112   113   114   115   116   117   118   119   ...   126

 
236
sahəyə ayrılmış təxsisatları Azərbaycan tərəfinə deyil, bu məqsədlərlə təşkil etdikləri xarici özəl 
qurumlara yönəldir.Əlbəttə burada müəyyən dərəcədə ötən müddətlərdə imkanların səfərbər 
edilməməsi, modernləşməyə lazımi vəsaitin yönəldilməməsi, sahənin rəqabət qabiliyyətini 
artıran təşəbbüslərin qiymətləndirilməməsi də özünün mənfi təzahürünü biruzə vermişdir. Elə bu 
səbəbdəndir ki, xarici firmaların neft sənayesinin xidməti sektorda fəallığı artmaqdadır. Bir 
tərəfdən yerli ənənəvi strukturların zəif rəqabətqabiliyyətliyi, digər tərəfdən beynəlxalq 
kontraktların dünyəvi standartlara üstünlük verən maddələri, müvafiq milli neft təşkilatlarını belə 
əməkdaşlıqdan faydalanmaqdan təjrid edir. 2500-dən çox elmi işçini  əhatə edən 5 neft-qaz 
profilli elmi-tədqiqat və  təhsil institutları olan «Neft Akademiyası» titullu malik məmləkətdə 
ixtisaslaşmış milli təşkilatlar dar ixtisaslı əcnəbi təşkilatların «uzurpasiyasına» məruz qalır. Belə 
yanaşma illərcə toplanmış  ənənəvi təcrübə maddi-texniki potensialın dağılmasına, 
təsərrüfatsızlaşmasına gətirir, xarici asılılığı artırır, iqtisadi inkişafı zəiflədir. 
Dünya ölkələrinin təcrübəsi göstərir ki, elmtutumlu sahələrin inkişafına yönələn dövlət 
səviyyəli struktur islahatları, normal iqtisadi inkişafın qarantına çevrilir. Bununla belə, aydın bir 
həqiqət də vardır ki, yerli və özəl strukturlar elmi-tədqiqat və konstruksiya işlərini 
stimullaşdırmaqda nə qüdrətli, nə  də  həvəslidirlər. Onlara xarijdən hazır texnologiya, daxildən 
ucuz işçi qüvvəsi daha sərfəlidir. Bizdən bir müddət  əvvəl yeni iqtisadi inkişaf yoluna qədəm 
qoyan Pakistan, Çin, Yaxın Şərq ölkələri iqtisadi tərəqqidə elmi tədqiqatın mühümlüyünü rəhbər 
tutaraq bir çox nailiyyətlər əldə etmişlər. Bu ölkələrin də maliyyə imkanları, elmi hazırlığı daxili 
inkişafı tam təmin etməsə də, onlar elmin çətin yollarında səylərini daim artırırlar. Yeni əsrdə 10 
iqtisadi qüdrətli ölkələr sırasına çıxmağı qərarlaşdırmış Türkiyə də hələ ki, əmtəə istehsalından 
güclü potensiallı, elmtutumlu infrastruktura keçməyi tam gerçəkləşdirə bilməmişdir. 
 
Milli sərvətlər içərisində intellektual məhsul xüsusi çəkiyə malikdir. Rusiyada da hələ 
ki, elmi işlərə ayrılan xərc yetərli deyil. Bu, ÜDM-in 0,5%-dən bir qədər çoxdur. 1999-cu ilin 
məlumatlarına görə, RF bu sahədə Çili və Türkiyə arasında 33-cü yeri tutur. Azərbaycanda 
isə müvafiq göstərici xeyli aşağıdır. TASİS proqramının 2000-ci il hesablamalarına görə, 
Azərbaycan Cənubi Qafqaz ölkələri arasında iqtisadi potensial, əhalinin və  ərazisi 
potensialına görə, liderlik etsə də, elmi işçilərin sayına görə, Gürcüstandan iki dəfə geridə 
qalır. 1980-ci illərdə yaponlar energetik sahədə elmi-tədqiqat işlərinə ABŞ-a nisbətdə çox pul 
xərcləmişlər. 
 
Azərbaycan isə bütün bu reallıqlar orbitində nisbətən fərqli potensiala, özünəməxsus 
inkişaf trayektoriyasına malikdir. Onun müvafiq orta nisbili elmi bazasını böyük elmi start üçün 
yetərli hesab etmək olar. Bu imkanların səfərbər edilməsi, elmin yüksək maliyyələşdirilməsi bizi 
total iqtisadiyyatın ekstensiv qaranlığından qurtulmasında kömək olacaqdır. Dövlət 
sərəncamında olan elm mərkəzləri ilə yanaşı, həm də ictimai institutlara da qrantlar verməklə öz 
sifarişlərini diqtə etməlidir. Dövlətin elmi sferada apardığı qrant siyasəti isə  rəqabəti 
gücləndirilməsinə, elmi axtarışlara yeni ahəng və surət verəcəkdir. 
Elmin stimullaşdırılması ayrıca bir qərarın məhsulu deyil, ümumi inkişafın konseptual 
proqramında, dövlətin iqtisadi doktrinasında  əksini tapmalıdır. Müasir dünyada dövlətin elmlə 
əlaqəsi təkcə büdcə subsidiyaları üzərində qurulmur. İndi praqmatizmin dominant meyli elmi, 
siyasəti, iqtisadiyyatı, hətta mədəniyyəti də  əhatə etmişdir. Sosium qanunları daha çox 
ümumbəşəri mahiyyət almışdır. Cəmiyyətdə elmin rolu güclənir, mühəndis əməyinin əhəmiyyəti 
yüksəlir, insanın tələbatı istehsalın inkişafına mühüm təsiredici amil kimi yeni yaranışlara zəmin 
olur. Bu baxımdan elmin məhsuldar qüvvəyə çevrilməsi prosesi stimullaşdırılmasında elmi-
texniki məhsul bazarının genişlənməsi mühümdür. 
 
 
 
 
 
 


 
237
15.2. İnnovasiyon fəaliyyət 
 
Təşkilatın innavosiyon fəaliyyəti elmi-texniki, intellektual potensialı  səfərbər edərək 
səmərəliyin və digər iqtisadi fərqlənmələrə nail olmanı  əhatə edən tədbirlər sistemidir. 
Məhsuldar və prosesli olmaqla texnoloji innovasiya hər iki istiqamətdə QNQÇİB-də 
əhəmiyyətini nümayiş etdirə bilər. Sahə elminin vəziyyəti indiki elmi-tədqiqat, layihə, 
innovasiyon işləmələrə olan tələblərə cavab vermir. Laborator avadanlıqların fiziki və  mənəvi 
köhnəliyi müasir elmi-tədqiqatların aparılmasını imkansız edir. Bu baxımdan neftqazçıxarma 
kompleksində prinsipial olaraq texnoloji yeniləşmə, yeni radikal məhsuldar innovasiya prosesi, 
həm də müəyyən nisbətdə  təkmilləşdirməni ehtiva edən inkremental məhsuldar innovasiya 
aparmaq olar. Lakin burada daha münasib, yeni və əhəmiyyətli dərəcədə təkmil istehsal üsulu və 
texnologiyaların mənimsənilməsini, istehsalın təşkilini, avadanlaqlırı  dəyişdirən prosesli 
innovasiya gərəkli sayıla bilər. Texnika və texnologiyaların büsbütün və ya çox geniş  həcmdə 
dəyişdirilməsi isə öz növbəsində istehsal fasiləsinə  səbəb olur. Bu mərhələdə isə  əldə edilmiş 
müəyyən səmərəlilik aşağı enə bilər. 
Hazırda dünya iqtisadiyyatında yeni bir meyl qeyri-material resurslarının ÜDM-də pay 
yüksəlişinin artması müşahidə olunur. Belə tendensiya daha çox sənayecə inkişaf etmiş 
dövlətlərə xasdır.  İqtisadiyyatlarında inqilabi dəyişikliklərə nail olmuş, yüksək sosial-iqtisadi 
nəticələr əldə etmiş bu dövlətlərdə qeyri-material resursları istehsal xərclərinin yarıya qədərinə 
yaxınlaşmaqdadır.  İndiki iqtisadi inkişafı  dəyərləndirən mühüm göstəricilər sırasında bu və ya 
digər ölkənin iqtisadiyyatının softlaşması səviyyəsi mühüm hesab edilir. Softlaşmanı bir hadisə 
kimi qeyri-material resurslarının, o cümlədən, müxtəlif-servis xidməti, cəmiyyətin intellektual 
potensialı, işçi qüvvəsi və kadr hazırlığı konsaltinq, ekspert, idarəetmə  sənətkarlığının iqtisadi 
inkişafın amilinə çevrilməsi kimi xarakterizə etmək olar. Azərbaycanda bu proses daha çox 
ikinci və üçüncü sektorun inkişafında mənbəyini tapır. Bu quruculuqda qonşu məmləkətlərdən 
geri qalsaq da, müvafiq sahədə çağdaş vəziyyəti nisbi sağlam hesab etmək olar. Qeyri-hökumət, 
qeyri-kommersiya təşkilatlarını əhatə edən üçüncü sektorda müəyyən qrant almaq imkanlarının 
mövcudluğu  şəraitində  məhz burada daha çox yüksəliş müşahidə olunur. Böyük İpək yolu, 
TRASEKA,  İNOKEYT, Trans-Avropa-Asiya fiberotik kabel, Bakı-Ceyhan, Bakı-Ərzurum və 
digər qlobal layihələrin Azərbaycan məkanında gerçəkləşdiyi bir məqamda yeni müvafiq soft 
təşkilatların, şirkətlərin yaradılması ehtiyacı daha da artır və təxirəsalınmaz səciyyə daşıyır. Belə 
yüksəliş dövlətin mənafelərinə tamamilə cavab verir. Bu mütərəqqi inkişaf istiqamətini 
stimullaşdırmaq üçün dövlət öz imkanlarından, xüsusən imtiyazlı kreditlər,  əlverişli vergi 
proseduralarından istifadə etməlidir. Daha çox diqqəti elmi təhsilin subsidiyalaşmasına 
yönəlməlidir. 
Sivilizasiyanın inkişafının hər yeni mərhələsində olduğu kimi, müasir inkişaf prosesi də 
texniki-texnoloji nailiyyətlərdə, innovatikada geniş  iştirakı ilə xarakterik olmuşdur. Ötən  əsrin 
80-ci illərində dünyanın aparıcı, iqtisadi mütəşəkkil ölkələrində istehsal demək olar ki, tamlıqla 
yenidən texniki təchizatlanmış və modernləşmişdir. Postsindustrial inkişafın ilk indikatoru əmək 
məhsuldarlığının surətli artımı, buna müvafiq olan istehsal sferasında məşğulluğun payının 
azalması olmuşdur. Xidmətlər sferasının diapozonun genişlənməsi və xarakteri iqtisadi inkişafın 
mühüm göstəricisinə çevrilmişdir. 
 
İndi genişlənən bu üçüncü sferadan ayrılaraq müstəqil məzmunda «biliklər 
sferasını-elmi informatikanı, mədəniyyəti, kadr hazırlığını əhatə edən dördüncü «ağ 
yaxalıqlar», hətta idarəçilik aparatları, konsaltinq firmalarını  əhatə edən «qızıl 
yaxalıqlar» - «desijenmeykers» adlanan beşinci sferanın da formalaşdığı 
gerçəkləşmədədir. 
 
İnnovasiyon fəaliyyətin inkişaf etdirilməsi onun elmi-texniki potensialının durumu, 
keyfiyyət və  kəmiyyət parametrləri ilə  əlaqədardır. Elmi-tədqiqat işlərinin vəziyyəti, elmi 
tutumluluq səviyyəsi, ixtisaslı kadr potensialı, ixtiraçılıq təcrübəsi və  təşəbbüskarlıqlı, 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə