E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə119/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   115   116   117   118   119   120   121   122   ...   126

 
242
proses mədən sahələrini mövcud artıq yerüstü avadanlıqlardan, yeraltı xətlərdən təmizlənməsinə
ekoloji səmərənin artırılmasına zəmin olur. Lakin bu görülən işləri də yetərli hesab etmək olmaz. 
Başlanan tendensiyanın daha da genişləndirilməsi, ekoloji riskləri azaldan tədbirlərin 
gücləndirilməsi gərəkdir. 
Ekoloji riskləri qiymətləndirilən agentliklərin yaradılması MDB məkanının neft 
sənayesində yerini tapmaqdadır. Neft-qaz sektorunda ekoloji böhran meyllərini təjrid etmək, 
fors-macor hallarından qurtulmaq, çirklənmiş  ərazilərin rekultivikasiyasını aparmaq, ekoloji 
vəziyyəti mülayimləşdirmək, nəzarət mexanizmini reallaşdırmaq fikrimizcə dövləti strategiyada 
daha geniş spektrdə aşağıdakı tədbirlərin kompleks vəhdətindən keçir: 
 
milli ekoloji strategiyanın formalaşdırılması; 
 
ekoloji təhlükəsizliyi və  nəzarəti ifadə edən normativ-hüquqi aktların qəbulu və 
müvafiq qanunvericilik şəbəkəsinin müntəzəm təkmilləşdirilməsi; 
 
beynəlxalq ekoloji təşkilatlara, ekoloji fondlara inteqrasiyanı gücləndirmək; 
 
xarici və daxili qrantlara hesablanan müvafiq investisiya proqramlarının 
gerçəkləşdirmək, ekoloji profilli qeyri-hökumət təşkilatlarının fəaliyyətini 
stimullaşdırmaq; 
 
ekoloji nəzarəti operativ təmin edən mərkəzi və sahəvi strukturların təsisatı; 
 
neft mədənlərində ekoloji böhranlı zonaların inventarizasiyası, diaqnostikası  və 
manitorinqinin həyata keçirilməsi; 
 
ekoloji mədəniyyəti və bilikləri yüksəldən tədbirlərin gücləndirilməsi və müvafiq 
treninqlərin aparılması; 
 
quru sahələrində qazma prosesində maili quyu inşasına keçidin təminatı; 
 
müasir ekoloji keyfiyyəti ilə fərqlənən texnologiyaların tətbiqinin genişləndirilməsi; 
 
ekoloji riskləri zəiflədən üstün sığorta sisteminə keçid. 
Şübhəsiz ki, sivilizasiyanın yeni mərhələsi insanın həyat tərzini, fəaliyyətini ekoloji 
prinsiplərə əsaslandıran, uyğunlaşdıran ekosivil strategiyalarda əksini tapacaqdır. 
 


 
243
NƏTİCƏ VƏ TƏKLİFLƏR 
 
Rifahi dirçəlişin təminatında mühüm baza imkanlarına, zəngin təbii sərvətlərə, əhəmiyyətli 
coğrafi və geosiyasi mövqeyə maliklik və perspektiv bazarlara yaxınlıq, Avropa, Rusiya, Yaxın 
Şərq, Cənub-Şərqi Asiya tranzit yollarının qovşağında yerləşmə konfiqurasiyası respublikanın 
XXI  əsrdə, dünya ölkələri sırasında layiqli yer tutmasına geniş imkanlar açmışdır. Xəzərin 
nəhəng karbohidrogen ehtiyatları, onun mənimsənilməsi üçün əlverişli infrastruktur, ixtisaslı, 
ucuz işçi qüvvəsi və digər bu kimi, özəlliklər ölkəyə yön alan investisiyaların kommersiya 
səmərəliliyini daha da artırır. Geoiqtisadi durumunun bu aspektləri, xüsusi olaraq neft-qaz 
resursları faktoru, hasilatın adambaşına bölgüsündə mühüm neft ixracatçıları ilə yaxın təsnifatda, 
proqnoz ehtiyatların müvafiq bölgüsündə isə ilk onluqda yer tutması, Azərbaycanı yüz il öncə 
olduğu kimi, yenə də iri dövlətlərin strateji maraqlarının orbitinə cəlb etmişdir. 
Yeni geostrateji situasiyada qlobal strukturlara, meqaiqtisadiyyata dərin inteqrasiyanın 
gücləndirilməsində ölkənin ümumi inkişaf strategiyasının  ən mühüm prioritetlərindən birini 
təşkil edən neft-qaz sərvətləri, dövlət müstəqilliyinin, milli və iqtisadi təhlükəsizliyinin 
möhkəmləndirilməsində xüsusi əhəmiyyət daşıyır. Müəllifi respublika prezidenti H.Ə.Əliyev 
cənablarının olduğu neft strategiyasının reallaşmasının təminatı, çağdaş zamanda istehsal 
münasibətlərinin bazar prinsiplərinə transformasiyasının daha yüksək templərlə 
sürətləndirilməsini  şərtləndirir. Müasir mərhələdə  ən ümdə lokal məsələ keçid və adaptasiya 
prosesinin son dərəcə  qısa zaman kəsiyində reallaşdırılmasından ibarətdir. Təkcə  Xəzərdəki 
konsorsium zonasında deyil, bütövlükdə neft-qaz sənayesinin, xüsusən köhnə yataqları  əhatə 
edən strukturlarda istehsalın bazar münasibətləri əsasında yenidən qurulması, sahənin inkişafı ilə 
bağlı başlanan irimiqyaslı işlərin dövlətin qayğı və nəzarətində olması, onun dirçəlişini, davamlı 
inkişafının təmin edilməsini obyektiv zərurətə çevirir. 
Köhnə istismar sahələrində yeni iqtisadi sistemə keçiddə çeşidli problemlər həllini 
gözləməkdə davam edir. Hazırda köhnə istismar obyektlərində hasilatı təmin edən kompleksdə 
rentabelli işləyən neftqazçıxarma təşkilatı aramaq müşkül bir işdir. Bazar iqtisadiyyatı tələblərinə 
cavab verməyən təssərrüfatçılıq prosesində istehsal həcminin kəmiyyətinə edilən orentasiya, 
inzibati formalı idarəetmə sistemi dövriyyə  vəsaitlərinin məhdudlaşması ilə  nəticələnərək, 
kompleksin maliyyə dayanaqlığına təsir etmiş, maddi-texniki təchizatın pisləşməsi, quyu 
debitliliyinin aşağı düşməsi, qazma prosesinin səngiməsi və yüzlərlə  məhsuldar quyuların 
reanimasiya gözləməsi ilə müşayiət olunmuşdur. Digər tərəfdən obyektiv gerçəkliklər, lay 
enerjisinin tükənməsi, dağ-mədən-geoloji şəraitinin ağırlaşması, ümumi toplumda istismarı xeyli 
gərginləşdirmişdir. «Ödəmələr» sindromunun hakim kəsildiyi iqtisadi şəraitdə yeni fiskal 
tələblərin qoyulması rentabelli fəaliyyətə təsir etmiş, istehsal xərcləri ilə istehsal həcmi arasında 
proporsiyanı pozaraq dərin disbalans yaratmış, vəsait çatışmazlığı ilə yanaşı, optimal olmayan 
qeyri-münasib məşğulluq, dayanaqlı renovasiya prosesinin pozulması, elmi əsaslandırılmış 
uzunmüddətli strateji plan və proqramların hazırlanmaması sahənin inkişafına məhdudiyyətlər 
gətirmişdir. Diqqətə  çəkilən reallıqlar isə quruda neftqazçıxarma kompleksin qeyri-bazar 
sektorlu fəaliyyət aspektini bir daha önə gətirir. 
Daim elmi-tədqiqat predmetinə çevrilən neftqazçıxarma kompleksinin iqtisadi 
problemlərinin təhlili və həlli mexanizmlərinin araşdırılması, yeni iqtisadi tələblər və reallıqlar 
konteksində daha aktual səciyyə daşayır. Bu baxımdan mövcud tədqiqat işində quruda intişar 
tapmış, neft-qaz industriyasının bazar prinsiplərinə müvafiq, yeni iqtisadi inkişaf strategiyasının 
formalaşdırılmasının  əsas istiqamətlərinin müəyyənləşdirilməsi məsələsi elmi-təhlil mövzusu 
kimi qarşıya qoyulmuşdur. Quruda neftqazçıxarma sənayesinin ümumi iqtisadi problemlərinə 
sistemli yanaşma, retrospektiv təhlil əsasında tədqiqi, istehsal artımının təmin edilməsində sahəvi 
kompleksin yeni iqtisadi modelinin, struktur islahatlarının və idarəetmənin strategiyasının 
işlənməsi, istehsalın dinamik inkişaf meyllərinin araşdırılması, kompleksini iqtisadi 
modernizasiyası problemlərinin həllində, səmərəli fəaliyyətin təşkilində mütərəqqi bazar 
mexanizmlərindən, menecment, informasiya və maliyyə texnologiyalarından, fiskal orentirlərdən 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə