E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə115/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   111   112   113   114   115   116   117   118   ...   126

 
234
XV FƏSİL 
TEXNOLOJİ YENİLƏŞMƏ PERSPEKTİVLƏRİ 
 
15.1. Elmi-texniki nailiyyətlər 
 
Müstəqilliyinin kiçik dövrü ərzində Azərbaycan qlobal siyasi-iqtisadi proseslərin yedəyinə 
düşərək böyük maraqların toqquşduğu geopolitik məkana çevrilmişdir. Siyasi ehtiraslarpın 
episentrində neft-qaz resursları dayansa da, əlverişli coğrafi mövqe, yetərli infrastruktur, tranzit 
ərazi, loyal iqtisadi mühit, sintetik planda bənzərsiz elastik bir obraz yaratmışdır. Son yüz ildə 
eyni məqsədləri və  məramları ifadə edən Avropa kapitalının Azərbaycana ikinci böyük gəlişi 
ölkə iqtisadiyyatında yeni bir mərhələnin  əsasını qoymuşdur. Qərb demokratiyası, liberallaşan 
iqtisadiyyat tərəddüdsüz olaraq yeni dövlət quruculuğunun prinsiplərini qaynaqlandırmışdır. 
Ötən illər ərzində respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm dəyişikliklər baş 
vermiş, yeni iqtisadi münasibətlər, demokratik təsisatlar, qlobal strukturlara inteqrasiya təşəkkül 
tapmışdır. Bununla belə, siyasi-iqtisadi transformasiya mərhələsinin özəllikləri, bazar 
strukturlarına adaptasiyada mühafizəkar təmayül yeni yaranışlara keçidin müddətini artırmışdır. 
Keçid iqtisadiyyatını yaşayan bütün ölkələr kimi Azərbaycan Respublikası da ümumi, əlahiddə 
və spesifik problemlərlə qarşı-qarşıyadır. Bu problemlər içərisində böyük tərəqqi üçün mühüm 
detenator elmi inkişaf problemləri, texniki-texnoloji tərəqqi müstəsna əhəmiyyətlidir. 
İctimai şüur formalarından biri kimi, elmin cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına 
və ictimai həyatın müxtəlif sahələrinə təsirinin sosial nəticələri mühümdür. Bəşər cəmiyyətinin 
bütün tarixi ərzində elm inkişafın  ən mühüm faktoru olmuş, təbiət və  cəmiyyət qüvvələrinin 
özünə tabe etməsinin göstəricisinə, mənəvi həyatımızın müstəqil amilinə çevrilmişdir. Qədim 
Şərq ölkələri Babilistanda, Misirdə, Hind və Çində toplanan biliklər elmlərin ilkin şərtlərinin 
hazırlanmasına, sonrakı inkişafda isə müxtəlif təlimlərin formalaşmasına, onların yeni 
nailiyyətlərlə zənginləşməsi prosesinə təkan vermişdir. Əsrlər ötdükcə mifik təfəkkürü sarsıtmış 
elmin artan idrak gücü ilk elmi inqilablarla nəticələnmişdir. 
Elm predmetin qoyuluşundan başlayır. Mövcud predmetin strukturunu anlamaqla yanaşı, 
onun yaranışı, inkişafı ilə bağlı cəhətləri, qanunauyğunluqları araşdırmaq, təhlil və tədqiq etmək 
zəruridir. Elmlə  məşğuliyyət istedadla yanaşı ciddi məsuliyyət də  tələb edir. Hesablama 
alqoritmləri tətbiq etmədən  əsaslı elmi iş görmək mümkün deyildir. Eksperimentlər fikirləşib 
tapmaq, açıq-aşkar yaradıcılıq prosesində qarşıya qoyulan intuitiv hərəkət hallarındandır. İndiki 
elmi-texniki inqilab şəraitində formalaşan vahid elmi-texniki istehsal sistemində elm öndə gedir. 
Elm həyatımızı yeni ixtiralar, səmərələşdirici təkliflər sahəsində daha da asan edir. Lakin bütün 
ixtiralar o qədər də, xoşbəxtliyi təmin etmir. İxtiralar gavur icadı, demonizm kimi xüsusiyyətdən 
də azad deyildir. Onun ixtira paradoksu, ixtira effekti kimi əks tərəfləri də mövcuddur. Texniki 
nailiyyətlər əl əməyini azaldaraq kapitala olan tələbatı artırır. 
Sosial sifarişin  əsas təminatçısı olan elm ayrı-ayrı  məmləkətlərin, xalqların deyil, bütün 
bəşəriyyətin ümumi sərvəti kimi çıxış edir. Azərbaycanda da, elmin qədim tarixi vardır.  İslam 
intibahın qərarlaşdığı orta əsrlərdə ölkəmizdə elmi inkişafın artan təzahürləri görünməyə 
başlamışdır. Min il öncə Azərbaycan filosofu Əbülhəsən Bəhmənyarın «Səbəb və  nəticə 
haqqında» təliminin müsəlman  Şərqində  fəlsəfi-elmi fikrin inkişafında böyük rolu olmuşdur. 
Filosof elmin məntiqi bazisdə  ərsəyə yetdiyini, məntiqin elm və biliyin meyarı  və  məntiqsiz 
elmin olmadığını vurğulayaraq, onu sivlizasiyanın əsas hərəkətverici qüvvəsi kimi əhəmiyyətini 
israrlamışdır. Fazil Fəridətdin  Şirvani, Xəqani, Fələki riyaziyyatla məşğul olmuş, Nizami, 
Nəsimi, Füzuli şair-filosof olmaqla yanaşı, təbiətşünaslığın bir çox məsələlərinin  əsaslı  şərhini 
vermişlər. XIII əsrdə Marağa rəsədxanasını ərsəyə yetirən Nəsirəddin Tusi fəlsəfi-əxlaqi əsərləri 
ilə yanaşı riyaziyyat, fizika, astronomiya sahəsində mühüm elmi nəticələrə nail olmuş, ulduzların 
dəqiq qlobusunu yaratmışdır. XIX əsrdə A.A.Bakıxanov, M.F.Axundovun əsərləri milli-elmi-
fəlsəfi dünyagörüşünün yeni mərhələsi olmuşdur. XX əsrdən başlayaraq Azərbaycan elmi həm 
tarixi inkişaf nəticəsində, həm də milli neft faktoru ilə bağlı olaraq fundamental xarakter almış, 
 


 
235
yeni keyfiyyət dəyişiklikləri ilə müşayiət olunmuşdur. Bu əsrdə Azərbaycanda elmin əksər 
sahələri üzrə elmi-tədqiqat institutları, ali məktəblər, elmi mərkəzlər intişar tapmış, alimlərimizin 
nəzəri və eksperimental fizika sahəsindəki bir sıra tədqiqatları dünya şöhrəti qazanmışdır. Neft-
qaz sənayesindəki istehsalat, elmi-texniki nailiyyətlərinə görə isə respublikamız daha irəli 
gedərək Neft Akademiyası titulunu qazanmışdır. 
Azərbaycanda neft sənayeləşmə xarakteri aldığı ilk çağlarda onun geoloji öyrənilməsində 
qeyd olunduğu kimi K.A.Abix, N.İ.Voskoboynikovun tədqiqatları xüsusi rol oynamışdır. Ötən 
əsrin ilk onilliklərində akademik İ.M.Qubkin Azərbaycanın neft yataqlarının sahəvi təsnifatda 
geniş spektrdə kompleks təhlil edən tədqiqatçılardan olmuşdur. Onun məşhur «Neft haqqında 
təlim»  əsəri məhz Abşeron neft rayonunun işlənməsi təcrübəsindən qaynaqlanmışdır. 
Respublikada neft elminin inkişafında Azərbaycanlı alimlərin töfhəsi yüksək qiymətləndirilir. 
Milli alim və mütəxəssislər tərəfindən Azərbaycan neft elminin formalaşmasında çoxlu dəyərli 
kitablar yazılmış, fundamental tədqiqat işləri yerinə yetirilmişdir. XX əsrin zirvəsindən keçilən 
yolun tədqiqi daha dolğun retrospektivdə ADNSETLİ-in alimləri tərəfindən hazırlanmış «Neft 
elmi beşiyi» kitabında əksini tapmışdır. 
Ötən yüzillikdə çox böyük alimlər nəsli yetişdirən və sovet ənənələri əsasında formalaşan 
Azərbaycan elmi müstəqillik faktoru ilə  əlaqədar mühüm transformasiyaya məruz qalmışdır. 
Yeni sistemə qovuşmada dəyişən tələblər professionalizm və professionallar qıtlığı yaratsa da, 
dünyəvi standartlara qovuşan elmi yaradıcılıq öz vüsət və qayəsini saxlaya bilmişdir. 
Respublikada mövcud iqtisadi çətinliklər cəmiyyətin intellektual potensialının inkişaf 
meyllərində öz təsirini əks etdirir. Lakin Azərbaycan elminin inkişafında təkcə maliyyə faktoru 
dayanmır. Burada hələ tam formalaşmayan aydın elmi siyasətin olmaması da özünü göstərir. 
Elm və  təhsilə yönələn subsidiyalar hər il nisbi azalmaya məruz qalır. 1990-cı ildə ÜDM-də 
elmin payı 3,5% idisə 1995-ci ildə 0,7%-ə, 2000-ci ildə isə 0,5%-ə enmişdir. Biganə münasibətin 
artımı elmi-tədqiqat və konstruktor işləmələrində çalışanların sayını 10 il ərzində yarıbayarı 
azalmasına səbəb olmuşdur. Bu sahənin mütəxəssisləri ticarət xidmət sferasına transfer olunmuş, 
daha yüksək intellektuallar arasında isə beyin axını breyn-dreyn prosesi yüksəlmiş, çoxları xarici 
dövlətlərə mühacirət etmişlər. Belə reallıq iqtisadiyyatın aparıcı sahəsi neft-qaz sənayesinə 
sirayət etmişdir. Elmdə böhranlı vəziyyət daha çox istehsalı gücləndirən, yeni məhsullar yaradan 
elmi-tədqiqat təşkilatlarını əhatə etmişdir. Elektrotexnika məhsulları, neft avadanlıqları istehsalı 
və maşınqayırması sənayesi ilə keçmiş Sovetlər İttifaqında, eləcə də yaxın regionlarda prioritet 
imkanları ilə seçilən respublika indi yaranmış investisiyon qıtlıq nəticəsində dayanaqlı 
potensialını itirmiş,  əzəli bazarlardan məhrum olmuşdur. Biznes tələblərinə müqabil iqtisadi 
strukturlaşmanın ləng gedişi, bazar təsisatlarına uyğun rəqabətli istehsalın, mütərəqqi xidmət 
sahələri, incirinq, konsaltinq, marketinq və digər bu kimi sferaların zəif inkişafı yeni bazar 
strukturlarına adaptasiyanın gedişində əksini tapmışdır. 
Böyük neft kontraktları  çərçivəsində ölkədə  fəaliyyət göstərən xarici iş adamları, onları 
təmsil edən qruplar Azərbaycanın neft-servis və digər xidmət strukturlarının beynəlxalq 
standartlar səviyyəsində olmadığı mülahizələri ilə  əməkdaşlıqdan çəkinir, min kilometrlərlə 
uzaqdakı partnyorları ilə iş birliyinə üstünlük verirlər. Belə tendensiya Qərbin müvafiq xidmət 
təşkilatlarının bizim ənənəvi bazarların fəth edilməsi ilə  nəticələnir. Bununla belə, paradoksal 
vəziyyət yaranır. Açıq dənizdə hasilata ilkin başlayaraq mobil neft industriyası yaradan, əzəli 
qiymətləndirmədə investorların dilində olduqca əlverişli infrastrukturunun mövcudluğu 
vurğulanan respublikanın müvafiq neft-qaz kompleksində  sənaye-xidmət potensialı yararsız 
hesab edilir. Qeyd olunduğu kimi, dünya okeanı ilə birbaşa  əlaqəsi olmayan Xəzərdə neft 
sənayesinin quruculuğuna keçmiş ittifaq yetərli dərəcədə iqtisadi-texniki potensialını, mühüm 
elmi mərkəzləri cəlb edərək, burada nəhəngliyi və qüdrəti ilə yalnız ABŞ-ın neft donanmasından 
geri qalan möhtəşəm neft armadası, yüksək texniki təminatlı üzən dəniz qazma qurğuları, 
spesifik təşkilatlar, güclü elmi-texniki baza orcinal infrastruktur yaratmışdır. İndinin özündə də, 
bu potensialın Xəzərhövzəsi regionda işləmək imkanları gücü hesab etmək olar. Lakin ABƏŞ 
icarəyə götürdüyü gəmiləri kosmetik modifikasiya edərək, kommersiya mənafelərinə  rəğmən 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə