E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə118/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   114   115   116   117   118   119   120   121   ...   126

 
240
təsərrüfatı  qəsb etmiş  və bu fəaliyyət indi kosmik fazaya da çıxış tapmışdır.  İnsanın texnogen 
fəaliyyəti ekolojii tarazlığın pozulması ilə müşayiət olunur. Bu pozulmanı təbiət özü bərba etmək 
gücündə deyildir. Məşhur fransız alimi J.Dorstın təbirincə «təbiəti mühafizə sahəsində ən ümdə 
problem bizim növümüzü özümüzdən müdafiə etməklə bağlıdır».
53
 
Müasir mərhələdə ekologiya sahəsində  ətraf təbii mühitə  zərər adlı yeni bir anlayış 
dövriyyədədir. Planetin hazırkı düzümündə potaloci halların 95%-i ƏTMZ ilə bağlıdır. 
 
İnsanın texniki sivilizasiyon fəaliyyəti başlanandan bəri Yer planetində 
meşələrin 1/3 hissəsi məhvə yuvarlanmışdır. Hazırda planetin quru hissəsinin 1/10-i 
qeyri-məskun  ərazi təşkil edir. Antarktida və Qrelandiya tamamilə qeyri-məskun 
zonadır. Dünyanın yarısında 1 kvadrat kilometr əraziyə bir adam düşür. Böyük 
arealda bu rəqəm 50 nəfər təşkil edir. 
 
Elm və texnikanın inkişafı biosferə daha güclü və intensiv təsir etməkdədir. Bu baxımdan 
təbii və sosial-humanitar vəhdəti ifadə edən antrokosmik biosferin yeni keyfiyyətli, canlı  və 
ağıllı  mərhələyə,  neosferaya  keçidi cəmiyyətin təbiətə daha dərin təsirində xüsusi reallıq kimi 
çıxış edir. 
Təbii sərvətlərdən istifadədə surətli inkişaf templəri ekoloji tarazlığın pozuntulu 
təzahürlərini artıraraq, təbiətin özünü tənzimləmə  və  təmizləmə xassəsinin məhdudlaşmasında 
əks olunur. Texnoloji inqilablar cəmiyyətin rifahının yüksəlişinə  əsaslı  təsir etdiyi qədər də
müəyyən nisbətdə ətraf mühitin çirklənməsində mənfi meylli amilə çevrilmişdir. Bununla belə, 
ekoloji təhlükəsizlik insan fəaliyyətinin bütün sferalarına sirayət edən problem kimi ciddi 
nəzarətə alınmışdır. Məhsuldar qüvvələrin sürətli  inkişafının təbiətə nüfuz aspekti dünyanın 
bütün məmləkətlərində ekoloji təhlükəsizlik indikatorlarının işlənib hazırlanmasında təcəssüm 
olunmaqdadır. Çətin və mürəkkəb, lokal olduğundan daha çox qlobal səviyyə daşıyan problemin 
həlli indi nüfuzlu beynəlxalq yığıncaqların əsas müzakirə mövzularındandır. 
Ekoloji aspektdə müxtəlif inkişaf tipləri mövcuddur. Ekoloji məhdudiyyətləri nəzərə 
almayan istehsal vasitələrinin istifadəsinə əsaslanan təbii tutumlu inkişaf, texnogen tipdə əksini 
tapır. Bu frontol iqtisadiyyat tipi ilə xarakterikdir. Yəni bu zaman geniş məkanda, bol resurslar 
şəraitində resursların izafi istismarı həyata keçirilir. Bu təzahür Azərbaycan neft sənayəsinə də 
xas olmuşdur. Digər inkişaf tipi ekotopi konsensiyası,  həyatı standartları kiçik olan, ETT-dən 
imtina ilə bağlıdır.  Dayanaqlı inkişaf tipi dünyada prioritet tərəqqi kimi qəbul olunur. Bu 
konsepsiyaya görə, gələcək nəsillərə əlavə xərclər qalmır. Təkrar istehsal daim genişlənir, xarici 
effektlər minimuma enir. 
«Qlobal düşün, lokal hərəkət et» prinsipi ilə  çıxış edən Roma klubu liderlərinin 1992-ci 
ildə Rio-De-Caneyrada keçirilən konfransda «istehsal artımının məhdudlaşdırılması, yeni 
keyfiyyətli pilləyə, iqtisadi artımın dayanıqlı inkişafına» qədəm  qoymasını gündəmə gətirmişlər. 
Müvafiq strategiyada hazırlanmış qanunların çeşidi isə olduqca çoxşaxəli və geniş spektrlidir. 
BMT-də  qəbul olunmuş «davamlı inkişaf» konsepsiyası isə  qədəm qoyduğumuz  əsrin həyat 
tərzini ifadə edən  ən ümdə qanun kimi qiymətləndirmək olar. Belə addımı sosial-iqtisadi 
inkişafın yeni mərhələsi, «postindustrial epoxası» da adlandırırlar. Dünyəvi tərəqqi və  bəşəri 
maraqların mərkəzində dayanaraq  ətraf mühitə minimal zərərlə optimal inkişafa nail olma, 
dayanaqlı inkişafın konsepsiyasının təməlini təşkil edir. Əlbəttə, monoton keçən həyatımızın 
təbii radikal dəyişikliklərə ehtiyacı vardır. Durumun təbii iqtisadi artımının məhdud qurulması 
Allahın iradəsinə müvafiq gəlməyən hipotetik perspektivdir. Qloballaşma obyektiv prosesidir. 
Neftin daş kömürə, təbii qazın isə neftə olan ekoloji keyfiyyət nisbəti məlumdur. Bu təbii 
resurslar ənənəvi olaraq yerləşmə və çeşid aspektinə istinadən hasilata yaxın ərazilərdə daha çox 
istifadə edilir. Neft və qaz resursları ekoloji keyfiyyət üstünlüyünə rəğmən mümkün olduqca daş 
kömürdən istifadəni məhdudlaşdırır. Digər tərəfdən, təbii qaz da neft istehlakına sıxıntılar gətirir. 
Tarixi olay kimi qeyd etməliyik ki, 1966-cı ildə Nyu-York səmasını  zəhərli dumanın  əhatə 
                                                 
54
 Ж.Дорст. «Природа перед смертью». М: Наука. 1968. səh.128. 
 


 
241
etməsi şəhərdə kömürün yandırılmasına qadağa, ölkənin kommunal enerji təchizatı şirkətlərinin 
neftlə işləmə prinsipinə keçidinə rəvac vermişdi. Lakin kömürdən istifadənin məhdudlaşmasına 
baxmayaraq, ərazilərin neftlə çirklənməsi də davam edir. Neftlə çirklənmə məsuliyyətinin dərki 
artdıqca ekoloji qadağaların da sayı çoxalır. Neft təkcə quru sahələrinə deyil, həm də  məhəlli 
suların çirklənməsinə səbəb olur. 
Müasir ətraf mühitin qorunması konsepsiyası ictimayyiət və təbiətin qarşılıqlı təsiri tədqiq 
edən elmdə  və dövlətin ekoloji prinsipli siyasətindən aslıdır.  Ətraf mühitin çirklənməsi, 
zərərləşmiş  ərazilərin bərpası böyük xərclər tələb edir və bu xərclər  əksərən kompensasiya 
ödənişləri hesabına gerçəkləşdirilir. 
 
Tankerlərə, üzən qurğulara istinadən, 1969-cu ildə neftlə çirklənmənin vurduğu 
zərərin vətəndaş məsuliyyəti haqqında Brüsseldə imzalanmış Beynəlxalq Konvensiya 
böyük  əhəmiyyət daşıyır. 1975-ci ildən qüvvədə olan müvafiq konvensiyaya görə
dəniz sahili ilə yanaşı bütün iqtisadi zonada təsir qüvvəsinə malikdir. Dünyanın artan 
enerji tələbləri SO
2
-nin atmosferə buraxılışına təsir edir, bu da öz növbəsində iqlim 
dəyişikliklərinə  səbəb olur. Neft, qaz və kömür dünya yanacaq balansında öz 
dominantlığını saxlayacaq, neft idxalçıları OPEK və Yaxın  Şərq ölkələrindən daha 
asılı vəziyyətə düşəcəkdir. İndustrial istehsalda səmərəli məhsul 2% təşkil edir, qalan 
98% çıxdaşa, tullantıya çevrilir. 
 
Neft-qaz sənayesində ilkin texnogen amil quyuların tikilişi zamanı baş verir. Qazma 
prosesində  zərərli torpaq, gil, tullantılar meydana çıxır. Burada ekotoksik effekt bütün zonal 
ekoloji tarazlığın pozulması ilə müşayiət olunur. Ötən əsrdə Azərbaycanda təşəkkül tapmış neft-
qaz sənayesi bu əsasda formalaşan neft-kimya kompleksi, yanacaq sənayesi, ekoloji fəsadlarla 
müşayiət olunan sahələrdəndir. Ekoloji prioritetlərin və müvafiq mədəniyyətin məhdud 
çağlarında ekstensiv və intensiv üsullarla reallaşan neft-qaz hasilatı  təbiətə,  ətraf mühitə 
sağalmaz yaralar vurmuşdur. Tarixi yaddaşda «vəhşi istismar» kimi qalmış Azərbaycanın neft 
sənayesində uzun illər davam edən hasilat prosesi respublikamızı kəskinləşən ekoloji proseslərlə 
üz-üzə qoymuşdur. Təkcə Abşeronda bu və ya digər səbəblərlə çirklənmiş torpaqların ümumi 
sahəsi 35 min hektardan çoxdur. Üzləşdiyimiz problem həlli mürəkkəb, yüksək kapital tələb 
edən fazaya daxil olmuşdur. Çirklənmə artaraq dəniz sahələrinə keçmiş, xeyli əlavə  çətinliklər 
yaratmışdır. Dənizi isə neftli çirklənmədən təjrid etmək əlahiddə xüsusiyyətli mürəkkəb və daha 
çox kapitaltutumlu bir işdir. 
Neftçıxarma müəssisələrində istehsal xərclərinin ekoloji tədbirlərə  sərf edilən payı 
yüksəldilməlidir. Xarici xərclərin daxili xərclərə transformasiyası da səmərəli fəaliyyətin 
qaynaqlandıran mühüm  şərtlərdəndir.  Ətraf mühitə  zərər vurulmanın qarşısını almaq, ekoloji 
mədəniyyəti yüksəltmək əlavə məsrəf itkilərinin qarşısını alacaqdır. Neft məhsullarının hopduğu 
torpaqların bərpası, rekultivasiya prosesləri xeyli xərc tələb edir. Bu bərpa işlərini məhsulun 
maya dəyərinə fiskal qaydada daxil edilmiş ekoloji xərc komponentləri ilə görülməsi çətin olan 
bir işdir. Vəziyyətin mülayimləşdirilməsi, fikrimizcə  aşağıdakı üç istiqamətdə  həllini tapmış 
olar: 
 
ekoloji tənzimləməyə  rəğmən istehsal xərclərində ekoloji məsrəflərin çəkisinin 
yüksəldilməsi, məhsulun maya dəyəri komponenti və  mənfəətin kombinasiyasında 
ifadə olunan ekoloji fondun təsisatı; 
 
dövlət vəsaiti hesabına rekultivasiya işlərinin aparılmasının genişləndirilməsi; 
 
hasilatın bitmiş, çirklənmiş ərazilərdə müxtəlif kommersiya məqsədlərinə meyl edən 
firmalara tikinti işlərinin aparılmasına lisenziyalar verilməsi. 
Ekoloji mədəniyyətin, elmi-texniki tərəqqinin yüksəlişi ilə müşayiət olunan çağdaş dövrdə 
hasilat üsullarının və  işlənmənin ekoloji hazırlıq səviyyəsi xeyli yüksəlmişdir. Ehtimal olunan 
ekoloji böhranların qarşısını almaq məqsədi ilə neftqazçıxarmada ekoloji mühafizə  tədbirləri 
güclənməkdədir.  İndi kompleksin bütün mühüm qovşaq təşkilatlarında müvafiq bölmələr 
fəaliyyət göstərir. Qazmada mail quyu strategiyası daha çox müdafiə olunur və intişar tapır. Belə 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə