E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə120/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   116   117   118   119   120   121   122   123   ...   126

 
244
istifadə  də  tədqiqat işində  əksini tapmışdır. Geniş diapazonda tədqiqat işində köhnə neft 
yataqlarında resursların həcminin, iqtisadi potensialın dəqiqləşdirilməsi, vəsaitlərdən rasional 
istifadə, maliyyə möhkəmliyi, iqtisadi çevikliyin yüksəldilməsi, neft-qaz istehsalının digər 
strateji və taktiki elmi səciyyə  daşıyan prinsipal prioritetləri araşdırılaraq təhlil edilmiş, 
səmərəliliyi təmin edən müvafiq nəticələr əldə olunmuşdur. Bazar münasibətləri şəraitində köhnə 
istismar sahələrində istehsal, əmək potensialından istifadə üçün yeni metodoloji yanaşmada, elmi 
əsaslandırmada əksini tapmış optimal ritmin, istehsal və iqtisadi artımının təmin edilməsi ilk dəfə 
olaraq sistemli, kompleks təhlil və  tədqiq edilmişdir. Tədqiqat işində  əldə edilən nəticələri 
konkret olaraq aşağıdakı tezislər formatda səciyyələndərimək mümkündür: 
Təhlil edilmiş və qiymətləndirilmişdir 
 
indeks və korrelyasiyon təhlil metodları ilə neftqazçıxarmanın 
 
dinamikasını xarakterizə edən mühüm iqtisadi-texniki göstəricilər; 
 
müqayisəli təhlil sferasında resursların və təssərrüfat potensialın praktiki dəyərləndirilməsi; 
 
interekonomik gerçəkliklər fonunda quruda neftqazçıxarma sektorun rolu və yeri; 
 
məqsədli təyinat və terendli yanaşma konteksində milli neftqazçıxarma sənayesinin bütün 
tarixi ərzində hərəkətverici tendensiyanı ifadə edən əsas meyllər və başlıca amillər; 
 
milli neft strategiyası, empirik gerçəkliklər, qlobal təzadlar və islahatlar fəlsəfəsi spektrində 
islahatların strategiya və taktikası; 
 
istehsal xərcləri, məhsulun maya dəyərinin aşağı salınması problemləri; 
 
iqtisadi səmərəliliyin artırılması və rentabelli fəaliyyətin determinanatları;  
 
rentabellik astanası və zərərsizlik nöqtəsi; 
 
fiskal situasiya, normativ-huquqi və informasiyon təminat, idarəetmə, menecment, 
maliyyə, qiymət və kalkulyasiya, əmək və iqtisadi məhsuldarlıq, ekoloji mühit problemləri, 
investisiyon tələblər, renta münasibətləri
 
əsas fondların yüksək aşınma faizinin səmərəliliyə təsiri: 
 
layveriminin yüksəldilməsinin əhəmiyyəti; 
 
xarici kapitallı müştərək müəssisələrin fəaliyyəti; 
 
elmi-innovasiyon fəaliyyət aspektləri, kompleksin renovasiyası prosesində dövlət 
tənzimlənməsinin rolu, sanasiya mexanizmləri, ARDNF ilə qarşılıqlı münasibətlər, yeni 
kontrakt formalarının tətbiq arealı və digər bazar prinsipli funksional problemlər. 
Aşkarlanmışdır 
 
kompleksin qeyri-bazar strukturlu fəaliyyətini şərtləndirən amillər; 
 
hasilatın sabitləşməsi və istehsal artımını  təmin edən, potensialı gücləndirən  əlavə 
ehtiyatlar; 
 
daxili investisiya mənbələri; 
 
ödəməmələri, istehsal xərclərinin artım tendensiyasını stimulaşdıran, istehsal və maliyyə 
riskini səviyyələndirən cəhətlər. 
Əsaslandırılmışdır 
 
kompleksin qeyri-səmərəli fəaliyyət zolağında olması; 
 
iqtisadi islahatların dərinləşməsi, təkmilləşdirilməsi və yeni islahat strategiyasının işlənib 
hazırlanması; 
 
milli neftqazçıxarma sektorunda ehtiyatların dəyərləndirilməsində universal standartlara 
müvafiq yeni metodoloji təsnifatına keçidinin zəruriliyi; 
 
istehsal xərclərin məsrəf elementlərinin normativ təsnifatda konfiqurasiyasının qeyri-
adekvatlığı; 
 
sahədə normativ-hüquqi təminatın, amortizasiya, uçot siyasətinin, idarəetmə reciminin 
mütərəqqi bazar stereotiplərinə adaptasiyası;  
 
offoşor vergi sisteminin tətbiq edilməsi;  
 
sosial sferanın kompleksin iqtisadi aslılıq çevrəsindən qismən azad edilməsi; 
 
daxili audit institutunun formalaşdırılması; 
 
marginal yataqlarda milli sahibkarların cəlb edilməsini nəzərdə tutan lisenziya və 
 


 
245
konssesiya üsullu yeni kontrakt formalarının, səhmləşmə və özəlləşmənin tətbiqi; 
 
strateji planlaşdırma, struktur islahatları, istehsalın geniş restruktizasiyanın aparılması;  
 
informasiyon təminatın gücləndirilməsi; 
 
erqonomik vəziyyətin yaxşılaşdırılması; 
 
ekoloji proqramların hazırlanması və rekultivasiya prosesinin sürətləndirilməsi
 
postneft konsepsiyasının işlənməsi. 
Müəyyən edilmişdir 
 
milli neft-qaz industriyasının tsiklilik dövriyyəsi və tarixi inkişaf mərhələləri; 
 
ekstensiv istismarın zərərli tendensiyası; 
 
dünya neft industriyasında Azərbaycanın tarixi rolu və müasir neft bazarına təsir effekti; 
 
dərinləşən bazar münasibətləri  şəraitində kompleksin modernizasiyasını ifadə edən 
islahatlar prosesinin təkmilləşməsi və yeni islahat strategiyasının prioritet istiqamətləri;  
 
iqtisadi islahatlara mühüm təsir edən makroiqtisadi faktorlar, institusional zəiflik və 
iqtisadi mühitin modernizasiya problemləri; 
 
statistik müşahidələr və faktorial analiz əsasında quruda neftqazçıxarma kompleksində 
istehsal səviyyəsinin təzahür komponentlərinin korrelyasiyon vəhdətini xarakterizə edən 
amillər; 
 
köhnə istimar kompleksində dövlət siyasəti prinsipləri; 
 
səmərəliliyə təsir edən gəlir və xərclər qrupunun dəqiqləşdirilməsi və qiymətləndirilməsi; 
 
məsrəflərin limit və normativlərinin təyinatı, maya dəyərinin miniumlaşdırılması  və 
standartlaşması; 
 
optimal hasilat tempinin təyinatı; 
 
məşğulluğun mülayimləşdirilməsi və əməyin normallaşdırılması istiqamətləri; 
 
neftqazçıxarma sənayesinin yenidən təşkilində investisiya siyasətinin rolu, xarici və daxili 
investorların cəlb edilməsi, daxili ehtiyatların səfərbər olunması yolları; 
 
səhmdar cəmiyyət formalı iqtisadi sistemin üstün cəhətləri; 
 
səmərəli maliyyə mexanizminin təyinatı; 
 
mənfəətdən istifadənin fondyaratma sisteminə keçidi; 
 
neftqazçıxarma kompleksində servis işinin genişləndirilməsi, biznes və sahibkarlığın tətbiq 
sferası; 
 
innovasiyon fəaliyyətin, elmi axtarışların stimullaşdıran təsiredici faktorlar və maddi 
imkanlar; 
İşlənmiş və hazırlanmışdır 
 
neftin sənayeləşmə epoxasının başlanğıcından müasir dövrə qədər Azərbaycanın quruda və 
dənizdə hasilat dinamikasının Rusiya və SSRİ statistikasında mövqeyini əks edirən Cədvəl; 
 
islahatların strategiya və taktikasının matrissa forması; 
 
yeni çevik idarəetmə strukturu; 
 
neftqazçıxarma müəssisələrinin real bazar subyekti kimi fəaliyyət strukturu və mexanizmi; 
 
qazma strategiyasının fraqmentləri; 
 
ehtiyatlardan rasional istifadə, əmək məhsuldarlığı və səmərəliliyin proqnozlaşdırılmasının 
modeli; 
 
istehsalın həcminə müvafiq istehsal xərcləri və rentabellik dərəcəsinin 
müəyyənləşdirilməsinin metodikası; 
 
ödəməmələr probleminin həll mexanizmləri; 
 
yığım, istehlak, sosial, innovasiya, ekoloji və ehtiyat fondların strukturu;  
 
istehsalat kompleksində mənfəət artımı imkanlarını xarakterizə edən blok-sxem; 
 
maliyyə dayanaqlılığını, ödənişqabiliyyətliliyini, rentabelli fəaliyyətin və kompleksinin 
rəqabət gücünü artıran nəzəri metodoloji prinsiplər. 
Təklif və tövsiyyə edilir 
 
idarəetmənin təkmilləşdirilməsi və müasir menecment texnologiyalarının tətbiqinin 
genişləndirilməsi; 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə