E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə117/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   113   114   115   116   117   118   119   120   ...   126

 
238
informasiyon təminat, erqonomik vəziyyət, idarəetmə qabaqcıllığı  və  əsasən də maliyyə 
imkanlılığı ilə ölçülür. Əlbəttə, məsələyə kompleks yanaşma digər texniki-təşkilati və amillər 
analizini  əhatə edən təhlilsiz ötüşməyəcəkdir. Nəzərdə tutulan innovasiya layihəsi hökmən 
maliyyə  məsrəfli hesablamadan keçməlidir.  İnnovasiyon layihənin maliyyə  səmərəliliyi dörd 
başlıca innovasiyon analitik metodda-kapital qoyuluşunun xərcinin ödənilməsi, gəlir indeksi, 
xalis cari dəyər   ya xalis diskont gəlir   daimi gəlirlilik normalarında aparılır.  Bu 
metodlardan daha çox praktikada yer alan kapital qoyuluşunun ödəniş metodudur. Onun 
əhəmiyyətli nöqsanı isə diskont vəziyyətin nəzərə alınmamasıdır.  İnnovasiyon fəaliyyətdə 
müvafiq layihələrin məsuliyyət aspektini öz üzərinə götürən vençur komandasının təşkili zərurəti 
vardır. Bununla belə müvafiq vençur fondu da yaradılmalıdır. 
Neft-qaz sənayesində innovasiyon layihələr müəssisədə törənən, «portfel problemlər» 
əsasında yaradılmalıdır.  İnnovasiyanın kommersiyalanması onun bazarda əmtəə kimi çıxış 
etməsi ilə reallaşır. Əsaslı innovasiya menecmentinin bu sırada aparılması mühüm hesab edilir. 
İnnovasiya neftqazçıxarmada material və enerji məsrəfinə,  əmək haqqına, maya dəyərinə, 
mənfəətə, fondveriminə, rentabelliyə, bir sözlə, bütün göstəricilər təsir edir. 
Dünya iqtisadi artımı elmi-texniki sferanın bütün sahələrində olduğu kimi, neft-qaz 
industriyasında, bütövlikdə energetik sektorda yeni yaranışlara sürət və təkan verir. İnnovasiyon 
proses tərəqqi edir. Energetik sektorun proqnostikası  təkmilləşir və inkişaf tapır. Yeni internet 
texnologiyalar sosial və industrial inkişafı operativ və dolğun informasiyalarla təmin edir. ABŞ 
Kaliforniya Universitetinin professoru Manuel Kastelsin sosial və iqtisadi nəzəriyyədə müasir 
baxış kimi qiymətləndirilən «İnformasiya epoxası» adlı kitabında interneti yeni bir enerji kimi 
dəyərləndirilir
50

Battele-kompaniyası energetik sahədə 2010-cu il üçün 10 mühüm iqtisadi innovasiyanın 
proqnozunu işləyib hazırlamışdır.
51
 Bu sistem iqtisadi vəziyyət, ETT, ətraf mühitin qorunması 
tələbləri, istehlakçı zövqü, energetik sahədə mövcud qanunvericilik və çoxmilli siyasətin təhlili 
bazasında işlənmişdir: 
1.
 
Energetik sistemin strukturunun dəyişdirilməsi. Dövlətin qaz təchizatına və ümumi 
istifadədə olan enerji sisteminə müdaxiləsinin məhdudlaşdırılması  rəqabəti 
artıracaq. Neft kompaniyaları energetik kompaniyalara çevriləcək. 
2.
 
Kombinasiyalı güc qurğuları ilə  işləyən nəqliyyat vasitələri: 70 millik məsafəyə 
gedişdə enerji variantlarına keçid yaranacaqdır. 
3.
 
Enerji itkiləri ilə mübarizədə intellektual sistemlər, kompüter, internet və qlobal 
naviqasiya sistemləri məsələnin həllini mülayimləşdirəcək. 
4.
 
Avtonom enerji təchizatı. Müasir enerji sistemləri artan energetik tələbatı ödəmədə 
yetərli olmayacaq, yeni lokal enerji sistemləri və  təbii qazdan istifadə 
yüksələcəkdir. 
5.
 
Yanacaq elementləri. Yaxın onillikdə yanacaq elementləri nəqliyyatda səyyar və 
stasionar energetik qurğularda istifadəsi populyarlaşacaqdır. Bu isə onların həcm 
kiçikliyi və ucuzluğu ilə intişar tapacaqdır. 
6.
 
Sıxılmış qaz, kimyəvi texniki proseslərdə qazdan istifadə genişlənəcək. 
7.
 
Akkumulyator bateriyalarının genişləndirilməsi. Yaxın onilliklərdə onların gücü üç 
dəfə artacaqdır. 
8.
 
Enerji fermalarının təşkili, məhsullarının etanol istehsalına yönəldilməsi. 
9.
 
Günəş enerjisi. Bu enerji növündən istifadə tərəqqi edəcəkdir. 
10.
 
10.Metan hidratı kristallarının şaxta hasilatı. Geoloqlar təbii qazın okean dibində 
kristallaşmış böyük ehtiyatlarını  aşkarlamışlar. Gözlənilir ki, yaxın 10 illikdə bu 
hasilat mümkün olacaq və təbii qazın istehsal artımına təsir edəcəkdir. 
 
                                                 
51
 Кастелье М. «Информационная эпоха: Экономика. Общество и култура». М: ГУ ВЩЕ 2000. 
№7.səh. 608 
52
 «Нефтигазовые технологии». M.: 2001. №1.səh.54.
 
 


 
239
Kompaniyanın araşdırılmalarına görə, yaxın 10 ildə neft yataqlarında prinsipial 
dəyişikliklər baş verəcək və onlar energetik fermalarla zənginləşəcək, qazdoldurma stansiyaları 
energetik məntəqələrə çevriləcəkdir. 
 
Avropa Birliyi Auto 0,11-proqramı  çərçivəsində benzin və dizel yanacağının 
istifadəsi üçün tərəqqili normativ aktlar qəbul etmişdir. Belə ki, yaxın illərdə benzində 
kükürd komponentlərinin benzol və aromatik karbohidrogenlərin azaldılması nəzərdə 
tutulur. 
 
Təbiətin bəxş etdiyi böyük maliyyə  mənbəyi kimi, elmi tərəqqinin, sivlizasiyanın 
təkanverici enerjisi neft-qaz resurslarıdır. Neft-qaz sektorunda innovasiyon prosesi 
genişləndirmək, elmi axtarışlara maliyyəni artırmaqla biz çox mühüm elmi-texniki nailiyyətlər 
əldə edə bilərik. Məşhur «Fayneşl tayms» dərkisi 2000-ci illərdə Azərbaycana aid silsilə 
yazılarında məhz bu problemə toxunaraq yazır: Avropanın ən kasıb ölkəsi Azərbaycanın yaxın 
illərdə neft maliyyə  zənginləri sırasında dayanması  təmin olunacaq. Məqalələrdə göstərilir ki, 
ABƏŞ-in Azərbaycan ehtiyatlarının 7 milyard barrel, yəni dünya ehtiyatlarının 0,7%-ə bərabər, 
ARDNŞ-də isə bu rəqəmin 17,5 milyard barrel olduğunu güman edilir. Orta göstəricidə bunları 
yəqin müvafiq 10 milyard barrel və bir barrel 25 dollar qəbul etsək, nəticədə 250 milyard dollar 
vəsait göz önünə gəlir. Bu isə intəhasız bir kapital mənbəyidir. Bununla yanaşı, «Fayneşl tayms» 
qeyd edir ki, «Azərbaycanda dövlət borcu saxlanmadadır. Lakin bazar oriyentasiyalı islahatlar 
ləng gedişlidir. VVF istəyir ki, özəlləşmə daha böyük tərəqqidə getsin, bank islahatları 
dərinləşsin, administrativ dəyişikliklər mütəmadi baş versin»
52
. Göründüyü kimi, Azərbaycanın 
neft-qaz sektorunun iqtisadi effekti elmin, innovatikanın  inkişafında mühüm gücə malikdir. Bu 
potensialdan dolğun istifadə etməklə neft-qaz sektorununun texnoloji yeniləşməsinə, sahəvi 
elmin inkişafına nail olmaq mümkündür.
 
 
 
15.3. Ekoloji problemlər və rekultivasiya prosesləri 
 
Bəşər cəmiyyətinin uzun tarixi inkişaf mərhələsində onun təsərrüfat fəaliyyətindən yaranan 
zərər yüksək olmamamışdır. Ümumilikdə  təbiət özü pozulmuş tarazlığı düzəltmişdir. Bununla 
belə, bəşər övladı  hələ  də  fəaliyyətinə  rəğmən mütəşəkkil özünüqoruma sistemi icad edə 
bilməmişdir. Yaşadığımız müəyyən qeyri-müəyyənlik, entropiya qanunlarının hakim olduğu 
çağdaş zamanda sərvətlərin mütəmadi seyrəkləşməsi, tükənməsi bizi təbiətlə daha rasional 
ünsiyyətə, onun nemətlərindən səmərəli istifadə etməyə səfərbər edir. Erkən zamanların təbiətə 
məsuliyyətsiz yanaşmasını elmi əsaslanmış tənzimləmə, qlobal münasibətlər mexanizmləri əvəz 
etmişdir.  İnsanın  əvvəllər təbiətlə  əlaqələri kortəbii mahiyyət daşıyırdısa, indiki elmi-texniki 
inqilablar epoxasında təbii resursların məhdudluğunun dərki kontekstində bu münasibətlər daha 
ehtiyatlı, qayğılı  məzmun almış, formalaşma sisteminin dinamik tarazlığının qorunmasında 
möhkəm ifadəsini tapmışdır. 
Mümkün planetar ekoloji böhranın dərki, atropogen fəaliyyət təzadları, texnogen və 
mutagen təzahürlər texnosfera ilə insan qarşılıqlı  təmasının harmonik vəziyyətə  gətirilməsini 
şərtləndirir. Bununla belə, insan təbiətin daha geniş hissəsinin ram etməklə  məsuliyyətini 
kamilləşdirir, digər tərəfdən də  təbiətlə münasibətlərdə özünün müstəqilliyini artırmış olur. Bu 
mənada azadlığın və məsuliyyətin dialektikası ilə bağlı- «nə qədər azadlıq yüksələrsə, o qədər də 
məsuliyyəti artır» ümumi fəlsəfi prinsip gerçək təsdiqini alır. Müasir ekoloji situasiya insandan 
məhz belə münasibət tələb edir. 
Elmi-texniki tərəqqinin inkişafı  təbii proseslər müqabilində  bəşəriyyətin planetimizə 
təsirini daha da artırmışdır.  Əvvəllər mənimsənilməsi mümkün olmayan coğrafi  əraziləri insan 
                                                 
53
Компас (ИТАР-ТАСС). Нефть Азербайджана: необходим стратегический подход. 2001. №1. səh. 
28. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə