Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   33   34   35   36   37   38   39   40   41

Azadlığı istəmirəm,
Zərrə‐zərrə,
Qram‐qram 
– misraları ilə başlanan şeiri, Bəxtiyar Va ‐
habzadənin «Gülüstan» poeması və başqa şeir ‐
lərindən verdiyiniz nümunələr Sizin bö yük
vətənpərvərlik və milli qeyrət daşıyıcısı oldu ‐
ğu nuzdan xəbər verir. Xatirinizi çox istə yən
DTK əməkdaşının dəfələrlə ehtiyatlı ol ma ğını ‐
zı tövsiyə etməsi belə sizi tutduğunuz yoldan
döndərə bilməyib. Heç şübhəsiz, tələ bə niz,
akademik İsa Həbibbəyli və kitabda söh bət
açdığınız bir çox başqalarının xatiri ni zi göylər
qədər istəmələri bununla bağlıdır. Bəxtiyar
Vahabzadədən verdiyiniz çox gərək li şeirin iki
son misrasını burada verməyi münasib bildim:
Yaman dərddir,
Dilin ola, nə danışıb, nə dinəsən.
Yeri gəlmişkən, onu da deyim ki, aşıq po e ‐
zi yasının görkəmli nümayəndə lərindən biri –
aşıq‐şair Mikayıl Azaflının başı Bəxtiyar Va ‐
habzadənin şeirinə bənzər şeirinə görə çox
bəlalar çəkmişdi. Tale yüklü dərdlərimizi,
xalqımıza üz vermiş bəlaları görün aşıq bircə
bənddə necə məharətlə ifadə etmişdir:
203


Qoca Azaflıyam, dilim var, lalam,
Təbrizdə qardaşım, Sibirdə balam.
Elə bir dərd varmı ki, çəkməmiş olam,
Bax onlar ağartdı saçımı mənim.
Yavuz müəllim!
Bütün əsər boyu obyektivliyiniz və həqi ‐
qəti olduğu kimi yazmağınız əsərinizi daha
da oxunaqlı edir. Haqqınızda anonim mək ‐
tub ların çoxluğundan, xüsusən də doktorluq
dissertasiyasının müdafiəsi ərəfəsində yuxarı
təşkilatlara gedən anonim məktublardan və
vaxtınızın çoxunu izahat yazmaqla keçirdi ‐
yinizdən söz açırsınız. 
Әzizim Yavuz müəllim, anonim məktub ‐
lar da sovet sisteminin «kəşfi» idi. İnsanları
qorxutmaq və «ipə‐sapa yatmayanları» sın ‐
dır maq üçün bir vasitə idi. Elə bilirdiniz ki,
sevimli tələbələriniz daxil, o anonim məktub ‐
ları kimlərsə sizinlə düşmənçilik səbəbindən
yazırdı? Axı auditoriyada gənclərdə milli
şüu run oyanışına çalışan, hətta DTK‐nın nü ‐
ma yəndəsinin məsləhətlərinə məhəl qoyma ‐
yan, qulaqardına vuran şəxsə sovet sistemi nin
münasibəti necə olmalı idi?! 
Şükürlər olsun ki, indi vəziyyət dəyişib.
Neçə illərdir Nizami adına Әdəbiyyat İnsti‐
204


tutunda Dissertasiya Şurasının sədr müavini
və şura üzvü kimi belə neqativ hala rast gəl ‐
məmişəm. Lakin dissertasiya işlərinin elmi
səviyyəsinə tələbkarlıq azalıb. Elm aləminə
bəzən təsadüfi adamlar da gəlir.
Әzizim Yavuz müəllim!
Böyük minnətdarlıq hissi ilə 4‐cü idarənin
1 saylı xəstəxanasının (Leçkomissiya) baş hə ‐
kimi Arif Hacıyevi yad edirsiniz (taledən gə ‐
lən qismətdir ki, Arif həkimin qızı Afaq
xa nı  mın yeganə övladı Könül oğlum Mura dın
həyat yoldaşıdır). Bəlkə də, bu faktın üstün ‐
dən sü kutla keçərdim, hərgah xəstə xanada
Arif hə kimin vasitəsi ilə 1937‐ci ildə güllə lən ‐
miş gör kəmli alimlərimiz Bəkir Çobanzadə və
Hə nəfi Zeynallının həyat yoldaşları ilə tə mas ‐
 da olub müəyyən məsələlərə aydınlıq gə tir mə ‐
səy diniz. Yazırsınız ki, 1980‐ci ilin əv vəl  lə‐
rində onlar da həmin xəstəxanada müalicə olu ‐
nurdular.
Hənəfi Zeynallının ailəsi ilə bağlı qeydlə ‐
riniz tədqiqatçılar üçün gərəkli faktlardır.
Odur ki onları kitabınızda olduğu kimi bu‐
rada verməyi münasib bildim:
«H.Zeynallının arvadı deyirdi ki, ərimi
həbs edəndən az sonra gecə evimizə milis
205


ma şını gəldi. Mənə dedilər ki, ərinlə görüşə
ge dirsən. Uşaqları özünlə götür. Mən geyin ‐
dim, 3 yaşlı qızımı və 5 yaşlı oğlum Azəri də
götürdüm. Maşında bizi naməlum istiqamətə
apardılar. Bir yerdə saxlayıb uşaqları mən ‐
dən ayırdılar. Onların fəryad səsləri, mənim
yalvarışlarım heç bir nəticə vermədi.
Məni apardılar. 18 il başıma min bir müsi ‐
bət gəldi. Lakin bu müddətdə uşaqlarımın
fəryad səsi qulaqlarımdan getmədi». 
Qadın 1955‐ci ildən sonra bəraət alır. Bakı ‐
ya gəlir. Çox çətinliklə qızını tapır. Xoşbəxt ‐
likdən yaxın qohumlardan biri oğlanı öz
hi mayəsinə götürə bilibmiş. Hər ikisi tez‐tez
xəstəxanaya analarına baş çəkməyə gəlirdi lər.
Azər Zeynallı görkəmli alim, fizika‐riya ziy yat
elmləri doktoru, professor idi. Uzun il lər şah ‐
mat üzrə Azərbaycan çempionu olmuşdu».
Yavuz müəllim, getsin o qanlı‐qadalı gün ‐
lər. Sovet sisteminin törətdiklə rin dən xəbəri
olmayanlar dövlətimizin, əmin‐amanlı ğımı ‐
zın qədrini bilsinlər. Azadlığımızı, müstəqil ‐
liyimizi istəməyən qüvvələrin dəyirmanına
su tökməsinlər.
Xatirələr faktlara söykənəndə daha inan ‐
dırıcı olur və tərbiyəvi əhəmiyyət daşıyır. Az
206


qala bir əsri əhatə edən, böyük bir zaman kə ‐
siyində baş verən hadisələri, sovet sisteminin
xalqların başına gətirdiyi müsibətləri xatirə ‐
lə rinizdə dəqiqliklə göstəribsiniz. Kitabda nə
qədər şəxsiyyətlərdən söz açıbsınız. 1948‐ci
ildə antisovet təbliğata görə həbs edilən, son‐
ralar mənim sevimli müəllimim olan İsmixan
Rəhimov ömrünün sonunadək sovet qurulu ‐
şuna nifrətlə yaşadı və onun süqutunu gör ‐
dü. ABŞ gerantoloqu, professor Sula Benetin
Qafqaz uzunömürlülə rindən bəhs edən «Ne ‐
cə yaşayasan yüzü haqlayasan» əsərini mən
1983‐cü ildə ikiaylıq ixtisasartırma kursların ‐
da olarkən ABŞ‐dan gətirib ingilis dilindən
tərcümə edəndə kitabınızda xoş məramla an ‐
dı ğınız tibb elmləri doktoru, professor Mehdi
Sultanov əsərə rəy verdi və maraqlı son söz
yazdı (bax: Bakı, «Yazıçı», 1989, 202 səh.). Pro ‐
fes sor Mehdi Sultanov da uzunömürlülər üzə ‐
rində tədqiqat aparırdı. Dəfələrlə kon qres lərdə
Sula Benetlə görüşmüşdü. Professor Sula Be ‐
net Azərbaycanı ziyarət etmiş, çox maraqlı
kitabında adət‐ənənələrimizdən, insanları ‐
mız dan, bölgələrimizdən (hətta Naxçıvana
gedə bilibmiş), azərbaycanlı alim Mehdi Sul‐
tanovdan ehtiramla söz açmışdır. 
207


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə