Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

Әsərdə mənə nöqsan görünən bəzi mə ‐
qam lar da vardır. Təkrarlar çoxdur. Bəzən
ardıcıllıq pozulur. Pərakəndəlik özünü göstə ‐
rir. Bir çox sitatları və məxəzləri ingilis dilin ‐
də veribsən. Onları Azərbaycan dilində də
vermək lazımdır. Deməli, əsəri mükəmməl
şəkildə, həm də dərindən işləməli olacaqsan.
Azərbaycanın ən görkəmli yazıçılarından
biri Anarın 6 cildlik «Seçilmiş əsərləri»nin 1‐ci
cildinə («Nurlan», 2003, 576 səh.) fəlsəfə elm ‐
lə ri doktoru Rahid Ulusel 40 səhifəlik önsöz
yaz mışdır. Rahid Ulusel AMEA‐nın Fəlsəfə
İnstitutunda və mənim də çalışdığım Nizami
adına Әdəbiyyat İnstitutunda işləyir. Fəlsə ‐
fəni və ədəbiyyatımızı yaxşı bilən tanınmış
alimlə səni mütləq tanış edəcəyəm. Әminəm
ki, onun məsləhətləri sənin elmi fəaliyyətində
gərəkli olacaqdır. 
Hörmətlə,
Qəzənfər Paşayev
187


188
Prof. Dr. ӘFLATUN NEMӘTZADӘYӘ
MӘKTUB*
Әzizim Әflatun müəllim!
Türkiyədə çap olunan çox maraqlı və san ‐
ballı «Zirvələrdən zirvələrə» kitabınız (Anka ra,
Böyük Anadolu Media Qrup, 2014, 472 səh.) 
bir az
gec də olsa əlimə çatdı. Kitabı oxuduqca ikili
hislər keçirdim. Düşündüm ki, Azərbaycan
mədəniyyətini dünyada yayan, təmsil edən,
möhtəşəm işlər görən dostum, Azərbaycanda
layiq olduğu səviyyədə tanın mır, qiymət lən ‐
dirilmir. Təsəllimi kitabında yer alan «Rusların
50 il üzünü göstərmədiyi general, prof. Dr. Kə ‐
rim Kərimov» adlı məqa ləndə tapdım.
Uzun illər (1966–1987) kosmosa uçuşların
rəhbəri vəzifəsində çalışan Kərim Kərimovu
kimsə tanımırdı. İki dəfə Sovet İttifaqı Qəhrə ‐
manı, Sosialist Әməyi Qəhrəmanı, Dövlət
mü ka fatı laureatı, azərbaycanlı alim Kərim
Kə ri mov 1987‐ci ildə, 70 yaşında doğma Bakı ‐
ya ilk dəfə 50 il sonra ayaq basa bilmişdi. Qar ‐
daşım, bu məqaləndə bir məsələyə də ay dınlıq
_________________
* Bax: «Әdalət» qəzeti, «525‐ci qəzet», «Respublika» qəzeti,
05.09.2015.


189
gətiribsən. O vaxt şayiə yayılmışdı ki, Kərim
Kərimovun arvadı ermənidir. Әslində, alimin
həyat yoldaşı Bakıda orta məktəbdə onunla
bir sinifdə oxuyan Zara xanım Tağı ye va olub.
Sonralar başa düşdüm ki, Azər bay  canın gör ‐
kəm li şəxsiyyətlərinin ya ana sı  nın, ya arvadı ‐
nın erməni olması barədə şayiəni er mə nilər
yayırlar.  Guya,  onların  damarların da  er mə   ni
qanı axmasaydı, ermənilərin «ağıl lı» məs  lə ‐
hətləri olmasaydı, bu səviyyəyə çatmazdılar.
Mətləbin üstünə qayıdıram. Azərbay can da
layiq olduğunuz səviyyədə tanınma mağı nızın
əsas səbəbini uzun illərdən bəri ölkə mizin
hüdudları xaricində işləmə yinizdə axtarmaq
lazımdır. Әslində, əməyinizin lazımınca qiy ‐
mət ləndirilmə məsi də buradan qaynaqlanır.
Ataların hikmətli kəlamı buna ən tutarlı ca ‐
vabdır: «Gözdən iraq, könüldən iraq». 
Həmkarlarınız, sənət dostlarınız xaric,
çoxmu adam bilir ki, 1967‐ci ildə Teatr İnsti‐
tutunu bitirdikdən sonra prof. Cəfər Cəfə ro vun
rəhbərliyi ilə dissertasiya yazmağa baş lasanız
da, Leninqradda (indiki Sankt‐Peterburq)
Rimsk‐Korsakov  adına  Dövlət  Kon serva to ri ‐
yasının Opera rejissorluğu bölü mü nə daxil
olmusunuz?! Sonralar Varşava, Krakov, Qdansk


Teatrlarında  təcrübə keçibsiniz. Sverdlovsk
Opera Teatrında işə başlayıbsınız. Eyni za‐
manda Ulu Öndər Heydər Әliyevin təli ma ‐
tına əsasən Bakıya gələrək A.Borodinin
«Knyaz İqor» operasını səhnəyə qoyubsu ‐
nuz. 1976‐cı ildə Beynəlxalq müsabiqədə
qalib gələrək Bolşoy Teatrda teatrın Baş rejis‐
soru Boris Pokrovskinin köməkçi rejissoru
olubsunuz. 1980‐ci ildə SSRİ Mədəniyyət Na ‐
zirli yinin xətti ilə Yəmən Xalq Respubli ka ‐
sına göndərilibsiniz. Paytaxt Adendə Dövlət
Musiqili Teatrının əsasını qoyubsunuz. An ‐
caq hara getsəniz də, heç vaxt Azərbaycanı
unutmayıbsınız. Yəmən Dövlət Musiqili Te at ‐
 rında səhnələşdirilən ilk əsər dahi bəstəkar
Üzeyir Hacıbəylinin «Məşədi İbad» musiqili
ko mediyası olub. Təməlini qoyduğunuz teatr ‐
da «Otello» daxil iyirmiyə qədər dram, faciə,
musiqili komediya əsərlərini qoyubsunuz.
Adendə Gözəl Sənətlər İnstitutunda aktyor‐
luq sənətindən dərs deyibsiniz. O vaxt Yə ‐
məndə tərcüməçi işləyən şərqşünas alim,
professor İmamverdi Həmidov ölkədə böyük
hörmət və izzətə malik olduğunuzdan söz
açır və deyir ki, Sizə vətənə dönməyə imkan
vermirdilər. Lakin iqlim şəraiti səhhətinizə
190


mənfi təsir etdiyindən əvvəlki iş yerinə –
Bolşoy Teatra dönübsünüz.
Bütün bu dövr ərzində elmi işdən də ara ‐
lanmayıbsınız. 1988‐ci ildə Gürcüstan Dövlət
Teatr İnstitutunda «Müsbət estetik ideal xa ‐
rak terlər» mövzusunda dissertasiya müda fiə
edibsiniz. Azərbaycan Dövlət Opera və Ba let
Teatrında rejissor kimi çalışmaqla yana şı, Azər ‐
baycan Dövlət Gözəl Sənətlər Aka de miyasında
aktyorluq, rejissorluq və səhnə hərə kətindən
dərs deməyə başlayıbsınız.
1991‐ci ildə Türkiyə Mədəniyyət Nazirliyi
tərəfindən Ankara Dövlət Opera və Balet
Teat rına rejissor vəzifəsinə dəvət olunubsu ‐
nuz. Teatrın operetta səhnəsində bəstəkar Sü‐
leyman Әləsgərovun «Milyonçunun dilənçi
oğlu» operettasını səhnəyə qoyubsunuz. Son ‐
ra Mersin Dövlət Opera və Balet Teatrına Baş
rejissor təyin olunubsunuz. Uğurlu işinizə
«Arşın mal alan»la başlayıbsınız. 1992‐ci il ‐
dən Türkiyənin Bilkənt Universitetinin və
Ha cəttəppə Universitetinin Dövlət Konserva ‐
toriyasında aktyorluq, rejissorluq, opera rejis ‐
sorluğu və s‐dən dərs deyibsiniz. Mersinlə
bərabər, Bilkənt Universitetində rejissor ol ‐
muşsunuz. 2002‐ci ildən Ankarada Qazi Uni‐
191


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə