Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə37/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   33   34   35   36   37   38   39   40   ...   245

105

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

ifa də edən kəlmələr işlədilir. Bu mədəniyyətlərdə din anlayışını ifa-

də etmək üçün seçilə  kəlmələrin ortaq mənaları, “yol, inanc, adət, 

əlaqə,bəndəlik”dir. Bütün bu kəlmələr, köklərin insanın daxili alə min-

də olan və səmərələri müxtəlif davranışlarla təzaahür edən köklü və 

ümum bəşəri bir həqiqəti ifadə etməyi hədəfləyir.

60

Fransız  filosoflardan və  məşhur ilahiyyat alimlərindən Aguste 



Sa batier, “Dinlər Fəlsəfəsi” adlı kitabında, din duyğusunun fitri ol du-

ğu nu izah edərkən belə deyir:

“Mən nə üçün dindaram?” sualını özümə soruşan kimi, bu cavabı 

alı ram: “Mən dindaram, çünki başqa cür olmağa gücüm çatmır, din-

dar olmaq, varlığım və mahiyyətim üçün məcburi və inkaredilməz bir 

eh tiyacdır”. Mənə deyirlər ki: “Səndəki bu hal, irsiyyətin, tərbiyənin 

ya xud xarakterin təsiri ilə əmələ gəlmişdir”. Mən də onlara deyirəm 

ki, “Əslinə qalarsa, mən də  dəfələrcə öz-özümə belə etirazlar et-

miş əm, məndəki din duyğusunun valideynlərimdən gəldiyini, ya xud 

da xarakterimin xüsusi bir təsiri olduğunu demək istədim, an caq 

gördüm ki, bu kimi düşüncələr məsələni gerilədirsə  də  həll et mir. 

Belə olan halda, “görəsən məndən  əvvəlkilərə  və onlardan əv-

vəlkilərə bu duyğu haradan gəlib?” sualı qarşıma çıxır və buna ca-

vab tapa bilmirəm. Bununla yanaşı şəxsi həyatımda gördüyüm və 

eşit diyim din ehtiyaclarını  bəşərin sosial həyatında daha güclü və 

ən böyük bir qüvvət olaraq görürəm. Çünki dinin ətəyinə yapışmaq 

xü susunda o məndən geri qalmır”.

Din, çox sağlam bir ağac kimi bəşəriyyətin keçirdiyi inqilabların 

ha mısında varlığını davam etdirmiş və etdirəcəkdir... Zaman keç dik-

cə onun qaynağı nəinki quruyur, əksinə daha da dərinləşir və ge niş-

ləyir. Bu baxımdan da insan həyata din ilə başlamış olduğu kimi, din 

duyğusu ilə də qüvvətlənəcək, din ilə də sona çatacaqdır”.

 (M. Rahmi 

Balaban, İlim-Ahlak-İman, səh. 4-5)



David Hume, din və möcüzə kimi anlayışları şiddətlə tənqid et -

məsinə baxmayaraq mütləq ateizmə inanmamış: “Kainatdakı məq-

səd və nizam ən diqqətsiz və ən axmaq bir adamın belə hər yerdə 

diq qətini çəkəcək aşkarlıqdadır...Bütün elmlər bizi fərqində olmadan 

Ya radıcının varlığını  qəbul etməyə yöəldir”.

 (David Hume, Dialogues, 



Concerning Natural Religion, səh. 77)

60 


Prof.Dr. Günay Tümer, “Din” madş,DİA, IX, 314; S.G.F Brandon, A Dictionary 

of Comparative Religion (DCR),London 1970, səh. 101, 416, 542, 601.

İnsan və Kainat




106

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Volter də mütləq ateizmi ehtimal xaricində hesab etmiş, insanın 

zeh nində yaradıcı ustün bir varlıq fikrinin davamlı yer aldığını ifadə 

et  mişdir.

61

Henri Berqson bu xüsusda belə deyir: “Keçmişdə olduğu kimi, 



bu gün də elmsiz, sənətsiz, fəlsəfəsiz cəmiyyətlər olacaqdır, ancaq 

din siz bir cəmiyyət heç vaxt olmayacaq!”

 (Henry Bergson , Les Deux 

Sources, səh. 105)

Aleks Karrelin bu mövzudakı düşüncələri isə belədir: “İnsan, 

hər dövr də su və oksigen qədər Allaha da ehtiyac duymuşdur. İl ha-

ma, əx laqi duyğuya, gözəllik duyğusuna və zəkanın aydınlığına əla-

və ola raq din duyğusu şəxsiyyətin çiçəklənməsini təmin edir”. 

(Aleks 

Karrel, Dua, səh. 44)



İnsanın yaradılış məqsədi olan bəndəlik, əqlin Allahı tanıması, 

bil məsi, iradənin də Ona yönəlib bağlanması ilə gerçəkləşir. Bən-

də lərini çox sevən Allah-Təala bu xususda onlara yardım etmiş, iç-

lərindəki fitri hiss və şüuru ilahi vəhy ilə istiqamətləndirib inkişaf et-

dir miş, onları kimsəsiz/başıboş tərk etməmişdir.

62

 Ən gözəl surətdə 



ya ratdığı insanın

63

 insanlıq heysiyyətinə yaraşan bir şəkildə ya şa-



ma sı üçün ona yol göstərəcək bələdçilər və riayət edəcəyi prinsiplər 

gön dərmişdir.



5 Dini İnancın Təmin Etdiyi Faydalar

Diqqətlə tədqiq edildikdə, dinin fərdi və ictimai bir çox faydalar tə-

min etdiyi açıq aşkar görünür. Məsələn, din müqəddəs duyğu, ortaq 

şü ur və vicdan ətrafında birləşdirən bir amil olduğu kimi cəmiyyətləri 

yük səldən, onların inkişafını  təmin edən bir müəssisədir. Din eyni 

za manda əxlaqi bir müəssisə olaraq insanlara istiqamət verən, ən 

mükəmməl qanunlar və ən sərt nizamlardan daha qüvvətli bir şə kil-

də insanı daxildən saran, qucaqlayan və istiqamətləndirən bir məf-

hum dur. Dinin zəifləməsi əxlaqi və hüquqi cinayətlərin artmasına və 

getdikcə anarxizmə yol açır. Çünki din olmadıqda əxlaq üçün ic ra-

et dirici güc qalmır.

İnsan ictimai varlıq olamaqla yanaşı, onun bir də daxili aləmi var-

dır. Yalnızlıq, çarəsizlik, qorxular, kədərlər, xəstəliklər, itkilər, müsibət 

61 


Voltaire, Philosophical Dictionary, səh. 49-58.

62 


əl-Qiyamət, 36.

63 


ət-Tin, 4.


107

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

və fəlakətlər qarşısında ona ümid, təsəlli və güvənc verən ən sağlam 

sı ğınacaq, din olmuşdur. Bundan başqa dini məşğuliyyətlərin insanı 

lü zumsuz və zərərli qayğıların altında qalıb əzilməsindən xilas etdiyi, 

be ləcə  mənəvi böhranlardan qoruduğu, həqiqi dindarlarda Allaha 

ita ətin, ana-ataya, böyüklərə, dövlətə və millətə hörmət və bağlılığı, 

ki çiklərə sevgi, canlılara qayğı və şəfqət kimi əxlaqi duyğuları inkişaf 

et dirdiyi, vəzifə şüurunu qüvvətləndirdiyi təsbit edilmişdir.

64

 Bu ha di-



sə Həzrət Peyğəmbər (s.ə.s)-in əshabına bu cür duyğuları təsirli bir 

şəkildə aşıladığını göstərən misallardan sadəcə biridir:

Yeni müsəlman olan və bir qəbilə başcısı olan Cərir bin Abdullah 

Həz rət Peyğəmbər (s.ə.s)–in məclisinə  gəlmişdi.  Ətrafını dövrəyə 

alan  əshabı Peyğəmbərmizdən uzaq qalmamaq üçün Cərirə yer 

verməkdə bir az ehmalkar davrandılar. Allah Rəsulu (s.ə.s) ri da sını 

(əba) Cərirə uzatdı və üstündə oturmasını istədi. O da Pey ğəm bə -

rimizin rizasını alıb üzünə-gözünə sürdü, öpüb gözlərinin üstünə 

qoy du və:

“Mənə ikram etdiyin kimi Allah da sənə ikram etsin ey Allah ın 

Rə sulu, dedi. Sonra da ridanı götürüb Əziz Peyğəmbərimiz (s.ə.s) 

mü barək çiyninə keçirdi. Allah Rəsulu (s.ə.s):

“−Kim Allaha və axirət gününə iman edirsə, bir qövmün başcsı 

gəldiyi zaman ona ikram etsin!”−buyurdu. 

(Hakim, IV, 324/7791; Heysəmi, 

VIII, 15)

Allah inancı, insanı insanlara qul olmaqdan xilas edib tək və 

hər şeyə qadir olan uca bir varlığa bağlayaraq mənəvi bir rahat lıq 

və  səadətə çatdırar. Eyni zamanda insanın nəfsani təmayülləri nə 

və arzularına əsir düşməsinə də mane olaraq daşıdığı ruhi və fik-

ri dəyərlərin fəzilət və məziyyətlərin tamah, hərislik, eqoizm, mən-

fəətpərəstlik kimi duyğulara qurban getməsinin qarşısını alar. Be-

ləcə Allah inancı həm xaricdən həm də daxildən əsir edilərək in sa-

nın hürriyyət və istiqlalını  təhlükə altına alan ünsürlər aradan qal -

dırır, onu tam bir azadlıq və sərbəstliyə qovuşdurar. İnsanın bü tün 

qabiliyyət və istedadları, bədəni, zehni və ruhi bacarıqları bu sər-

bəst lik daxilində inkişaf edib kamilləşərək, kamil bir insan idealına 

bu yol ilə nail ola bilər..

Dindəki axirət inancı bir yandan üxrəvi məsuliyyət şüuru ilə in-

sa nın  əxlaqu inkişafına müsbət təsir edərkən digər yandan ölüm 

qor xusunun insan psixologiyası üzərindəki mənfi təsirinə mane ol ar. 

64 


Prof. Dr. Günay Tümer, “Din” mad., DİA, IX, 317.

İnsan və Kainat




Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə