Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə29/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   25   26   27   28   29   30   31   32   ...   142

 

88 


 

 

C  vitamini.  Bu  vitaminə  başqa  sözlə  askorbin  turşusu  da 

deyilir.  C  vitamini  oksidləşmə-reduksiya  reaksiyalarında  aktiv 

iştirak edir. Onun oksidləşmiş forması dehidroaskorbin turşusu, 

reduksiya olunmuş forması isə askorbin adlanır.  

Askorbin 

və 

dehidroaskorbin 



turşuları 

canlı 


orqanizmlərdə bioloji aktivliyə malik olub, asanlıqla bir-birinə 

çevrilirlər. C vitamini insan orqanizmində sintez olunmur. Ona 

olan tələbat yalnız qida məhsulları hesabına ödənilir.  

Askorbin turşusu askorbinatoksidaza fermentinin təsiri ilə 

dehidroaskorbin turşusuna (DAT) çevrilir. Bu turşu qlütationun 

və 


NADF-ın 

iştirakı 

ilə 

dehidroaskorbinatreduktaza 



fermentinin təsiri ilə askorbin turşusuna (AT) çevrilir.  

Bu  vitamin  təbiətdə  üç  formada:  askorbin  turşusu, 

dehidroaskorbin  turşusu  və  kompleks  şəkildə  zülallarla 

birləşmiş  formada  aktiv  fəaliyyət  göstərərək,  müxtəlif 

biokimyəvi  reaksiyalarda  iştirak  edir.  Bu  vitaminin  mühüm 

xüsusiyyətlərindən  ən  əsası  ondan  ibarətdir  ki,  o  insan 

orqanizmində  antioksidant  funksiyasını  yerinə  yetirir.  Belə  ki, 

bu 


vitamin 

bəzi 


xəstəliktörədici 

mikroorqanizmlərin 

fəaliyyətini 

ləngitməklə 

yanaşı, 

həm 


də 

insanların 

soyuqdəyməyə qarşı müqavimətini artırır. C vitamini maddələr 

mübadiləsi  prosesində  aminturşularından  lizinin,  tirozinin  və 

triptofanın  sintezini  sürətləndirir.  Son  zamanlar  o  da  müəyyən 

olunmuşdur ki, C vitamini orqanizmdə koferment xüsusiyyətini 

də  yerinə  yetirir.  Belə  ki,  C  vitamini  tioqlükozidaza 

fermentinin  tərkibində  aktiv  qrup  kimi  fəaliyyət  göstərir. 

Bundan  başqa  o  da  müəyyən  olunmuşdur  ki,  insan 

orqanizmində  C  vitamini  normadan  az  olduqda  yağların  da 

biosintezi  pozulur,  bu  da  qanda  xolesterinin  miqdarca 

artmasına səbəb olur.   

C vitamini heyvan mənşəli qida məhsullarının tərkibində 

çox  az  olmaqla,  əsasən  bitki  mənşəli  məhsulların  tərkibində 

olur.  Đnsanlar  uzun  müddət  bitki  mənşəli  qida  məhsulları  ilə 

qidalanmadıqda 

orqanizmdə 

maddələr 

mübadiləsinin 



 

89 


 

 

pozulması  prosesi  baş  verir.  C  vitamininin  çatışmaması 



nəticəsində əmələ gələn xəstəlik ən çox şimal ölkələrində və ya 

meyvə-tərəvəzin az olduğu vaxtlarda, qış aylarında daha geniş 

yayılır. C vitamininin quruluşu aşağıdakı kimidir: 

 

                OH                                    OH 



      C                                       C  

 

     C–OH                                C = O 



                 O             

-H

2



                      O 

     C–OH                 

+H

2

          C = O  



                                

 

H–C                                   H–C  



 

      HO–C–H                           HO–C–H  

 

     CH


2

OH                              CH

2

OH 


 

L-askorbin turşusu       dehidro L-askorbin turşusu 

 

 

 



 

       


Đnsanlarda  C  vitamini  çatışmadıqda  sinqa  və  ya  skorbut 

xəstəliyi əmələ gəlir. Bu zaman insanlarda tez yorulma halları, 

ruh düşgünlüyü, baş ağrıları, iştahın olmaması, ümumi zəiflik, 

əsəbilik,  ürək  döyünməsinin  artması  müşahidə  olunur.  C 

vitamininin  çatışmamazlığı  orqanizmdə  davam  etdikdə  bu 

xəstəlik daha da inkişaf edərək, diş ətinin şişməsi, yumşalması 

və  qanaması,  dərialtı  qansızmalar  olur.  Bu  xəstəlik  uzun 

müddət  davam  etdikdə  orqanizmdə  başqa  üzvlərin  də 

pozulmasına  səbəb  olur.  Bu  xəstəliyin  müalicəsi  dərman 

preparatlarına  nisbətən,  bitki  mənşəli  qida  məhsulları  ilə 

qidalandıqda daha effektli olur. 

Bu  vitaminin  insan  orqanizmində  bioloji  xüsusiyyəti 

böyük  olduğuna  görə,  tədqiqatçıların  nəzər  diqqətində 

yayınmamışdır. Belə ki, məşhur Amerika biokimyaçısı, iki dəfə 

Nobel mükafatı laureatı Laynus Polinq də C vitamini haqqında 



 

90 


 

 

elmi-tədqiqat  işləri  aparmışdır.  O,  C  vitamininin  çatışmaması 



nəticəsində 

baş 


verən 

xəstəliyi 

XX 

əsrin 


“çuma”sı 

adlandırmışdır.  

L.Polinq qeyd etmişdir ki, insan orqanizmində C vitamini 

çatışmadıqda  həm  də  soyuğa  qarşı  davamsızlıq,  soyuqdəymə 

halları  və  yoluxucu  xəstəliklərə  qarşı  müqavimətin  zəifləməsi 

baş verir.  

Daha sonra L.Polinq məsləhət görür ki, belə olan halda C 

vitamininə olan gündəlik tələbat insanlarda daha çox, yəni 250 

mq-dan 10 q-dək olmalıdır. Göstərilən normanın uzun müddət 

yox, xəstəlik sağalana qədər qəbul olunması məsləhət görülür. 

C  vitamini  bitkilərin  yaşıl  hissələrində,  meyvə-tərəvəzlərdə 

geniş yayılmışdır.  

Đnsanlarda  C  vitamini  çatışmadıqda  skorbut  (sinqa) 

deyilən xəstəlik əmələ gəlir. Bu xəstəliyin ilkin əlamətləri çox 

qədimdəm məlum olmuşdur.  

Ancaq  onun  klinik  təsirini  ilk  dəfə  Hipokrat  qələmə 

almışdır. Aclıq və müharibə illərində əhali arasında bu xəstəlik 

daha  geniş  yayılır.  Xəstəliyin  əsas  səbəbi  qida  məhsullarının 

keyfiyyətsiz  olması,  daha  doğrusu  qəbul  olunmuş  qidanın 

tərkibində C vitamininin olmaması ilə əlaqədardır.  

Đnsanlar  uzun  müddət  bitki  mənşəli  qida  məhsulları  ilə 

(əsasən  meyvə-tərəvəzlə)  qidalanmadıqda  skorbut  deyilən 

xəstəlik meydana çıxır.  

Qeyd  etmək  lazımdır  ki,  meyvə-tərəvəzlərin  saxlanması 

zamanı C vitamini miqdarca azalır. Meyvə-tərəvəzləri 5+10

0



temperaturda  saxladıqda  C  vitamininin  itkisi  nisbətən  az  olur. 

Ağ  üzüm  sortlarına  nisbətən  qırmızı  üzümlərdə  C  vitamini 

daha çox olur.  

Hal-hazırda  meyvə-tərəvəz  məhsullarını  elə  müasir 

üsullarla saxlanılır ki, onların tərkibində  C vitamini miqdarca 

çox az dəyişir.  Bu da sözsüz ki, C vitamininin parçalanmasını 

kataliz  edən  askorbinatoksidaza  fermentinin  aktivliyi  ilə 

əlaqədardır. Saxlanma zamanı elə rejim seçilir ki, qeyd olunan 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə