Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə27/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   23   24   25   26   27   28   29   30   ...   142

 

82 


 

 

B



1

  vitamininə  daha  çox  təsadüf  olunur.  Đnsanın  B

1

  vitamininə 



gündəlik  ehtiyacı  3-4  mq-dır.  Qida  məhsulları  düzgün 

saxlanılmadıqda B

1

-vitamini miqdarca azalır. Ona görə də qida 



məhsullarının saxlanmasına düzgün riayət etmək lazımdır.  

B

2

 vitamini. Bu vitaminə başqa sözlə riboflavin də deyilir. 

B

2



  vitamini  metilləşmiş  izoalloksazinlə  ribitol  spirtinin 

birləşməsindən əmələ gəlmişdir.  

Bu 

vitamin 


sarı 

rəngli 


olub, 

temperaturun 

və 

ultrabənövşəyi  şüaların  təsirinə  davamsızdır.  Orqanizmdə  B



2

 

vitamini  çatışmadıqda  tənəffüs  və  ürək  ritminin  tənzimi 



pozulur.  Qida  məhsullarında  B

2

  vitamini  az  və  ya  heç 



olmadıqda  orqanizmdə  qlikogen  ehtiyatının  azalmasına  səbəb 

olur. 


 

                                          OH OH OH                

 

                                  CH



2

– C –C– C–CH

2

OH    


                                    

                 N   N                  H    H   H             

 

      H


3

C–C                   C=O 

      H

3

C–C                   NH 



 

                 N  CO 

B



vitamini 



 

Bu  vitamin  tənəffüs  prosesində  iştirak  edən  flavin 

fermentlərinin  tərkibində  flavinmononukleotid  (FMN)  və 

flavin adenindinukleotid (FAD) formasında olur.  

Daha  doğrusu,  B

2

  vitamini  FMN  və  FAD-ın  tərkibində 



olur. Qidada B

2

 vitamini çatışmadıqda FMN və FAD-ın əmələ 



gəlməsi  pozulur.  Bu  da  flavin  fermentlərinin  sintezinin 

pozulması deməkdir.  




 

83 


 

 

Bundan 



başqa 

B

2



 

vitamini 

insan 

orqanizmində 



çatışmadıqda  ağız  və  gözün  selikli  qişasının  zəifləməsi, 

tüklərin tökülməsi müşahidə olunur.  

B

2

  vitamini  çatışmadıqda  dilin  üst  səthinin  selikli  qişası 



atrofiyalaşır,  göbələyə  bənzər  məməciklər  əmələ  gəlir.  Belə 

insanlarda  normadan  artıq  ağız  suyunun  olması  müşahidə 

olunur.  B

2

  vitamini  insan  orqanizmində  maddələr  mübadiləsi 



zamanı hemoqlobinin sintezində də iştirak edir.  

Ona görə də insan orqanizmində uzun müddət bu vitamin 

çatışmadıqda  çox  vaxt  qan  azlığı  deyilən  xəstəlik  meydana 

çıxır.  Bundan  başqa  B

2

  vitamininin  heyvandarlıqda  da  böyük 



əhəmiyyəti  vardır.  Belə  ki,  bu  vitamin  çatışmadıqda 

heyvanların  boy  inkişafı  pozulur.  Đnsan  orqanizmində  ürək 

ritminin  və  tənəffüs  prosesinin  tənzimlənməsində  bu  vitamin 

mühüm rol oynayır.  

Müəyyən  olunmuşdur  ki,  riboflavin  və  ya  B

2

  vitamini 



insan  orqanizmində  yağların  mənimsənilməsinə  təsir  göstərir. 

O,  B


1

  vitamininin  insan  orqanizmində  bioloji  təsirini 

gücləndirir  və  mərkəzi  sinir  sisteminin  fəaliyyətini  daha  da 

normal  hala  salır.  B

2

  vitamini  mədəaltı  vəzə  müsbət  təsir 



göstərərək,  insulin  hasilatını  sürətləndirir.    B

2

  vitamini 



çatışmadıqda 

insanlar 

tam 

dəyərli, 



keyfiyyətli 

qida 


məhsullarından  istifadə  etməklə,  bu  avitaminozu  müalicə  edə 

bilərlər.  

Bitkilərdə  bu  vitaminin  sintezi  həm  işıqda,  həm  də 

qaranlıqda  gedir.  B

2

  vitamininin  bitki  mənşəli  məhsullarından 



ən çox taxılın qabığında 0,5 mq%, meyvə-tərəvəzlərdə 0,03-0,1 

mq%, heyvan mənşəli məhsullardan – balıqda 0,4 mq%, süddə 

0,1 mq%, mal ətində 0,2 mq% olur.  

Đnsan orqanizmində B

2

 vitamini sintez olunmadığına görə 



ona  olan  ehtiyac  yalnız  qida  məhsulları  hesabına  ödənilir.  B

2

 



vitamininə  olan  tələbat  əsasən  bitki  mənşəli  məhsulların 

hesabına  ödənilir.  Bu  vitaminə  olan  gündəlik  tələbat  2-4  mq-

dır.  



 

84 


 

 

B



3

 vitamini. Bu vitaminə pantoten turşusu da deyilir.  

B



vitamini aminsizləşmiş valinin metilləşmiş törəməsi ilə 

β-alanindən ibarət olub, quruluşu aşağıdakı kimidir: 

 

                 CH



3   

OH 


 

HO –H


2

C–C  – CH–CO–NH–CH

2

–CH


2

–COOH   


 

                 CH

B



vitamini və ya pantoten turşusu 

 

Pantoten  turşusu  açıq-sarı  rəngli  yağabənzər  maddədir. 



Đnsanın, heyvanların və bitkilərin həyatında B

3

 vitamininin rolu 



böyükdür. Đnsan və heyvan orqanizmi bu vitamini sintez etmək 

qabiliyyətinə  malik  deyildir.  Ona  görə  də  ona  olan  tələbat 

yalnız  qida  məhsulları  hesabına  ödənilir.  B

3

  vitamini  canlı 



orqanizmdə  gedən  bir  çox  biokimyəvi  reaksiyaların  gedişində 

iştirak 


edən 

koferment–A-nın 

tərkibində 

olur. 


Qida 

məhsullarında  B

3

  vitamini  olmadıqda  koenzim–A-nın  əmələ 



gəlməsi  pozulur.  Bu  da  orqanizmdə  maddələr  mübadiləsinin, 

əsasən sulukarbonların və yağların mübadiləsinin pozulması ilə 

nəticələnir.  Pantoten  turşusu  çatışmadıqda  insanların  sinir 

sistemində, ürək fəaliyyətində dəyişikliklər baş verir. Hətta bu 

vitamin  çatışmadıqda  tüklərin  piqmentasiyası  və  tökülməsi 

müşahidə olunur. Qida məhsullarının tərkibində B

3

 vitamini az 



olduqda  ayaqların  göynəməsi  xəstəliyi  də  baş  verir.  Bu 

vitaminlər  zəngin  olan  qida  məhsulları  ilə  qidalandıqda  bu 

xəstəliklər  aradan  qaldırılır.  Pantoten  turşusu  bitkilərin  yaşıl 

yarpaqlarında,  tərəvəzlərdə  çox  olur.  B

3

  vitamini  ən  çox 



buğdada 1 mq%, kartofda, kələmdə, göydə 0,4-1,0 mq%, dənli 

bitkilərdə, üzümdə 0,1-2,0 mq% rast gəlinir. Bundan başqa bu 

vitamin  süddə,  yumurtada,  ətdə  və  qaraciyərdə  də  çox  olur. 

Đnsanın B

3

 vitamininə olan gündəlik tələbatı  yaşlılarda 10 mq, 



uşaqlarda isə 15-20 mq-dır.  


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə