Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə31/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   27   28   29   30   31   32   33   34   ...   142

 

94 


 

 

Para-aminobenzoy  turşusu.  Bu  vitaminin  kimyəvi 

quruluş formulu aşağıdakı kimidir: 

 

                       H



2

S                   COOH 

 

Para-aminobenzoy  turşusu  bir  sıra  xəstəlik  törədici 



mikroorqanizmlərin inkişafını ləngidir. Ərzaq məhsullarında bu 

vitamin  çatışmadıqda  gənclərdə  boy  inkişafı  ləngiyir,  tüklər 

ağarır.  Para-aminobenzoy  turşusu  fol  turşusunun  sintezində 

istifadə olunur. Bu vitamin buğdada, düyüdə, qaraciyərdə daha 

çox  olur.  Đnsan  orqanizmi  üçün  gündəlik  tələbat  tam 

aydınlaşdırılmamışdır.  



Fol  turşusu.  Bu  vitaminə  pteroilqlütamin  turşusu  da 

deyilir.  Bu  vitaminə  bitkilərdə  həm  sərbəst,  həm  də  zülallarla 

birləşmiş  şəkildə  təsadüf  olunur.  Fol  turşusu  nukleotidlərin, 

nuklein  turşularının  biosintezində,  zülalların  mübadiləsində, 

qanın  əmələ  gəlməsində  iştirak  edir.  Fol  turşusu  insan 

orqanizmi  tərəfindən  sintez  olunur.  Bu  vitamin  paxlalı 

bitkilərdə, kartofda, ispanaqda və qaraciyərdə çox olur.  

Fol  turşusunun  əmələ  gəlməsində  pteridin,  para-

aminobenzoy  və  qlütamin  turşuları  iştirak  edir.  Kimyəvi 

formulu aşağıdakı kimidir: 

           

          N    N 

  H

2

N            CH 



 

                      C–CH

2

–NH –                    – CO–NH   



                                                                     

                 N                                                CH–COOH  

 

                                                                   (CH



3

)



 

                    Fol turşusu                              COOH 

 



 

95 


 

 

1.4.3.Antivitaminlər  



 

Kimyəvi  tərkiblərinə  görə  vitaminlərə  yaxın  olan,  lakin 

əksinə  təsir  göstərən  bir  qrup  maddələr  vardır  ki,  onlara 

antivitaminlər deyilir. Antivitaminlər kimyəvi quruluşuna görə 

vitaminlərə  oxşayır,  ancaq  vitamin  deyildir.  Belə  maddələr 

vitaminlərin bioloji roluna pis təsir göstərir. Məlumdur ki, bəzi 

vitaminlər fermentlərin prostetik (aktiv) qrupları hesab olunur.  

Vitaminin  bioloji  rolunun  pozulması,  bəzi  fermentlərin 

fəaliyyətinin  ləngiməsinə  səbəb  olur.  Bu  da  maddələr 

mübadiləsinin pozulması ilə nəticələnir. Belə ki, antivitaminlər 

kimyəvi  quruluşuna  görə  özlərinə  yaxın  olan  vitaminləri 

fermentlərin  tərkibindən  sıxışdırıb  çıxarırlar.  Sonra  müvafiq 

fermentlərin  zülali  hissələri  ilə  birləşirlər.  nəticədə  fermentin 

təsir mexanizmi pozulur. Beləliklə, antivitaminlər süni surətdə 

avitaminoz yaradırlar.  

Qeyd  etmək  lazımdır  ki,  bəzi  antivitaminlər  isə  təbiətdə 

mühüm əhəmiyyət kəsb  edirlər. Para-aminobenzoy  turşusunun 

antivitamini  sulfanilamid  preparatlarıdır.  Belə  ki,  qida 

məhsullarında  para-aminobenzoy  turşusu  çox  olduqda  bəzi 

infeksion xəstəliklərin törədicisi olan mikroorqanizmlər sürətlə 

inkişaf edirlər.  

Sulfanilamid preparatları da para-aminobenzoy turşusunu 

əvəz  edərək,  maddələr  mübadiləsini  ləngidir.  Daha  doğrusu, 

mikroorqanizmlərin həyat fəaliyyətini sulfanilamid preparatları 

dayandırır. 

Para-aminobenzoy 

turşusunun 

antivitamini 

streptosiddir.  

              COOH                                SO

2

NH



 

 

 



 

             NH

2                                

                 NH

p-aminobenzoy turşusu  



    streptosid   


 

96 


 

 

Bundan  başqa,  bəzi  vitaminlərin  də  antivitaminləri  aşkar 



olunmuşdur. 

Nikotin 


turşusunun 

antivitamini 

piridin-3 

sulfoturşu, piridoksininki isə etilpiridoksindir.  

 

  COOH                     SO



2

H                       CH

2

OH 


 

                                                            HO       CH

2

OH 


                                                                   

                                                           H

3



         N                              N                              N 



nikotin turşusu      piridin-3 sulfoturşu          piridoksin 

 

                               CH



2

OH 


 

                       HO         CH

2

OH 


                     H

5

C



                                

                                N 

                        etilpiridoksin 

 

Tiaminin, 



pantoten 

turşusunun, 

C-vitamininin 

də 


antivitaminləri  aşkar  olunmuşdur.  Qida  sənayesinin  bir  çox 

sahələrində  də  antivitamin  preparatlarından  xəstəliktörədici 

mikrobların  inkişafını  dayandırmaq  məqsədi  üçün  geniş 

istifadə olunur. Qeyd etmək lazımdır ki, insanların vitaminlərə 

olan  tələbatı  dərman  preparatları  ilə  yox,  qida  məhsulları 

hesabına  ödənilməsi  olduqca  vacibdir.  Yuxarıdan  göründüyü 

kimi  antivitaminlər  bəzi  vitaminlərin  fəaliyyətinə  mənfi  təsir 

göstərirlər.  Bu  da  orqanizmdə  müxtəlif  cür  fəsadların  və  ya 

xəstəliklərin  əmələ  gəlməsinə  səbəb  olur.  Ona  görə  də 

insanların  vitaminlərə  olan  ehtiyacı  əsasən  bitki  mənşəli  qida 

məhsulları  hesabına  ödənilməlidir.  Đnsanların  gündəlik  qida 

rasionunda  bitki  mənşəli  məhsulların,  o  cümlədən  meyvə-

tərəvəzlərin olması olduqca vacibdir. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə