Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

olunur,  onun  atributu  kimi  izah  edilir,  yəni  subyektin  keyfiyyət  göstəricisi  kimi 

qəbul olunur. Bu nöqteyi-nəzərdən  təhsilə bir-birini  əvəz  edən  fəaliyyətlər sistemi 

kimi  baxılır  və  bu  halda  fəaliyyətin  subyekt,  proses,  fənn,  vasitə,  nəticə  kimi 

komponentləri  bir-birindən  ayrılır,  yəni  fəaliyyətin  özü  tərkib  hissələrinə  ayrılır, 

proses  məqsədin  qoyulması  ilə  başlayır.  Qoyulmuş  məsələnin  dəqiqləşdirilməsi 

aparılır, plan hazırlanır, qurğular, sxemlər seçilir, bundan sonra öyrənən müvafiq 

üsul  və  yanaşmalar  seçərək  əməliyyatları  yerinə  yetirir,  işin  gedişini  və  aralıq 

nəticələri  qoyulmuş  məqsədlə  müqayisə  edərək  gələcək  fəaliyyətdə  müəyyən 

düzəlişlər aparır. 

Məlum  olduğu  kimi,  ümumtəhsilin  məzmun  standartlarının  strukturunda 

“Ümumtəhsilin  təhsil  standartlarının  məcburi  minimumunun  məzmunu”  və 

“Məzunların  hazırlıq  səviyyəsinə  qoyulan  tələblər”  kimi  iki  səviyyənin  qoyuluşu 

durur.  Təhsil  standartlarının  komponentləri  olan  “minimum”  və  “tələblər”  bir-

biri  ilə  əlaqədardır.  Bu  əlaqə  biliyin  qazanılması  prosesinin  paradiqmasında  – 

“minimum”  məktəbin  təhsil  alana  verəcəyi  biliklər  sisteminin  səviyyəsini, 

“tələblər”  isə  təhsil  alanın  mənim-sədiyi,  qəbul  etdiyi  biliklər  sistemi  əsasında 

formalaşan  bacarıqların  səviyyəsini  müəyyənləşdirir.  Standartın  komponentləri 

arasındakı belə münasibətlər klassik, “ötürücü” xarakter daşıyan pedaqogikanın, 

yəni bilikləri “məktəb verir”, təhsil alan isə "qəbul edir" kimi əsas prinsipləri üzə-

rində  qurulmuş  olduqda  arzuolunan  nəticə  alınmır.  Yəni  insanın  bir  fərd  kimi 

xüsusiyyətlərini, onun inkişaf dinamikasını nəzərə almadan hərəkət etmək təhsilin 

son nəticəsi kimi qarşıya qoyulmuş məqsədi təmin edə bilmir, yəni məktəb yaradıcı 

şəxsi, həqiqi vətəndaşı tərbiyə etmək əvəzinə, tənbəli, müftəxoru və tüfeylini tərbiyə 

edir.  Şəxsə,  təhsilalana  istiqamətlənmiş  təhsilin  paradiqmasında  “minimum”  və 

“tələblər”  arasındakı  münasibətlər  başqa  xarakter  daşıyır,  fəaliyyət  məhsuldar 

əsasda  inkişaf  edir.  Belə  münasibət  şəxsi  keyfiyyətlərin  inkişafını,  hadisələrə 

yaradıcı yanaşmanı, öyrənilən sahədə təhsilin son məhsulu olan müvafiq bacarıq-

ların formalaşmasını təmin edir.  

Təhsilin  məzmunu  ilə  fəaliyyət  arasındakı  münasibətlərin  həlli  birinci 

növbədə  tədris-təlim  prosesində  idraki,  informasiya-kommunikasiya  və  refleksiv 

(qeyri-iradi)  fəaliyyətlərin  inkişafına  imkan  yaradan  yeni  təhsil  şəraitinin,  ən 

başlıcası nəticəyönümlü təhsil standartlarının hazırlanmasını təmin edir.  

Təhsilin yeni məzmununa keçidi təkamül-axtarış və informasiyalı olmaqla iki 

qrupa (mərhələyə) ayırmaq olar. Birinci qrupda çoxlu sayda məktəblərdə hazırda 

da saxlanılan və ayrı-ayrı fənlərin dərindən öyrənilməsinə imkan verən sinif-dərs 

sisteminin  tələblərinə  müvafiq  fəaliyyətin  qurulması  əsas  tələb  kimi  götürülür. 

İkinci qrupda isə şəxsə istiqamətlənmiş, fəaliyyətyönümlü, kamil insanın, rəqabətə 

davamlı  şəxsiyyətin  formalaşdırılması  üçün  nəticəyönümlü  təhsilin  qurulmasını, 

yeni yanaşmaların, interaktiv təlim üsullarının tətbiqi əsas tələb kimi qəbul edilir. 

Araşdırmalar  təsdiq  edir  ki,  təhsilin  məzmununun  müəyyənləşdirilməsi  məqsəd 

əsasında aparılmalıdır. Ümumiyyətlə, təhsildə məqsədin üstünlüyü bir prinsip kimi 

həmişə  gözlənilməlidir.  Bu  prinsip  təhsil  standartlarında  dəyişikliklərin  elə 

ardıcıllıqla  aparılmasını  tələb  edir  ki,  tədris  planı,  tədris  prosesinə  qoyulan 

minimum  tələblərin  həcmi,  bilik  səviyyəsi  və  təhsil  şəraiti,  eyni  zamanda  təşkilati 

və idarəetmə məqsədin dəyişdirilməsinin nəticəsi kimi çıxış etsin. 


Təhsildə təhsilalanın maraqlarının üstünlüyü saxlanılmalıdır. Belə ki, təhsilin 

məzmununun  müəyyənləşdirilməsində  cəmiyyətin  və  dövlətin  maraqları  ilə 

bərabər,  təhsil  sahəsindəki  istənilən  proqramlara  şəxsin  özünü  dərk  etməsinə, 

özünü  ifadə  etməsinə,  öz  müqəddəratını  təyin  etməsinə  imkan  verən  elementlərin 

daxil  edilməsinə  üstünlüyün  verilməsi  mühüm  tələbdir  və  təhsilin  məzmununda 

mədəniyyətyönümlü  məsələlər  diqqət  mərkəzində  saxlanılmalıdır,  yekun  nəticələr 

tamamilə  və  dəqiq  müəyyən  olunmalıdır.  Vacibdir  ki,  təhsilin  məzmununun 

müəyyənləşdirilməsində sosial-mədəni mühitdə həyat fəaliyyəti ilə bağlı təcrübəyə 

istinad  olunsun,  şagirdin  fəaliyyəti  onun  şəxsi  təhsilinin  subyekti  kimi  qəbul 

edilsin,  şəxsiyyətin  strukturunun  tamlığı,  onun  idrak  prosesinin,  emosional-iradi, 

mənəvi-əxlaqi sferasının xüsusiyyətləri nəzərə alınsın. 

Öyrənənin  və  onu  əhatə  edən  mühitin  iştirak  etdiyi  təhsil  prosesinin  təhlili 

göstərir ki, təhsilin məzmununu daxili və xarici olmaqla iki komponentə ayırmaq 

olar.  Təhsilin  məzmununun  xarici  komponenti  şəxsiyyətin  inkişafını  təmin  edən 

təlim  mühiti  ilə  xarakterizə  olunur.  Təhsilin  məzmununun  xarici  komponenti  iki 

tərkib hissədə – real həqiqətlər və ona dair biliklər sistemindən ibarət olan “təhsil 

sahəsi”  anlayışında  cəmlənir.  Ona  görə  də  xarici  təhsil  sahəsi  qarşılıqlı  təsirdə 

olan  iki  –  real  dünya  və  tədris  olunan  kursların  məzmununu  özündə  cəmləşdirən 

tərkib  hissələrdən  ibarətdir.  Təhsilin  məzmununun  daxili  komponenti  təhsil  alan 

şəxsin ayrılmaz cəhətidir. Ona görə də təhsilin daxili məzmunu təhsil alanın təhsil 

ehtiyaclarının  ödənilməsi  ilə  uyğunlaşdırılmalıdır.  Məzmunun  xarici  və  daxili 

komponentlərə  bölünməsi  ilə  bağlı  konsepsiyanın  qəbul  olunması,  hər  iki 

yanaşmanın  fəaliyyətə  inteqrasiya olunduğunu göstərir.  Onlardan birincisi tədris 

prosesini  fərdiləşdirməyi,  yəni  təlim-tərbiyə  prosesinin,  təhsilalanların  psixoloji 

xüsusiyyətlərini  nəzərə  alaraq  qurmağı  nəzərdə  tutursa,  ikinci  ümummədəni 

fəaliyyət  prosesində  təhsil  alan  şəxsin  özünün  fərdiləşdirilməsini  nəzərdə  tutur. 

Belə  yanaşma,  yəni  təhsil  alanın  reallığın  əsas  xüsusiyyətlərini  mənimsəyərək 

özünün  daxili  inkişafına  və  oradan  da  mədəni-tarixi  nailiyyətlərin  mənimsənil-

məsinə istiqamətlənmiş fəaliyyəti, təhsilin məzmunu ilə bağlı fəaliyyətlərin əsasını 

müəyyən edir. 

Problemlər  içərisində  evristik  təhsil  fəaliyyəti  (zəkalı  fəaliyyətin  mühüm 

elementi) ilə bağlı məsələlər xüsusi yer tutur. Evristik (nəzəri tədqiqatın məntiqi və 

metodik  üsulları  sistemi  kimi  qəbul  olunan  rakursda)  təhsil  fəaliyyətinin  əsas 

məqsədi  təhsil  alanın  özünün  şəxsi  təhsilinin  bütün  elementlərinin,  yəni  məqsədin 

mənasını,  məzmununu,  təlimin  optimal  forma  və  metodlarının  seçilməsini,  təhsil 

sahələrinin  mənimsənilməsi  ilə  bağlı  şəxsi  fəaliyyət  trayektoriyasının  qabaqcadan 

layihələndirilməsində iştirakının təmin olunmasıdır. 

Yeri  gəlmişkən  qeyd  edək  ki,  ümumtəhsil  məktəblərində  “yaradıcılıq 

fəaliyyəti”, “evristik fəaliyyət” anlayışlarından istifadə edərək evristik təlimin əsas 

parametrlərini  müəyyənləşdirmək  olar.  Evristik  fəaliyyət  yaradıcılıq  fəaliyyətindən 

başqa metodoloji və koqnitiv fəaliyyətləri də özündə birləşdirir. Evristik təhsil fəaliy-

yətində  eyni  zamanda  evristik  və  reproduktiv  komponentlər  iştirak  edir.  Öyrədənin 

bu halda əsas vəzifəsi tədris prosesinin tamlığının təmin olunmasında bu məsələlərin 

nəzərə alınmasıdır. Evristik fəaliyyətin əsas məqsədi təhsil alanın, tədris prosesində 


Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə