Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   ...   8   9   10   11   12   13   14   15   16

3)  fənnin  ayrı-ayrı  mövzularının  öyrənilməsinə  müəllimin  sərf  edəcəyi 

saatların təxmini miqdarı; 

4) dünyagörüşünün əsas elementlərinin siyahısı; 

5) fənlərarası və kurslararası əlaqələri yaratmaq üçün göstərişlər; 

6) tədris avadanlığının və əyani vəsaitlərin siyahısı; 

7) tövsiyə edilən ədəbiyyat. 

Təhsildə  diferensiya  proseslərinin  dərinləşməsi  ilə  əlaqədar  olaraq  tədris 

proqramlarının  müxtəlif  variantları  (alternativ  variantları)  işlənib  hazırlanır.  Hər 

hansı bir tədris müəssisəsində şagirdlərin maraq və imkanlarına uyğun olaraq bir 

fənn  üzrə  bir  neçə  variantda  proqram  tətbiq  edilməsi  təklif  olunur.  Diferensial 

proqramlardan  istifadə  etmək,  fənni  dərindən  və  ya  əksinə,  öyrənəcək  siniflər 

yaratmaq haqqında qərarı məktəb şuraları verir. 

Təbiət  və  cəmiyyət  hadisələrindəki  qarşılıqlı  əlaqəyə  və  elmlər  arasındakı 

inteqrasiyaya uyğun olaraq fənlərarası və fəndaxili əlaqələr də tədris proqramında 

nəzərdə tutulur. 

Deməli,  tədris  planına  əsasən  fənnin  hissələrini  və  ya  bölmələrini, 



mövzularını,  mövzulara  aid  məsələləri  göstərən,  fənn  üçün  ayrılmış  saatları 

mövzular  arasında  bölüşdürən  və  izahat  vərəqinə  malik  olan  sənədə  tədris 

proqramı deyilir. 

Tədris  planları  və  proqramları  məsələsi  müxtəlif  ölkələrdə  başqa-başqa  həll 

olunur. Məsələn, ABŞ-da eyni tipli məktəblər üçün ölkə miqyasında tədris planı və 

ya  tədris  proqramları  yoxdur.  Tədris  planı  və  tədris  proqramlarını  ştatlar  tərtib 

edirlər.  Orada  hətta  tək-tək  məktəblər  lazım  olan  sənədləri  özləri  hazırlayır  və 

tətbiq edirlər. 



 

 

10.6. Dərslik, iş dəftəri və müəllim üçün  

metodik vəsait komplekti 

 

Dərsliyi füsunkar şagird aləminin “dünyaya açılan pəncərəsi”adlandırırlar. Bu 

obrazlı  deyim  olsa  da,  uşağın  bir  şəxsiyyət  kimi  formalaşmasında  dərsliyin 

əhəmiyyətini dəqiq səciyələndirir. Zamanın filosofları və sosioloqları, psixoloqları 

və  pedaqoqları  da  dərsliyin  həmişə  bu  ölçülərlə  mənalandırıblar.  Dərslik  şagird 

üçün  yazılır.Lakin  məktəb  təcrübəsində  bərqərar  olmuş  ənənələr  axarında  ondan 

həm  şagird,  həm  də  müəllim  istifadə  edir.Şagird  üçün  dərslik  bilik 

mənbəyidir.Müəllim  isə  dərsliyə  yüksək  təhsilli  mütəxəssis  kimi  müraciət  edir, 

əslində o, dərslikdə verilmiş materialları daha dərindən və ətraflı bilir, ancaq onları 

özününküləşdirir,  dərslikdən  dərsin  “müəllim  ssenarisini”  yazmaq  üçün  istifadə 

edir.Şagirddən  fərqli  olaraq,  dərslik  müəllim  üçün  metodik  vəsaitdir(və  ya 

rəhbərlikdir).O,  dərsdə  şagirdlərin  təhsili,  inkişafı  və  tərbiyəsi  kimi  köklü 

məsələləri həll həll edərkən dərsliyə əsaslanır, dərs üçün zəruri materialı axtaranda, 

seçəndə  və  işləyəndə  dərslikdən,  obrazlı  desək,  yanar  mayak  kimi  istifadə  edir                  

(prof. Ə.Əlizadə).Bu zaman, o, proqramın tələblərini, ilk növbədə,öyrədiləcək əsas 

anlayışların,  bacarıq  və  vərdişlərin  həcmini  zəruri  surətdə  nəzərə  alır.Bəzi 




müəlliflər(İ.M.Qritevski, S.E.Qritsevskaya və b.) müəllimin dərsliyi aşağıdakı kimi 

təhlil etməsini məsləhət görürlər: 

-Dərslikdə nə verilmişdir ? 

–Necə verilmişdir? 

 –Bu nə üçün verilmişdir ? 

–Nə üçün məhz belə verilmişdir 

 –Dərsliyin bu materiallarının hansından bilavasitə istifadə etmək zəruridir? 

 –Hansı materiallardan dəyişilmiş şəkildə istifadə olunmalıdır?   

 –Dərslikdə  verilmiş  material  kafidirmi,  yoxsa dərsliyə  nəyi  isə  əlavə  etmək, 

nəyi isə dəyişmək və ya  dərslikdən kənara çıxmaq lazımdır, əgər lazımdırsa,hansı 

ölçüdə lazımdır ? 

Müəllim dərslik materiallarını təhlil edəndə onun fəaliyyətində iki cəhət bir-

biri  ilə  üzvi  şəkildə  qovuşur:o,  bir  tərəfdən,müəlliflərin  termini  ilə  desək,  dərslik 

materiallarını “özü üçün”, digər tərəfdən,”şagirdlər üçün tərcümə edir”. 

Dərslik  təhsil  sistemində  məzmun  və  funksiyasına  görə  əhəmiyyətli 

resurslardan  biridir.  Şagird  şəxsiyyətinin  formalaşmasında  dərsliklər  mühüm  rol 

oynayır. Şagirdlərin təfəkkürünü inkişaf etdirmək, əqli fəaliyyətinin əsas üsullarını 

formalaşdırmaq üçün dərsliklər ən etibarlı vəsait kimi dəyərləndirilir. Buna görə də 

təhsil  islahatları  çərçivəsində  həmişə  dərsliklərin  yaradılmasına  xüsusi  müstəvidə 

yanaşılmış, hökumət səviyyəsində dərslik siyasəti hazırlanaraq tətbiq olunmuşdur. 

Dərslik  siyasətinin  məqsədi  məktəbliləri  standartlara  uyğun  bilik,  bacarıq  və 

vərdişlərə  yiyələndirmək,  Vətəninə,  xalqına,  onun  adət-ənənələrinə  bələd  olan, 

milli  və  ümumbəşəri  dəyərlər  zəminində  formalaşan,  fiziki  və  mənəvi  cəhətdən 

sağlam,  müstəqil  həyata  hazır  və  demokratik  düşüncəli  vətəndaşlar  kimi  yetiş-

dirməkdir . 

Dərslik konkret  fənn  üzrə tədris planı və proqram  əsasında nəzəri  və praktik 

biliklərin  əsaslarının  sistemli  və  anlaşıqlı  şəkildə  izah  olunduğu  əsas  vəsaitdir. 

Konqnitiv  (idraki)  təhsilin  əsas  resurslarından  hesab  edilən  dərsliklər  ən  zəruri 

informasiyaları, tapşırıq və çalışmaları əks etdirməklə istiqamətləndirici, yönəldici, 

düşündürücü  funksiyaları  daşıyır.  Dərsliklərdə  artıq  informasiya  yükünün  olması 

nöqsanlı hal kimi qəbul edilir və bu, onun keyfiyyətinə xələl gətirir. 

Dövlət təhsil standartlarını özündə əks etdirən fənn kurikulumlarına uyğunluq 

dərsliklərin  əsas  keyfiyyətlərindən  biridir.  Əslində,  bu,  dərsliklərin  təhsil 

standartlarında  ifadə  edilmiş  bilik  və  fəaliyyətlərin  reallaşdırılmasına  xidmət 

etməsinin  ifadəsidir.  Başqa  sözlə,  standartlardan  kənara  çıxma  hallarına  yol 

verilməməsi vacib tələb kimi qarşıya qoyulur. 

Dərslik fəal təlim prosesində bir komponent kimi şagirdi idraki fəallığa sövq 

etməli,  onu  tədqiqatçılığa  və  yaradıcılığa  istiqamətləndirməlidir.  Belə  olan  halda 

dərsliyin  bilik  vermək,  məlumatlandırmaq  kimi  keçmiş  ənənəyə  söykənən 

funksiyası arxa plana keçir. 

Hazırda  şagirdləri  fəaliyyətə  sövq  etməklə  tətbiqi  xarakter  daşıması 

dərsliklərin  əsas  keyfiyyətlərindən  hesab  edilir,  onlarda  bacarıqları  formalaşdıra 

bilmək  imkanının  olması  mühüm  cəhət  kimi  dəyərləndirilir.  Bunun  üçün  kifayət 

qədər müxtəlif növ çalışma və tapşırıqlardan istifadə edilməsi tələb olunur. 




Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə