Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   ...   8   9   10   11   12   13   14   15   16

Sxem 1 

İnkişafı təmin edən bacarıqların sxematik təsviri 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Sxemdən  göründüyü  kimi,  idraki,  informativ-kommunikativ  və  psixomotor 



bacarıqların  hər  biri  də  əlaqəli  bacarıqlar  şəbəkəsindən  ibarət  olmaqla  bütöv  bir 

komplekt  təşkil  edir.  Dərsliklər  hazırlanarkən  bu  cəhətlər  nəzərə  alınmalı, 

şəxsiyyətin  idraki,  informativ-  kommunikativ  və  psixomotor  bacarıqlarının 

inkişafını təmin edən materiallar o cümlədən çalışma və tapşırıqlar dərsliyə daxil 

edilməlidir.  Bu  zaman  hər  bir  növdən  olan  bacarıqların  özünəməxsusluğu,  onun 

daxilində olan mərhələlərin ardıcıllığı nəzərə alınmalıdır. 



İş  dəftərləri  şagirdlər  üçün  nəzərdə  tutulur.  Onun  hazırlanmasında  başlıca 

olaraq iki mühüm tələb diqqət mərkəzində saxlanılır: 



1. Dərslikdəki təlim materialları ilə əlaqəlilik. Məlum olduğu kimi, dərslik 

məzmununda 

öyrənilməsi 

nəzərdə 


tutulan 

anlayışlara, 

qaydalara, 

qanunauyğunluqlara,  təsnifatlara  və  sairə  aid  məlumatları,  ən  zəruri  çalışma  və 

tapşırıqları əhatə edir. İş dəftərində həmin materiallara aid müxtəlif suallar, çalışma 

və  tapşırıqlar  sistemi  verilir.  Həmin  materiallarda  dərsliklərdəki  şərhlərin 

nümunələrlə əsaslandırılması, yaxud qrafiklər, cədvəllər, şəkil və illüstrasiya mate-

rialları üzərində fəaliyyətlərin təşkil olunması nəzərdə tutulur. 



2.  Şagirdlərin  praktik  fəaliyyətinin  təmin  olunması.  İş  dəftərində 

dərslikdəki  məlumatları  anlamaq,  təhlil  və  tətbiq  etmək,  dəyərləndirmək  üçün 

praktik materiallar verilir. Əsasən aşağıdakı tipdən olan praktik materiallara üstün 

yer ayrılması məqsədəmüvafiq hesab edilir: 

- çalışma və tapşırıqlar; 

- istiqamətləndirici suallar; 

- ev tapşırıqları. 

Yuxarıda sadalanan praktik materiallar dərslikdə özünə yer alan təlim materi-

allarına  uyğun tərtib olunmaqla  yanaşı, həm  də  şagirdlərin psixologiyasına uyğun 

qurulur. Onların meyil və maraqları, ən başlıcası, tələbatları nəzərə alınır. 

idraki 

informativ-



kommunikativ 

bacarıqlar 

psixomotor 

qavrama 

ünsiyyət 

qaydalara uyğun 

fəaliyyət 

təhlil 

təsviretmə 



sərbəst fəaliyyət 

dəyərləndirm

ə 

təqdimetmə 



yaradıcılıq 


Məlum  olduğu  kimi,  dərsliklərdə  biliklərin  mənimsədilməsi,  müvafiq 

anlayışların formalaşdırılması və tətbiqolunma mənimsəmənin məntiqində başlıca 

mərhələlər  hesab  edilir.  Bu  təlim  prosesinin  informasiya  ilə  başlayan  və  qavrama 

mərhələsində tamamlanan məntiqindən irəli gəlir. 

Dərslikləri  tamamlayan  iş  dəftərlərindəki  çalışma  və  tapşırıqlar  müvafiq 

anlayışların  mənimsənilməsinə  xidmət  göstərməklə  yanaşı,  həm  də  şagirdlərdə 

məntiqi  təfəkkürün,  yaradıcı  təfəkkürün,  eləcə  də  dəyərlərin  (səriştələrin) 

formalaşmasına  imkan  yaradır.  Bu  iş  dəftərində  işləməklə  şagirdlər  həm  sinif 

şəraitində, həm də evdə müstəqil olaraq fəaliyyət göstərə, qazandıqları bacarıqları 

inkişaf etdirə, daha da möhkəmləndirə bilərlər. 

Dərsliklərdə  əks  olunan  sistemin  reallaşdırılması  müəyyən  olunmuş 

strategiyalardan çox asılıdır. Adətən, müəllimlər bu strategiyalara əsasən fəaliyyət 

göstərirlər.  Ona  görə  də  uzun  illər  yaradılmış  məzmun  üzrə  məqsədyönlü  iş 

qurmaq  üçün  müəllimlərə  müvafiq  metodik  istiqamətin  verilməsi  zəruri  hesab 

olunaraq  müxtəlif  mənbələr  hazırlanmışdır.  Həmin  mənbələrin  yaradılmasında 

pedaqoji, psixoloji, fizioloji araşdırmalara istinad olunmuşdur. 

Dərslik  komplektinin  hazırlanmasında  təlim  nəticələrinə  nail  olunması  üçün 

potensial  imkanların  yaradılması  xüsusi  strateji  xətt  kimi  nəzərdə  tutulur.  Bunun 

üçün  ilk  növbədə,  ayrıca  müəllim  üçün  metodik  vəsait  hazırlanaraq  istifadəyə 

verilir . 

Metodik  vəsaitin  hazırlanması  zamanı  başlıca  olaraq  aşağıdakı  funksiyaların 

reallaşdırılması vacib tələblər kimi qarşıya qoyulur: 

- qabaqlayıcı materialların olması; 

- mövzuların tədrisi texnologiyalarının əhatə edilməsi; 

- yardımçı materialların verilməsi. 

Metodik vəsaitin ilk hissəsində qabaqlayıcı materiallar verilir.  

Bu zaman aşağıdakıların əhatə olunması zəruri hesab edilir: 

- fənn üzrə məzmun strategiyalarının reallaşma cədvəli; 

- illik və gündəlik planlaşdırma nümunələri

- inteqrasiyaya aid tövsiyələr. 

Məzmun standartları mahiyyət etibarı ilə fənnin təlimi məzmununu ifadə edir. 

Orada  minimum  hədd,  səviyyə  öz  əksini  tapır.  Dərslik  hazırlanarkən  həmin 

standartların  onun  vahidlərində-bölmə  və  paraqraflarda  reallaşdırılmasına  diqqət 

yetirilir.  Dərsliyin  pedaqoji  sirrinə  çevrilən  bu  xüsusiyyəti  müəllimin  diqqətinə 

daha qabarıq çatdırmaq üçün metodik vəsaitdə xüsusi cədvəl verilir. 

Metodik  vəsaitdə  illik  və  gündəlik  planların  nümunələrinin  verilməsi  də 

qabaqlayıcı  material kimi  əhəmiyyət  daşıyır,  müəllimin  məqsədyönlü  fəaliyyətini 

təmin edir, onun düzgün strateji xətt üzrə irəliləyişlərə nail olmasına imkan yaradır. 

Metodik vəsaitə daxil edilən dərs planı nümunəsi də müəllim və şagird fəaliyyətini 

daha  konstruktiv  və  modern  formada  təmsil  edə  bilmək  baxımından  əhəmiyyət 

daşıyır.  Şagirdlərdə  fəallığın,  həyati  bacarıqların  formalaşmasına  imkan  yarada 

bilməsinə  və  qeyri-standart  məzmuna,  struktura  malik  olmasına  görə  ənənəvi 

nümunələrdən  seçilir.  Mövzu,  məqsəd,  gözlənilən  təlim  nəticəsi,  inteqrasiya, 

inklüzivlik, strategiyalar və resursların əvvəlcədən müəyyən olunması mühüm şərt 

kimi qarşıya qoyulur. 



Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə