Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   ...   8   9   10   11   12   13   14   15   16

 

10.3. Tədris planı 

 

Tədris  prosesinin  məzmunu  tədris  planı,  fənlər  üzrə  tədris  proqramları  ilə 



müəyyən  olunur  və  dərs  kitablarında,  informasiyanı  toplayıb  saxlayan  elektron 

avadanlıqlarda əks olunur. Tədris sisteminin əhatə etdiyi hər tədris müəssisəsinin 

özünəməxsus  tədris  planı  olur.  Müxtəlif  tipli  tədris  müəssisələrinin  qarşısında 

qoyulan vəzifələr başqa-başqa olduğundan onların tədris planları da müxtəlifdir. 

Tədris müəssisələrinin tiplərindən və formalarından asılı olaraq tədris planları 

nə qədər müxtəlif olsa da, onların ümumi cəhətləri də vardır. O, 

1) tədris ilinin, rüblərin və tətillərin müddətini; 

2) tədris müəssisələrində öyrənilən fənlərin tam siyahısını; 

3) təlim illəri üzrə fənlərin bölüşdürülməsini; 

4)  hər  fənnin  bütün  təlim  müddətində  və  hər  sinifdə  öyrənilməsinə  ayrılan 

saatların miqdarını; 

5) hər fənnin öyrənilməsinə verilən həftəlik saatların miqdarını; 

6) praktikumların strukturunu, müddətini və s. müəyyən edir. 

Tədris  planında  cəmiyyətin  qəbul  etdiyi  təhsil-tərbiyə  idealı,  müəy-

yənləşdirmiş  məqsədlər,  təhsilin  məzmununun  formalaşdırılması  konsepsiyası  öz 

əksini tapır. O, təlim-tərbiyə prosesinin qanunauyğunluqlarını, sanitar-gigiyenik və 

təşkilati tələbləri, yaranmış ənənələri nəzərə almaqla işlənib hazırlanır. 

Tədris  planına  daxil  edilən  fənlər  məcburi  və  fakültativ  (seçmə)  fənlərə 

ayrılır. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da tədris planları, 

mərkəzi  təhsil  orqanları  tərəfindən  işlənib  hazırlanır  və  təsdiq  olunur. 

Deyilənlərdən aydın olur ki, bu və ya digər məktəbdə öyrədilən fənləri, onların 

siniflər üzrə ardıcıllığını, hər fənnə verilən saatların miqdarını, təhsilin müd-

dətini, şagirdlərin fəaliyyət növlərini əks etdirən sənədə tədris planı deyilir. 

 

 

10.4. Tədris fənni 

 

Bəzi  ədəbiyyatda  yazılır  ki,  ümumtəhsil  məktəblərində  elmlərin  əsasları 



öyrədilir. Bu fikirlə razılaşmaq olmaz. Çünki, ümumtəhsil məktəblərində öyrədilən 

elmlərin  əsasları  deyil,  tədris  fənnidir.  Tədrif  fənni  anlayışını  elmin  əsasları 

anlayışı  ilə  eyniləşdirmək  düzgün  deyil.  Hər  bir  elmin  xeyli  sahələri  vardır.  Mə-

sələn, bitkilərin anatomiyası və fiziologiyası, heyvanların anatomiyası və fiziologi-

yası,  insan  anatomiyası  və  fiziologiyası,  bitkilərin  sistematikası,  gigiyena, 

mikrobiologiya,  sistologiya,  genetika  və  s.  biologiyanın  sahələridir.  Tədris  fənni 

biologiyanın sadalanan və sadalanmayan sahələrinin hamısını deyil, müvafiq tədris 

müəssisəsinin tələblərinə cavab verənləri əhatə edir . 

Tədris  fənni  müvafiq  elmin  nəinki  bütün  sahələrini,  hətta  onun  əsaslarını  da 

hərtərəfli ehtiva etmir. Məsələn, fizika, kimya, riyaziyyat, Azərbaycan dili və digər 

elmlərdə  elə  anlayışlar  var  ki,  elmlərin  əsasları  hesab  edilir,  lakin  məktəbdə 

öyrənilmir. 




Tədris  fənninin  məzmununa  daxil  etmək  üçün  elmdən  götürülən  anlayışlar 

didaktik  cəhətdən  işlənir  bu  zaman  şagirdlərin  imkanları  da  nəzərə  alınır.  Əks 

təqdirdə təlim işi xeyli çətinləşir: müvəffəqiyyət qazanmaq mümkün olmur. Gənc 

nəslə aşılanması zəruri olan bir çox əməli bacarıq və vərdişlər, yaradıcı fəaliyyətə 

gərəkli olan tədqiqat xarakterli tapşırıqlar elmin  əsaslarına aid olmayıb tədris fən-

ninin tərkib hissələrindən biridir. 

Anlayışların  elmdəki  sistemi  ilə  tədris  fənnindəki  sistemi  arasında  da  fərq 

olur.  Məsələn,  botanikanın  məktəbdə  öyrənilməsi  hüceyrənin  öyrənilməsindən 

deyil, ətraf mühitin bitki örtüyünün müşahidəsindən başlayır. 

Tədris fənni elmin təkcə didaktik cəhətdən işlənmiş əsaslarını, habelə müvafiq 

bacarıq  və  vərdişləri  gənc  nəslə  öyrətməklə  kifayətlənmir.  O,  həm  də  şagirdlərin 

tərbiyəsinə  və  əqli  inkişafına  xidmət  etməlidir.  Elmlərin  əsasları  isə  özlüyündə 

tərbiyə və əqli inkişafa istiqamətlənməyə də bilir. 

Beləliklə, bu və ya digər elmdə mübahisə doğurmayan, isbat olunmuş biliklər 

(anlayışlar,  qanun  və  qanunauyğunluqlar,  qaydalar,  teoremlər  və  s.)  həmin  elmin 

əsaslarıdır.  Tədris  fənni  isə  tədris  müəssisəsində  öyrənilməsi  nəzərdə  tutulan  və 

müvafiq elm üzrə didaktik cəhətdən işlənən, tərbiyə və inkişaf imkanı olan zəruri 

biliklərin,  habelə  bunların  mənimsənilməsinə  xidmət  edən  bacarıq  və  vərdişlərin 

sistemidir. 

Bu fikirdən bir sıra əməli nəticələr çıxır. Elmin əsaslarına aid hər cür biliyi və 

ya  anlayışı  təhsilin  məzmununa  mexaniki  şəkildə  daxil  etmək  olmaz.  Bu  və  ya 

digər 


anlayışın  tədris  fənninə  daxil  edilməsinin  zəruriliyi  lazımınca 

əsaslandırılmalıdır. 

Anlayışın  tədris  prosesinə  qoşulması  zərurəti  isbat  olunduqdan  sonra  həmin 

anlayış  didaktik  cəhətdən  işlənilməlidir.  Çünki  eyni  anlayış  müxtəlif  tipli  tədris 

müəssisələrində  başqa-başqa  istiqamətlərdə  öyrədilə  bilir.  Anlayışın  öyrədiləcəyi 

sinif,  şagirdlərin  imkanları  da  diqqət  mərkəzində  durmalıdır.  Çünki  sinifdən  asılı 

olaraq anlayış müxtəlif səviyyələrdə öyrədilir. 

Tədris  fənninin  məzmununa  daxil  edilən  anlayışın  mənimsənilməsinə  və 

praktikada tətbiqinə imkan verən çalışmalar müəyyənləşdirilməlidir. Bunsuz tədris 

fənni  tamamlanmır.  Tədris  fənninin  məzmununa  daxil  edilən  anlayışın  tərbiyəvi 

imkanları  aydınlaşdırılmalıdır.  Tədris  fənninin  məzmununa  daxil  edilən  anlayışın 

öyrədilməsi şagirdlərin psixoloji inkişafına kömək etməlidir. Bu mənada aşağıdakı 

sualın cavabı da aydın olmalıdır: tədris prosesinə daxil edilən anlayış şagirdlərdə 

hansı psixoloji funksiyaları hərəkətə gətirməlidir? 



 

 

10.5. Tədris proqramları 

 

Tədris planı əsasında bütün fənlər üzrə tədris proqramları tərtib olunur. Tədris 

proqramlarında aşağıdakılar öz əksini tapır: 

1) fənnin öyrənilməsi vəzifələri haqqında izahat vərəqəsi, şagirdlərin bilik və 

bacarıqlarına verilən tələblər, təlimin tövsiyə olunan forma və metodları; 

2) öyrənilən materialın tematik məzmunu; 




Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə