Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
1   ...   8   9   10   11   12   13   14   15   16

qarşıya  çıxan  problemlərin  səmərəli  həlli  üçün  əvvəllər  onun  fəaliyyətində  dəqiq 

müəyyən edilməmiş məqsədlərin yenidən formalaşdırılmasıdır. 

Aparılmış  tədqiqatlar  göstərir  ki,  öyrənənin  imkanlarının,  fərdi  xü-

susiyyətlərinin 

dəyərləndirilməsinə 

dayanaraq 

təhsilin 

məzmununun 

layihələndirilməsi  və  strukturlaşdırılmasının  müxtəlif  üsullarını  aşağıdakı  kimi 

sistemləşdirmək məqsədəmüvafiqdir: 

 

tədris  materialının  məzmununun  xətti  qurulması.  Belə  strukturda  tədris 



materialının məzmunu ardıcıl və fasiləsiz olaraq verilir. 

 

tədris materialının məzmununun konsentrik sistem üzrə qurulması. Belə 



strukturda  eyni  bir  məsələ  bir  neçə  dəfə  araşdırılır,  təkrarlanır.  Təkrar  zamanı 

məzmun  genişləndirilir,  yeni  informasiyalarla  zənginləşdirilir  və  yeni  səviyyədə 

həll edilir. 

 

tədris  materialının  məzmununun  spiralvari  sistem  üzrə  qurulması.  Bu 



halda  öyrənən  və  öyrədən  qoyulmuş  problemə,  insanın  fəaliyyət  sferası  ilə  bağlı 

biliklər  sisteminə  və  fəaliyyət  üsullarına  dair  məlumatları  genişləndirərək  və 

zənginləşdirərək onlara daim qayıdır və inkişaf etdirir. 

 

tədris  materialının  məzmununun  modul  sistemi  üzrə  qurulması.  Bu 



halda hər bir mövzu üzrə tədris modulunun məzmunu, bütövlükdə baxılan bölməyə 

(təhsil vahidinə) daxil olan mövzular üzrə müvafiq istiqamətlərdə paylanır: 

 



oriyentasiyalılıq  (fəaliyyəti  müəyyən  istiqamətə  yönəltmə),  metodoloji 

istiqamət; 

 



məzmun – təsviri xarakterli istiqamət; 

 



əməliyyat – fəaliyyət xarakterli istiqamət; 

 



nəzarət – yoxlama xarakterli istiqamət. 

Təhsilin  məzmununun  dəyişməsini  onun  humanistləşmə,  humanitarlaşma, 

diferensiallaşma,  diversifikasiya,  standartlaşma,  çox  variantlılıq,  çox səviyyəlilik, 

fundamentallıq,  kompyuterləşmə,  informatlaşma,  fərdiləşmə,  fasiləsizlik  kimi 

prinsiplərə  istinad  etməsi  əsasında  inkişafı  şərtləndirir,  hansı  ki,  bu  prinsiplər 

bəşər  təcrübəsinin  inkişaf  səviyyəsindən,  cəmiyyətin  inkişafı  ilə  bağlı  tələblərdən 

qaynaqlanır.  Hər  dönəmdə  siyasi  cəmiyyətlərin  öz  təhsil  sistemi  və  müvafiq 

kurikulumları olmuşdur, təbii ki, müxtəlif cəmiyyətlərin mövcud tələbləri və inkişaf 

səviyyəsi,  əsasən,  ona  məxsus  olan  təhsil  kurikulumlarında  ifadə  olunur. 

Təhsilimizə  gətirilən  müasir  kurikulumlar  tərbiyəyönümlülük,  nəticəyönümlülük, 

şagirdyönümlülük,  bütün  şagirdlərə  öz  idrak  potensialından  istifadə  etmək,  şəxsi 

qabiliyyətlərini inkişaf etdirmək üçün əlverişli şəraitin yaradılması kimi prinsiplərə 

əsaslanır. 

İnkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  müasir  kurikulumların  istinad 

etdiyi  prinsiplərin  yerinə  yetirilməsinə  yeni  pedaqoji  texnologiyalardan  sistemli 

istifadə  etməklə  nail  olmaq  mümkündür  (təlim  prosesini  konkret  nəticəsi  olan 

texnoloji-istehsalat  prosesinə  çevirməklə).  Çünki  həmin  prinsiplər  yeni  pedaqoji 

texnologiyaların mahiyyət və məzmununda əks olunmuşdur



Yeni pedaqoji texnologiyalar, ümumilikdə təlimin yeni konsepsiyası dörd əsas 

prinsip ətrafında cəmləşdirilə bilər: 

 

şagirdyönümlülük; 




 

fəal, müstəqil və birgə təlim fəaliyyəti imkanlarının yaradılması; 

 

təlimin inteqrativliyi; 



 

təlimin  məzmun  və  nəticələrinin  təlim  alanların  məktəbdən  sonrakı  həyat 

fəaliyyəti və cəmiyyətlə əlaqəli olması.  

Yeni  pedaqoji  texnologiyaların  mahiyyət  və  məzmunu  ilə  yaxından  tanışlıq, 

məktəb  praktikasında  müxtəlif  təlim  texnologiyalarının  tətbiqi  nəticələrinin 

araşdırılması deməyə əsas verir ki, onların ənənəvi təlim texnologiyalarından əsas 

üstünlükləri 

bunlardır: 

gözlənilən 

nəticələrin 

əsasən 

alınması; 

şəxsiyyətyönümlülük  (şagirdyönümlülük);  inkişafetdiricilik.  Təhsil  texnologiyaları 

sahəsində  tədqiqatları  təhlil  etməklə  yeni  pedaqoji  texnologiyaların  tətbiqində 

gözlənilən nəticələrin alınması aşağıdakılarla şərtlənir: 


 

1.

 

Təlim prosesində didaktik vahidlərdən böyüdülmüş şəkildə istifadə 

edilməsi; 

2.

 

Təlim prosesi və onun nəticələrinin düzgün planlaşdırılması (layihə-

ləndirilməsi); 

3.

 

Təhsil prosesinin emosionallaşdırılması; 

4.

 

Təhsilin diferensiallaşdırılması; 

5.

 

Müasir informasiya-kommunikasiya texnologiyalarından (kompyuter, 

audio-vizual texnika və s.) istifadənin genişləndirilməsi. 

Şəxsiyyətyönümlülük  və  təlim  prosesində  şagirdin  inkişaf  etdirilməsi  yeni 

təlim  texnologiyalarının  mahiyyət  və  quruluşundan  doğur.  Müasir  təfəkkürlü 

pedaqoqlar  hesab  edirlər  ki,  təlimin  şəxsiyyətyönümlü  olması  üçün  o  (təlim), 

şəxsiyyətin (şagirdin) aşağıdakı keyfiyyətlərinə yönəldilməlidir: a) öyrənilən sahə 

(fənn) üzrə şəxsiyyətin mövcud bilik və bacarıq səviyyəsi, ümumi inkişaf səviyyəsi 

və mədəniyyəti (indiyədək həmin sahə üzrə əldə edilən təcrübə); b) şəxsiyyətin psixi 

xüsusiyyətləri (yaddaşı, təfəkkürü, qavrama qabiliyyəti, öz emosiyalarım idarəetmə 

bacarığı və s.); c) xarakterindəki xüsusiyyətlər, temperamenti . 

Anlamaq  çətin  deyildir  ki,  şəxsiyyətyönümlü  təlim  mahiyyətcə  diferensial  və 

inteqrativ xarakterdə olmalıdır. Belə təlim növlərinin həyata keçirilməsi, həmçinin 

təlim  alanların  intellektual  inkişaf  səviyyəsinin  nəzərə  alınmasını  tələb  edir. 

Pedaqoq-psixoloq  N.D.Levitov  uşaqların  intellektual  inkişaf  səviyyəsini  aşağıdakı 

meyarlarla ölçməyi təklif edir: 

-

 



müstəqil düşünmə qabiliyyəti; 

-

 



tədris materialının qavranılması sürəti və möhkəmliyi; 

-

 



qeyri-standart  məsələni  (problemi)  həll  etdikdə  əqli  yönəlmənin  sürəti 

(hazırcavablılıq); 

-

 



öyrənilən  hadisələrin  mahiyyətinə  dərindən  nüfuzetmə  (mühüm  olanları 

qeyri-mühümlərdən fərqləndirmək) bacarığı; 

f

 

-

 



əsaslandırılmamış mühakimələrə meyilli olmamaq, tənqidi təfəkkürlü olmaq. 

İnkişafetdirici xarakterli texnologiyalarda hər şeydən öncə biliklərin müstəqil 

olaraq  qazanılması  nəzərdə  tutulur.  Yalnız  bu  halda  şagirdlərin  qabiliyyətləri 

inkişaf edir, humanist meylləri və sferası formalaşa bilir. 

Müasir məktəb praktikasında daha geniş tətbiq olunan yeni, şəxsiyyətyönümlü 

– inkişafetdirici təlim texnologiyaları sırasında aşağıdakılar da vardır: 

1.

 

Əməkdaşlıqla təlim (və ya kollektiv təlim) texnologiyası; 

2.

 

Layihələr metodu ilə təlim texnologiyası; 

3.

 

Modullarla təlim texnologiyası; 

4.

 

Müxtəlif səviyyəlilərin təlimi texnologiyası; 

5.

 

Biliklərin tam mənimsənilməsi texnologiyası. 

Şəxsiyyətyönümlü  –  inkişafetdirici  təlim  texnologiyalarından  səriştəli  istifadə 

imkan  verir  ki,  şagirdin  şəxsiyyəti  formalaşsın.  Sözügedən  texnologiyalar  imkan 

yaradır ki, şagirdlər fərd, təbiət və cəmiyyətlə bağlı müvafiq biliklərə malik olsun, 

həmin biliklərdən istifadə etməyi bacarsın, malik olduğu biliklərdən istifadə etmək 

istəsin, buna maraq göstərsin. 

 


Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə