Еколоэийа вя ятраф мцщитин мцщафизяси a. O. RÜSTƏmova, İ. H. HÜSeynov, S. N. DƏRZİyeva, R. T. Qafarov


Еколоэийа вя су тясяррцфаты ъурналы, №1, феврал, 2014 - жц ил



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix11.04.2018
ölçüsü0,51 Mb.
#37412
1   ...   7   8   9   10   11   12   13   14   15

Еколоэийа вя су тясяррцфаты ъурналы, №1, феврал, 2014 - жц ил 

 

 



 

14 


Inhibit

or

 



 

 

 



Inhibit

or

suz



 

 

1,4



-Di

-

(die



ti

lami


-

nometil


)-

2

,5 



-

di

-



n.he

ksil


be

nz

o



Məlum


 

 

 

 

 

 

NƏTİCƏ 

 

1.  1,4-Di-(dietilaminometil)-2,5 -di-n.heksilbenzol sintez edilmişdir. 

2. Sintez  edilmiş birləşmənin ikifazalı elektrolit-karbohidrogen  sistemində korroziya      

    inhibitoru xassəsi öyrənilmişdir.  

 

ƏDƏBİYYAT 

 

1. Садыхзаде  С.И. ,  Алиев  А.Б.   Ученые  записки  АГУ, №3,  30, 1974. 

2. Садыхзаде  С.И. ,  Алиев  А.Б.  Азерб. Хим. ж. №5, 42, 1977. 

3. Садыхзаде  С.И. ,  Алиев  А.Б.  Азерб. Хим. ж. №3, 71, 1983. 

 

А.Б.Алиев,  Ш.С.Ахмед,  А.С.Абдуллаева. 

 

        Синтез 1,4-ди-(диэтиламинометил)-2,5-ди-н.гексилбензола и исследование в качестве 

ингибитора коррозии стали в двухфазных системах элэктролит- углеводород. 

 

РЕЗЮМЕ 

 

        Синтезирован  1,4-ди-(диэтиламинометил)-2,5-ди-н.гексилбензол  путем  взаимодейст-

вия  1,4-дихлор-2,5-ди-н.гексилбензола  с  диэтиламином  и  исследованы  его  ингибирущие 

свойства  в двухфазных системах элэктролит-углеводород в различных средах. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



H.Z.ƏFƏNDIYEV, İ.R.HƏSƏNOV, R.T.QAFAROV, R.T.QULIYEVA 

 

(MAKA-nın Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosu) 

 


Еколоэийа вя су тясяррцфаты ъурналы, №1, феврал, 2014 - жц ил 

 

 



 

15 


İQTISADİ  CƏHƏTDƏN  SƏMƏRƏLİ  KİÇİK  PEYKLƏRİN 

LAYİHƏLƏNDİRİLMƏSI PRİNSİPLƏRİ 

 

Kiçik peyklərin  yaradılması və onların məsafədən zondlama məsələlərində (MZ) tətbiqi  

kosmik  sənayenin  yeni  istiqamətlərindən  biridir.Kiçik peyklər dedikdə kütləsi 500kg-dan çox 

olmayan  kosmik  aparatlar  nəzərdə  tutulur.    Kiçik  kosmik    aparatların    yaradılması    kosmik  

çəkilişlərin  aparılmasında, ekoloji  monitoring    məsələlərinin həllində və kosmik  məlumatların 

toplanmasında  yeni  imkanlar  açan  perspektivli  sahədir.  

        Kiçik  peyklərin  yaradılmasının  və  orbitə  çıxarılmasının  bir  sıra  iqtisadi  üstünlükləri  

var.  Kiçik    peyklərin    hazırlanmasına    və    orbitə    çıxarılmasına    çəkilən    xərclər    peykin  

çəkisindən, çıxarılacağı  orbitin  hündürlüyündən, raketdaşıyıcısının  dəyərindən  asılıdır. Yüngül  

çəkiyə  malik  olması  kiçik  peykləri  daha  ucuz  başa  gələn  yüngül  və  orta  sinfə  məxsus  

raketdaşıyıcıları   vasitəsilə  orbitə   çıxarmağa  imkan   yaradır. Bundan  başqa  kiçik  peyklər  

orbitə  qrup   şəklində   buraxıla  bilir  ki,  bu  da  orbitə   çıxarılan  kosmik   aparatların  maya  

dəyərini  aşağı   salır. Kiçik   peykləri   qısa  müddət   ərzində (1-3 il) hazırlamaq  mümkündür. 

Kiçik  peyklərin  hazırlanması  zamanı  istifadəçiyə  əsas  lazım  olan  parametrlərin (ayırdetmə  

qabiliyyəti, spektral  kanalların  sayı, çəkilişlərin  dövrülüyü, dəqiqliyi  və s.) realizə  olunmasına  

diqqət    verilir.  Yerin    məsafədən    zondlama    məsələlərində    kiçik    peyklərin    tətbiqi    kosmik  

çəkilişlərin    operativliyini    artırmağa    imkan    verir.  Məsələn,    Landsat-7    peykindən    aparılan  

çəkilişlərin    dövrülüyü    16  sutka    təşkil    edir.  Kiçik    peyklərin    tətbiqi    isə    çəkilişlərin  

dövrülüyünü  1 sutkaya  endirməyə  imkan  verir.[1] 

        Kiçik  peyklərin   yaradılması  üzrə  ABŞ, Böyük  Britaniya, Almaniya, Çin,  İtaliya,  İsrail  

və    digər    ölkələr    geniş    layihələr    həyata    keçirirlər.  ABŞ    orbitə    çıxarılmış  məsafədən 

zondlama(MZ)    peyk    sistemlərinin    sayına    görə    liderlik    edir.  Çin    son    beş    il    ərzində  

çoxməqsədli    bir    neçə    peyklər    sistemindən    ibarət    MZ  peyklər    qrupunu    yaradıb.  Kiçik  

peyklərin  yaradılması  sahəsində  aparıcı  yerlərdən  birini  özəl  Britaniya  kampaniyası  Surrey  

Satellite  Technology (SSTL) tutur. SSTL kampaniyası  sifarişçilərə  aşağıdakı  xidmətləri  təklif  

edir:  peyklərin    müştərək    istehsalı,  peykin    tam    istehsalı,  peyklərin    yaradılması    sahəsində   

milli  kadrların  hazırlanması  və    həyata  keçirilməsi. Kiçik  peyklərin  istehsalının  ucuz  başa  

gəlməsi  onların  hazırlanmasını sayı  az olan  mütəxəssis  qruplarının   cəlb  olunması  ilə  izah  

olunur.  Nisbətən    sadə    forma    və    konstruksiyaya    malik    olması    kiçik    peyklərin  

layihələndirilməsini    sürətləndrir.  Kosmik    aparat    kiçik    ölçülərə    malik    olduğundan    bahalı  

sınaq  sistemlərininin  tətbiqinə  ehtiyac  qalmır. Eyni  zamanda  yerüstü  seqment(yerüstü uçuşu  

idarəetmə  və  kosmik  informasiyanın  emalı  mərkəzi) üçün  nəzərdə  tutulmuş  avadanlıqlar  da  

sadələşir. Kosmik  informasiyanın  qəbulu  və  emalı  vasitələrini  adi  personal  kompyuterlərin  

bazasında  yaratmaq  mümkün  olur. 

     Kiçik peyklərin  layihələndirilməsi  və  yaradılması  dedikdə  kosmik  aparatın  hazırlanması  

nəzərdə    tutulur.  Kosmik    aparat    şərti    olaraq    iki    hissədən    ibarətdir:  unifikasiya    olunmuş  

kosmik  platformadan  və  çəkiliş  aparatlarından. Aşağıda  unifikasiya  olunmuş  kiçik  qabaritli  

kosmik  platformanın  əsas  xidmət  sistemləri  göstərilib:   

         -    Bort  idarəetmə  sistemi. 

         - Orientasiya (istiqamətləndirmə) və  stabilizasiya     sistemləri. 

         -    Enerji  təminatı  sistemləri. 

         -    İdarəetmə-ölçmə  sistemi. 

         -    Elektrik  qidalanmasının  paylanma  bloku. 

         -    Günəş  batareyalarının  orientasiya  sistemi. 

         -    Mühərrik  qurğusunun  korrektirovkası. 

          -   Peyk  naviqasiya  aparatları. 

          -  Konstruksiya  (kabel    şəbəkəsi,antena-fider  qurğuları,günəş  batareyalarının  açılma    və  

ayrılma  sistemi). 

          -    Termotənzimləmə  sistemi. 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə