Еколоэийа вя ятраф мцщитин мцщафизяси a. O. RÜSTƏmova, İ. H. HÜSeynov, S. N. DƏRZİyeva, R. T. Qafarov


Еколоэийа вя су тясяррцфаты ъурналы, №1, феврал, 2014 - жц ил



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix11.04.2018
ölçüsü0,51 Mb.
#37412
1   ...   7   8   9   10   11   12   13   14   15

Еколоэийа вя су тясяррцфаты ъурналы, №1, феврал, 2014 - жц ил 

 

 



 

16 


           MZ  kiçik  peyklərinin  hazırlanmasının  əsasında  aşağıdakı  konsepsiya  dayanır: 

-

 



Kiçik    peykin    orbitə    çıxarılması    ucuz    başa    gələn    konversion    raket    daşıyıcıları    vasitəsilə    təmin  

olunur. 


-

 

MZ  kiçik  peyklərinin  əsasında  unifikasiya  olunmuş  kiçik  qabaritli  kosmik  platforma  dayanır. 



-

 

Bort    xidmət    və    informasiya-ölçmə    cihazlarının  yerləşdiyi  platforma    qeyri-germetik    formada  



hazırlanır. 

-

 



Kosmik    aparatın    etibarlılığı    yerüstü    sınaq    yoxlamaları    və    bort    idarəetmə    vasitələrinin    optimal  

strukturunun  seçilməsi  əsasında  həyata  keçirilir. 

-

 

Kosmik    aparatın   yaradılması   zamanı    qabaqcıl    texnologiyadan, miniatür   kiçik    qabarit   ölçülərə   və  



kütləyə  malik  bort  çəkiliş  cihazlarının  hazırlanmasına  imkan  verən  komplektləşdirici  elementlərdən  

istifadə  olunmalıdır. 

        SSTL  kompaniyasının    istehsal    etdiyi    kiçik    MZ    peyklərindən  Əlcəzair,  Nigeriya, 

Türkiyə,  Çin,  İspaniya    kimi    ölkələr  istifadə  edirlər.  Gələcəkdə  respublikada  kiçik  peyklərin 

layihələndirilməsi  və  istehsalında  SSTL  kompaniyasının  xidmətlərindən  istifadə  etmək  tövsiyə 

olunur. 


        Kiçik    MZ  peyk    kompleksi    kosmik    aparatdan,    informasiyanın    qəbulunun    yerüstü  

şəbəkəsindən, uçuşu  idarəetmə  mərkəzindən ibarətdir. 

      Kosmik  ölkələr  sırasında  daimi   yer  tutmaq  üçün  gələcəkdə  bu  tip  peyklərin  ölkədə  

istehsalını    təşkil    etmək    zərurəti    meydana    çıxır.  Respublikada    yaradılacaq    kiçik    peyk  

aşağıdakı  texniki  parametrlərə  malik ola bilər: 

           Uçuşun  hündürlüyü         -500-600 km, Günəş – sinxron   

                                                orbitdə

           Çəkisi                            - 200 kq-dan  çox olmamaqla; 

           Meylliyi                         - 97-98 dərəcə; 

           Çəkilişin  dövriliyi          - 4 - 5 sutka; 

           Əhatə  zolağının  eni        - 75 – 90 km; 

           Məkan  ayırdetməsi          - 1 – 30 m; 

           Orbitdə  fəaliyyət  müddəti  - 5 il 

           İşçi  diapazonu 

           Transponderlər              - S – diapazon (idarəetmə) 

                                               X – diapazon (verilənlər) 

           Çəkiliş  cihazları             - çoxkanallı  optik – elektron 

                                               skaner  və orta infraqırmızı   

                                               diapazonlu  skaner.                            

           Yaradılacaq    kiçik    peykin    ilk    növbədə    təyinatı    və    tipi    müəyyən    olunmalıdır.  MZ 

kiçik  peyki  aşağıdakı  məsələləri  həll  edə  bilməlidir. [2]: 

        -  Torpaqdan istifadəyə  və kənd təsərrüfatında istehsala nəzarət ; 

        -  Təbii və bərpa olunan təbii ehtiyatlara nəzarət

        -  Fövqəladə halların monitorinqi 

        -  Neft-qaz komplekslərinə məxsus obyektlərin müşahidəsi ;  

        -  Aqrar ehtiyatların monitorinqi ;  

        -  Su obyektlərinin monitorinqi ; 

        -  Torpaq ehtiyatlarının monitorinqi ; 

        -  Təbii fəlakətlərin monitorinqi ; 

        -  Topoqrafik xəritələrin yeniləşməsi ; 

        -  Yol və digər xəritələrin hazırlanması ; 

 

     Kiçik    kosmik    aparatın    hazırlanması    zamanı    təcrübi    konstruktor    işlərinin  (TKİ) 



aparılmasına  lazım  olan  xərcləri  hesablamaq  üçün  MZ kiçik  kosmik  aparatın  təyinatı  və  

tipi (optik-elektron  və  ya  radar  peyki olması), texniki  göstəriciləri (kosmik  aparatın  çəkisi, 

xüsusi    və    xidməti    bort    cihazlarının    əsas    taktiki-texniki    xarakteristikaları),  unifikasiya  



Еколоэийа вя су тясяррцфаты ъурналы, №1, феврал, 2014 - жц ил 

 

 



 

17 


dərəcəsi  (baza    platformasının    çəkiliş    aparatlarının    yerləşdirilməsi    üçün    uyğunlaşdırma  

dərəcəsi) haqqında  ilkin  informasiyalar  tələb  olunur.  

           Vahid  unifikasiya  olunmuş  platforma  əsasında  YMZ  kiçik  peykinin  yaradılması  üçün 

təcrübi  konstruktor  işlərinin (TKİ) aparılmasına çəkilən xərc aşağıdaki düsturla hesablanır :  

 

                          S = [  X +









n

i

i

i

n

i

x

k

x

1

1



)

1

(



 ]

 

(2) 



        

          Burada  

 

X- kiçik kosmik aparatın xidmət və təminat sisteminin unifikasiya olunmuş baza 



platformasının  yaradılması  üçün  aparılan    təcrübi  –  konstruktor    işləri  (TKİ)    zamanı    çəkilən  

xərclər,mln.dollar  ;  X

i

-  müşahidə  cihazlarının    yaradılması  üçün  aparılan  TKİ-nə  çəkilən 



xərclər,mln.dollar ; K

i

-i tipli müşahidə aparatının quraşdırılması  üçün  xidmət  sisteminin  baza  



platformasının    uyğunluq  koeffisienti;  K

B

-kosmik  aparatın  işlənməsinin  əvvəlki  illərə  nisbətən 



qiymət qalxma əmsalı; n-mümkün müşahidə cihazlarının miqdarı. 

          TKİ –nə  çəkilən  xərclər  dedikdə  texniki  təkliflərin  hazırlanmasından  başlamış  kosmik  

aparatın  seriyalı  istehsalı  üçün  görülən  işlərə  çəkilən  xərclər  nəzərdə  tutulur. [4] 

            Asiya  kiçik  kosmik  aparatları – RasakSat, DubaiSat-1, X-Sat, Rasat və s. hazır  Avropa  

texnologiyalarının    transfer    olunması    nəticəsində    yaradılmışdır.Hazırda    Asi-ya    dövlətləri  

məsafədən  zondlama  təyinatlı   kiçik  peyklərini özləri istehsal edirlər. 

Kiçik  peykin  istehsalı  üçün  iş  birliyi  yaradılacaq  ölkə təyin  olunmalıdır. İş   birliyi 

yaradılacaq  ölkə  kimi  ABŞ, Böyük  Britaniya, İsrail, Çin, Ukrayna və s. ölkələr tövsiyə  oluna  

bilər.  Yerli    mütəxəssislərin    TKİ  –də  iştirak    etmək    imkanları    araşdırılmalıdır  (texniki-

tapşırığın, işçi – konstruktor  sənədlərinin, proqram  təminatının  və s. hazırlanmasında). Kiçik  

peykin  yaradılmasına  çəkilən  xərcin  kütlə  xarakteristikasına  görə  deyil, çəkiliş  aparatlarının  

texniki    səviyyəsindən    asılı    olaraq    təyin    olunması    düzgün    metod    sayılmalıdır.  Çəkiliş  

aparatlarının  imkanları  elə  olmalıdır  ki, daha  çox  məsələləri  həll  etmək  mümkün  olsun. 

Müxtəlif  dövlət  və  özəl təşkilatların  maraq  dairəsində  olan  problemlər  dəqiqləşdirilməlidir. 

Həll    olunacaq    eyni    bir    məsələni    bir    neçə    dövlət    təşkilatının   maraq    dairəsində    olması  

iqtisadi  səmərəliliyin  artırılmasına  imkan  yaradardı. Məsələn, torpaqdan  istifadə  məsələləri  

Torpaq  və  Xəritəçəkmə  Komitəsi, Əmlak  Komitəsi  və  Kənd  Təsərrüfatı  nazirliyinin  maraq  

dairəsinə,  ətraf    mühitin    monitorinqi,  neft-qaz    kəmərlərinə    nəzarət,  faydalı    qazıntıların    və  

enerji  daşıyıcılarının  axtarışı  Ekologiya və  Təbii  Sərvətlər  nazitliyi, Energetika  nazirliyi  və  

Fövqəladə  Hallar  nazirliyinin  maraq  dairəsinə  daxildir.  

Fövqəladə hallar baş verən ərazilərdən operativ informasiyanın alınması zərurəti orta və 

yüksək ayırdetmə qabiliyyətinə malik kiçik peyklərin ehtiyatlarını birləşdirmək ideyasını ortaya 

çıxartdı.  Beynəlxalq  çoxpeykli  monitorinq  sistemi  DMC  (Disaster  Monitorinq  Constellation) 

belə  yarandı.Bu  sistem  SSTL  kompaniyası  tərəfindən  Əlcəzair,  Böyük  Britaniya,  Nigeriya, 

Türkiyə, İspaniya və Çin kimi ölkələr üçün bir neçə kosmik aparatın ehtiyatlarını birləşdirməklə 

yaradılmışdır.  Hazırda  DMC  peyk  qrupu  Yer  kürəsinin  istənilən  hissəsindən  ən  azı  gündə  bir 

dəfə olmaqla çəkiliş aparmağa imkan verir.  

           Yekun  olaraq  nəzərdə  tutulmalıdır  ki,  yaradılacaq  MZ  kiçik  peykinin  iqtisadi 

səmərəliliyini  artırmaq  üçün  aşağıdakı  bəndlərin  yerinə  yetirilməsi  vacibdir. 

10.

 

Peykin  təyinatı  və  tipi  dəqiqləşdirilməlidir. 



11.

 

Peykin layihələndirilməsi zamanı iqtisadi effektivlik kriteriyası əsas götürülməlidir. 



12.

 

Peykin  istehsalı  üçün  iş  birliyi  yaradılacaq  ölkə  təyin  olunmalıdır. 



13.

 

Çəkiliş    aparatlarının    imkanları    elə    olmalıdır    ki,  daha    çox    məsələləri    həll    etmək  



mümkün  olsun. 

14.


 

Kosmik  aparatın  hazırlanması  üçün  aparılan  TKİ-nə  çəkilən  xərclərin  məmulatın  çəkisinə 

əsasən  hesablanması  məqsədə  uyğun  hesab  olunmur.YMZ  kosmik  aparatının  yaradılması 

üçün çəkilən xərclərin kosmik aparatın texniki səviyyəsindən asılı olaraq təyin olunması daha 

düzgün metod sayılmalıdır. 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə