Ekologiya və Ətraf müHİTİn mühafiZƏSİ uot 624. 131. 1


Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix08.04.2018
ölçüsü0,54 Mb.
#36729
1   2   3   4   5   6   7   8   9   ...   14

Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



12 

pli  üçlü  birləşmələr  əmələ  gəlir.  CuSbTe



2 

birləşməsi isə mövcud deyil. 

 

Выводы 

 

Проведено  исследование  температур-

ной  зависимости  электропроводности  и 

термо-э.д.с.  ряда  сплавов  в  системах  од-

ноименных халкогенидов меди и сурьмы. 

Показано, что все исследованные сплавы в 

жидкой  фазе  сохраняют  проводниковые 

свойства.  

На основании построения и анализа  

диаграмм состав-свойство сделано заклю 

чение об образовании тройных соедине- 

ний  CuSbS



2

  и  CuSbSe



2

  в  расплавленном 

состоянии  и  об  отсутствии  соединения 

CuSbTe

2

.  


 

Ədəbiyyat 

 

1.

 



Н.А.Горюнова.  Химия  алмазоподоб-

ных  полупроводников.  Изд.  Ленин-

градского Университета. 2003. 

2.

 



Н.А.Горюнова.  Сложные  алмазоподо-

бные  полупроводники.  Изд.  Ленин-

градского Университета. 2013. 

               

Məqaləyə AzMİU-nun “Kimya” 

kafedrasının dos. B.M.Məmmədova  

rəy vermişdir. 

UOT 556.16; 556.537; 556.34 

 

H.F.FƏTDAYEV, A.Ş.FƏTDAYEVA, A.O.QULİYEV,  

Z.X.CƏFƏROVA, A.K.ƏFƏNDİYEVA 

 

Milli Aerokosmik Agentliyi Ekologiya İnstitutu 

 

BÖYÜK QAFQAZIN ŞIMAL-ŞƏRQ YAMACI ÇAY HÖVZƏLƏRİNDƏ TƏBİİ 

DAĞIDICI PROSESLƏRİN EKOSİSTEMİN DAYANIQLIĞINA TƏSİRİ HAQQINDA 

 

GİRİŞ.

  Təbii  dağıdıcı  proseslərin  fə-

sadları  bütün  dünya  alimlərinin  diqqətini 

cəlb etməkdədir. Məhz bu diqqətin nəticəsi-

dir  ki,  YUNESKO-nun  yanında  xüsusi  ko-

missiya olan – UNDRO (BMT-nin təbii fəla-

kətlər və təbii dağıdıcı proseslərin fəsadları-

nın  aradan  qaldırılması  üçün  nəzərdə  tutdu-

ğu xüsusi komissiya) yaradılmışdır [1]. 

Təbii-dağıdıcı  proseslərin  intensivliyi

-

nin  və  istiqamətinin  müəyyən  olunması  ha



-

zırda bütün planet üçün həllini gözləyən ak

-

tual  problemə  çevrilmişdir.  Bu  problemin 



həll edilməsində əsas məqsəd müasir ekoloji 

şəraitin ümumi şəkildə araşdırılmasından və 

onun yaxşılaşdırılması üçün həyata keçirilə

-

cək konkret tədbirlərin ümumi istiqamətləri



-

nin müəyyənləşdirilməsindən ibarətdir. Təbii 

mühitin  ekoloji  vəziyyətinin  ən  əhəmiyyətli 

kriteriyaları  müasir  dövrdə  sistem  göstərici

-

ləridir. Bu göstəricilər onun landşaft və eko



-

loji kriteriyalarına bölünür [2]. Landşaft kri

-

teriyası  landşaftın  pozulması,  mürəkkəb 



strukturluğu  və  tutumu  haqqında  məlumat-

ları işləməklə ekoloji vəziyyətin planlaşdırıl-

masına əsaslanır.  

Dağlıq  və  dağətəyi  ərazilərin  müxtəlif 

məqsədlər üçün intensiv şəkildə mənimsənil-

məsi  təbii-dağıdıcı  proseslərin  də  intensiv-

ləşməsinə  və  nəticədə  landşaftın  pozulması-

na səbəb olur. Belə ki, müxtəlif təyinatlı hid-

rotexniki qurğuların tikintisi, eləcə də sellərə 

və eroziyaya qarşı mübarizə tədbirlərin işlə-

nib  hazırlanması  müasir  dövrdə  də  böyük 

təsərrüfat  əhəmiyyətlidir.  Bu  növ  təsərrüfat 

əhəmiyyətli tədbirlərin görülməsi üçün gətir-

mələr axımının formalaşmasının tədqiqi çox 

vacibdir  ki,  bu  da  dağ  hidrologiyası  elmi 

qarşısında  duran  əsas  problemlərdən  sayılır 

[3-7]. 

Hazırda  dünya  iqtisadiyyatının  bütün 

sahələrinin  sürətli  inkişafı  və  antropogen 

amillərin ətraf mühitə artan mənfi təsiri təbii 

sərvətlərin həddindən artıq istismarı ilə nəti-

cələnmişdir.  Kənd  təsərrüfatı  sahələrində 

relyefin  formalaşmasında,  torpaq  örtüyünün 

deqradasiyasında,  çayların  çirklənməsində 

iştirak  edən  ən  əsas  amillərdən  biri  də 

təbii 


dağıdıcı  proseslər  zamanı  baş  verən

  torpaq 

eroziyasının  müasir  formaları,  gətirmələrin 

daşınması  və  akkumulyasiyasıdır.  Məcrada 




Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



13 

çay  boyu  daşınan  gətirmələrlə  böyük  miq-

darda çirkləndiricilər, o cümlədən zəhərli və 

radioaktiv maddələr də daşınır. Bu çirkləndi-

ricilərin  çox  hissəsi  yamaclarda  və  müvəq-

qəti axarların dibində akkumulyasiya olunur-

lar. Çay hövzələrinin yuxarı axınlarında ero-

ziya  proseslərinin  intensivliyinin  və  forma-

laşma  qanunauyğunluqlarının  qiymətləndi-

rilməsi, təkcə fundamental elmi nəzəriyyələr 

baxımından deyil, eləcə də torpaq və su ehti-

yatlarından  rasional  istifadənin  təkşil  edil-

məsində  ekosistemin  dayanıqlıq  kriteriyala-

rının  müəyyənləşdirilməsi  üçün  də  çox  əhə-

miyyətlidir [2, 6, 8]. 

Ekosistemin dayanıqlığının nəzəri as-

pektləri  haqqında.  “Ekosistemin  dayanıqlı-

ğı”  dedikdə,  xarici  amillərin  təsirindən  eko-

sistemin  strukturunu  və  funksional  xüsusiy-

yətlərini  qoruyub  saxlanması  başa  düşülür. 

Bəzən  “ekoloji  dayanıqlıq”  ekoloji  stabillik 

kimi  qəbul  edilir.  Əgər  ekosistemdə  daxili 

dinamik  tarazlıq  pozularsa,  onun  dayanıqlı-

ğının qorunub saxlanması mümkün deyildir. 

Bu  zaman,  təkcə  ətraf  mühitin  keyfiyyətcə 

pisləşməsi yox, həm də həmin mühitin kom-

pleks  təbii  komponentlərin  hamısının  gələ-

cəkdə məhv olma prosesi baş verə bilər. Da-

xili  dinamik  tarazlıq  qanunu  ətraf  mühitin 

yüklənmə  nizamlayıcısı  kimi,  “Komponent-

lər  balansı”  və  “İri  ərazilər  balansı”nın  po-

zulmaması şəraitində (şərtində) fəaliyyət gös-

tərməlidir.  Bilavasitə  bu  “balanslar”  təbiət-

dənistifadənin  rasionallaşdırılmasını  təmin 

etməlidirlər.  

Böyük Qafqazın şimal-şərq yamacı çay 

hövzələrinin dağətəyi və düzən rayonlarında 

meşələrin  müxtəlif  tipli  şibləklərə,  bedlend-

lərə,  otlaq  və  əkin  yerlərinin  isə  şorlaşmış 

sahələrə,  bataqlıqlara  (qamışlıqlara)  çevril-

məsi səhralaşma prosesi istiqamətində gedir. 

Bu proses suvarma sisteminin təşkili və on-

dan  istifadənin  düzgün  aparılmaması,  mal-

qaranın sistemsiz otarılması, aqrotexniki qay-

dalara  riayət  olunmaması,  texnikadan  düz-

gün istifadə edilməməsi, plansız yol şəbəkə-

sinin salınması nəticəsində baş verir. Baş ve-

rmiş bu növ proseslər quru iqlim şəraiti olan 

bu  ərazilərin  səmərəsiz  və  hədsiz  istifadə 

olunması  nəticəsində  ekosistemin  dağılma-

sına (pozulmasına) səbəb olur. Beləliklə, in-

tensiv  antropogen  yüklənmə  nəticəsində 

ekoloji balansın pozulması və ya ekosistem-

də  deqradasiya  prosesi  baş  verir  ki,  bu  da 



ekosistemin  yaşama  qabiliyyətini,  yəni  par-

çalanma  və  keyfiyyətcə  digər  vəziyyət  mü-

şahidə  edilmədən  onun  davamgətirmə  qabi-

liyyətini zəiflədir. 



Ekosistemin  bütövlüyünü  saxlamaq 

yəni,  ekoloji  komponentlərin  tükənib  yoxa 

çıxmasının  və  kəskin  dəyişməsinin  qarşısını 

almaq və beləliklə geosferdə ekoloji tarazlığı 

saxlamaq üçün kompleks tədbirləri görməklə 

ekosistemin  böhranı  yəni,  fəlakətli  təbii 

(sürüşmə,  vulkan  püskürməsi,  daşqın,  sel, 

zəlzələ,  yanğın,  eroziya,  tufan  və  s.)  və  an-

tropogen  amillərin  təsiri  ilə  yaranan  vəziy-

yətin qarşısını almaq mümkündür. 

[5]-də  Azərbaycan  ərazisində  Respub-

lika iqtisadiyyatının bütün sahələrinə və elə-

cə də əhalinin sağlamlığına zərər vurma də-

rəcəsinə  görə  DHMH-in  (Təbii  Dağıdıcı 

Hidrometeoroloji  Hadisələr)  təsnifatı  veril-

mişdir. 

Məlumdur  ki,  təbii  dağıdıcı  proseslər 

onlar üçün “əlverişli mühitdə” yaranır və on-

ların  formalaşmasına  demək  olar  ki,  bütün 

təbii  parametrlər  təsir  edir.  Bu  təsirin  proq-

nozlaşdırılması və kəmiyyətcə ifadəsinin mü-

əyyən  olunması,  eləcə  də  həmin  proseslərin 

ekosistemin  dayanıqlığına  təsirinin  öyrənil-

məsi  üçün  təbiətşünaslığın  ən  zəif  öyrənil-

miş problemlərindən hesab olunan geoekolo-

ji qiymətləndirməni yerinə yetirmək mütləq-

dir. 


Geoekoloji qiymətləndirmə dedikdə  in

-

sanların  və  başqa  orqanizmlərin  məskunlaş



-

dığı geosferin fiziki və geokimyəvi sahələri

-

nin tərkibi, quruluşu, mahiyyəti və onda ge-



dən proseslərin tədqiqi  (praktiki) ilə məşğul 

olan elmi istiqamətdir. Bəzi hallarda geoeko-

logiya  elmini  kompleks  tətbiqi  elmi  istiqa-

mət kimi qəbul etməklə, onu bioloji, coğrafi, 

geoloji  elmi  istiqamətlərdən  fərqləndirirlər. 

Geoekologiya elminin əsas məqsədi təbii və 

antropogen  amillərin  təsiri  altında  geosfer 

qatında  canlı  həyatı  təmin  edən  ehtiyatların 

dəyişməsini  tədqiq  etmək  və  bu  ehtiyatların 

gələcək nəsil üçün qoruyub saxlanmasını tə-

min etmək məqsədi ilə onlardan rasional isti-

fadə  yollarını  müəyyən  etməkdir.  Həmin 

yollar aşağıdakılardan ibarətdir: 

 



Təbiətin və iqlimin müasir dəyişmələrinin 

proqnozu;

 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə