Ekologiya və Ətraf müHİTİn mühafiZƏSİ uot 624. 131. 1


Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix08.04.2018
ölçüsü0,54 Mb.
#36729
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



14 

 



Qlobal  və  regional  ekoloji  böhranın  fəsa

-

dlarının tədqiqi;



 

 



Ətraf mühitin vəziyyətinin keyfiyyətcə ni-

zamlanmasının elmi əsaslarının işlənilmə-

si;

 



 

Təbii mühit və onun urbanizasiya və təsər-

rüfat fəaliyyətinin təsiri altında dəyişməsi, 

həmçinin torpaqların, quru suların çirklən-

məsi, yeraltı suların azalması;

 



 

Müasir  landşaftların  xarakteristikalarının 

qiymətləndirilməsi və idarə edilməsi;

 



 

Su,  hava,  torpaq,  reqreasiya,  mineral  və 

enerji  ehtiyatlarının  rasional  istifadəsi  və 

onların qorunmasının elmi əsaslarının işlə-

nilməsi;

 



 

Geoekoloji  monitorinq  və  ekoloji  təhlükə-

sizliyin təmini. Təbii və texnotəbii proses-

lərin  dinamikası,  mexanizmi,  başvermə 

qanunauyğunluqların  proqnozu,  təhlükəli-

liyin  və  riskin  qiymətləndirilməsi,  katas-

trofik  proseslərin  fəsadlarına  qarşı  qabaq-

layıcı tədbirlərin görülməsi;

 



 



Regionların dayanıqlı inkişafın geoekoloji 

aspektlərinin öyrənilməsi;

 



 



Ekoloji  təhsilin  elmi-metodik  əsaslarının 

və prinsiplərinin işlənməsi.

 

Təəssüflər olsun ki, dövlətin və cəmiy-



yətin  hal-hazırda  ətraf  mühitin,   xüsusən  də 

sututarların,  torpaq  örtüyünün  qorunması  və 

sağlamlaşdırılması üçün

    gördüyü işlər kifa

-

yət deyildir. Tullantıların təkrar emalını yeri



-

nə yetirən təmizləyici zavod və qurğuların ti

-

kilməsi ətraf mühitə atılan tullantıların azal



-

masını  və  onun  ekoloji  vəziyyətinin  yaxşı

-

laşdırılmasını  sürətləndirər,  yaşayış  məntə



-

qələrinin təbii qazla təmin edilməsi isə meşə 

örtüyünün qismən də olsa məhv edilməsinin 

qarşısını almış olardı. 

Ətraf mühitdən istifadəetməni sürətlən-

dirən  amillərdən  biri  də  demoqrafik  inkişaf-

da ərazinin dəyişməz təbii ehtiyatları fonun-

da əhalinin artımıdır.  



Ekosistemin dayanıqlığının kriteriya- 

larının  müəyyənləşdirilməsi.  Le  Şatelye 

prinsipinə  görə  dayanıqlı  tarazlıqda  olan 

ekosistemə xaricdən təsir etdikdə və tarazlığı 

şərtləndirən  amillərdən  birini  dəyişdikdə, 

ekosistemdə  xarici  təsiri  kompensasiya  edə-

cək prosesin güclənməsi müşahidə olunur.  

Böyük Qafqazın şimal-şərq yamacında 

axan çayların sutoplayıcı hövzələrində təbii-

dağıdıcı  proseslərin  təsiri  nəticəsində  baş 

verən abrazion - akkumulyativ proseslərin, o 

cümlədən  səthi  yuyulma  intensivliyinin  kə-

miyyətcə təhlili (analizi) [6,9,10] bu  təsirlər 

zamanı ekosistemin dayanıqlığının kriteriya-

larını  və  eyni  zamanda  onun  təhlükəliliyini 

xarakterizə  edən  iki  səviyyəsini  (I  və  II)  tə-

yin etməyə imkan verir. Birinci səviyyə həd-

dində  təsir  zamanı  məhvolma  riski  əhəmiy-

yətli  dərəcədə  deyildir  və  deməli  ekosistem 

Le Şatelye prinsipinə uyğun olaraq özü-özü-

nü  bərpaetmə  xüsusiyyətinə  malikdir.  Əgər 

dağıdıcı təsir ikinci səviyyədə olarsa, xüsusi 

müdaxilə  olmadan  qarşılıqlı  təsir  intensivli-

yinin  və  özünü  bərpaetmənin  zəifləməsi  ilə 

müşayət  olunan  qısa  bir  zamanda  ekosiste-

min  məhvi  prosesi  baş  verər.  Ekosistemə 

olunan  xarici  təsir  zamanı  birinci  və  ikinci 

səviyyələr arasında onun müdafiəsi məqsədli 

şəkildə optimallaşdırılmalıdır. 

Ekosistemə vahid bir sistem kimi bax-

maq onun dayanıqlığını təyin etməyə imkan 

verir. Ümumiyyətlə, ekosistemin elementləri 

ekoloji  minimum  və  ekoloji    maksimum  ilə 

xarakterizə olunur. Bu iki kəmiyyət arasında 

yaranan interval ekosistemin dayanıqlıq həd-

ləri, dözümlülüyü və tolerantlığı kimi  qəbul 

edilir.  İstənilən  amil  həddlərinin  az  və  ya 

çox olması ekosistem elementlərinin artması 

və ya çoxalmasını məhdudlaşdırır. 

Ekosistem  vahid  bir  sistem  kimi  özü-

nün tərkibi (ona daxil olan müxtəlif obyekt-

lərin sayı və ekosistemdə fəaliyyəti), qurulu-

şu (onu təşkil edən obyektlərin qarşılıqlı ra-

bitələr (əlaqələr) çoxluğu) və kompensəetmə 

imkanları  (onları,  məsələn  təmiz  məhsul  ef-

fekti  kimi  təyin  etmək)  ilə  xarakterizə  olu-

nur. 


Tədqiqat  ərazisində  ekosistemin  artan 

xaricə təsirə reaksiyasını hadisələrin başver-

mə  ardıcıllığına  əsasən  belə  xarakterizə  et-

mək  olar:    kompensəetmə  imkanlarının  də-

yişkənliyi,  struktur  dəyişkənliyi,  tərkib  də-

yişkənliyi, yeni imkanlara malik yeni ekosis-

temin meydana gəlməsi və ekosistemin məh-

vi.  Libix  Şelford  qanuna  görə,  təkcə  mini-

mum həddə deyil, eyni zamanda maksimum 

həddə qərarlaşan hər hansı növün varlığı, bu 

növün mövcudluğunu limitləşdirən amillərlə 

təyin olunur.  

Ekoloji təsirin həm minimumu və həm  



Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



15 

də maksimumu növün inkişafı üçün limitləş-

dirən amillər olduğu halda həmin amilin mi-

nimum  –  maksimum  intervalı  (diapazonu) 

bu  növün  mövcudluğunu  şərtləndirir.  Libix 

Şelforda görə  limitləşdirən amil təkcə çatış-

mamazlıqdan deyil, eyni zamanda onun həd-

dindən artıq çoxluğundan da formalaşır.  



Ekosistemin  ekoloji  dayanıqlığı,  eko-

loji tarazlığı, ekoloji böhranı. Böyük Qafqa-

zın  şimal-şərq  yamacında  axan  çayların  su-

toplayıcı hövzələrinin təbii (landşaft) zonala-

rında ərazi ekoloji tarazlığın qorunması üçün 

oriyentir normaları demək olar ki, hündürlük 

qurşaqları  üzrə  dəyişir.  Çayların  mənbəyin-

dən mənsəbinə doğru  artan antropogen təsir 

ekosistemdə  təbii  tarazlığın  pozulması  baş 

verir və bu pozulma fonunda dəyişiklik faza-

sı hiss edilmədən təbii- antropogen tarazlığı-

nın  yaranmasına  səbəb  olur.  Təbii-dağıdıcı 

proseslərin  təsirindən  isə  bu  dəyişikliklər 

aşağıdakı kimi baş verir: 

 



Dayanıqlı inkişaf; 

 



Dayanıqlı inkişafın pozulması; 

 



Ekoloji böhran; 

 



Mühitin stabilləşməsi; 

 



Dayanıqlı inkişaf. 

Özündə ərazinin inteqral qiymətləndir-

məsini əks etdirən bu nəticələri kənd təssər-

rüfatında aqrar və tikinti işlərində, ətraf mü-

hitin  mühafizəsi  tədbirlərində  nəzərə  almaq 

vacibdir.  Ətraf  mühitin  ekoloji  vəziyyətinin 

inteqral göstəricisi isə çox mürəkkəb və həl-

lini gözləyən bir problemdir.   

Hazırda  tədqiqat  ərazisində  axan  çay-

ların  demək  olar  hamısının  hövzələri  böyük 

antropogen  yükün  təsiri  altında  istismar 

olunmaqdadır. Çay sularından və sutoplayıcı 

hövzələrindən  müxtəlif  məqsədlər  üçün  isti-

fadə olunduğu nəzərə alınaraq onların müha-

fizəsi  həmişə  diqqət  mərkəzində  olmalıdır. 

Ekoloji  tarazlığın  pozulmaması  və  ekosiste-

min dayanıqlığının təmin olunması üçün tək-

lif edilən mühafizə və mübarizə yolları aşa- 

ğıdakılardır: 

 



Çay  sularından  səmərəli  istifadə  olunma

-

nın  planlaşdırılması,  aerokosmik  monito



-

rinq, dövlət su kadastrının və su ehtiyatla

-

 

   rın dövlət uçotunun dəqiq aparılması; 



 

Ərazidə  çay  sularının  kəmiyyətində  və 



keyfiyyətində  baş  verəcək  dəyişmələrin 

proqnozlaşdırılması  üçün  müasir  qabaq-

cadan xəbərdarlıq sisteminin yaradılması; 

 



Tədqiq olunan çaylara müvafiq dövlət qu-

rumlarının nəzarətini artırmaq, sutoplayıcı 

hövzələrə,  xüsusən  məcralara  edilən  qa-

nunsuz  müdaxilələrin  qarşısını  inzibati 

yolla  almaq  və  bu  sahədə  ekoloji  maarif-

ləndirmə tədbirlərini gücləndirmək; 

 

Ərazi  çaylarının  mühafizəsinə  dair  hövzə 



prinsipinin hazırlanması və bununla əlaqə-

dar bütün lazımi tədbirlərin görülməsi. 



 

Nəticə 

 

Bu  məqalədə  Böyük  Qafqazın  şimal-

şərq  yamacı  çay  hövzələrində  abrazion-ak-

kumulyativ  və  denudasion  proseslərin  ətraf 

mühitə geoekoloji təsiri qiymətləndirilmiş və 

ekosistemin  dayanıqlığının  kriteriyalarını 

müəyyənləşdirməklə  tədqiqat  ərazisinin  xa-

rakterik sutoplayıcıların hövzələrində ekoloji 

müvazinətin  I  sinifə  (Le  Şatelye  prinsipinə 

uyğun olaraq) aid olduğu təyin edilmişdir. 



 

ƏDƏBİYYAT 

 

1.

 



http://typo38.unesco.org/ru/unesco-home. 

html


2.

 



В.П.  Князева  Экология.  Основы  рес-

таврации. М., 2005.

 

3.

 



Əhmədzadə Ə.S. Heydər Əliyev və Azər

-

baycanın  su  təsərrüfatı.  Bakı,  Azərnəşr, 



2003, 216 s. 

4.

 



Müseyibov  M.A.  Azərbaycanın  fiziki 

coğrafiyası, Bakı, Maarif, 1998, 399 s. 

5.

 

A.Ə.Şirin-zadə, H.F.Fətdayev. Sel axınla



-

rının parametrlərinin model hesablamaları 

ilə  təyini  metodikası.  AMAKA-nın 

Xəbərləri.  Cild  16,  2013,  №  1-2  (16)  s. 

44-52. 

6.

 



Fətdayev H.F. Böyük Qafqazın şimal-şərq 

yamacında  səthi  yuyulma  intensivliyinin 

qiymətləndirilməsi  (Qudyalçay  hövzəsi 

timsalında). ECO Energetics scientific –  

     technical journal. -2015 № 1.  

7.

 



Эюбова  Ф.А.  Формировании  и  оценка 

стока взвешенных наносов рек Севоро-

восточного  склона  Большого  Кавказа 

(в  пределах  Азербайджанской  ССР). 

Автореф.  Канд.  дисс.,  Тбилиси.  1983, 

25 с. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə