Ekologiya və Ətraf müHİTİn mühafiZƏSİ uot 624. 131. 1


Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə14/14
tarix08.04.2018
ölçüsü0,54 Mb.
#36729
1   ...   6   7   8   9   10   11   12   13   14

Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



28 

əlamətlərinə əsasən, geokimyəvi anomaliya-

ların (dəmir və başqa metalların oksidlərinin, 

karbonatların  və  s.  kimi  maddələrin  anomal 

miqdarı)  daha  yəqinliklə  müəyyən  edil-

məsinə imkan yarandı. Bitki örtüyü six olan 

rayonlarda  torpaq  və  dağ  süxurlarında  ge-

okimyəvi  anomaliyalar  MYZ  məlumatları 

əsasında  birbaşa  müəyyən  edilə  bilməsə  də 

belə  ərazilərdə  dəqiq  şəkildə  geobotaniki 

anomaliyalar (spesifik bitki növlərinin əmələ 

gəlməsi,  təsir  altında  olan  bitkilərin  olması) 

müşahidə edilir ki, bu da karbohidrogen ya-

tağından  miqrasiya  edən  və  həmin  rayonla-

rın torpaqlarında toplanan metalların hesabı-

na ola bilir. 

Beləliklə,  MYZ  məlumatlarını  istifadə 

etməklə karbohidrogen yataqlarının tapılma-

sı  istiqamətində  böyük  nəticələr  əldə  etmək 

mümkündür.  Buna  səbəb  aşağıdakı  göstəri-

lən cəhətlərdir: 

 



neft-qaz  kəşfiyyatı  ilə  bağlı  olan,  böyük 

həcmli  informasiyanın  kompüter  texnolo-

giyası əsasında emal edilə bilməsi. Bu za-

man  Yerin  səthindəki  geoloji-geofiziki 

əlamətləri daxili quruluşla əlaqələndirə bil-

mək  və  ayrı-ayrı  ərazilərdə  olan  neft-qaz 

strukturlarının  statistik  paylanma  qanu-

nauyğunluğunu müəyyən etmək olar

 

yüksək  fəza  və  spektral  dəqiqliyə  malik 



mikrodalğalı,  lazer,  İQ  kosmik  sensorlar 

kimi  yeni  çəkiliş  sistemlərinin  yaranması. 

Bu  sistemlər  karbohidrogen  yataqlarının 

flüid  sızmaları  nəticəsində  əmələ  gələn 

torpaq  və  bitki  anomaliyalarını  müəyyən 

etməyə yeni imkanlar yaradır. 

  Neft-qaz  komplekslərinin  istismarı  za-

manı  yaranan  ekoloji  problemlərinin  aş-

karlanması  istiqamətində  də  MYZ  məlu-

matları istifadə edilə bilər. 

Qeyd  edək  ki,  neft-qaz  çixarma  kom-

pleksləri olan ərazilərdə, bu sənaye sahəsinin 

inkişafı  ilə  əlaqədar  həll  edilməsi  çətin  və 

hətta  mümkün  olmayan  ekoloji  problemlər 

yaranıb.  Həmin  ərazilərdə  yüzlərlə  yolüstü 

qaz məşəlləri yanır, neft-qaz sızmaları və qə-

zalar  baş  verir.  Xarakterik  nəticələrinə  görə 

baş verən hadisələri belə qruplaşdıra bilərik: 

 

atmosferin qlobal çirklənməsi; 



 

neft  məhsulları,  quyu  məhlulları,  mineral 



sularla yer səthinin, meşə-bataqlıq sistem-

lərinin kimyəvi çirklənməsi

 

meşə yanğınları, meşələrin qırılması, elek-



trik  ötürücü  xətlərin  tikintisi,  yolların  sa-

lınması, karxana və neft-qaz kəmərlərinin 

qurulması,  yeni  köməkçı  antropogen  sis-

temlərin  təşkili  kimi  fəaliyyət  növləri  və 

hadisələr  nəticəsində  biogeosenozların  fi-

ziki-kimyəvi çirklənməsi, hissələrlə parça-

lanması və ya tam dağılması; 

 



biokütlənin  və  bioloji  ehtiyatların  itməsi, 

bitki  örtüyünün  və  heyvan  aləminin  növ 

tərkibinin azalması, məskunlaşmış ərazilə-

rin  çöllüyə  və  bataqlıq  ərazilərə  transfor-

masiya etməsi; 

 



müxtəlif  tipli  eroziyalar  və  səhralaşma 

prosesinin  sürətlənməsi,  münbit  torpaqla-

rın neftlə çirklənməsi nəticəsində kənd tə-

sərrüfatı  əhəmiyyətli  əkin  sahələri  və  ot-

laqların azalması. 

Bütün  bu  təsirləri  və  nəticələri  aşkar  et-

mək,  onların  inkişaf  istiqamətinə  nəzarəti 

gücləndirmək  üçün  MYZ  məlumatları  geniş 

istifadə  edilə  bilər.  Faydalı  qazıntı  əraziləri-

nin, o cümlədən neft-qaz kompleksləri ərazi-

lərinin vəziyyətini,  arxivləşmiş və təzə alın-

mış  kosmik  təsvirlərin  müqayisəsi  əsasında 

müəyyən etmək və ekoloji şəraitə dəyən zə-

rərə qiymət vermək olar. Çünki belə yataqla-

rın ətraf mühitə təsiri, onların yerləşdiyi əra-

zilərdən  (tundra,  meşə-tundra,  az  mənimsə-

nilən  meşə  zonaları,  açıq  sahələr,  dəniz  və 

okeanların  səthi)  alınmış  kosmik  təsvirlərdə 

daha aydın görünür 

Meşələrin  vəziyyətinin  qiymətlənməsi 

sahəsində  MYZ  məlumatları  aşağıdakı  mə-

sələlərin həllində istifadə edilə bilər: 

 

meşə massivlərinin kəsildiyi ərazilərin və-



ziyyəti və strukturunun müəyyən edilməsi

 



meşələrin  və  onların  kəsildiyi  sahələrin 

müəyyən edilməsi

 

meşələrin  kəsilməsi  zamanı  icazə  verilən 



sərhədlərin  pozulması  hallarının  aşkar 

edilməsi; 

 

böyük həcmli su axınları olan su hövzələri 



ətrafında və xüsusi qorunan ərazilərdə me-

şə  örtüyünün  azalmasına  nəzarət  olunma-

sı; 



 



meşə  ehtiyatları  həcminin  müəyyən  edil-

məsi; 


 

meşələrin  və  meşəli  ərazilərin  sərhədinin 



müəyyən olunması; 

 



meşələrin yaş strukturu və məhsuldarlığı- 


Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



29 

    nın təyin edilməsi

 

meşələrin  yanğın  təhlükəsinin  və  meşə 



yanğınlarının  və  onların  nəticələrinin 

müəyyən edilməsi. 

Qeyd edək ki, meşə  yanğınları ən təhlü-

kəli fövqəladə hadisələrdən biri olub biosfe-

rin  maddi  və  energetik  balansına  ciddi  təsir 

edir.  Belə  hadisələrin  vaxtında  və  operativ 

müəyyən  edilməsi  ən  aktual  məsələlərdən 

biridir.  Məhz  MYZ  vasitələrini  istifadə  et-

məklə bu problem həll edilə bilir. Çünki me-

şə,  o  cümlədən  digər  yanğın  ocaqları  MYZ 

vasitələri  ilə  alınan  təsvirlərdə  asanlıqla 

aşkar oluna bilir (şəkil 1). 

 

 

 



 

Şəkil 1. Tomsk vilayətinin Vasyuqan meşə 

təsərrüfatına aid sahənin kosmik təsvirinin 

fraqmenti: a – yanğından əvvəl, b – 

yanğından sonra 

  

Bitki  örtüyünün  tədqiqatı  zamanı  MYZ 

məlumatları aşağıdakı məsələlərin həlli üçün 

istifadə edilə bilər: 

 



meşələr,  kolluqlar,  bitki  örtüyü  olan  çöl-

lər,  çəmənliklər,  bataqlıq  bitkiləri,  tundra 

və  s.  kimi  ərazilərin  aşkarlanması  və  on-

larda  olan  bitki  örtüyünün  tipinin  müəy-

yən edilməsi; 

 



meşə  və  çöl  yanğınlarının  operativ  müşa-

hidəsi; 


 

bitki  örtüyündə  mövsümlə  bağlı  olan  də-



yişmələrin müəyyən edilməsi; 

 



bitki  örtüyünün  vegetasiya  indekslərinin 

müəyyən edilməsi. 



Torpaqların  vəziyyətinin  qiymətlənməsi 

sahəsində  MYZ  məlumatları  vasitəsi  ilə 

aşağıdakı məsələləri həll etmək mümkündür: 

 

çöl  zonalarında  otarma  nəticəsində  otlaq 



sahələrinin diqresiyasının aşkar edilməsi; 

 



bitki  örtüyü  müxtəlif  dərəcədə  pozulmuş 

ərazilərin aşkar edilməsi; 

 

şoranlıq  massivlərin  və  onların  strukturu-



nun müəyyən edilməsi; 

 



qruntun şoranlaşma səbəblərinin müəyyən 

edilməsi; 

 

səhraların əmələ gəlmə dərəcəsi və amillə-



rinin müəyyən edilməsi

 



neft və neft məhsulları ilə zədələnmiş əra-

zilərin aşkar edilməsi; 

MYZ  məlumatları  kommunikasiya  ob-

yektlərini aşkarlamağa, yol və digər kommu-

nikasiya  xətlərinin  tikintisi  və  istismarı  za-

manı  mühitə  dəyən  zərərin  qiymətlənməsi 

prosesinə də imkan verir. 

Antropogen  və  təbii  sistemlərin  davam-

lığının  qiymətlənməsi.  Bu  zaman  təbii-an-

tropogen  sistemlərin  antropogen  təsirə  görə 

davamlı  olmasının  kateqoriyaları  müəyyən 

edilib,  funksional  və  struktur  dəyişməsinə 

məruz qalan sahələr aşkarlana bilər. Bunlar-

dan əlavə xüsusi qorunan ərazilərdə təsərrü-

fat fəaliyyəti ilə bağlı olan obyektləri müəy-

yən etmək olar. 



Şəhərlərin ekoloji problemlərinin aşkar 

edilməsi  sahəsində  də  MYZ  məlumatları 

aşağıdakı istiqamətlərdə istifadə edilə bilər: 

 

istehsalat  və  məişət  tullantılarının  icazə 



verilməyən  ərazilərdə  saxlanması  halları-

nın aşkar edilməsi; 

 

icazə verilməyən tikintilərin, şəhər, qəsəbə 



və kəndlərin planlarının pozulması halları-

nın müəyyən edilməsi; 

 

sıx tikinti sahələrinin və şəhər yaşıllığının 



qiymətlənməsi; 


Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



30 

 



şəhər  ətrafında  qar  örtüyünün  çirklənmə 

dərəcəsinin müəyyən edilməsi. 



Atmosfer  çirklənməsi  prosesinə  nəzarət 

məqsədi ilə MYZ metodları aşağıdakı məsə-

lələri həll etməyə imkan verir: 

 



aerozol-tüstü  çirklənməsi  mənbələrinin 

müəyyən edilməsi; 

 

aerozol-tüstü çirklənməsi yayılan ərazilər-



də çirklənmə dərəcəsinin və ərazilərin sa-

həsinin müəyyən edilməsi. 



Səth sularının ekoloji vəziyyətinin tədqi-

qi zamanı MYZ məlumatları aşağıdakı işləri 

görməyə imkan verir: 

 

səthi-aktiv  maddələrlə,  mineral  asılqanlar 



və  başqa  maddələrlə  su  səthindəki  çirkli 

sahələrin  aşkar  edilməsi,  qəzalarda  və 

axıntılar  vasitəsi  ilə  baş  verən  çirklənmə 

mənbəyinin təyin edilməsi; 

 

su hövzələrində akvatoriya üzrə zərərli və 



çirkli  maddələrin  yayılması  prosesinin 

proqnozunun verilməsi; 

 

su hövzələrinin neft və neft məhsulları ilə 



çirklənməsi  prosesinin  monitorinqi  və 

onların mənbələrin aşkar edilməsi. 

Qeyd edək ki, müasir bazar iqtisadiyyatı 

şəraitində  MYZ  məlumatlı  üçün  kosmik 

təsvirlərinin  seçiminə  böyük  imkan  vardır. 

Bu təsvirlər əsasında geoloji-fəza informasi-

yasını  qurmaq  və  yeniləmək  olar.  Böyük 

miqyaslı  topoqrafik  kartoqrafiya  üçün  ifrat 

yüksək  fəza  dəqiqliyi  (2  m  və  az)  olan  və 

WorldWiew - 1, GeoEye - 1, CARTOSAT-2, 

Quick-Bird, IKONOS, Ресурс-ДК və s. kimi 

peyklərdən  alınan,  həm  də  fəza  dəqiqliyi 

yüksək (2-3 m) olan və RadarSat-2, SPOT-5, 

CARTO-SAT  -  1,  FORMOSAT  -  2,  ALOS 

PRISM kimi peyklərdən alınan  kosmik təs-

virlərdən istifadə edilə bilər. 

Əksər  hallarda,  tematik  kartoqrafiya 

üçün orta fəza dəqiqliyi olan sensorların kos-

mik  təsvirləri  yarayır.  Bu  sensorlar  spektrin 

ensiz sahəsinə cavab verən çox miqdarda ka-

nallara  malikdirlər.  Orta,  yaxın  və  uzaq  İQ 

diapazonlarda kanalların olması bitki və tor-

paq örtüyü ilə bağlı olan tətbiqi məsələlərin 

həlli  üçün  geniş  imkanlar  açır.  Belə  çəkiliş 

sistemlərinə  RapidEye,  ALOS  AVNIR  -  2, 

LANDSAT-5/7,  SPOT-4/5,  ASTER,  IRS-

1C/1D, ResourseSat-1 və s. aiddir. 

 Bundan əlavə başqa sistemlərdən alınan 

bir qədər az fəza dəqiqliyinə malik olan, mü-

asir  kosmik  təsvirlər  də  böyük  həcmli,  fay-

dalı informasiyaya malikdirlər. Bunlardan da 

kiçik  miqyaslı  tematik  kartoqrafiya  məsələ-

lərinin həllində istifadə etmək mümkündür. 

Hazırda MYZ məlumatlarını böyük həc-

mli  arxiv  məlumatları  toplanıb  və  onlar  hə-

mişə  yenilənir.  Potensial  tələbatçının  təsvir-

ləri  fəza  -  və  radiometrik  dəqiqliyə  həm  də 

çəkiliş vaxtına görə geniş seçim imkanı var-

dır. Adətən arxiv məlumatları operativ məlu-

matlardan ucuz olur, lakin onların əldə edil-

məsi vaxt aparır. Peyk məlumatlarının qəbu-

lu  imkanına  malik  olan  təşkilatlar  MYZ  m-

əlumatlarını operativ rejimdə də ala bilərlər. 

 

UOT 

528.8(075.8) 

 

A.M. Əzimov, R.N. Həsənov  

 

Ətraf mühitin tədqiqi sahəsində 

məsafədən Yerin zondlanması 

məlumatlarının istifadəsi  

istiqamətləri 

 

Xülasə 

 

Elmi-metodik  məqalədə  ətraf  mühitin 

tədqiqi sahəsində məsafədən Yerin zondlan-

ması  məlumatlarının  istifadəsi  istiqamətləri 

haqqında məlumat verilmişdir. Bu məlumat-

lar ekologiya, ətraf mühitin mühafizəsi və is-

tifadəsi  sahəsində çalışan gənc tədqiqatçıla-

ra  daha  aktual  tədqiqat  metodunu  seçə  bil-

mək imkanı verə bilər. 

 

Резюме 

 

УДК 

528.8(075.8) 

 

А.М. Азизов, Р.Н. Гасанов 

   

Направление использования данных 

дистанционного зондирования Земли  

в области исследования окружающей 

среды 

 

В  научно-методической  статье  дана 



информация  о  направлении  использова-

ния  данных  дистанционного  зондирова-

ния  Земли  в  области  исследования  окру-

жающей  среды.  Эта  информация  может 




Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



31 

дать  возможность  молодым  исследовате-

лям,  работающим  в  области  экологии, 

охраны  и  использования  окружающей 

среды,  выбрать  более  актуальный  метод 

исследования. 



 

Ədəbiyyat 

 

1.



 

Мишев, Д. Дистанционные исследова-

ния Земли из космоса. –Москва: Мир, 

1985, -232 с. 

2.

 

Кронберг,  П.  Дистанционное  изуче-



ние Земли. Москва: Мир, 1988, -253 с. 

3.

 



Токарева, О.С. Обработка и интерпре-

тация  данных  дистанционного  зонди-

рования  земли.  –Томск:  Изд-во  Том-

ского  Политехнического  университе-

та, 2010. -148 с. 

4.

 



Кашкин, В.Б. Цифровая обработка аэ-

рокосмических  изображений,  Красно-

ярск,  Сибирский  федеральный  уни-

верситет, 2008, -121 с. 

5.

 

Цифровая  обработка  сигналов  и  изо-



бражений  /  Под  ред.  В.Ф.  Кравченко. 

– М.: ФИЗМАТЛИТ, 2007. -544 с.  

6.

 

Авиационно-космическая  многопози-



ционная  радиолокационная  система 

дистанционного  зондирования  //  Cов-

ременные  проблемы  дистанционного 

зондирования  земли  из  космоса,  Чет-

вертая  открытая  всероссийская  кон-

ференция, Москва, 13-17 ноября 2006. 

7.

 

Bi- and Multi-Static SAR: Potentials and 



Challenges  //  5-th  European  Conference 

on  Synthetic  Aperture  Radar  EUSAR 

2004. – Ulm, Germany. – Vol. 2, 2004. – 

P. 365–371. 

 

Məqaləyə AzMİU-nun 

 “Geomatika” kafedrasının müdiri  

t.üz.f.d. S.A. Qəniyeva  rəy vermişdir.

 

 

 

 

 

 



 

 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə