Ekologiya və Ətraf müHİTİn mühafiZƏSİ uot 624. 131. 1


Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix08.04.2018
ölçüsü0,54 Mb.
#36729
1   ...   6   7   8   9   10   11   12   13   14

Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



26 

ancaq  elementlərin  konturları  daxil  edilir. 

Onun  qurulması  zamanı  isə  bu  elementlərin 

vəziyyətini,  yerlərini dəqiq bilmək lazımdır. 

Buna  görə  də  topoqrafik  xəritələrin  tərtib 

edilməsi  üçün  fəza  dəqiqliyi  daha  yüksək 

olan kosmik təsvirlər tələb olunur. Topoqra-

fik xəritələrin  yenilənməsi  və tərtibi  zamanı 

müəyyən  miqyas  üçün  nəzərdə  tutulan  eyni 

təsvirlər  yararlı  və  ya  da  yararsız  ola  bilər. 

Yəni  onlar  birinci  halda,  yenilənmə  zamanı 

yararlı, ikinci halda - tərtib zamanı isə yarar-

sız ola bilərlər. 

Qeyd  edək  ki,  kosmik  təsvirlər  tematik 



xəritələrin (geoloji, hemomorfoloji, hidrolo-

ji, meteoroloji, landşaft və s. kimi) tərtibi və 

yenilənməsi  prosesini  sürətlə  həyata  keçir-

məyə imkan verir. Bundan əlavə onların əsa-

sında yeni tipli xəritələri, məsələn, fövqəladə 

halların izlənməsi üçün havanın buludluğunu 

əks etdirən xəritələri də qurmaq olar. 

Geologiya sahəsində aşağı fəza dəqiqliyi 

olan  kosmik  təsvirlər  faydalı  qazıntıların 

kəşfiyyatı üçün liniament və dairəvi struktu-

run  xəritəsinin  qurulması  zamanı  istifadə 

edilə bilir. Yüksək fəza dəqiqliyi olan təsvir-

lərdə  belə  strukturlar  görünmür.  Tematik 

kartoqrafiyada  dəqiqliyə  tələb,  topoqrafik 

kartoqrafiyaya  nəzərən  bir  qədər  aşağıdır. 

Buna  görə  də  eyni  kosmik  təsvir  üzrə  daha 

böyük  miqyaslı  tematik  xəritələri  tərtib 

etmək mümkündür. Məsələn, IRS peykindən 

alınan və 5,5 m  fəza dəqiqliyinə malik  olan 

kosmik  təsvir  M  1:50000  miqyaslı  topoqra-

fik xəritənin bəzi elementlərini qurmaq üçün 

istifadə  edildiyi  halda,  həmin  təsvir,  xəritə-

nin  tematikasından  asılı  olaraq,    miqyası  M 

1:10000-ə  qədər  olan  tematik  kartoqrafiya 

xəritəsi üçün istifadə edilə bilər. 

Təbii ehtiyatların və ətraf mühitin vəziy-

yətinin  qiymətlənməsi  ilə  bağlı,  həll  edilən, 

tematik məsələləri dörd əsas oblasta aid edi-

lir ki, bu zaman MYZ materialları aşağıdakı 

obyektlərin 

vəziyyətinin  qiymətlənməsi 

üçün istifadə edilə bilər: 

 

geologiya və yerin təkinin ehtiyatları; 



 

hidrologiya və səth sularının ehtiyatları; 



 

meşə ehtiyatları və bitki örtüyü; 



 

ətraf mühitə təsir və onun vəziyyəti. 



Müasir dövrdə MYZ məlumatları əsasın-

da  ətraf  mühitin  vəziyyətinə  nəzarəti  daha 

operativ şəklidə həyata keçirmək mümkündür.  

Yerin təkinin  istifadəsi  sahəsində  MYZ 

məlumatları  dağ-mədən,  sənaye,  energetika 

müəssisələrinin  və  mühəndis  qurğularının 

ətraf mühitə təsirinin qiymətlənməsi üçün is-

tifadə edilə bilər. Bu məqsədlə aşağıdakı  is-

tiqamətlərdə  tədqiqat  işləri  aparmaq  müm-

kündür: 

 



açıq  karxanaların,  şlam  toplanan  ərazilə-

rin, sənaye çirkli sularının çökdürücü qur-

ğularının,  neft  quyularının  və  s.  kimi  ob-

yektlərin aşkar edilməsi

 

yerin  təkindən  istifadə  edən  obyektlərin 



daxili strukturunun müəyyən edilməsi; 

 



geoloji  mühiti  müxtəlif  dərəcədə  pozul-

muş ərazilərin aşkar edilməsi

 

antropogen stimulyasiya olunan müasir və 



cavanlaşmış  ekzogen  proseslərin  getdiyi 

ərazilərin  aşkarlanması  və  onların  aktiv-

ləşmə dərəcəsinin müəyyən edilməsi. 

Neft və qaz ehtiyatlarının geoloji kəşfiy-

yatı ilə bağlı olan məsələlərin həllində MYZ 

məlumatları aşağıdakı hallarda istifadə edilə 

bilər: 



 



yataqların  kəşfiyyatı  və  istismarı  tərzinə 

nəzarət proseslərində; 

 

boru  kəmərləri  sistemi  və  anbarların  ti-



kintisində; 

 



neft və qazın nəqlində

 



neft və qaz mədənləri, habelə onların ema-

lı  ilə  məşğul  olan  müəssisələr  olan  əra-

zilərdə təbii mühitin monitorinqi. 

Dünya  ölkələrinin  energetik  balansında 

neft və qaz məhsulları başlıca yer tutur. Ha-

zırda  bütün  dünyada  baş  verən  münaqişələ-

rin, qlobal maliyyə böhranlarının yaranması-

na  səbəb  də  neft  və  qaz  ehtiyatları  ilə  bağlı 

olan  məsələlərdir.  Neft  və  qaz  ehtiyatlarına 

olan tələbatın artması onların kəşfiyyatı mə-

sələsini də aktual edir. 

MYZ-ın  vasitə  və  məlumatları  əsasında 

karbohidrogen  ehtiyatlarının  geokimyəvi 

anomaliyaları  aşağıdakı  metodlarla  aşkar 

edilə bilər: 

 



zonalı  kosmik  təsvirlərdə  anomaliyaların 

spektral  xüsusiyyətlərinin  formalaşması 

metodları və fəza filtrasiyası əsasında teks-

tura əlamətlərinin formalaşası; 

 

MYZ məlumatlarının tekstura analizi me- 



todları  və  kosmik  təsvirlərdə  aşkar  edilən 

lineament və dairəvi strukturların interpre-

tasiyası metodikası; 



Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



27 

 



karbohidrogen  ehtiyatları  və  çat  pozuntu-

ları  olan  ərazilərin  müxtəlif  landşaft  ele-

mentlərinin  –  struktur  indikatorlarının  aş-

kar edilməsi metodları; 

 

təbii  ehtiyatlar  olan  ərazilər  hüdudunda 



yerli tektonik şəraiti  tədqiq etməyə imkan 

verən  geoloji  indikatorların  (lineament-

lərin,  göl  və  müxtəlif  tipli  bataqlıq  olan 

sahələrin) paylanma xarakteristikaları sxe-

mini analiz etməklə onların blok quruluşu-

nun öyrənilməsi, çati olan zonaların aşkar-

lanması,  təbii  dağıntılara,  çıxıntılara  mə-

ruz qalan əraziləri və müxtəlif perspektivli 

neft-qaz  daşıyan  sahələri  müəyyən  et-

məklə axtarış-kəşfiyyat  quyularının  yerini 

seçə bilmək olar; 

 



MAP-cəbri (multispektral kosmik təsvirlə-

rin  kanalları  üzərində  əməliyyatlar)  me-

todları, flüoritlərin  yataqlardan miqrasiya-

sının  təsiri  altında  torpaq-bitki  örtüyündə 

baş verən dəyişikliklərə görə, perspektivli 

neft  strukturlu  sahələrin  güman  edildiyi 

ərazilərin  üzərində  spektral  anomaliyanın 

aşkar edilməsi. 

Hazırda  neft-qaz  sahəsində  neft-qaz  ya-

taqlarının,  karbohidrogen  “tələlərinin”  möv-

cud  ola  bilməsinin müvəffəqiyyətlə  proqno-

zu  üçün  CİS  –  Coğrafi  İnformasiya  Siste-

mindən də istifadə etmək mühüm əhəmiyyə-

tə  malikdir.  Bu  məqsədlə  böyük  həcmli  in-

formasiyaların  inteqrasiyasına  ehtiyac  yara-

nır. Böyük həcmli informasiyalara MYZ mə-

lumatları,  geofiziki,  geokimyəvi  və  s.  Kimi 

digər  məlumatlar  aiddir  ki,  onlar  tədqiq 

edilən  obyektlərin  müxtəlif  xarakteristikala-

rını  özündə  əks  etdirir.  Müasir  CİS  imkan 

verir  ki,  müxtəlif  cinsli  məlumatları  saxla-

maq, redaksiya və analiz etmək, məlumatlar 

bazası  yaratmaq,  geoloji  modelləri  qurmaq 

və onların əsasında dərinlikdə yerləşən, yer-

altı  neft-qaz  daşıyan  strukturları  müəyyən 

etmək mümkün olsun. 

MYZ  və  geoloji-geofiziki  məlumatların 

kompüter analizi və emalı ilə yanaşı bu təd-

qiqatlara ənənəvi informasiya analizi metod-

larını  da  cəlb  etmək  olar.  Məsələn,  kosmik 

təsvirlərdə  aşkarlanan  lineament  və  dairəvi 

strukturları  texniki  vasitələrlə  alınan  nəticə-

lərdəki  koordinatlarla  vizual  tutuşdurmaq 

olar.  Faydalı  qazıntıların  yataqları  haqqında 

qəbul  edilmiş  belə  bir  qayda  məlumdur.  Bu 

qaydaya  görə  lineament  minerageniya  filiz, 

neft  və  qaz  yataqları  arasında  əlaqə  yaradıb 

onların  lineament strukturlarla (planetar  çat-

laqlar zonasında) birgə yerləşməsi prosesinə 

səbəb olur. Lineamentlər filiz, qaz neft yığan 

strukturlardır.  Bu  strukturlarda  genezisi  və 

yaşına görə müxtəlif elementlər  yer tuturlar. 

Miqyası  M  1:2500000  olan  kosmik-geoloji 

xəritədə  aşkar  olunan  qaz  və  neft  yataqları 

yayılmış  lineamentləri  tutuşdurduqda  aydın 

olur  ki,  karbohidrogen  yataqları  riflər  üzrə 

depressiyalar və vallarda - yerin səthinin çat-

laqları  üzrə  aşağı  düşmüş  və  çatlaqlar  üzrə 

yuxarı qalxmış sahələrdə aşkarlanır. 

Neft və qaz  yataqlarının həm  perspektiv 

axtarış  istiqamətlərini  müəyyən  etmək  üçün 

həm də regional və zonal səviyyədə geodina-

mik  modellərin  qurulması  üçün  çatlaqların 

əmələ  gəlməsinə  aid  xarakteristik  xüsusiy-

yətləri  bilmək  lazımdır.  Bunlara  onların 

morfoloji-genetik  tiplərinin  əmələ  gəlməsi, 

bu  tiplər  arasında  qarşılıqlı  münasibətin  ol-

ması,  fəzada  yönəlmə  sistemi,  əmələ  gəlmə 

vaxtı, aktivləşməsi  və zəifləməsi  kimi  xüsu-

siyyətlər aiddir. 

Əsas  istiqamətlərdən  biri  geoloji  struk-

turların  kartoqrafiyasıdır  ki,  bu  məlumatlar 

əsasında, Yerin səthindəki geoloji əlamətlərə 

görə neft və qaz mənbələrini müəyyən etmək 

mümkündür.  İkinci  istiqamət  flüidlərin 

qədimdən  bəri  mövcud  olan  uzunmüddətli 

sızma axınlarının kartoqrafiyasıdır. Bu axın-

lar  süxur  və  torpaqlarda  çatlaqlar  boyu  və 

başqa  digər  yüksək  sızma  zonalarında  isə 

geokimyəvi  anomaliyalara  görə  müəyyən 

edilir.  Üçüncü  istiqamət  müasir  karbohidro-

gen  sizma  mənbələrinin  kartoqrafiyasıdır. 

Adətən bu mənbələrdən sızmalar yerüstü bit-

kilərdə  anomal  dəyişikliklərə  (geobotaniki 

anomaliyalara)  səbəb  olur,  o  cümlədən  də-

nizlərin səthində neft ləkələri və qaz köpük-

lənməsi əmələ gəlir. 

Neft-qaz  strukturlarının  struktur  və  ya 

foto-geoloji kartoqrafiyası əvvəllər aero-foto 

təsvirlər  əsasında  aparılırdı.  Son  dövrlərdə 

kosmik  qurğular  vasitəsi  ilə  təsvirlərin  alına 

bilməsi  bu  proseslərə  yeni  təkan  verdi.  Xü-

susən  kanalların  bölünməsi  əsasında  alınan, 

yüksək fəza dəqiqliyi olan multispektral təs-

virlərdə, flüidlərin yataqlardan uzunmüddətli 

miqrasiyaları  nəticəsində  əmələ  gələn  sızma 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə