Ekologiya və Ətraf müHİTİn mühafiZƏSİ uot 624. 131. 1


Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix08.04.2018
ölçüsü0,54 Mb.
#36729
1   ...   6   7   8   9   10   11   12   13   14

Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



24 

rol oynayırdı. Məsələn,  Lahıcın  yeganə  əla-

qəsi  keçmişdə  asma  köprü  vasitəsilə  yerinə 

yetirilirdi,  Gəncə  çayının  üzərində  olan  beş 

körpüsü  onun  baş  elementlərinə  (baş  küçə, 

meydan,  ictimai  mərkəz)  gedən  yolları  gös-

tərirdi. 

Qeyd edək ki, bəzən göstərilən amillərn 

eyni  hüquqda  bərabər  iştirak  etməsi  zəruri 

idi  (çay-yarğan  qarşıdurması).  Təbii  amillər 

sırasına həmdə şəhərlərin memarlıq obyekt-

lərinin  tikintisini  təmin  edən  yerli  material-

lar  idi  (qaya  qırıqları,  çiy  və  bişmiş  kərpic, 

gil, əhəng, kömür və s.), məhz onların baca-

rıqlı  istifadəsi,  sintezi  nəticəsində  istər  ya-

şayış  istərsə  də  ictimai-dini  binaların  çox 

maraqlı divar hörgüləri üzə çıxır. 

Qeyd etdiyimiz kimi, inşaat materialla-

rının müxtəlif calanma üsulları çox gözəl na-

xışlı fasad tərtibatı yaradır, digərləri isə – iç 

məkan təşkilində hətta konstruktiv  elementə 

də  (stalaktid)  çevrilə  bilər.  Lakin  qədim  ti-

kinti  materialı  sayılan  gil  və  ondan  hazırla-

nan məmulatlar və incəsənət əsərləri bu gün 

bir çox dünya muzeylərin  eksponatları sayı-

lır. Bu üzdən onların gəzəli olan Qəbələ lend 

istirahət  kompleksi  eyni  zamanda  bir  neçə 

funksiyanı  yerinə  yetirir.  Qəbələ  ətrafında 

olan milli  təbii baş  meşələr öz füsunkar  gö-

zəlliyi  şəlalə,    meşə  bulaqları,  müalicəvi  ot-

ları hesabına ətraf mühitin ekoloji vəziyyəti-

ni  xeyli  yaxşılaşdırır.  Tarixi  şəhərlərin  bir 

çoxu  sənətkarlıq  mərkəzi  olduqlarından  on-

ların ticarət əlaqələri və sahəsi də böyük də-

yişikliklərə gətirib çıxartdı. 

Bəzi  tarixi  şəhərlər  öz  quruluşlarının 

formalarını dəniz əlaqəliyində tapmıdı. Dər-

bənd  və  Bakı,  Xəzər  dənizi,  Urmiya  göl  ət-

rafında salınmışlar. Bu halda suyun özü  mü-

dafiə  amilinə  çevrilərək  şəhərləri  hücumlar-

dan qoyulurdu. 

Bakının plan quruluşunun yarımdairəvi 

şüavi şəkil olmasında təbii körfəzin və relyef 

yüksəkliyinin  (amfiteatrın)  təsiri  də  böyük 

olmuşdur.  Hətta  Bakının  Şirvanşahlar  kom-

pleksinin  üç  səviyyəli  relyefin  istifadəsi  nə-

ticəsində belə bir möhtəşəm kompleks yara-

nmışdır.  Bu  gün  dəniz  və  bulvar  yaşıllıqları 

«təbii-süni»  amillər  qarşıdurmasında  gözəl 

bir panoram yaratmışdır. Onun yüksək mər-

təbəli  yaşayış  tikintiləri  də  bu  iki  təbii-süni 

amillər  fonunda  böyük  təsiredici  qüvvəyə 

malikdir. Şamaxı şəhərinin formalaşmasında 

təbii  amil  olan  dağ-təpə  təşkil  edən  relyefi 

ona pilləvari struktur bəxş etmişdir. 

Bu  gün  şəhərin  quruluşu  parçalanmış 

görünsə  də  keşmişdə  məhz  təpənin  iştirakı 

onun  5  qala  divarlarının  mühafizə  vəzifəsi-

nin  yerinə  yetirməsinə  imkan  vermişdi.  Şə-

hərin  cənubi-şərqində  yerləşən  göl  isə  bu 

gün sakinlərin ən sevimli istirahət yeridir. 

Təbii amillər sırasında torpaq yəni ərazi-

nin istifadə yararlığıda istər keçmişdə istərsə 

də  indidə  çox  önəmli  yer  tutur,  çünki  onun 

hesabına  Gəncə  şəhərinin  ətrafı  kənd  təsər-

rüfat ərazilərinə çevrilmiş harada Gəncə çayı 

xüsusi məna kəsb edir. Məsələn, çayın şəhər 

ərazisindən  keçməsi  nəticəsində  sahilyanı 

zonalarda gözəl parkların salınmasına imkan 

vermişdi. Digər tərəfdən çayın sol sahilində 

salınan  yeni  mikrorayon  tipli  yaşayış  mas-

sivləri  qədim  Gəncənin    memarlıq  irsinin 

qorunub saxlanılmasına imkan yaratmışdır.  

Beləki, b.e. ilkin əsrlərində, sonralar isə 

VII  əsrdən  üzü  bəri  yaranıb  formalaşan  şə-

hərlərin  fərqli  və  oxşar  cəhətləri  məhz  təbii 

amillər  təsirindən  yaranmışdı,  harada  su, 

meşə, dağ və yerli tikinti materialları aparıcı 

rol  oynayaraq  onların  fərdi  obrazını  yarat-

mışdı. 


 

В.Р. Мамедов  

 

Роль и организация природных  



факторов в структуре исторических 

городов Азербайджана 

 

РЕЗЮМЕ 

 

Города,  имеющие  явные  региональ-

ные  особенности  очень  уязвимы  в  отно-

шении застройки архитектурными объек-

тами,  оказывающих  достаточно  сильное 

влияние нетолько на структуру основных 

пространственных элементов, но и на ре-

шение  архитектурно  -  художественных 

элементов.  В  статье  раскрыта  роль  каж-

дого фактора с выведением их оценочных 

качеств. 

Ключевые слова: региональный, при-

родные факторы, архитектурные объек- 

ты, леса, рельеф, исторические города. 

 

 



Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



25 

М.R. Mammadov  

 

Chief of the “Architecture” department  

of Azerbaijan State Academy of Art  

 

The role and outline of natural factors  



in structure of the historical cities  

of Azerbaijan 

 

SUMMARY 

 

The  cities  with  obvious  regional  featu-

res  are  very  vulnerable  concerning  building 

with  architectural  objects  having  strong  in-

fluence  not  only  on  structure  of  the  basic 

spatial  elements,  but  also  on  the  solution  of 

architectural  and  art  elements.  The  role  of 

each factor with deducing of their estimated 

qualities are revealed in the article. 

Key words: regional, natural factors,  

 

architectural projects, forests, relief, histori-

cal towns. 

 

Литература 



 

1.

 



Усейнов  М.  и  др.  История  архитекту-

ры  Азербайджана.  Москва:  Стройиз-

дат, 1963, 363 с. 

2.

 



Саламзаде  А.,  Салаева  Р.,  Авалов  Э. 

Исторические  города  Азербайджана. 

М.: Стройиздат, 1986, 140 с. 

3.

 



Məmmədov  Z.E.  Azərbaycanın  tarixi  şə-

hərlərinin  ənənələrinin  bərpa  xüsusiyyəti 

//dissertasiya  işinin  avtoreferatı,  Bakı, 

2008, 24 s. 

 

Məqaləyə  

Rəssamlıq Akademiyasının  

“Dizayn” kafedrasının

 dosenti 

 Ə.Z. Vəkilova rəy vermişdir. 

UOT 

528.8(075.8) 

 

A.M. ƏZİZOV, R.N. HƏSƏNOV 



 

Azərbaycan Memarliq və İnşaat Universiteti 

  

ƏTRAF MÜHİTİN TƏDQİQİ SAHƏSİNDƏ MƏSAFƏDƏN YERİN  



ZONDLANMASI MƏLUMATLARININ İSTİFADƏSİ İSTİQAMƏTLƏRİ 

 

Təbii  ehtiyatların  vəziyyətinin  monito-



rinqi,  onların  çıxarılması  və  emalına  ekoloji 

nəzarət və antropogen təsir altında olan təbii 

komplekslərin  analizi  prioritet  tədqiqat  sa-

hələri sayılır. Ümumiyyətlə ekologiya və tə-

bii  ehtiyatlardan  istifadə  sahəsindəki  opera-

tiv tədqiqatların əksəriyyəti məsafədən Yerin 

zondlanması  (MYZ)  məlumatlarına  əsasla-

nır.  Bu  elimi-metodik  məqalədə  ətraf  mühi-

tin  tədqiqi  sahəsində    MYZ  məlumatlarının 

istifadəsi  istiqamətləri  haqqinda  məlumat 

verilmişdir  ki,  bu  məlumatlar  ekologiya,  ət-

raf mühitin mühafizəsi və istifadəsi sahəsin-

də  çalışan  gənc  tədqiqatçılara  daha  aktual 

tədqiqat metodunu seçə bilməsinə imkan ya-

rada bilər.          

Müasir  dövrdə  Yer  səthinə  təsirlərin  in-

tensiv  şəkil  alması  ilk  növbədə  onun  bütün 

obyektlərinin ümumi mənzərəsinin dəyişmə-

sinə  səbəb  olur.  Buna  görə  də  yerli  şəraitin 

görünən bütün elementlərini eyni dəqiqlikdə 

əks  etdirən  topoqrafik  xəritələrin  yenilən-

məsi  prosesinə  ehtiyac  yaranıb.  Belə  xəritə-

lər  relyefi,  hidroqrafik  xətləri,  bitki  örtüyü-

nü,  torpaq  və  qruntun  vəziyyətini,  məskun-

laşmış əraziləri, yol və digər kommunikasiya 

şəbəkələrini, sosial-mədəni,  hərbi obyektləri 

və s. özündə əks etdirir. 

Hazirda topoqrafik xəritələmədə miqyas-

ların  M:10000-dən  M:200000-ə  qədər  olan 

sırasına  üstünlük  verilir.  M:10000  miqyaslı 

xəritənin  qurulması  üçün  kosmik  təsvir  ən 

azı  10  m  fəza  dəqiqliyinə  malik  olmalıdır. 

LnadSat  ETM+  və  Terra  ASTER  kimi  kos-

mik aparatların fəza dəqiqliyi 15 m olan kos-

mik təsvirləri əsasında M 1:200000 miqyaslı 

xəritələri  qurmaq  mümkündür.  Xəritədə, 

kosmik  təsvirlər  vasitəsi  ilə  müəyyən  para-

metri  müəyyən  etmək  mümkün  olmadıqda 

isə digər məlumat mənbələrindən də istifadə 

edilə bilər. 

Xəritələrin yenilənməsi zaman xəritəyə  




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə