Ekologiya və Ətraf müHİTİn mühafiZƏSİ uot 624. 131. 1


Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix08.04.2018
ölçüsü0,54 Mb.
#36729
1   ...   6   7   8   9   10   11   12   13   14

Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



20 

ətrafa mənfi təsir edir:binaların tikintisi, dai-

mi  parkların  bölünməsi,  sənaye  tikintisi, 

yolların salınması və s.  

Mühəndis ekologiyasında müxtəlif növ 

ekspertizalar  əsas  rolu  oynayır.  Mühəndis 

ekoloji  ekspertizasının  əsas  təyinatı  istehsa-

lat və ya yeni layihənin təbii mühitə təsirini 

qiymətləndirir.  İşlərin  həcmi  və  ekspertiza 

iştirakçılarının tərkibi mövcud problemin sə-

viyyəsinə  uyğun  olmalıdır.  Hidrodüyünlərin 

tikintisi  regionlar  arası  səviyyə,  bəzən  də 

(mübahisəli  vəziyyətlərdə)  beynəlxalq  eks-

pertiza  tələb  edir.  Ümumilikdə,  mühəndis 

ekoloji ekspertizası üç mərhələdən ibarətdir: 

1.

 



Layihələndirmə  zamanı  qəbul  olunmuş, 

xaric olunan məlumatların qiymətləndiril

-

məsi; 


2.

 

Hidrodüyünün  iş  rejiminin  qiymətləndi-



rilməsi; 

3.

 



Layihənin ümumi qiymətləndirilməsi. 

Beləliklə,  hidrodüyünlər  ekoloqların 

ciddi  diqqət  mərkəzində  olan  obyektlərdir. 

Onların  mühitə təsirini  qiymətləndirməmək-

lə  yanaşı,  ehtiyacdan  artıq  qiymətləndirmək 

lazım  deyil.  Bununla  yanaşı  hidrotexniki 

qurğuları  digər  obyektlərin  mənfi  təsirindən 

qorumaq lazımdır [2, s.107]. 

Dünya təcrübəsinə nəzər yetirərək hid-

rotexniki  qurğuların  layihələndirilməsinə 

ekoloji  amillərin  nə  dərəcədə  təsir  etdiyini 

görə bilərik.  

Hoabin  hidrodüyünü  Da  (Qara)  çayın-

da-ən  iri,  Qırmızı  çayın  sağ  axını-Vyetnam 

respublikasının  şimal  hissəsində  yerləşir. 

Qırmızı  çay  üç  çayın  birləşməsindən  əmələ 

gəlir:  Txao,  Da  və  Lo.  Çayların  axını  mus-

son tropik yağışlarla formalaşır. Hər üç çay-

da  yay  fəslinin  daşqınları  üst-üstə  düşdüyü 

zaman Qırmızı çayın deltasında yerləşən Ba-

bko çölündə dağıdıcı nəticələr verir. Hoabin 

hidrodüyününün  tikintisinin  əsas  məq-

sədlərindən biri Qırmızı çayın vadisində baş 

verən daşqınların qarşısını almaqdır. 

Hidrodüyünün  tikintisinin  mühəndis-

geoloji  şərtləri  əlverişsiz  problemlər  faktor-

ları ilə sıralanır: 

 



Yerli qaya növlərinin yüksək çatlılığı ; 

 



Yuxarı hissəsi qumla doldurulmuş, aşağısı 

çınqıl-çaqıl  daşı  vasitəsilə  filtrasiya  olu-

nan, 60 metrə qədər məcra dərinliyinin ol-

ması ;  


 

Bəndin  sol  sahil  ərazisində,  karbonat  qa-



yalarından  daha  qalın  karstın  əmələ 

gəlməsi; 

 

Bəndin sağ bortunda, cərgənin əks tərəfin-



də çökmələrin əmələ gəlməsi. 

Su  anbarının  ümumi  həcmi  9,45  km

3



faydalı həcmi 5,65 km



-dir. So sahilin təbii 

şəraitinin  yararlarından  suburaxıcı,  hidro-

enerji  və  su  nəqliyyatı  vasitələri  istifadə 

edir. 

Yerli  təcrübəyə  nəzər  yetirəndə  hidro-



texniki  qurğuların  layihələndirilməsinə  təsir 

edən müxtəlif amillərlə tanış oluruq. 

İllər öncə “Azərbaycanda təbiət şərtlə-

rinə təsir edən su təsərrüfatı tədbirləri  həya-

ta keçirmişlər. Bu müxtəlif geoloji şərtlərdə 

tikilmiş  onlarla  konstruksiya,  ölçü  və  eks-

pluatasiya  zamanı  suyun  filtrasiya  itkilərinə 

görə fərqlənən, müxtəlif geoloji şərtlərlə tor-

paq  məcrasında  yüzlərlə  kilometr  magistral 

kanal,  qeyri-mühəndis tipli çoxsaylı subura-

xıcı  və  nasos  stansiyası,  texniki  mükəmməl 

olmayan irriqasiya sistemləri ilə masivvlərdə 

suvarma,  texniki həmcins olmayan irriqasi-

ya sistemləri ilə masivvlərdə suvarma, texni-

ki  mükəmməl  irriqasiya  sistemləri  ilə  yeni 

masivvlərdə  suvarma  şəbəkəli  hidrotexniki 

qurğulardır” [1, s.244]. Bu dövrlərdə perspe-

ktiv olaraq sutəsərrüfatı tikililəri nəzərdə tu-

tulurdu.  

Kür  çayının  orta  axınında  yerləşən 

Şəmkir SES əsas xalq təsərrüfatının bu prob-

lemlərini həll edir: 

 

İl  ərzində,  810  mln.kVt.s.  miqdarında 



ucuz elektroenerjinin hasil edilməsi

 



Gəncə şəhəri və istehsalat zonalarının 120 

mln.m


  həcmində  içməli,  texniki  su  ilə 

təmin olunması. 

2677  mln.m

3

  həcmində  yradılmış  su 



anbarı kompleks şəkildə enerji, istehsalat və 

kənd təsərrüfatı üçün istifadə edilir. 

SES  binası  hər  birinin  təzyiqi  190 

min.kVt  olan  və  ölkənin  enerji  sisteminə 

ildə  810  mln.kVt.s.  elektroenerji  verən  iki 

hidroaqreqatla təchiz olunub. 

Ölkənin  ən  böyük  su  anbarlarından 

olan Mingəçevir su anbarı inşa olunduğu za-

man respublikanın su-enerji ehtiyatlarının is-

tifadə  edilməsinə  başlanıldı.  Hidrodüyünün 

tikintisi böyük bir kompleks kənd təsərrüfatı 

problemlərini həll etdi.  




Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



21 

Mingəçevir  SES-Azərbaycanın  elektr-

oenerjisinin ən geniş təminatçısıdır. Eyni za-

manda,  Mingəçevir  SES  illər  boyu,  Kür  ça-

yında baş verən daşqınların qarşısını alıb və 

1,2 mln.ha əkinə yararlı torpaqları su ilə tə-

min etmişdir. 

Hidrodüyünün əsas tikilisi-çınqıl qrunt 

ilə yuyulmuş, yüksək təzyiqli bənd dünyada 

hündürlüyünə  görə  birinci  yerdədir.  Həcmi 

16  mlrd.m

olan  bəndin  yaratdığı  su  anbarı, 



illərdir  yaranan  axını  tənzimləyir,  ən  pik 

elektroenerjini  requlyasiya  və  Yuxarı-Qara-

bağ,  Yuxarı-Şirvan  irriqasiya  kanallarının 

suburaxan  tikililərini  lazımi  qədər  su  ilə  tə-

min edir. 

Nəzər  yetirdiyimiz  bütün  hidrotexniki 

qurğu nümunələrinin yaranmasına təsir edən 

amillər  ilk  növbədə  təbiətə  əsaslanır.  Daha 

sonra insanların fiziki, maddi, sosial, iqtisadi 

ehtiyaclarını  ödəyir  və  landşaft,  şəhərsalma 

həlli,  bütün  layihə  kompozisiyasını  tamam-

layır. 


Ümumiyyətlə, Hər bir tikili və onun ət-

rafı  layihələndirilərkən  “Tikinti  Norma  və 

Qaydaları”-na  müraciət  olunur.  Burada 

“Landşaft-rekreasiya”  bölməsində  verilən 

qaydalara əsasən, 6.1. başlığında: 

Şəhər, qəsəbə və kənd yaşayış məskən-

lərində bir qayda olaraq, arasıkəsilməz yaşıl-

lıq  ərazilər  sistemi  və  digər  açıq  məkanlar 

nəzərə  alınmalıdır.  Şəhər  tikililəri  hüdudla-

rında yaşıllıq ərazilərin xüsusi çəkisi (tikinti 

ərazisinin yaşıllaşdırma səviyyəsi) 40%-dən, 

yaşayış rayonu sərhədləri daxilində isə 25%-

dən az olmamalıdır. Qeyd olunmalıdır ki: 

1.

 



Yarımsəhra  zonasında  ərazinin  yaşıllaş

-

dırma  səviyyəsi  adambaşına  8  m



hesabı 


ilə qəbul edilməlidir. 

2.

 



Eni 1 km-dən artıq olan sanitar mühafizə 

zonasının yaradılmasını tələb edən müəs-

sisələri  olan  şəhərlərdə  tikinti  ərazisinin 

yaşıllaşdırma  səviyyəsi  15  %-dən  az  ol-

mayaraq artırılmalıdır. 

Bu normaların 11.7., 11.9. maddələrin-

də  ekoloji  hadisələri  tarazlayacaq  tədbirlər 

təqdim olunmuşdur: 

Şəhərlərin  və  şəhərətrafı  zonaların 

planlaşdırılması və tikintisi layihələrində də-

yərli  təbii  landşaftın  səmərəli  istifadə  olun-

ması  və mühafizəsi,  landşaft rekreasiya əra-

zilərinin  ayrılması,  landşaft  dayanıqlığı  nə-

zərə  alınmaqla  ondan  rekreasiya  məqsədilə 

istifadə olunmasına məhdudiyyət qoyulması, 

xüsusi  qorunan  ərazilərin-dövlət  qoruqları, 

müvəqqəti qoruqlar, təbii milli parklar, bota-

nika  bağları  və  dendroloji  parklar,  meşələr, 

həmçinin təbiət abidələrinə dair olan geoloji 

və su rejimli tələblərə əməl olunması nəzərə 

alınmalıdır. 

Su hövzələri, su axını və dəniz akvato-

riyalarının mühafizə tədbirləri su qanunverici-

liyinin  və  müvafiq  qaydada  təsdiq  olunmuş 

sanitarya  normalarının  tələblərinə  uyğun 

olaraq, içməli və təsərrüfat su təchizatı, əha-

linin istirahəti və balıq təsərrüfatı məqsədləri 

üçün  istifadə  edilən  su  obyektlərində  çirk-

ləndirici maddələrin konsentrasiyalarının yol 

veriləsi hədd normalarına riayət edərək, yer-

üstü  və  yeraltı  suların  çirklənməsinin  qarşı-

sının  alınmasını  təmin  etməklə  nəzərə  alın-

malıdır. 

Bütün  bu  normalar  hidrotexniki  tikili-

lərin  layihələndirilməsinə  təsir  edən  amillər 

və  əksinə  hidrotexniki  tikililərin  ətrafa  tə-

sirinin tənzimlənməsi üçün nəzərdə tutulub. 

Son  illər  uğurla  həyata  keçirilən  isla-

hatlardan,  müvəffəqiyyətlə  yerinə  yetirilən 

Dövlət  proqramlarından  biri  də  əhalinin  və 

ərazilərin içməli və əkin suyuna olan tələba-

tını ödəmək üçün aparılan məqsədyönlü təd-

birlərdir.  Bütün  dünyada,  o  cümlədən  res-

publikamızda   su  ehtiyatlarına,  onlardan  sə-

mərəli, düzgün istifadəsi və qorunması prob-

lemlərinə  maraq   artmışdır.  Respublikanın 

yerüstü su ehtiyatları 32 mild. kub metr təş-

kil edir və quraqlıq illərdə onların həcmi 23 

mild.  kub  metrə  qədər  azalır.  Azərbaycan 

qədim suvarma əkinçiliyi diyarıdır. Respub-

likanın  ümumi  ərazisinin  təxminən  yarısı, 

yəni  4,2  min  hektarı  kənd  təsərrüfatına 

yararlı torpaqlar, suvarılan torpaqların sahəsi 

isə təqribən 1450 min hektardır, bu da kənd 

təsərrüfatında  istehsal  olunan  məhsulun  90 

%-ni təşkil edir. 

Bu  yüklərin  təsiri  nəticəsində  torpaq 

sahələrinə düşən təzyiq artır, yerüstü və yer-

altı  axınlar  pozulur,  suyun,  digər  mayelərin 

və  istiliyin  istismar  itkiləri,  onların  torpağa 

hopması  halları  meydana  çıxır.  Qurğuların 

bünövrəsindən  torpağın  su  və  digər  maye 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə