Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə20/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   133

64 

və kiflərin fəaliyyətini yaxşı təsir altına alır. Özünü yüngül xarak-

terik iylə ağ kristal toz şəklində göstərir. Daha çox natrium sorbat-

dan istifadə olunur ki, onun tərkibində 83,5% sorbin turşusu olur. 

İçkilərdə bioloji bulanmalardan başqa kolloid təbiətli çökün-

tülər də əmələ gələ bilir. Kolloid qeyri-bioloji bulanmalar içkilərin 

kolloid sisteminin stabilliyinin pozulması ilə əlaqədardır (aşı mad-

dələri, pektin maddələri və s., həmçinin məhsulun tərkib hissələri 

arasında baş verən kimyəvi reaksiyalar). Suda olan kalsium karbo-

natın limon turşusu ilə reaksiyasından kalsium limon turşu çökün-

tüsü lopalılığı əmələ gəlir. 

Bulanlıq və çöküntü həmçinin dəmir duzları ilə şirə, şərab və 

kolerdə olan aşı maddələrin qarşılıqlı təsirindən əmələ gələ bilir. 

Mis və oksigen iştirakı ilə oksidləşmə prosesləri fəallaşır, nəticədə 

sitrus  cövhərlərinin  efir  yağları  itir.  İçkidə  kolloid  şəklində  olan 

pektin, zülal, aşı və rəng maddələri müxtəlif amillərin təsiri altında 

(mühitin turşuluğunun dəyişməsi, istiliyin təsiri və s.) asılqanlar 

əmələ gəlməsi ilə koaqulyasiya oluna bilir. 

 Kolloid  bulanmalarını  törədən  səbəbləri  texnoloji  üsulların 

köməyilə aradan qaldırmaq lazım gəlir. Bunlara misal olaraq su-

yun yumşaldılması, kupaj komponentlərinin yaxud kupaj şərbəti-

nin filtrdən keçirilməsi və suyun karbon qazı ilə yaxşı doydurul-

masını göstərmək olar. Bu halda oksidləşmə prosesləri zəifləyir və 

s. 


 

1.2. Mineral sular 

 

1.2.1. T

əsnifatı

 

 

Mineral  sular  mənşəyinə  görə  təbii  mineral  suya  və  bəzi 

mineral duzların suda həll olunub CO

2

 ilə doydurulması yolu ilə 



alınan süni mineral sulara ayrılır. Mineral sular qazlı (təbii və süni) 

və qazsız olur.  

Təbii mineral suları süfrə və müalicəvi sulara ayırırlar. Lakin 

bəzi müalicəvi sular həm də süfrə suyu kimi istifadə olunur. Süfrə 




65 

suyunun tərkibində müəyyən miqdarda faydalı mineral maddələr 

(2-8  q/dm

3

)  vardır.  Təbii  mineral  suların  tərkibində  mineral 



maddələr  nisbətən  çox  (8-50  q/dm

3

)  olur  və  tərkibinə,  təsir 



üsullarına  və  çıxarıldığı  yerə  görə  təsnifləşdirilir.  Kimyəvi 

tərkibinə görə mineral sular bir sıra siniflərə bölünür:  

-

 

Hidrokarbonatlı  su.  Tərkibində  hidrokarbonat  anionu; 



natrium,  kalium,  kalsium  və  maqnezium  kationları  vardır.  Bu 

qrupa  “Barjom”,  “Sairme”,  “Kuka”,  “Sirab”,  “Batabat”, 

“Nəhəcir”,  “Badamlı”  suları  aiddir.  Tərkibində  1200-8000 

mq/dm


3

 hidrokarbonat və karbonat ionu vardır. 

-

 

Xlorlu  su.  Tərkibindəki  xlor  anionu;  kalium,  natrium, 



kalsium  və  maqnezium  kationları  vardır.  Bu  qrupa  “Minskaya”, 

“Vitantas”, “Omsk” və “Druskinkaya suları aiddir.  

-

 

Sulfatlı  su.  Tərkibindəki  sulfat  anionu;  kalium,  natrium, 



kalsium və maqnezium kationları vardır. Bu qrupa “Moskovski”, 

“Aşkabad”,  “Batalinskaya”,  “Suraxanı”  suyu  aiddir.  Tərkibində 

1700-3200 mq/dm

3

 xlor ionu olur.  



-

 

Tərkibindəki bioloji dəmir, arsen, brom, yod, lityum ionları 



və  xüsusi  bioloji  xassələri  (katalitik,  kolloid  və  s.)  olan  su.  Bu 

qrupa tərkibində 20-30 mq/dm

3

 dəmir olan “Polyustravskaya”, 50-



70 mq/dm

3

 dəmir olan “Martisialnaya”, tərkibində 10-15 mq/dm



3

 

yod olan “Semiqorski”, 150-200 mq/dm



brom olan “Luqela”, 1-

1,5 mq/dm

3

 arsen olan “Çermuk” və “İstisu”, 25-40 mq/dm



3

 brom 


olan “Nigneserginskaya” və s. sular aiddir. “Naftusiya” suyu zəif 

neft qoxusu verir.  

Şimali  Qafqazda  –  “Narzan”,  “Yessuntiki  20”,  “Yessuntiki 

17”,  “Yessuntiki  4”,  “Yessuntiki”,  ”Slavyanovski”,  “Bafalinsk” 

və  s;  Gürcüstanda  –  “Barjomi”,  “Sairme”,  “Lugela”  və  s.; 

Azərbaycanda – “Badamlı”, “İstisu”, “Turşsu”, “Vayxır”, “Sirab” 

və  s.  Ukraynada  –  “Naftusiya”,  “Polyana-kvasova”,  “Slavyana”, 

“Berozovski”,  “Mirqorodski”,  “Kiyev”  və  s.;  Moksva 

yaxınlığında  –  “Moskovski”;  Sankt-Peterburq  yaxınlığında  – 

“Polyustrovski”,;  Tatarıstanda  –  “İyevski”;  Zabaykalyedə  - 

“Darasun”;  Özbəkistanda  –  “Daşkənd”,  “Turşsu”  və  s.  mineral 



66 

sular vardır.  

Mineral  sular  kimyəvi  tərkibi  və  süzülmə  üsulundan  asılı 

olaraq 4 texnoloji qrupa bölünür: 1-qazlaşdırılmış sular; 2- karbon 

qazlı  sular;  3  –  tərkibində  dəmir  olan  karbon  qazlı  sular;  4  – 

hidrosulfidli və hidrosulfidli – hidrogensulfidli sular. 

Respublikamızda  çox  yayılmış  olan  mineral  sular  qaz 

tərkibinə görə əsasən beş qrupa bölünür: 

Karbonlu sular – respublikada olan suların 35%-ni təşkil edir. 

Bir litrində 250-3000 mq-a qədər karbon qazı vardır. Karbon qazlı 

sulardan ən məşhurları Nəhəcir, İstisu, Badamlı, Turşsu, Darıdağ, 

Çayqarışan, Qızılca və başqalarıdır. 

Hidrogen sulfidli sulara xalq arasında Kükürdlü sular da deyi-

lir. Çox miqdarda hidrogen-sulfid qazlı sular Abşeronda, Talışda, 

respublikamızın  şimal  rayonlarında  və  Naxçıvan  MR-da  aşkara 

çıxarılmışdır.  

Şıx burnunda – 400 mq/dm

3

; Suraxanıda – 170-400 mq/dm



(Abşeron);  Karvansarayda  600  mq/dm

3

  (Naxçıvan  MR); 



Altıağacda 108 mq/dm

3

 və s. hidrogen-sulfid tapılır.  



Azotlu  sular  Talışın  cənub  rayonlarında  və  Böyük  Qafqazın 

cənub ətəyi rayonlarındadır. Respublikamızda 100-ə qədər azotlu 

su  öyrənilmişdir.  Azotlu  sular  isti  və  soyuq  olsa  da,  istilər  daha 

əhəmiyyətli  hesab  olunur.  Alaşa  (45-50

0

C),  Meşəsu  (45-55



0

C), 


Xaltan (37-45

0

C) və b. qeyd etmək olar. 



Metan qazlı sular əsasən neft rayonlarında yayılmışdır. Belə 

sular  həm  təbii  bulaqlar,  həm  də  xüsusi  buruqlar  vasitəsilə  yer 

üzərinə çıxır. Məşhur mənbələri Abşeronda, Babazənəndə və Talış 

ərazisində yerləşir.  

Radionlu sulara təbiətdə nadir hallarda rast gəlinir. Ölkəmizin 

Kəlbəcər və Laçın rayonları bu baxımdan diqqəti cəlb edir. Bağır-

saq  (Kəlbəcər)  adlanan  mineral  sular  radionlu  suların  ən  parlaq 

növüdür. Bundan başqa Darıdağ və Qahab (Naxçıvan MR) sula-

rında da az miqdarda radon olması bəllidir. 

MDB ölkələrində mineral suları minerallaşma səviyyəsinə və 

məqsədinə görə aşağıdakı qruplara bölürlər: 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə