Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə17/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   133

55 

 

Süni minerallaşdırılmış sular mantar arakəsməli tıxaclarla bağ-



landıqda  15  gün,  polimer  arakəsmə  ilə  2  ay  (OST  18-117-82) 

saxlanır.  

Spirtsiz içkilər və kvaslarda spirtin kütlə payı 668737-88 saylı 

QOST-a  uyğun  qovma  metodu  ilə  təyin  olunur.  Metod  içkinin 

tərkibində olan spirtin qovulmasına və sonra onun nisbi sıxlığının 

piknometrik metodla cədvələ əsasən təyininə əsaslanır. Son nəticə 

iki  paralel  təcrübədən  orta  rəqəm  çıxarılması  və  onun  onda  bir 

dəqiqliklə ifadə olunması ilə qiymətləndirilir. İki təcrübə nəticələri 

arasında  kənara  çıxma  p=0,95  ehtimalında,  0,05%  mütləq 

böyüklüyü keçməmək şərti ilədir. 

Süni  minerallaşdırılmış  sularda  kalsium  xlorid,  maqnezium, 

natrium  və  natrium  bikarbonat  6687.8-87  saylı  QOST-a  uyğun 

təyin olunur. Kalsium xloridin kütlə payının təyini metodu sınaq 

içkinin  məlum  həcminin  neytrallaşdırılmış  məhlulunun  III 

kompleks  ion  məhlulu  ilə  (molyar  qatılığı  0,025  mol/dm3  olan) 

muroksid  indiqatorunun  iştirakı  ilə  narıncı-çəhrayı  rəngin 

bənövşəyiyə  keçməsinə  qədər  titrlənməsinə  əsaslanır.  Kalsium 

xloridin kütlə payı uyğun formula əsasən hesablanır və son nəticə 

iki  paralel  təcrübədən  orta  rəqəm  çıxarılmaqla  müəyyən  edilir. 

Hesabat  mində  bir  dəqiqliklə  aparılmaqla,  sonra  yüzdə  bir 

dəqiqliyədək yuvarlaqlaşdırılır. 

Maqnezium xloridin kütlə payı indiqator iştirakı ilə yenə oxşar 

qaydada  titrlənməklə,  çəhrayı  rəngin  göyə  keçməsinədək  davam 

etdirilir. Hesabat yüz mində bir dəqiqliklə aparılır və on mində bir 

dəqiqliyədək yuvarlaqlaşdırılır. 

Kalsium və maqnezium ionları olmayan süni minerallaşdırılmış 

sularda natrium xloridin kütlə payı içkinin neytarllaşdırılmış sınaq 

məhlulunun molyar qatılığı 0,025 ml/dm3 olan III kompleks ionu 

məhlulu  ilə  muroksid  indiqatoru  iştirakı  ilə  titrləşdirilməsinə 

əsaslanır.  Rəng  bu  halda  narıncı-çəhrayıdan  bənövşəyiyə  keçir. 

Natrium  xloridin  kütlə  payı  formulla  hesablanır.  Son  nəticə  iki 

paralel təcrübədən orta hesabı rəqəm çıxarılmaqla müəyyən edilir. 




56 

Hesabat mində bir dəqiqliklə aparılır və yüzdə bir dəqiqliyə qədər 

yuvarlaqlaşdırılır. 

 

1.1.4.4. Mikrobioloji v



ə

 dig

ə

r t

əhlükəsizlik meyarları

 

 

Mayaların və bağırsaq çöpləri bakteriyalarının içkinin 1 dm



3

-da 


olan (koli-indeks) miqdarına görə yoxlanır. 

Mayaları yoxlamaq üçün içkilər səthi üsulla 1 sm

3

 miqdarında 



şirə aqara köçürülür. Konservantsız içkinin 1 sm

3

-da 100-ə qədər 



maya hüceyrələrinin olmasına yol verilir. 

Konservantlı içkilər membran filtrlərin köməyilə, yaxud səthə 

köçürülməklə yoxlanır. Konservantlı içkilərdə aşağıdakı miqdarda 

mayaların  olmasına  yol  verilir,  1  sm

3

-da:  cövhərlər  və  aromati-



zatorlarda – bir maya hüceyrəsi, ən çox hada isə 10-dək; meyvə-

giləmeyvə şirələrində – 50-yə qədər hüceyrə. 

Çörək  xammalı  əsasında  alınan  içkilər  butulkalarda  pasterizə 

olunduqda mayaların miqdarı membran filtrləmə metodu (köçürü-

lən  həcm  40  sm

3

)  ilə  yoxlanır.  Köçürülən  obyektdə  mayalar 



olmamalıdır. 

Bağırsaq  çöpləri  bakteriya  qrupları  ümumi  qəbul  olunmuş 

metodlara  uyğun  təyin  olunur.  Qazlaşdırılmış  içkilər  şərbətlərdə 

koli-indeks 3-dən artıq olmamalıdır. 

Qıcqırma yolu ilə alınmış çörək kvası bağırsaq çöpləri qrupu 

bakteriyalarının  olmasına  görə  analiz  olunur.  Təmiz  mikroorqa-

nizm  məhlulu  ilə  alınan  çörək  kvasında  bağırsaq  çöpləri  qrupu 

bakteriyalarının  (içkinin  10  sm

3

  miqdarında)  olması  yol  veril-



məzdir. Çörək bişirmə mayaları ilə alınan çörək kvasının 1 sm

3

-da 



bağırsaq çöpləri qrupu bakteriyalarının olması yol verilməzdir. 

Hazır  içkilər,  şərbətlər  və  kvasın  25  sm

3

  miqdarında  patogen 



mikroorqanizmlər, o cümlədən salmonellanın olmasına yol veril-

mir. Patogen mikroorqanizmlərin varlığı sanitar-epidemoloji idarə 

tərəfindən  Səhiyyə  Nazirliyinin  təsdiq  etdiyi  metoda  uyğun 

yoxlanır. 




57 

 

1.1.4.5. 



Doldurma, qablaşdırma və

 markalanma 

 

Spirtsiz qazlaşdırılmış içkilər və süni minerallaşdırılmış sular 



10117 saylı QOST-a uyğun tutumu 0,33  və 0,5 dm

3

  olan  butul-



kalara və normativ-texniki sənədləşmələrə uyğun şəkildə tutumu 

1,0 və 1,5 dm

3

 olan butulkalara doldurulur. 



10 butulkanın orta doluluğu 20

0

C temperaturda ±3% kənara 



çıxmalarla onların nominal tutumuna uyğun olmalıdır. 

Qazlaşdırılmış  içkilər  həmçinin  10117  saylı  QOST-a  uyğun 

olaraq tutumu 0,8 dm

olan II tip butulkalara doldurulur. 



İçkilərin II tip butulkalara doldurulması səviyyəyə görə aparı-

lır. Bu halda butulkada mayenin yüksəklik səviyyəsi 20

0

C tempe-


raturda butulkanın yuxarı həlqəsindən 8±1 sm təşkil etməlidir. 

Qazlaşdırılmamış və zəif qazlaşdırılmış içkilər butulkaya  və 

avtosisternə 20

0

C temperaturda (butulkanın orta dolma səviyyəsi 



±3% kənara çıxmalarla) nominal tutuma uyğun doldurulur. 

Qazlaşdırılmamış içkilər tutumu 0,25-3 dm

olan şüşə banka-



lara doldurulur. Bankanın tutumundan ±2% kənara çıxmalara yol 

verilir. 

Sənaye emalı üçün şərbətlər doldurulur: 

 



Tutumu 2000-10000 sm

olan şüşə bankalara



 

Çəlləyə  -  çəlləyin  daxili  hissəsi  polietilen  pərdədən 



hazırlanan kisə-içliklə örtülür

 



Polad çəlləklərə; 

 



Tutumu 30, 50, 100 dm

3

olan pivə üçün metal (alüminium 



istisnadır) çəlləklərə; 

 



İdxal olunan 20 və 100 dm

tutumlu çəlləklərə; 



 

Metal flyaqalara; 



 

Metal konteynerlərə; 



 

«Pepsi-kola»  və  «Koka-kola»  içkiləri  kompozisiyaları 



altından çıxmış çəlləklərə; 

 



Avtosisternlərə; 


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə