Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə30/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   133

97 

Cədvəl 1.28 

Çəlləkdə, filtrlənmiş pivənin 

toplayıcıda, yaxud izotermik 

rezervuarlarda pivə partiyasının 

həcmi, ədəd 

Nümunələrin həcmi, 

ədəd 


2-15 

16-25 



26 və çox 

 

İzotermik  rezervuarlara  doldurulmuş  pivəni  yoxlamaq  üçün 



hər nümunədən cədvələ uyğun olaraq hər birinin miqdarı 500 sm

3

 



olmaqla  iki  nöqtədən  nümunə  hissəciyi  götürülərək  2  ədəd  eyni 

tutumlu quru və təmiz butulkaya tökülür. 

Köpüyün  yüksəkliyi  və  dayanıqlığını  təyin  etmək  üçün  bir 

butulka, pivənin dayanıqlığını müəyyən etmək üçün isə 2 butulka 

götürülür.  Qalan  pivə  bir  qaba  yığılaraq  möhkəm  qarışdırılır  və 

aşağıdakı göstəricilərə görə yoxlanır: şəffaflıq, kənar qarışıqların 

olması, dad və ətri, spirtin həcmdə payı, ilkin şirənin ekstraktlığı, 

turşuluq və rəng. 

Nöqtələrdən  nümunə  hissəciyinin  götürülməsi  doldurucu 

yaxud nümunəvi kranın köməyilə aparılır. Köpüklənməni aradan 

qaldırmaq  və  karbon  qazı  itkisinin  qarşısını  almaq  üçün  xüsusi 

borudan (daxili diametri 5-7 mm, uzunluğu 1 m) istifadə olunur. 

Borunun sonu şüşə boru ilə qurtarır və butulkanın dibinə salınır. 

Tökülmədən sonra pivəli butulka dərhal mantar tıxacla bağlanır. 

Pivənin dayanıqlığını yoxlamaq üçün nümunələr mikrobioloji 

təhlillər də olduğu kimi götürülür. Analiz aparmaq üçün nümunəli 

butulka  0+5

0

C  temperaturda  25  saatdan  çox  olmamaqla  saxlana 



bilər. 

1.3.4.2. Orqanoleptik t

ə

hlil 

 

Orqanoleptik  göstəricilərə 

aşağıdakılar  aiddir:  xarici 

görünüşü  (tərtibat  keyfiyyəti  və  şəffaflıq),  ətir,  dad,  köpüyün 




98 

yüksəkliyi və köpük dayanıqlığı (cədvəl 1.29).  

Orqanoleptik  göstəricilər  30060-93  saylı  QOST-a  əsasən 

təyin edilir. Bu göstəricilər hər sort pivə üçün fərdi olub, onların 

istehlak  xüsusiyyətlərinin  qiymətləndirilməsi  üçün  meyardır. 

Qiymətləndirmə 25 bal sistemi ilə həyata keçirilir. Pivənin bütün 

orqanoleptik göstəriciləri dequstasiya prosesində təyin edilir. 

Pivənin  dequstasiyasında  aşağıdakı  xüsusiyyətlər  yer  tutur. 

Dequstasiyadan  əvvəl  pivənin  rəngi  təyin  edilir,  akt  bağlanaraq 

sınaq  aparılan  laboratoriyanın  rəhbəri  tərəfindən  imzalanır.  Sədr 

hər  bir  dequstatora  nümunələrin  rəngi  və  bu  göstəriciyə  uyğun 

gələn vahid bal qiymətinə dair məlumat verir. 

Cədvəl 1.29 

Pivənin orqanoleptik göstəriciləri 

Göstəricilər 

Pivənin tipii 

Açıq 

Yarımtund 



Tünd 

Şəffaflığı 

ətir və dadı 

Şəffaf maye, çöküntüsüz və kənar qatışıqsız təmiz dad və 

ətirlə. Qıcqırdılmış səməni içkisinin mayaotu acılığı və 

ətrilə, kənar ətir və təmsiz. 

 

Pivənin 


tipinə 

uyğun 


Səməni dadı, 

karamel 


səmənisi 

təmilə, 


pivənin tipinə 

uyğun 


Dolğun səməni dadı, 

bilinən karamel yaxud 

qovrulmuş səməni təmi ilə, 

pivənin tipinə uyğun 

 

 

Dequstasiyada 22-25 yekun balı almış pivə –əla; 19-21-yaxşı; 



13-18-kafi;  12  və  ondan  az  qeyri-kafi  qiymətləndirilir  (cədvəl 

1.30). 


Hazır  pivədə  müəyyən  olunmuş  göstəricilərdən  bəzi  kənara 

çıxmalar  ola  bilər.  Bu,  texnoloji  rejimin  pozulması,  yaxud 

müxtəlif  kimyəvi  və  bioloji  proseslərlə  əlaqədar  baş  verir  və 

nəticədə  pivənin  dad  xüsusiyyətləri  dəyişir,  bulanıqlıq  bəzən  isə 

nöqsan əmələ gəlir. 

 

 




99 

Cədvəl 1.30 

Pivənin orqanoleptik qiymətləndirilməsi (balla) 

Göstəricilər 

əla 

yaxşı 


kafi 

qeyri-


kafi 

Şəffaflıq 





Rəngi 




Dadı 




Mayaotu acılığı 





Ətiri 




Köpük əmələ gətirməsi 





Butulka pivəsi üçün 

Köpüyün hündürlüyü 

40 


30 

25 


30 

Davamlığı, dəq 





Çəllək (avtosistern) pivəsi üçün 

Köpüyün hündürlüyü 

35 


25 

15 


15 

Davamlığı, dəq 

3,5 

2,5 


1,5 

1,5 


 

 

Pivənin  keyfiyyətinin  qiymətləndirilməsi  üçün  aşağıdakı 



formada dequstasiya cədvəlindən istifadə olunur (şəkil 1.8). 

Köpük  əmələ  gətirməni  (yüksəkliyi  və  köpük  dayanıqlığı) 

komissiya  sədri  yaxud  onun  müavininin  tapşırığı  əsasında 

komissiya  üzvlərindən  biri  ayrı  stolda  ümumi  qəbul  olunmuş 

metodikaya əsasən təyin edir. 

Pivə  nümunələri  dequstasiyaya  12  butulka  miqdarında  (hər 

birinin  tutumu  0,5  dm

3

)  təqdim  olunur.  Hər  dequstatora  bir 



nümunənin sərfiyyat norması – 100 sm

3

 təşkil edir. 



Sınaq üçün tutumu 150-200 sm

3

 rəngsiz şüşədən hazırlanmış 



slindrşəkilli qədəhdən istifadə edilir. Pivənin temperaturu 12±2

0



olmalıdır. Bir neçə pivə sortu tədqiq olunduqda ilk növbədə açıq 

pivə ilkin şirənin ekstraktlığının yüksəlmə ardıcıllığı ilə yoxlanır. 

Sonra həmin qaydada tünd pivə yoxlanır. 

 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə