Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə29/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   133

94 

(doldurulan pivə üçün toplayıcı) saxlanır. 



Doldurma. Müxtəlif qablara doldurulur. Bu məqsədlə çəllək 

yaxud  tünd  şüşədən  hazırlanan  butulkalardan  istifadə  olunur. 

Çünki işığın təsiri ilə rəng dəyişir, dad və ətir pisləşir. Tez xarab 

olan məhsul kimi pivə xarici şərait amillərinə çox həssasdır. Ona 

görə  də  onu  doldurduqda  havadan  və  çirklərdən  qorumaq  tələb 

olunur.  Qablama  möhkəm  yuyulmaqla  və  daxilə  düşən  havanı 

kənarlaşdırmaqla aparılır. 

Doldurmada  pivə  pasterizə  edilə  bilər.  Bu,  mikroorqanizm-

lərin inkişafının qarşısını almaq üçündür. 

Reseptdən, hazırlanma texnologiyasından və dad xüsusiyyət-

lərindən asılı olaraq pivə açıq və tünd olmaqla 2 qrupa bölünür: 

açıq pivə zərif, asan bilinən mayaotu acılığı və ətri ilə seçilir; tünd 

– mötədil mayaotu acılığına və səməni dadına malikdir. Açıq pivə 

sortları  hazırlamaq  üçün  açıq  səmənidən,  tünd  üçün  –  xüsusi 

hazırlanmış  tünd  karamel  yaxud  qovrulmuş  səmənidən  istifadə 

edilir. 


 

1.3.4. Eynil

əşdirmə

 v

ə

 ekspertiza 

1.3.4.1. Q

əbul qaydası və

 

nümunənin götürülmə

 

metodu 

  

Pivənin qəbulu və nümunənin götürülməsi standartın (12786-



80) tələblərinə uyğun yerinə yetirilir. Pivə partiyalarla qəbul edilir. 

Bircinsli istehlak və nəqliyyat taralarında, eyni doldurulma tarixli 

və keyfiyyətə dair vahid sənədlə rəsmiləşdirilən eyni adlı məhsul 

miqdarı partiya hesab olunur. Pivə qəbul edilərkən müşayətedici 

sənədə uyğun olaraq qablamaların miqdarı müəyyən olunur. Sonra 

normativ-texniki  sənədləşmələrə  uyğun  olaraq  istehlak  və 

nəqliyyat taralarının markalanması yoxlanır. 

Butulkaya  doldurulmuş  pivənin  keyfiyyətinin  qiymətlən-

dirilməsi  qruplarda  birləşdirilən  göstəricilərə  görə  müəyyən 

olunur (cədvəl 1.25). 




95 

Cədvəl 1.25 

Pivənin keyfiyyətinin qiymətləndirilməsinin 

qruplaşdırılmış göstəriciləri 

Göstərilər  

Qruplar  

Qabın xarici tərtibatı, pivənin xarici görünüşü 

(şəffaflığı, kənar qarışıqların olması) 

Karbon qazının kütlə payı, köpüyün hündürlüyü və 



dayanıqlığı, spirtin həcmdə payı 

İlkin şirənin ekstraktlığı, turşuluq, dayanıqlıq, rənd 



Dad və ətri 

Doldurulma dolğunluğu 



 

QEYD: Pivənin dayanıqlığı yalnız hazırlayıcı müəssisədə təyin 



olunur. 

 

Butulkaya doldurulmuş pivəni birinci və ikinci qrup keyfiyyət 



göstəricilərinə  görə  ekspertiza  etdikdə  məhsul  vahidinin  seçimi 

təsadüfi  seçim  metoduna  uyğun  18231-73  saylı  QOST-a  əsasən, 

analizin  məqsədindən  asılı  olaraq  isə  18242-72  saylı  QOST-a 

uyğun (cədvəl 1.26) aparılır. 

Cədvəl 1.26 

Pivə partiyasının 

həcmi, but 

Birinci qrup / ikinci qrup 

Nümunələrin 

miqdarı, but 

Qəbul edilən 

ədəd, but 

501-1200 

20/5 


2/1 

1201-10000 

32/5 

3/1 


10001-35000 

50/5 


5/1 

35001-50000 

80/8 

7/2 


500001-dən çox 

125/8 


10/2 

 

Butulkaya doldurulmuş pivə partiyası o vaxt qəbul edilir ki, 



qüsurlu butulkaların sayı (deformasiya, çat, etiket çəpliyi, tək-tək 

kənar  qarışıqların  olması)  birinci  yaxud  ikinci  qrup  keyfiyyət 

göstəriciləri üzrə NTŞ-in tələblərinə uyğun gəlir. Nümunə qəbul 

edilən ədəddən az yaxud ona bərabər olur. Əgər nümunədə qüsurlu 




96 

pivə  butulkalarının  sayı  çıxdaş  ədədindən  çox,  yaxud  ona 

bərabərdirsə çıxdaş edilir.  

Butulkaya  doldurulmuş  pivə  üçüncü  və  dördüncü  qrup  key-

fiyyət  göstəriciləri  üzrə  ekspertiza  olunduqda  nümunəyə  məhsul 

vahidinin götürülməsi 18321-73 saylı QOST-a uyğun qaydada bir 

pilləli normal nəzarət planına görə aparılır (cədvəl 1.27). 

Cədvəl 1.27 

Pivə partiyasının həcmi, but 

Nümunələrin həcmi, 

butulka 

501-1200 

1201-10000 



10001-35000 

35001-500000 



13 

500000-dən yuxarı 

13 

 

Pivənin doldurulma tamlığını müəyyən etmək üçün butulkaya 



doldurulmuş  pivə  partiyasından  3473-78  və  18321-73  saylı 

QOST-a uyğun qaydada təsadüfi götürülmə metodu ilə 10 butulka 

həcmində nümunə götürülür. 

Avtosisternlərdə nəql edilmək üçün nəzərdə tutulan çəlləklərə 

doldurulmuş  pivənin  keyfiyyətini  yoxladıqda  nümunə  hissəciyi 

18321-37  saylı  QOST-a  uyğun  təsadüfi  seçmələr  metodu  ilə 

18242-72 saylı QOST-a əsasən birpilləli normal nəzarət planı ilə 

(cədvəl 1.28) yerinə yetirilir. 

Butulkaya doldurulmuş pivə üçün 3-5-ci qrup göstəricilərin-

dən heç olmasa biri üzrə qeyri-kafi sınaq nəticəsi alındıqda, yaxud 

çəlləklərə doldurulmuş pivənin orqanoleptik və ya fiziki-kimyəvi 

sınağından belə nəticə alınarsa, pivə partiyası çıxdaş edilir. 

Butulkaya doldurulmuş pivənin dayanıqlığını, həmçinin dad 

və ətrini yoxlamaq üçün 3-cü cədvələ uyğun olaraq nümunədən 2 

butulka  götürülür.  Nümunədə  qalan  digər  butulkalar  bir  qaba 

boşaldılaraq möhkəm qarışdırılır və spirtin kütlə payı, ilkin şirənin 

ekstraktlığı, turşuluq və rəng təyin olunur. 

 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə