Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   ...   14   15   16   17   18   19   20   21   22

Elçin
 
100 
 
tarixindən  dərs  dedim.  Sabirlə,  Mirzə  Cəlillə  bağlı 
sənədləri də o vaxtdan toplamağa başladım. 
-  Bu  yaxınlarda  bir  müsahibədə  oxudum  ki, 
Abbas  Zamanovun  ziyalı  sayıqlığı  olmasaydı, 
Naxçıvan Muxtar Respublikası Ermənistana ilhaq 
ediləcəkdi... 
-  60-cı  illərdə  belə  bir  təhlükə  vardı.  Mən 
S.M.Qənizadə  haqqında  materiallar  toplayırdım.  Qori 
seminariyasının  sənədlərinə  baxmaq  üçün  Tbilisiyə, 
oradan  da  Yerevana  getdim.  Yerevanda  bir  azərbay-
canlı  müəllim  mənə  dedi  ki,  Naxçıvan  Muxtar 
Respublikasının Emənistana verilməsi haqqında sənəd 
hazırlayırlar.  Bu  məsələ  ilə  əlaqədar  bir  neçə  dəfə 
mitinq də keçirilib. Hətta Meğri rayon partiya komitə-
sinin katibi Ali Sovetin sessiyasında çıxış edib deyib 
ki, Azərbaycan tərəfi tələbimizə razı olmasa, Naxçıva-
na bir qatar da buraxmayacağıq. 
Yerevandan təzəcə qayıtmışdım. Elmlər Akademi-
yasının böyük iclas salonunda  S.Vurğunun  xatirəsinə 
həsr olunmuş gecə keçirilirdi. Salon ağzına kimi dolu 
idi.  Mənə  söz  verildi.  S.Vurğundan,  xalqlar  dostlu-
ğundan  danışdım.  Sonra  da  dedim  ki,  bu  dostluğu 
pozmaq  istəyənlər  var.  Bu  yaxınlarda  Yerevana  get-
mişdim. Orada Naxçıvanın Ermənistana ilhaq edilmə-
silə  əlaqədar  sənədlər  hazırlanır,  mitinqlər  keçirilir. 
Əgər Səməd sağ olsaydı, şübhəsiz deyərdi ki, Naxçı-
vanın bir qarışını da heç kimə verməyəcək... 
Salonda elə bil bomba partladı. Bir gurultu qopdu 
ki,  gəl  görəsən.  Milli  hiss  həm  qüvvətlidir,  həm  də 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
101 
 
qorxuludur. Əgər axşam desəydim ki, Rəyasət Heyə-
tində  oturanların  hamısını  beşinci  mərtəbədən  atın,  o 
dəqiqə atardılar. 
Səhəri  gün  məni  partiyadan  və  universitetdən 
çıxartdılar. Nizami institutuna 83 manatlıq bir işə gön-
dərdilər. Mən ərizə yazıb partiya bürosunun qərarı ilə 
razılaşmadığımı bildirdim və xahiş etdim ki, sənədlə-
rimi göndərsinlər Moskvaya. 
Çıxışı hərə bir cür qarşılamışdı. Vətənpərvər ziya-
lıların  böyük  əksəriyyətinin  ürəyindən  xəbər  vermiş-
dim.  Rəsul  Rza  məni  küçədə  qucaqlayıb  öpdü.  Ali 
məktəb  tələbələrinin  və  partiya  yığıncağındakı  bəzi 
çıxışlarda  isə  ünvanıma  kəskin  sözlər  deyilmiş,  məni 
inqilabçı adlandırmışdılar. 
...Bu  hadisənin  ikinci  günü  səhər  tezdən  qapımız 
bərk-bərk döyüldü. Durub açdım. Gördüm ki, kənddə 
yaşayan  qardaşım  İsmayıldı  (atam  kiçik  qardaşıma 
böyük  oğlunun  adını  qoymuşdu).  İsmayılın  gözləri 
dolmuşdu. Soruşdum niyə ağlayırsan? Dedi səni sağ-
salamat  gördüyümə  görə.  Dünən  Türkiyə  radiosu 
xəbər  verdi  ki,  Bi-Bi-Si-nin  məlumatına  görə  univer-
sitetin  müəllimi  Abbas  Zamanov  Naxçıvanın  Ermə-
nistana ilhaqını pislədiyinə görə onu qurğuşuna tutub-
lar, yəni güllələyiblər. 
Dörd il get-gəldən sonra, nəhayət, məni Sovet İKP 
MK  yanında  Partiya  Nəzarəti  Komitəsinin  sədri 
Nikolay  Şvernik  qəbul  etdi.  Həmin  illərdə  Sabirin 
ərəb  əlifbası  ilə  şeirlərini  buraxmışdım.  Türkiyədə 
yazmışdılar  ki,  Sovet  ədəbiyyatçısı  Abbas  Zamanov 


Elçin
 
102 
 
Sabirə  beynəlmiləlçi  damğası  vurub.  N.Şvernikə 
dedim  ki,  xaricdə  mənə  beynəlmiləlçi  deyirlər,  bizdə 
millətçi.  Yaxşı,  siz  deyin,  bəs  mən  kiməm?  O  da  ca-
vab verdi ki: «Tı naş çelovek». Sonra məni partiyaya 
bərpa etdilər, əvvəlki iş yerimə qaytardılar. 
-  Yaxşı  dost  çətin  gündə  tanınar,  deyiblər,  O 
vaxt sizə kimlər kömək edirdi? 
-  Cəfər  Cəfərov  məni  tək  buraxmırdı.  Məni  oğlu-
nun toyuna da çağırmışdı. Çox adam xeyrə-şərə dəvət 
etməyə  belə  qorxurdu.  Bir  gün  Uşaqgəncnəşrin  baş 
redaktoru Seyfulla Şamilovla küçədə rastlaşdım. Dedi 
bir  mənə  dəyərsən.  Getdim  yanına.  Durub  qapını 
bağladı, seyfdən bir qalın kitab çıxarıb dedi: 
-  Bilirəm,  pula  ehtiyacın  var.  Bu  kitabı  tərcümə 
elə.  Öz  adımdan  çap  edəcəyəm,  qonorarını  da  verə-
cəyəm sənə. 
Gənclər  təşkilatının  işi  haqqında  kitab  idi.  Çox 
asan tərcümə olunurdu. İşdən sonra birbaşa makinaya 
diktə  etdim,  aparıb  verdim.  İki-üç  aydan  sonra  yenə 
zəng  vurub  məni  çağırdı.  Kitab  çapdan  çıxmışdı. 
Mənə  xeyli  pul  verdi.  Həmin  pulla  ailəmi  yarım  il 
gen-bol  dolandıra  bilərdim.  Dedi  apar  xərclə.  Bir  daş 
altda, bir daş üstdə. 
Respublika  partiya  təşkilatının  birinci  katibi  Vəli 
Axundovdan da çox razıyam. Ziyalı, barışdırıcı adam 
idi.  O,  dörd  ildə  mənə  çox  kömək  etdi.  Hər  səhər 
gedirdim Əlyazmalar fonduna, bir də axşam çıxırdım. 
Günorta yeməyimi də özümlə aparırdım. Dörd ildə 5-
6  kitab  hazırladım.  Ancaq  nəşriyyat  rəhbərləri  qor-


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
103 
 
xudan  onlara  yaxın durmurdular.  Mərkəzi  Komitənin 
bürosunda dedim ki, siz mənimlə qəddarcasına rəftar 
edirsiniz.  İşdən  çıxarmısınız,  üstəlik  kitablarımın 
çapına da imkan vermirsiniz. V.Axundov Şıxəli Qur-
banovdan  soruşdu  ki,  bunun  kitablarının  çapına  kim 
mane  olur?  O,  cavab  verdi  ki,  nəşriyyat  rəhbərləri 
ehtiyat  edirlər.  V.Axundov  elə  mənim  yanımda  dörd 
nəşriyyata  zəng  vurdu.  Bu  zəngdən  sonra  kitablarım 
dalbadal çap olundu. 
- Bəs Naxçıvan məsələsi necə həll olundu? 
-  Ermənilər  əl  çəkmirdilər.  Bir  qrup  ziyalı 
Moskvaya  -  Mərkəzi  Komitəyə  məktub  yazmışdı. 
Həmin  məktubda  deyilirdi:  nə  qədər  ki,  Naxçıvan 
Ermənistana verilməyib, bu respublikada milli məsələ 
həll olunmayacaq. 
Ermənistanda Sovet hakimiyyəti qurulmasının 40-
cı  ildönümünə  N.S.Xruşşov  Yerevana  gəlmişdi.  Onu 
çox yerlərə aparıb gəzdirəndən sonra Naxçıvan məsə-
ləsini  açırlar.  Başı  dumanlı  Xruşşov  deyir  ki,  narahat 
olmayın, mən bu məsələni aydınlaşdıraram. Doğrudan 
da  Moskvaya  qayıdandan  sonra  sənədləri  nəzərdən 
keçirir. Qars müqaviləsi dördtərəfli danışıqlar zamanı 
imzalanan  sənədlərlə  tanışlıqdan  sonra  qəti  şəkildə 
deyir ki, biz ərazi məsələsini heç vaxt müzakirə etmə-
yəcəyik.  Təəssüf  ki,  Qorboçovda  məhz  bu  qətiyyət 
çatışmadı. 
-  M.Ə.Rəsulzadəni  çox  az  adam  tanıyanda  siz 
ilk dəfə onun adını çəkənlərdən olmusunuz, şəklini 
iş otağınızda başınızın üstündən asmısınız... 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə