Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

Elçin
 
88 
 
Cəlil  Məmmədquluzadə  mollanəsrəddinçilik  ideo-
logiyasının  banisi,  eyni  zamanda,  dahi  Sabiri  yetiş-
dirən,  Azərbaycan  satirik  poeziyasında  yeni  ruhlu  və 
yeni  formalı  bədii-estetik  təmayülün  yaradıcısı  idi. 
«Molla  Nəsrəddin»in  nömrəsində  C.Məmmədquluza-
də «Lisan bəlası» adlı satirik şerini dərc etdi və bu şer 
Azərbaycan  poeziyasının,  xüsusən,  onun  satirik 
qolunun  inkişafında  müstəsna  rol  oynadı.  Sonralar 
Cəlil  Məmmədquluzadə  yazırdı:  «Bu  bir  nümunə  idi 
ki,  bunu  birinci  nömrədə  dərc  etməklə  biz,  «Molla 
Nəsrəddin»  şairini  axtarırdıq.  Həyatda  varlıqları  bizə 
məlum olmayan Sabiri, Əli Nəzmini axtarırdıq». 
«Molla  Nəsrəddin»  axtardığını  tapdı.  «Lisan 
bəlası» şamaxılı şair Sabiri bütün Azərbaycanın Hop-
hopu elədi və «Hophopnamə» xalqın ədəbi və mənəvi 
sərvəti  oldu.  C.Məmmədquluzadə  bir  şerlə  gələcək 
yeni və qüdrətli poeziyanın əsas forma və məzmununu 
müəyyənləşdirdi.  Kim  bilir,  bəlkə  də  bu  şer,  daha 
geniş mənada isə bu əhval-ruhiyyə, ədəbi-ictimai ehti-
ras  olmasaydı,  Sabir  yaradıcılığı  və  Sabir  məktəbi 
indiki  vüsəti  ilə  parlamazdı,  eləcə  də  əksinə,  Sabir 
istedadı olmasaydı, həmin ilk şer  - «Lisan bəlası» da 
ötəri  bir  hadisə  kimi  ədəbi  tariximizin  səhifələrində 
qapanıb qalardı. 
Təsadüfi  deyil  ki,  tərtibçilər  «Mollanəsrəddinçi 
şairlər» kitabını bu şerlə açırlar və xüsusi qeyd etmək 
istəyirik ki, kitabda bu məşhur şerdən başqa, C.Məm-
mədquluzadənin  geniş  oxucu  kütləsinə  tanış  olmayan 
daha  on  üç  şeri  verilmişdir.  İlk  dəfədir  ki,  oxucular 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
89 
 
Cəlil Məmmədquluzadənin şer yaradıcılığı ilə bir küll 
halında  tanış  olurlar.  1906-1910-cu  illər  arasında  ya-
zılmış həmin  əsərlər böyük  ədibin nəsrinə,  dramatur-
giyasına,  publisistikasına  daha  dərindən  nüfuz  etmək 
üçün münbit zəmin yaratmışdı. 
Ümumiyyətlə,  kitabın  qiymətli  cəhətlərindən  biri 
budur  ki,  indiyə  qədər  az  tanınan,  hətta  unudulmuş 
mollanəsrəddinçi  şairlərin  -  Məşədi  Həbib  Zeynalo-
vun,  Mirzə  Cabbar  Əsgərzadənin,  Əli  Rəmzi  Şəmsi-
zadənin,  Mirzə  Məhəmməd  Hatif  Axundovun,  Əli 
Məzhun Rəhimovun, Məmmədəli Manafzadə Sabitin, 
Səməd  Mənsurun,  Əliabbas  Müznibin  yaradıcılığı  ilə 
müasir oxucunu ilk dəfə tanış edir, görkəmli romançı 
M.S.Ordubadini,  yaxud  tanınmış  ədəbiyyatşünas  Sal-
man  Mümtazı  istedadlı  mollanəsrəddinçi  şairlər  kimi 
təqdim edir. 
«Lisan bəlası» şeri aşağıdakı misralarla başlayır: 
Ey dil, dəxi dinmə və sükut et, 
səni tari, 
Lal ol və danışma. 
Sal başını aşağı və heç 
baxma yuxarı, 
Mal ol və danışma. 
Bu  misralar,  əlbəttə,  müstəmləkəçilk  siyasəti  ilə, 
istismarla,  sosial  təbəqələşmə  ilə,  cəhalət  və  nadan-
lıqla ölüm-dirim  mübarizəsi  aparan vətəndaşlıq  möv-
qeyinin  ifadəsi  idi  və  məhz  bu  səpkili  əsərlər  xalqı 
«sükut etməməyə», «lal olmamağa», «danışmağa» öz 
haqqını  tələb  etməyə  səsləyirdi.  Sözü  kinayə  ilə 


Elçin
 
90 
 
demək,  tipajın  dili  ilə  söyləmək  mollanəsrəddinçi 
şairlərin  yaradıcılığında  əsas  estetik  xüsusiyyətə  çev-
rildi  və  qələmə  alınan  mövzu  ilə  dialektik  bir  vəhdət 
təşkil etdi. 
C.Məmmədquluzadə «Molla Nəsrəddin»in üçüncü 
nömrəsində  dərc  etdiyi  digər  şerində  zaman  üçün 
səciyyəvi bir tipin dili ilə «Xoş ol zaman ki, xalq yatıb 
bizəban  idi»  -  deyir,  çünki  «Bəzmimiz  pilov,  çay  ilə 
rəşki-canan idi! Millət qulam idi mənə, bəxtim cavan 
idi!  -  dedi.  Mollanəsrəddinçi  şairlərin  yaradıcılığında 
«yuxulamaq»,  «yatmaq»,  «mürgüləmək»  ifadələri 
böyük vətəndaş qayələri ilə nəfəs alan rəmzi bir obraz 
səviyyəsinə qalxdı. M.Ə.Sabir elə həmin 1906-cı ildə 
tipin  dili  ilə  «-Tərpənmə,  amandır,  bala,  qəflətdən 
ayılma!  Açma  gözünü,  xabi-cəhalətdən  ayılma!»  - 
dedi,  M.H.Zeynalov  başqa  bir  tipin  dili  ilə:  «Yat, 
düşmə dəxi zərrə qədər rəncə, təlaşla! Tərpənmə əbəs, 
çək,  bala  yorğanuvu  başə!»  -  dedi,  M.Ə.Sabir:  «-Ay 
mömin  olan,  yat,  dəxi  qəflətdən  ayılma!»  -  deyə 
öldürücü  bir  sarkazm  ilə  fəryad  qopardı,  Səməd 
Mənsur  isə  sözü  müstəqim  şəkildə  işlədərək  bir 
vətəndaş  dili  ilə:  «Millət,  sən  də  ayıl  bir  qeyritək 
meydana çıx!» - deyə səsləndi.  
Lakin  mollanəsrəddinçi  şairlər  avamların,  fana-
tiklərin,  nadanların  bu  «qəflət  yuxusu»  ilə  bərabər, 
xalqdakı oyanışı da görür və belə bir oyanma prosesi 
ilə  barışa  bilməyən  zəmanə  qolugüclülərini  -  çar 
məmurlarını,  istismarçı  zümrəni,  yalançı  dindarları 
satiranın  gücü  ilə  ifşa  edirdilər.  Məhz  belə  bir 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
91 
 
ümumxalq  oyanma,  ayılma  prosesi  getdiyi  üçün, 
deyək ki, fəhlə artıq öz haqqını tələb edirdi və bunun-
la  da  Sabirin  parlaq  bədii  boyalarla  yaratdığı  tipi 
qəzəbləndirirdi:  «-Nə  soxulmusan  arəyə, a  başı  bəlalı 
fəhlə?!»  Başqa  bir  tip  isə  xalqın  oyanması  ilə  bağlı 
dərin təəssüf hissi keçirirdi: «-Ax!.. Necə kef çəkməli 
əyyam idi, onda ki, övladi-vətən xam idi!». 
Qarşımızdakı  bu  kitab  mollanəsrəddinçi  şairlərin 
yaradıcılığına xas olan mühüm cəhəti bir daha qabarıq 
şəkildə nəzərə çarpdırır: dünya poeziyasında çox nadir 
hadisədir  ki,  hər  bir  şer  öz-özlüyündə,  ayrı-ayrılıqda 
təsəvvürümüzdə bütöv  tamamlanmış  bir  xarakter, tip, 
psixologiya canlandırır və bu əsərləri bir küll halında 
götürdükdə  isə, saysız-hesabsız rəngarəng  xarakterlər 
qalereyası ilə üz-üzə dayanırıq - yalançı «millət qəhrə-
manları»,  cahil  hacılar,  nadan  qoçular,  şorgöz  və 
tamahkar  «qırmızısaqqal»  məşədilər,  «naz  ilə gəzən» 
boşboğaz,  «boynu  qraxmallı»  inteligentlər,  «-Küpədə 
milləti  qatıq  kimi  çalxalaram!  Kərəsini  işlədərəm, 
ayranın  həm  yalaram!»  (M.C.Əsgərzadə)  -  deyə 
öyünən  zəmanə  qolugüclüləri,  müstəmləkəçilik  siya-
sətini  həyata  keçirənlər,  öz  dilinə,  məişətinə,  adət-
ənənəsinə ağız büzən «oxumuşlar»... Bu tiplər, xarak-
terlər qalereyası o qədər zəngindir ki, onların təsnifa-
tını  vermək,  psixoloji  aləmini  açmaq  üçün  biz  hələ 
çox çalışmalıyıq.  
Mollanəsrəddinçi  poeziya,  eyni  zamanda,  parlaq 
obrazlar  sisteminə  malikdir  və  güclü  ümumiləşdir-
mələr yolu ilə yaranmış həmin obrazlar öz-özlüyündə 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə