Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

Elçin
 
82 
 
tinə  giribmiş:  «Bədbəxtlik  üz  verib,  Vladimir 
Yefimoviç, bədbəxtlik!»  
V.Semiçastnı yazır: «Büronun (söhbət Azərbaycan 
KP  MK  Bürosundan,  yəni  o  dövrün  ən  yüksək 
partiya-dövlət  qurumundan gedir) iclasını çağırdıq  və 
çaxnaşma  yaratmış  təxribatçı  bəyanat  ilə  çıxış  edən 
həmin  natiqi  (Abbas  müəllimi!)  partiyadan  xaric  et-
dik.  (Bespokoynoye  serdtse,  Moskva,  «Vaqrius», 
2002, səh. 128.)  
O  zaman  kimisə  partiyadan  xaric  etmək  əslində, 
insanı qanundan kənar elan etmək kimi bir şey idi və 
onun  bütün  hüquqları  əlindən  alınırdı,  işdən  çıxarı-
lırdı, ictimai «ifşa» kompaniyasına məruz qalırdı...  
Amma belə şeylər Abbas müəllimi sındıra bilməz-
di və sındırmadı da. 
 
Seçilmiş əsərləri. 10 cilddə.  
Redaktor Dilsuz.  
Bakı. Çinar-çap. 2005.  
VII C. Səh 305-317. 
 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
83 
 
 
«...Abbas Zamanovun dissertasiyasının yalnız böyük 
inqilabçı  demokrat  şair  M.Ə.Sabirin  qoyub  getdiyi 
zəngin  bədii  irsin  tədqiqi  sahəsində  deyil

ümumiy-
yətlə  XX  əsr  ədəbiyyatının  öyrənilməsində  böyük 
əhəmiyyəti vardır». 
 
Mir Cəlal Paşayev 
Professor. 
 


Elçin
 
84 
 
İŞIĞA SƏSLƏYƏN SƏNƏT 
 
“Mollanəsrəddinçi şairlər”: Satirik şeirlər. Tərtib 
edənlər: Abbas Zamanov, Kamran Əliyev. Redaktor və ön söz 
Abbas Zamanov. Bakı. Yazıçı. 1986. 512 səh. 
 
 
«Molla  Nəsrəddin»  jurnalı  bizim  yalnız  milli 
mətbuatımızda  deyil,  hətta  yalnız  ədəbiyyatımızda  və 
ictimai fikrimizdə yox, ümumiyyətlə, Azərbaycan xal-
qının mənəvi dünyasında gələcəyə çağıran, işığa səs-
ləyən  hərəkət  gətirici  bir  amil  rolunu  oynamışdır.  Bu 
jurnalın nəşri dövrün mürəkkəb, təxirəsalınmaz milli-
mənəvi,  vətəndaşlıq  tələblərinə  cavab  verən,  yüksək 
bədii-estetik  meyarlarla  qiymətləndirilən  ədəbi  mək-
təb  yaratdı  və  ən  başlıcası  isə,  «Molla  Nəsrəddin» 
ədəbi  məktəbi  Azərbaycan  ictimai  fikrində  xalqın 
təəssübünü  çəkən  nüfuzlu  bir  ideologiya  səviyyəsinə 
yüksələ  bildi.  Geniş  xalq  kütlələrini  «qəflət  yuxu-
sundan» oyatmaq, yəni müstəmləkəçiliyin və istisma-
rın meydana çıxardığı cəhalət və nadanlıq girdabından 
xilas  etmək,  milli-mənəvi  və  sosial  azadlığa  nail  ol-
maq  bu  inqilabi-demokratik  ideologiyanı  yaradan 
bədii-publisist  yaradıcılığının  əsas  qayəsi,  məqsədi 
idi. 
Mollanəsrəddinçilik  yalnız  «Molla  Nəsrəddin»də 
dərc edilən əsərlərlə məhdudlaşmırdı, dövrün qüdrətli 
ədəbi-ictimai  hərəkatına  çevrildiyi  üçün,  onun  əhatə 
dairəsi  çox geniş  idi.  Mollanəsrəddinçilik eyni  vətən-


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
85 
 
daş  ehtirası  ilə  XX  əsr  Azərbaycan  publisistikasına, 
nəsrinə,  dramaturgiyasına,  şerinə  sirayət  etmişdi.  Bu 
mənada  ədəbiyyatımızın  yorulmaz  tədqiqatçısı  və 
təbliğatçısı Abbas Zamanovun və onun istedadlı gənc 
həmkarı  Kamran  Əliyevin  birlikdə  tərtib  etdikləri, 
Abbas müəllimin redaktəsi və ön sözü ilə nəşr edilmiş 
«Mollanəsrəddinçi  şairlər»  kitabı  (Bakı,  «Yazıçı», 
1986)  «Molla  Nəsrəddin»  jurnalının  80  illik  yubi-
leyini  bayram  etdiyimiz  bu  günlərdə  mollanəsrəd-
dinçilik  mübarizəsinin  vüsətini,  yüksək  bədii-estetik 
səviyyəsini, M.Ə.Sabirdən tutmuş Ə.Müznibəcən şair-
lərin  əməl  və  məqsəd  birliyini  bir  daha  əyani  şəkildə 
nümayiş etdirir. 
Bu şairlər müxtəlif nəslə mənsub, müxtəlif istedad 
dərəcəsinə malik qələm sahibləri idilər, lakin belə bir 
müxtəlifliyi  xalq  təəssübü  baxımından  sarsılmaz  bir-
lik, ayrılmaz vəhdət səciyyələndirirdi. «Molla Nəsrəd-
din»in  səhifələrində,  bu  jurnalın  təsiri  ilə  çıxan 
«Məzəli», «Zənbur», «Tuti», «Babayi-əmir» və digər 
mətbuat  orqanlarının  səhifələrində  müxtəlif  satirik 
imzalarla  yazan  M.Ə.Sabir,  Əli  Nəzmi,  Ə.Qəmküsar, 
M.S.Ordubadi,  M.H.Zeynalov,  Ə.R.Şəmsizadə  və 
başqaları  bir-birinə  poetik  şəkildə  müraciət  edirdilər. 
(Hophop  Sijimquluya,  Simruğ  Kefsizə,  Dabanı  Çat-
daq Xala Məşədi Sijimquluya, Qızdırmalı Hophopa və 
s.).  Belə  bir  müraciət,  ithaf,  bənzətmə,  nəzirə  XX 
əsrin  əvvəllərində  Azərbaycan  inqilabi-demokratizm 
hərəkatında  yekdilliyin  əzəmətli  simfoniyası  kimi 
səslənirdi. 


Elçin
 
86 
 
 
 
Cəlil Məmmədquluzadə 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
87 
 
 
Molla Nəsrəddin jurnalı 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə