Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   ...   14   15   16   17   18   19   20   21   22

Elçin
 
104 
 
-  Lap  cavan  ikən  Moskvada  Lenin  adına  kitabxa-
nanın  bağlı  fondunda  Məmməd  Əminin  «Əsrimizin 
Səyavuşu»  əsərini  oxumuşam.  Sonralar  da  onun  bəzi 
məqalə və əsərlərini mütaliə etmişəm. Ancaq xalqımı-
zın  bu  cəfakeş  oğlunun  qəbrini  ziyarət  etdiyim  gün 
həyatımın  ən  işıqlı  səhifəsidir.  Səlcuq  universitetinin 
fəxri  doktoru  adını  alanda  məni  Konyaya  dəvət  etdi-
lər.  Yola  düşməzdən  əvvəl  getdim  Novxanıya.  Atası 
Hacı  Axund  Ələkbərin  qəbrinin  üstündən  torpaq 
götürdüm.  Bir  dəstə  də  Novxanı  gülü  bağlatdırdım. 
Ankaranın  Əsri  qəbiristanlığında  Məmməd  Əminin 
qəbrinin  üstünə  həmin  torpağı  səpdim,  solmuş 
qərənfılləri qoydum... 
Bu  gün  M.Ə.Rəsulzadənin,  ümumiyyətlə,  Azər-
baycanı müstəqil görmək istəyənlərin arzu və ümidləri 
göyərir. 
Ancaq  çox  adam  yaşadığımız  tarixi  şəraiti 
lazımınca qiymətləndirmir. Son vaxtlar bəzi partiyalar 
və onların mətbuat orqanları yaradılıb. Bunlar, əlbəttə, 
çox  yaxşıdır.  Lakin  bu  partiyalar  arasında  yersiz  çə-
kişmələri  görəndə  dərin  təəssüf  hissi  keçirirsən.  Axı 
Azərbaycanın müstəqilliyi hamımızın amalı olub. İndi 
bu müstəqilliyi qorumaq əvəzinə qarşıdurma yaratmaq 
ən azı milli xəyanətdir. 
-    Abbas  müəllim,  oxucular  sizi  Azərbaycan 
ədəbiyyatının  cəfakeş  tədqiqatçısı,  maraqlı  əsərlər 
müəllifi  kimi  tanıyırlar.  İndi  hansı  kitabların  çap 
olunmasını istərdiniz? 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
105 
 
-  Sabir  haqqında  çox  yazılıb.  Ancaq  onun 
böyüklüyü  oxucuya  hələ  tam  çatdırılmayıb.  Sabir 
haqqında  dolğun  monoqrafiya  oxucuya  hələ  tam 
çatdırılmayıb.  Sabir  haqqında  dolğun  monoqrafiya 
yazılmasını arzu edərdim. «Molla Nəsrəddin» jurnalı-
nın  o  biri  cildləri  də  çap  olunmalıdır.  Azərbaycan 
ictimai fikrinin formalaşmasında «Füyuzat» jurnalının 
xidməti  «Molla  Nəsrəddin»dən  az  olmayıb.  Mirzə 
Cəlil bu məcmuə haqqında heç vaxt pis söz deməyib. 
Əgər  «Füyuzat»da  bəzi  ziddiyyətli  məqamlar  varsa, 
bu dövrün, zamanın təzadlarıdır. Bu jurnalın da ayrıca 
kitab şəklində çap olunması çox yaxşı olardı. 
Mən Bakıda M.Ə.Rəsulzadənin, H.Cavidin, Mirzə 
Cəlilin,  Ömər  Faiqin  heykəllərinin  qoyulmasını 
arzulayıram.  Üzeyir  bəy  Nərimanovun  sayəsində  sağ 
qalıb.  O,  minlərlə  ziyalımızı  ölümdən,  sürgündən 
qurtarıb. İndi çoxları Nərimanov haqqında insafsızca-
sına  danışır.  Azərbaycan  tarixində  onun  əvəzsiz 
xidmətləri  var.  Arzu  edərdim  ki,  bu  heykəl  (Abbas 
müəllimin  yaşadığı  bina  N.Nərimanovun  heykəlinin 
yanındadır.  O,  pəncərədən  həmin  heykəli  göstərir) 
həmişə üzü dənizə baxsın... 
Söhbəti yazdı:  
Əlipənah BAYRAMOV 
«Xalq qəzeti»nin müxbiri 
6 noyabr 1992-ci il 


Elçin
 
106 
 
MƏHƏBBƏT DOLU ÜRƏK 
GƏTİRMİŞƏM 
 
(Türkiyə səfəri) 
 
 
Dünya  yaranışından  belədir.  Onun  zaman  adlı 
karvanı  heç  nəyə,  heç  kimə  məhəl  qoymadan  öz 
ləngərli  yerişi  ilə  irəliləyir.  Dünənimizdə  qalan  il 
bizim  üçün  tarixləşir,  bizim  üçün  adiləşir.  Çox 
çətinliklə  üzləşdiyimiz  1989-cu  il  öz  köçünü  sürüb, 
yerini  ümidlə  gözlədiyimiz  yeni  ilə  verir.  Bu  əbədi, 
əzəli  təhvil-təslim  anında  insanların  birgə  yaşayıb-
yaratmaq  arzusu,  sabaha  inamı  dəyişməz  qalıb.  Bəs, 
görülmüş  işlər  mənasında  keçən  ildən  bizə  nə  qalıb? 
Təbii ki, hərənin cəmiyyət qarşısında, xalq qarşısında 
öz  borcu  var.  Tədqiqatçı  və  yaradıcı  adam  üçünsə 
konkret  vaxt  məhfumu  mövcud  deyil,  illərlə  gecəli-
gündüzlü çəkilən zəhmət bir anda da bəhrə verə bilər. 
Amma nə deyirlər desinlər, hər ilin öz yeri, öz çaları, 
öz  sevinci  var  həyatımızda.  Filologiya  elmləri  dok-
toru,  professor,  əməkdar  elm  xadimi,  Azərbaycan  
EA-nın  müxbir  üzvü  Abbas  Zamanov  üçün  də  yəqin 
ki,  hansı  ilsə  yaddaşında  xüsusi  yaşayır.  Ancaq 
bütövlükdə onun həyatı, fəaliyyəti müqəddəs bir işə - 
Azərbaycan  ədəbiyyatının  öyrənilməsi  və  təbliğinə 
həsr  olunmuşdur.  Onun  ayrı-ayrı  dövrlər,  müxtəlif 
üslublu  yazıçı  və  şairlər  haqqında  tədqiqləri, 
araşdırmaları, kitabları, hər şeydən əvvəl, ədəbiyyatı-


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
107 
 
mızın xarici ölkələrdə yayılmasında əvəzsiz, gərgin işi 
hamımıza yaxşı bəllidir. Astanasında dayandığımız il 
yorulmaz tədqiqatçı üçün daha bir cəhəti ilə seçilir - o
Türkiyə Səlcuq universitetinin fəxri doktoru seçilmiş-
dir. Qocaman alimin kitablarla zəngin otağında o özü, 
tarix  elmləri  doktoru  T.Bünyadov,  filologiya  elmləri 
doktoru  Ş.Səfərov  söhbət  edirik.  Arabir  söhbətə  ara 
verib diplomun təqdim edilməsi mərasimi ilə əlaqədar 
«Türkiyyənin  səsi»  radiosunun  əməkdaşı  Seyfəddin 
Altaylının hazırladığı reportaja qulaq asırıq. 
Görəsən, nədən başlayaq? Təbii ki, səfər təəssüratı 
yoldan  başlanır.  Elə  ki,  təyyarəyə  (yaxud  qatar) 
mindin,  kimliyindən  asılı  olmayaraq  uşaqlığın  ilkin-
liyi, ömür yolun birdən-birə xəyalında canlanır. Yurd 
ətrinin,  vətən  torpağının  həsrətini  çəkirsən,  qəlbində 
hisslər  aşıb-daşır,  ayıra  bilmirsən  ki,  bu  sevincdir,  ya 
kədər. Ancaq  vaxt  öz  sözünü deyir, dünyanın  o  məc-
hul guşəsində, getdiyin yerdə bir ocaq, bir ümid işığı 
görüb daxilindəki anlaşılmaz hissləri axır ki, bir yönə 
salırsan.  Hamımız  üçün  yaxın,  eyni  zamanda  uzaq 
olan Türkiyə Abbas müəllim üçün bir o qədər məchul 
olmasa da hər halda onun özünəməxsusluqları, qəribə-
likləri var. 
Elə  bu  yaxınlara  qədər  sərhədlərimiz  arasında 
qalın  divar  var  idi,  bir-birimizi  yaxşı  tanımırdıq. 
Qapıbir  qonşularımızın  yaşayış  tərzindən  də,  ədəbiy-
yatından, mədəniyyətindən də xəbərsiz qalmışdıq. Hər 
şeyi  sanki  qara  pərdə  arxasından  görürdük.  Ilkinli-
yimizi  düşünmək,  türk  adı  çəkmək  bütöv  bir  xalqa 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə