Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   ...   14   15   16   17   18   19   20   21   22
    Bu səhifədəki naviqasiya:
  • Elçin

Elçin
 
108 
 
yasaq edilmişdi. Yaxşı ki, son vaxtlar bu sədd götürül-
müş,  gediş-gəliş  artmış,  ədəbi-mədəni  əlaqələrimiz 
genişlənmişdir.  Ancaq  Abbas  Zamanov  gözəgörün-
məz Çin səddinə baxmayaraq uzun illər şair və yazıçı-
ları ədəbiyyat xadimləri ilə əlaqə saxlamış, məktublaş-
mış,  mənəvi və  ədəbi  irsimizin tanınması  üçün çalış-
mışdır.  Bax,  elə  bu  zəhmətinə  görə  alimimizin  adı 
dünyanın  bir  çox  ölkələrində  hörmət  və  ehtiramla 
çəkilir.  Bircə  fakt  deyim.  Onun  göndərdiyi  kitablar 
əsasında  Ərzurumdakı  Atatürk  universitetində  bir 
kitabxana  yaradılmış  və  yorulmaz  alimimizin  adını 
daşıyır.  Söhbət  zamanı  A.Zamanovun  dediyi  sözləri 
xatırlayıram: «Müxtəlif ölkələrdə yaşamağımız bizim 
dostluq, yaxınlıq duyğularımıza soyuqluq gətirməmə-
li, əksinə mənəvi yaxınlıq körpüsü, əlaqələr hər vasitə 
ilə  genişləndirilməlidir.  Çünki  mədəniyyət  insanları 
mənən  yaxınlaşdırır,  onları  bir  amala  -  qarşılıqlı  hör-
mət  və  xeyirxahlıq  hisslərinə  yönəldir».  Belə  olan 
tərzdə  özümüzə  ruhən  mənən  yaxın  olan  bir  xalqın, 
doğma, ədəbi-mədəni xəzinəsini öyrənmək niyə məq-
bul  sayılmalıdır?  Təəssüflə  qarışıq  sevinməyə  də 
dəyər  ki,  ədəbiyyat  tariximizdəki  bu  boşluq  A.Zama-
novun  səyi  və  əməyi  sayəsində  müəyyən  dərəcədə 
aradan qaldırılmışdır. 
...Moskvada,  səfirlikdə  az  qala  Abbas  müəllimin 
Türkiyə  səfəri  baş  tutmayacaqdı.  Pasportun  Respub-
lika  Xarici  İşlər  Nazirliyində,  ya  da  universitetin 
xarici  əlaqələr  şöbəsində  də  ləngidiyini  bildirən 
azərbaycanlı  Benyamin  Həsənov  az  qala  öz  laqeyid-


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
109 
 
liyi  ilə  səbirsizliklə  gözlədiyimiz  bir  hadisənin 
qarşısını alacaqdı. Görəsən, insanlarda belə soyuqluq, 
laqeydlik haradan yaranır? Abbas müəllim də deyir ki, 
bir  çoxlarının  daxilindəki  bu  hissi  axıra  qədər  duya 
bilmirəm.  Bəlkə  də  bu  təbiətimdən  irəli  gəlir,  hamını 
insan  kimi  görürəm,  hiss  edirəm.  Bu  hadisə  mənim 
yaman  mütəəssir  etdi.  Bakıya  qayıtmaq  qərarına  gəl-
dim. Görünür, bu sirli-sehirli siyasət aləmini aşkarla-
maq  hələ  çox  vaxt  aparacaq.  Yaxşı  ki,  Abbas  müəl-
limi  müşayiət  edən  şəxs  ikinci  dəfə  səfirliyə  yollanır 
və bir rus qadını pasportu tapıb onlara verir. Beləliklə, 
noyabr  ayının  10-a  nəzərdə  tutulmuş  təntənəli  yığın-
caq bir neçə gün ləngiyir. 
Moskva-Ankara  təyyarəsi  mavi  ənginliklərə  üz 
tutur. Səfər təəssüratının oyatdığı kövrək hisslər yuxa-
rıda dediyimiz kimi onu da ağuşuna alır.... 
Yüzlərlə  adam  təyyarənin  yerə  enməsini  səbir-
sizliklə  gözləyir.  Abbas  müəllim  zarafatla  deyir:  - 
Qarşılama  çox  yüksək  səviyyədə  keçdi,  heç  dövlət 
rəhbərini  də  belə  qəbul  etmirlər.  Müsafirxanada  ona 
dörd  otaq  ayırırlar  və  bir  saat  vaxt  verirlər.  Deyilən 
vaxtda  20  nəfər  gəlir,  onu  Ankaranı  gəzməkdə 
müşayiət edir, məclislərdə olurlar. Ankara nəinki 20 il 
əvvəlki,  heç  4-5  il  əvvəlki  şəhər  deyil.  Mağazalarda 
bolluqdu, onlar ixtisaslaşdırılmışdır. Türkiyə radiotex-
nika  sahəsində  dünyanın  qabaqcıl  ölkələri  sırasında-
dır. Ayrılan vaxt başa çatır, dəstə Konyaya yola düşür. 
Onu  da  deyək  ki,  bütün  görüşlərdə,  söhbətlərdə, 
gəzintilərdə  Abbas  müəllimi  məşhur  alim,  professor 


Elçin
 
110 
 
Əhməd  Erçilasun  müşayiət  etmişdi.  Konyada  Abbas 
müəllimi şəhərin valisi, Səlcuq universitetinin rəhbəri 
Xəlil  Cin  başda  olmaqla  müəllimlər,  tələbələr,  jurna-
listlər,  Milli  geyimli  qızlar  şərbət  və  gül-çiçək  dəstə-
ləri ilə qarşılayırlar. Hörmətli qonaq şəhərlə tanış olur, 
C.Ruminin muzeyinə gedir, onun qəbrini ziyarət edir. 
Şairin  Əfqanıstanın  Bəlx  şəhərindən  doğma  yurduna 
gətirilmiş məzarını Türkiyyənin hər yerindən, eləcə də 
Şərq  ölkələrindən  müntəzəm  olaraq  ziyarətə  gəlirlər. 
Səfərin  ən  yaddaqalan  hadisəsi  Abbas  müəllim  üçün 
Məmməd  Əmin  Rəsulzadənin  məzarını  ziyarət  etmə-
sidir.  Burada  yuxarıda  adını  çəkdiyimiz  reportajdan 
bir  fraqmenti  nəzərinizə  çatdırmaq  istəyirəm:  «Bizim 
üçün  xoş  bir  hadisədir  ki,  Dədə  Qorqud  oylağı, 
gözəllər  və  igidlər  məskəni-Azərbaycanın  əziz  oğlu, 
professor Abbas Zamanov Anadoluya qonaq gəlib. Öz 
sevincimizə  sizi  də  şərik  eləmək  məqsədilə  onun 
gəlişi ilə əlaqədar yaranan hadisələri sizlərə çatdırmaq 
qərarına  gəldik.  Abbas  Zamanov  Azərbaycanın  bu 
əsrdə  yetişdirdiyi,  böyük  dövlət  xadimi  Məmməd 
Əmin  Rəsulzadənin  doğulduğu  kənddən  qırmızı 
qərənfillər,  onun  atasının  qəbrindən  də  torpaq  gətir-
mişdir. (Qeyd edək ki, həmin güllər və torpaq Novxa-
nı kəndindən götürülmüş, qayğı ilə qorunaraq mənzil 
başına  çatdırılmışdır).  Onları  təntənəli  bir  mərasimlə 
Məmməd  Əmin  Rəsulzadənin  qəbrinə  qoyaraq  məq-
bərəni  bəzədi,  torpağı  qəbrin  torpağına  qarışdırdı». 
Həmin  anları  xatırlayan  Abbas  Zamanov  deyir: 
«Doğurdan,  böyük  dərddir.  Azadlıq  eşqi  ilə  yaşaya-


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
111 
 
san,  vuruşasan,  ancaq  öz  torpağında  dəfn  olunmaq 
üçün  yer  tapmayasan».  Dərdli,  ələmli  dəqiqələr  da-
vam  edirdi.  Yəqin  ki,  qəbrin  üstündə  göz  yaşları 
axıdan  qadının  siması  çox  sonralar  da  unudulmaya-
caq. Sən demə qadının ulu babası Azərbaycandanmış. 
Bəli, qəriblərin fikri-zikri buradadır, Azərbaycandadır. 
Söhbətin  bu  yerində  Əhməd  Erçilasun  təşəbbüsü  ilə 
Ankara universitetində tələbələrlə keçirilmiş görüşdən 
bir  epizodu  xatırladı.  Çıxış  edən  tələbə  qız  axırda 
kövrəlmiş  şəkildə  belə  demişdi:  «Xocam,  mənim  də 
dədəm  Azərbaycandandır.».  Qəriblərin  yuxusunda  da 
Vətən var deyib, atalar, Azərbaycan adı gələndə həya-
candan  od  tutub  yanan  ürəklərin  hərəsində  Azərbay-
can  boyda  bir  vətən  yerləşdiyini  duymaq  çətin  deyil-
miş. Gözləri yollarda dikilmiş belə qəriblər Vətəndən 
gələn  hər  kiçik  xəbərə  görə  ovunur,  təsəlli  tapırlar. 
İndi  bildim  ki,  -  deyə  söhbətinə  davam  edir  Abbas 
müəllim,  -  göndərdiyim  o  kitablar,  məktublar  neçə-
neçə  niskilli  ürəkdə  ümid  qığılcımına  çevrilmişdir. 
Ona  görə də  əlaqələrimizi  davam  etdirməli, bu  vacib 
işin  daha  səmərəli  yollarını  tapmalıyıq  ki,  baxışları 
daim  uzaqlara  dikilmiş  qəriblər  vətənsizlik  yükünün 
altında əzilməsinlər. 
Yenə  də  qayıdaq  Səlcuq  universitetində  təşkil 
olunmuş  təntənəli  mərasimə.  Fəxri  diplomu  təqdim 
edərkən  Xəlil  Cin  demişdi:  «Hörmətli  qonaqlarımız, 
elm  xadimlərimiz  və  gələcəyimizin  təminatı  istəkli 
tələbələrimiz.  Konya  Səlcuq  universiteti  Ali  Şurası 
türk  ədəbiyyatı  aləminə  gözəl  əsərlər  bəxş  etmiş, 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə