Elektron resurslar Məlumatın ardı



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix14.05.2018
ölçüsü0,83 Mb.
#44139
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

İnsan və heyvan fiqurlarının real ifadə üslubu, mənzərə təsvirlərinin 

inandırıcı real görüntüləri bu əsərləri fərqləndirən əsas cəhətlərdir. 

Ustadın  ilk  əsərlərindən  sayılan,  dahi  şair  Ə.Firdovsinin  “Şahnamə” 

əsərinə çəkdiyi miniatür — “Yatmış Rüstəm” adlanır. Ən böyük tərtibat 

işləri də (742 səhifə) “Şahnamə” əsərinin əlyazmasında çəkilib (258 böyük 

miniatür). Rəssamın bu əlyazmadakı ən məşhur illüstrasiyası — “Keymu-

razın saray əhli” miniatürüdür. 

Dahi şair N.Gəncəvinin — “Xəmsə”, Nəvainin — “Divan” əlyazmasına  

miniatürlər kamil sənətkar tərəfindən çəkilib. Bu əlyazmalar hazırda Nyu-

York  şəhərindəki  “Metropoliten”  muzeyində  və  Fransanın  Milli 

Kitabxanasında saxlanılır. 

Şair  Hafizin  “Divan”  əlyazmasına  çəkdiyi  miniatürlərdə  sadə 

insanların  və saray əyanlarının həyat tərzi təsvir edilmişdir. 

Sultan Məhəmməd miniatürlə yanaşı, ayrıca vərəqə üzərində portretlər  

yaratmışdır.  Həmin  portretlərdən  ən  məşhuru  kimi  “Mütaliə  edən  şah-

zadə” əsərini göstərmək olar. Hazırda Rusiya Milli Kitabxanasında sax-

lanılır.

1. Yatmış Rüstəm. Miniatür. Ə.Firdovsi.  “Şahnamə”.  2. Keymurazın saray 

əhli. Miniatür (fraqment). “Şahnamə”. Ə.Firdovsi.  3. Məhəmməd peyğəm-

bərin meracı. Miniatür. “Xəmsə”. N.Gəncəvi.

1

2



3

59

58



Ekspozisiya 2

 QRAFİKA və  RƏNGKARLIQ

İncəsənət  əsərləri  yarandığı  dövrün 

,  insanların  məişət  və 

mədəniyyətini əks etdirən “



Qaqarin 

hadisələrini

sənəddir”. Rəssamın yaşadığı və yaratdığı dövr, 

obraz və mənəvi dəyərlər rəngkarlıq və qrafika əsərlərində  bizə gəlib çatır.  

Rus rəssamı, knyaz 

Qriqori Qriqoryeviç (1810–1893)  Qafqaza 

həsr olunmuş əsərlərində yurdumuzu, insanların həyat tərzini təsvir et-

mişdir.  O,  həm  də  memar  kimi  fəaliyyət  göstərmişdir:  Tiflis  şəhərində 

“Sioni”  məbədi  onun  layihəsi  əsasında  tikilmişdir  (1853).  Bu  məbədin 

divar rəsmlərini də Q.Qaqarin özü çəkmişdir. 

Parisdə çap etdirdiyi (1847) “Səfalı Qafqaz” və 

“Qafqaz  kostyumları”  adlı  albomların  ilk  nəşrləri 

19-cu  əsrdə    Qafqazda  yaşayan  xalqların    etno-

qrafiyasının tarixi salnaməsidir. 

1859-1872-ci  illərdə  Rusiya  Rəssamlıq  Akade-

miyasının  vitse-prezidenti  olan  sənətkar  incəsənət 

tədqiqatçılığı, monumental rəngkarlıq, memarlıq və 

kitab illüstrasiyası sahəsində müxtəlif dəyərli əsər-

lər yaratmışdır. İstedadlı rəssamın yağlı boya, qra-

fika və akvarellə işlədiyi təsvirlər “Rus muzeyi” və 

“Tretyakov qalereyası”nda saxlanılır. 



“Qafqaz kostyumla-

rı” adlı albomun ilk 

nəşri (Paris)

Bakı xan sarayı

Bakılı

İrəvan sərdarının sarayında

güzgülü zal

Zabit

Gənc

DEKOR — İNSAN, CƏMİYYƏT, ZAMAN

· 

· 

· 



Miniatür nədir?

Miniatür və tablodakı rəsmin fərqi nədir? 

Ədəbiyyat dərsliyindən tanış  olduğun hekayəyə miniatür çəkməyə 

çalış.


· 

· 

Hansı qrafik rəssamları tanıyırsan?



Qrafika və rəngkarlıq əsərlərinin əsas xüsusiyyətləri hansılardır?

Ekspozisiya 1

Ekskursiya

Çap üçün deyil



HEYKƏLTƏRAŞLIQ

Heykəltəraşlıqda,  adətən,  möhkəm  materiallardan  istifadə  olunur   

(daş, mərmər, qranit, ağac, metal, bəzən də gil, terrakota, mayolika, 

fayans).  Heykəltəraşlığın  əsas  obyekti  —  insandır,  nadir  hallarda 

heyvan  və  ya  əşyalar  da  təsvir  olunur.  Dairəvi    heykəl  həcmlidir  və 

seyrçi kimi məkanda mövcuddur. Onun ətrafına dolanaraq hər tərəfdən 

baxmaq olar və o, hər dəfə müxtəlif cür görünəcək. Relyef təsvir isə 

müstəvi üzərində yaradılır, qabarıq və ya oyuq olur. 

Heykəltəraş  İbrahim  İsmayıl  oğlu  Zeynalovun  (1934-2008) 

yaratdığı monumental heykəl, büst-portret əsərləri dövrünün dəyərli 

əsərlərindəndir.  20-ci  əsrin  ikinci  yarısından  onun  yaradıcılığında 

tarixi  şəxsiyyətlər  —  Ə.Naxçıvani,  İ.Nəsimi,  Ş.İ.Xətai,  M.F.Axun-

dzadə,  M.Ə.Sabir,  N.Nərimanov  və  H.  Z.Tağıyevin  obrazları  hey-

kəltəraşlıq  mədəniyyətimizin  incisi  hesab  olunur.  Bu  əsərlər  forma 

plastikliyi, milli koloriti ilə seçilir.  

Orta  əsr  filosof-şairi  İ.Nəsiminin  obrazında  dalğınlıq  və  sakitlik 

yalnız zahiri görünüşdür: əllərini arxasında çarpazlayıb, qamətini məğ-

rurcasına dikəltmiş şairin duruşu,  uzaqlara dikilmiş düşüncəli baxış-

ları onun alicənab daxili aləmindən, möhkəm iradəsindən xəbər verir. 

Sakit əzəmətə və təmkinli qətiyyətə malik insan obrazından bəhs edir. 

Tuncdan  hazırlanmış  bu  abidənin  materialı  şairin  iradəsi  kimi  möh-

kəmlik  simvoludur.

Ekspozisiya 4

PLAKAT

— 

 



Qrafikanın  əsas  sahələrindən  biri  olan  plakat 

mətnlə  müşayiət 

olunan, yığcam, nəzəri ilk baxışdan cəlb edən, böyük formatlı təsvirdir. 

Plakat,  əsasən,  məlumat  və  ya  təbliğat  xarakteri  daşıyır.  Obrazın 

ifadəliliyi,  hamının  başa  düşəcəyi  simvollar,  kontur  və  ya  siluetlə 

çəkilən təsvirlərdəki mətn — plakatın əsas əlamətləridir. Böyük rəng 

ləkələri,  kontrast  rəng  çalarları  plakatın  dekorativ  və  emosional 

xüsusiyyətidir. Rəngin özü bəzən mövzunun simvoluna çevrilir. 

Azərbaycan  sənətkarları  da  yaşadıqları  dövrün  hadisələrini  təsvir 

edən  plakatlar yaratmışlar. Rəssam Elmira Şahtaxtinskayanın plakat 

sahəsində yaratdığı əsərlər ölkəmizin tarixi salnaməsidir. Tariximizi, 

mədəniyyətimizi  əks  etdirən  plakat  silsiləsində  rəssam  ölkəsinin 

obrazını yaratmağa nail olmuşdur. 

Ekspozisiya 3



Plakat

  (almanca  “plakat”,  fransızca  “placard”  —  elan,  afişa.  “Plaquer” 

sözündən götürülüb — yapışdırmaq  mənasında işlənir) — İngiltərə və ABŞ 

da “poster”, Fransada “affich”– afişa adlanır.  



Qobustan

Əcəmi Naxçıvani

Şah İsmayıl Xətai

Soltan Məhəmməd

61

60



İ.Nəsimi abidəsinin əsas fərqli əlamətləri haqqında danış.

Dairəvi və relyefli heykəlin fərqi nədir?

Plakat  nədir?

Plakatın miniatürdən fərqi nədir?

DEKOR — İNSAN, CƏMİYYƏT, ZAMAN

  Ə.Naxçıvani (relyef)

 İ.Nəsimi

Memar M.A.Hüseynov

“Azərbaycan  —  qədim  mədəniyyətin  mər-

kəzidir” — silsilə plakatları Qobustan qayaüstü ya-

zılarını əks etdirən plakatdan başlayır.  

Əcəmi  Naxçıvani,  Nəsirəddin  Tusi,  Urməvi, 

Bəhmənyar,  Nizami Gəncəvi, Məhəmməd Füzuli, 

Səməd Vurğun, Üzeyir Hacıbəyli, Sultan Məhəm-

məd və digərlərinin portret-plakatları — müxtəlif 

dövrlərdə  yaşayıb-yaratmış  tarixi  şəxsiyyətlərin 

obrazı  —  plakat  sənətinin  tükənməz  imkanlara 

malik olduğunu göstərir.

Çap üçün deyil



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə