Elektron resurslar Məlumatın ardı



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix14.05.2018
ölçüsü0,83 Mb.
#44139
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   32

67

66

MÜASİR İNCƏSƏNƏT MUZEYİ



Muzeyin ekspozisiyasında 20-ci əsrin ortalarından bu günə qədər   

Azərbaycan  müasir  incəsənətinin  rəngkarlıq  və  heykəltəraşlıq 

əsərləri toplanıb. 

Müasir İncəsənət Muzeyi

E

dələr, axtarışlar və insan ruhunun azadlığını tərənnüm edən əsər-

lərlə məşhurdur. 

Muzey müasir dövrün son 70 ilin Azərbaycan rəssamlarının mindən 

çox  təsviri  sənət  əsərini  təqdim  edən  məkandır.  Ekspozisiyaların 

bir hissəsi milli rəssamlıq sənətinin tamamilə başqa bir istiqamətini 

özündə əks etdirir. Bu, Əşrəf Muradın, Kamal Əhmədin, Mircavad 

Cavadovun, Rasim Babayevin muzey tərəfindən qorunub saxlanan 

unikal əsərləridir. 

kspozisiyalar  haqqında  qısa  məlumat.  Bu  ekspozisiya  müşahi-

Muzeyin  interyeri.  İnteryerin  ağ  rəngi,  qeyri-adi  memarlıq  üslubu, 

metal konstruksiyalar və təkrarolunmaz əsərlər – bütövlükdə müasir 

incəsənət nümunəsi hesab olunur.

Bədii qalereya — təsviri sənət əsərlərinin nümayış olunduğu məkan.   

Adətən, bədii qalereyaları — “bədii muzey” də  adlandırırlar.



Sərgi — incəsənət və digər ictimai nailiyyətlərin insanlar qarşısında 

nümayişidir.



Müasir  incəsənət  —  20-ci  əsrin  ortalarından  etibarən  formalaşan 

ümumi bədii yaradıcılıqdır.

MÜASİR DEKORATİV-TƏTBİQİ SƏNƏT 

Müasir İncəsənət Muzeyinin sərgi salonu

Dekorativ-tətbiqi sənət sahələri üzrə çalışan müasir peşəkar rəs-

samı xalq sənətkarından hansı xüsusiyyətlər fərqləndirir?

Sərgiyə qoyulmuş dekorativ-tətbiqi sənət əsərləri kütləvi isteh-

sal məmulatlarından nə ilə fərqlənir?

Yaradıcı fəaliyyət. 

Müasir İncəsənət Muzeyinin eks-

pozisiyasını təsvir et. Əvvəlcə onun interyerini, son-

ra orada sərgilənən əsərləri çəkməyə çalış. Bunların 

arasına  müasir  dekorativ-tətbiqi  sənət  nümu-

nələrindən istədiyini daxil edə bilərsən. 

www.mim.az

Rəngli karandaşlar

Flomasterlər

Akvarel

Quaş


Azərbaycan  təsviri  sənətinin  klassikləri  —  Səttar  Bəhlulzadə, 

Tahir Salahov, Mikayıl Abdullayev, Tağı Tağıyev, Nadir Əbdürrəh-

manov,  Elmira  Şahtaxtinskaya,  Oqtay  Sadıx-zadə,  Tokay  Məm-

mədov,  Toğrul  Nərimanbəyov,  Ömər  Eldarovun  kolleksiyaları  və 

digər ölkələrin müasir sənətkarlarının rəngkarlıq və heykəltəraşlıq 

əsərləri də  muzeydə nümayiş olunur.



Çap üçün deyil


Yaradıcı araşdırma: 

gilin xüsusiyyətləri

69

68



монолит, 

22. 


KERAMİKA

Keçmişdə  xalq  yaradıcılığında  saxsı  qablar  gündəlik  istifadə 

üçün nəzərdə tutulurdu. Müasir dekorativ-tətbiqi sənətdə bu isti-

qamət  öz  təyinatını  itirərək,  sadəcə,  sərbəst  yaradıcılıq  sahəsinə 

çevrilmişdir.  Bu  gün keramikaçı  rəssamlar  keramika  məmulatla-

rını otaqların bədii tərtibatı üçün tətbiq edir, materialın yeni plas-

tik imkanlarını, rəng və faktura zənginliyini aşkara çıxarırlar. 

Keramika — rəngli gildən hazırlanan və xüsusi sobalarda bişirilən 

məmulatlardır. Çini və saxsı məmulat isə zərif ağ gildən hazırlanır.

MÜASİR DEKORATİV-TƏTBİQİ SƏNƏT 

Keramika materialının xüsusiyyətləri: forma, dekor və rəng.

BİLƏCƏKSƏN:

Mayolika. Keramika məmulatları olduqca müx-

təlifdir.  Onlar  forma,  dekor  və  səthinin 

xüsusiyyətinə görə fərqlənir. 

Sobada “bişirilən”, üzərinə şirə çəkərkən parlaq 

və  yaraşıqlı  görünən  dulusçuluq  məmulatı 

mayolika — kaşı adlanır. 

 

Mayolika  texnikasında  dekora-

tiv pannolar, haşiyələr, kaşı pli-

tələr,  həmçinin  qab-qacaq  və 

hətta  monumental  heykəllər 

hazırlayırlar. Mayolikanın rəng-

lənməsi belə olur: məmulatın sət-

hinə  əvvəlcə  şir  (emal)  yaxılır,   

sonra rəsm çəkilərək sobada bişi-

rilir.


Çini

(farfor)

Mayolika

(kaşı)

Keramika

Saxsı

(fayans)

Terrakota. 

ta  adlanan  və  “qovrulmuş  torpaq”  məna-

sını bildirən, bişirilmiş adi gilin təbii rən-

gi  də  cəlb  edir.  O,  həm  də  bütöv  kompo-

zisiyalar  yaradır.  Bəzən  bir  əşyada  öz 

fikrini çatdıra bilməyəndə bir neçə əşyanı 

vahid  kompozisiyada  birləşdirərək  an-



sambl  yaradır.  Rəssam  əşyanın  bədii  ob-

razını yaradarkən fakturadan da istifadə 

edir. 

Keramikaçı  rəssamı  terrako-



Bəzən  keramikaçı  rəssamlar  yaratdıqları  məmulatları  bilərək-

dən əyri və əzilmiş formada, üzərində cızıq və çatlar qoyaraq gös-

tərməyə çalışırlar. Bu, formanı daha da ifadəli göstərməyə kömək 

edir.


Müasir keramika sənəti olduqca rəngarəngdir və hər zaman yeni 

görünüşü ilə müasir seyrçini heyran edir.



Keramika — gildən hazırlanmış  dulusçuluq məmulatları  (saxsı istehsalı).

Mayolika  bişirilmiş, rəngli və üzəri şirlənmiş qab  və genişməsaməli gildən 

hazırlanmış  məmulat.



Terrakota   bişirilmiş  sarı, yaxud  qırmızı  gil  məmulat.

Çini  

(farfor)


  yarımşəffaf keramika (Çin gili — bişirildikdən sonra təmiz 

ağ rəngdə  olur).



Saxsı 

(fayans) 

 adi gildən hazırlanmış, üzərinə  şir  çəkilmiş  məmulat.

Keramika rəssamları gilin hansı sirlərinə malikdirlər?

Qədim  saxsı məmulatlar müasir keramikadan nə ilə fərqlənir?

Yaradıcı fəaliyyət. 

Keramika növlərindən olan mayolika 

və terrakota məmulatlarını düzəltməyə çalış. Xalq sənə-

tinin qədim obrazlarını qeyri-adi müasir formalarda gös-

tərə  bilsən,  o,  olduqca  zövqlü  və  mənalı  görünəcək.  Bu 

əşyalardan həm də bütöv kompozisiya — ansambl yaratmaq olar. Məmu-

latın rəngini də müəyyən etməyi unutma. Əgər düzəltdiyin “əsər”in üzə-

rini  quaşla  bəzəsən,  özünü  əsl  mayolika  sənətkarı  kimi  göstərmiş 

olarsan. 

Ağ və ya 

qırmızı gil

Plastilin 

Quaş

Çap üçün deyil



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə