Elektron resurslar Məlumatın ardı



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix14.05.2018
ölçüsü0,83 Mb.
#44139
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   32

Yaradıcı araşdırma: 

gilin xüsusiyyətləri

69

68



монолит, 

22. 


KERAMİKA

Keçmişdə  xalq  yaradıcılığında  saxsı  qablar  gündəlik  istifadə 

üçün nəzərdə tutulurdu. Müasir dekorativ-tətbiqi sənətdə bu isti-

qamət  öz  təyinatını  itirərək,  sadəcə,  sərbəst  yaradıcılıq  sahəsinə 

çevrilmişdir.  Bu  gün keramikaçı  rəssamlar  keramika  məmulatla-

rını otaqların bədii tərtibatı üçün tətbiq edir, materialın yeni plas-

tik imkanlarını, rəng və faktura zənginliyini aşkara çıxarırlar. 

Keramika — rəngli gildən hazırlanan və xüsusi sobalarda bişirilən 

məmulatlardır. Çini və saxsı məmulat isə zərif ağ gildən hazırlanır.

MÜASİR DEKORATİV-TƏTBİQİ SƏNƏT 

Keramika materialının xüsusiyyətləri: forma, dekor və rəng.

BİLƏCƏKSƏN:

Mayolika. Keramika məmulatları olduqca müx-

təlifdir.  Onlar  forma,  dekor  və  səthinin 

xüsusiyyətinə görə fərqlənir. 

Sobada “bişirilən”, üzərinə şirə çəkərkən parlaq 

və  yaraşıqlı  görünən  dulusçuluq  məmulatı 

mayolika — kaşı adlanır. 

 

Mayolika  texnikasında  dekora-

tiv pannolar, haşiyələr, kaşı pli-

tələr,  həmçinin  qab-qacaq  və 

hətta  monumental  heykəllər 

hazırlayırlar. Mayolikanın rəng-

lənməsi belə olur: məmulatın sət-

hinə  əvvəlcə  şir  (emal)  yaxılır,   

sonra rəsm çəkilərək sobada bişi-

rilir.


Çini

(farfor)

Mayolika

(kaşı)

Keramika

Saxsı

(fayans)

Terrakota. 

ta  adlanan  və  “qovrulmuş  torpaq”  məna-

sını bildirən, bişirilmiş adi gilin təbii rən-

gi  də  cəlb  edir.  O,  həm  də  bütöv  kompo-

zisiyalar  yaradır.  Bəzən  bir  əşyada  öz 

fikrini çatdıra bilməyəndə bir neçə əşyanı 

vahid  kompozisiyada  birləşdirərək  an-



sambl  yaradır.  Rəssam  əşyanın  bədii  ob-

razını yaradarkən fakturadan da istifadə 

edir. 

Keramikaçı  rəssamı  terrako-



Bəzən  keramikaçı  rəssamlar  yaratdıqları  məmulatları  bilərək-

dən əyri və əzilmiş formada, üzərində cızıq və çatlar qoyaraq gös-

tərməyə çalışırlar. Bu, formanı daha da ifadəli göstərməyə kömək 

edir.


Müasir keramika sənəti olduqca rəngarəngdir və hər zaman yeni 

görünüşü ilə müasir seyrçini heyran edir.



Keramika — gildən hazırlanmış  dulusçuluq məmulatları  (saxsı istehsalı).

Mayolika  bişirilmiş, rəngli və üzəri şirlənmiş qab  və genişməsaməli gildən 

hazırlanmış  məmulat.



Terrakota   bişirilmiş  sarı, yaxud  qırmızı  gil  məmulat.

Çini  

(farfor)


  yarımşəffaf keramika (Çin gili — bişirildikdən sonra təmiz 

ağ rəngdə  olur).



Saxsı 

(fayans) 

 adi gildən hazırlanmış, üzərinə  şir  çəkilmiş  məmulat.

Keramika rəssamları gilin hansı sirlərinə malikdirlər?

Qədim  saxsı məmulatlar müasir keramikadan nə ilə fərqlənir?

Yaradıcı fəaliyyət. 

Keramika növlərindən olan mayolika 

və terrakota məmulatlarını düzəltməyə çalış. Xalq sənə-

tinin qədim obrazlarını qeyri-adi müasir formalarda gös-

tərə  bilsən,  o,  olduqca  zövqlü  və  mənalı  görünəcək.  Bu 

əşyalardan həm də bütöv kompozisiya — ansambl yaratmaq olar. Məmu-

latın rəngini də müəyyən etməyi unutma. Əgər düzəltdiyin “əsər”in üzə-

rini  quaşla  bəzəsən,  özünü  əsl  mayolika  sənətkarı  kimi  göstərmiş 

olarsan. 

Ağ və ya 

qırmızı gil

Plastilin 

Quaş

Çap üçün deyil



71

70

23. 



BƏDİİ ŞÜŞƏ

MÜASİR DEKORATİV-TƏTBİQİ SƏNƏT 

Şüşə məmulatının dekorativ-tətbiqi sənət əsəri kimi mahiyyəti.

Şüşənin xüsusiyyəti və texnologiyası.



BİLƏCƏKSƏN:

Müasir İncəsənət Muzeylərində bədii şüşə adlanan və müasir rəs-

samların şüşədən yaratdığı dekorativ-tətbiqi sənət əsərləri nümayış 

etdirilir.

Yaradıcı araşdırma: 

şüşənin xüsusiyyətləri: rəng, forma və dekor

Rəng

işi son dərəcə mürəkkəbdir. Böyük məharət, bacarıqla yanaşı, bu işdə, eyni 

zamanda kövrək və möhkəm,  şəffaf və rəng çalarları ilə zəngin materialı hiss 

etmək də tələb olunur. 



Forma və dekor. Qızmar şüşəəridən kürə (soba) qarşısında müxtəlif forma 

və vahid dekorativ kompozisiyalar yaranır. 

Adətən, rəssam özü şüşəni üfürür, ərimiş qızmar damcını fırladaraq onu 

xüsusi alətlərin köməyi ilə müxtəlif formalara salır. Bu işi rəssam, onun 

istəyini dəqiqliklə yerinə yetirən şüşəüfürən usta ilə birgə yaradır. 

Əl və üfürmə üsulu ilə hazırlanmış hut şüşəsini qaynar vəziyyətdə uzat-

maq, əzmək, yapmaq, kəsmək və ona başqa yapma detallar da bərkitmək 

mümkündür. 



 

. İşıq şüşə üzərinə düşərkən o sanki canlanır. Şüşə ilə işləyən rəssamın 



Hut şüşəsi 

 

— Hut” (alman sözü) şüşəüfürmə 

emalatxanası” deməkdir. 

Hut  alətləri:  şüşəüfürən  boru,  qaynar  şüşəni 



kəsmək  üçün  qayçılar,  kəlbətinlər,  maqqaşlar, 

şüşəyə forma verən yayma alətləri.

Yaradıcı fəaliyyət. 

Müxtəlif formalı şüşə məmulatı çək. 

Bu, fiqur və ya qab ola bilər. Onlardan tək və ya ümumi 

kompozisiyada — ansambl yarada bilərsən. Məmulatın bə-

dii şüşədən olduğunu rənglərlə göstərməyə çalış və deko-

runa xüsusi diqqət yetir. 

Akvarel


Flomasterlər

Pastel tabaşirlər

5ç/v(80səhifə)70 100 1/16 (130 202)

×

×



Rəng, forma və dekor

Hut şüşə nümunələri

Çexiya və Slovakiya ölkələrində şüşə — milli ənənələrin simvolu sayılır.

Bu, maraqlıdır 

Şüşə məmulatı yaradarkən rəssam hansı mərhələlərdən keçir?

Keramika və şüşə məmulatlarının rəng, forma və dekorunda hansı ox-

şarlıq var? 



Çap üçün deyil


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə