Elektron resurslar Məlumatın ardı



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix14.05.2018
ölçüsü0,83 Mb.
#44139
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   32

HEYKƏLTƏRAŞLIQ

Heykəltəraşlıqda,  adətən,  möhkəm  materiallardan  istifadə  olunur   

(daş, mərmər, qranit, ağac, metal, bəzən də gil, terrakota, mayolika, 

fayans).  Heykəltəraşlığın  əsas  obyekti  —  insandır,  nadir  hallarda 

heyvan  və  ya  əşyalar  da  təsvir  olunur.  Dairəvi    heykəl  həcmlidir  və 

seyrçi kimi məkanda mövcuddur. Onun ətrafına dolanaraq hər tərəfdən 

baxmaq olar və o, hər dəfə müxtəlif cür görünəcək. Relyef təsvir isə 

müstəvi üzərində yaradılır, qabarıq və ya oyuq olur. 

Heykəltəraş  İbrahim  İsmayıl  oğlu  Zeynalovun  (1934-2008) 

yaratdığı monumental heykəl, büst-portret əsərləri dövrünün dəyərli 

əsərlərindəndir.  20-ci  əsrin  ikinci  yarısından  onun  yaradıcılığında 

tarixi  şəxsiyyətlər  —  Ə.Naxçıvani,  İ.Nəsimi,  Ş.İ.Xətai,  M.F.Axun-

dzadə,  M.Ə.Sabir,  N.Nərimanov  və  H.  Z.Tağıyevin  obrazları  hey-

kəltəraşlıq  mədəniyyətimizin  incisi  hesab  olunur.  Bu  əsərlər  forma 

plastikliyi, milli koloriti ilə seçilir.  

Orta  əsr  filosof-şairi  İ.Nəsiminin  obrazında  dalğınlıq  və  sakitlik 

yalnız zahiri görünüşdür: əllərini arxasında çarpazlayıb, qamətini məğ-

rurcasına dikəltmiş şairin duruşu,  uzaqlara dikilmiş düşüncəli baxış-

ları onun alicənab daxili aləmindən, möhkəm iradəsindən xəbər verir. 

Sakit əzəmətə və təmkinli qətiyyətə malik insan obrazından bəhs edir. 

Tuncdan  hazırlanmış  bu  abidənin  materialı  şairin  iradəsi  kimi  möh-

kəmlik  simvoludur.

Ekspozisiya 4

PLAKAT

— 

 



Qrafikanın  əsas  sahələrindən  biri  olan  plakat 

mətnlə  müşayiət 

olunan, yığcam, nəzəri ilk baxışdan cəlb edən, böyük formatlı təsvirdir. 

Plakat,  əsasən,  məlumat  və  ya  təbliğat  xarakteri  daşıyır.  Obrazın 

ifadəliliyi,  hamının  başa  düşəcəyi  simvollar,  kontur  və  ya  siluetlə 

çəkilən təsvirlərdəki mətn — plakatın əsas əlamətləridir. Böyük rəng 

ləkələri,  kontrast  rəng  çalarları  plakatın  dekorativ  və  emosional 

xüsusiyyətidir. Rəngin özü bəzən mövzunun simvoluna çevrilir. 

Azərbaycan  sənətkarları  da  yaşadıqları  dövrün  hadisələrini  təsvir 

edən  plakatlar yaratmışlar. Rəssam Elmira Şahtaxtinskayanın plakat 

sahəsində yaratdığı əsərlər ölkəmizin tarixi salnaməsidir. Tariximizi, 

mədəniyyətimizi  əks  etdirən  plakat  silsiləsində  rəssam  ölkəsinin 

obrazını yaratmağa nail olmuşdur. 

Ekspozisiya 3



Plakat

  (almanca  “plakat”,  fransızca  “placard”  —  elan,  afişa.  “Plaquer” 

sözündən götürülüb — yapışdırmaq  mənasında işlənir) — İngiltərə və ABŞ 

da “poster”, Fransada “affich”– afişa adlanır.  



Qobustan

Əcəmi Naxçıvani

Şah İsmayıl Xətai

Soltan Məhəmməd

61

60



İ.Nəsimi abidəsinin əsas fərqli əlamətləri haqqında danış.

Dairəvi və relyefli heykəlin fərqi nədir?

Plakat  nədir?

Plakatın miniatürdən fərqi nədir?

DEKOR — İNSAN, CƏMİYYƏT, ZAMAN

  Ə.Naxçıvani (relyef)

 İ.Nəsimi

Memar M.A.Hüseynov

“Azərbaycan  —  qədim  mədəniyyətin  mər-

kəzidir” — silsilə plakatları Qobustan qayaüstü ya-

zılarını əks etdirən plakatdan başlayır.  

Əcəmi  Naxçıvani,  Nəsirəddin  Tusi,  Urməvi, 

Bəhmənyar,  Nizami Gəncəvi, Məhəmməd Füzuli, 

Səməd Vurğun, Üzeyir Hacıbəyli, Sultan Məhəm-

məd və digərlərinin portret-plakatları — müxtəlif 

dövrlərdə  yaşayıb-yaratmış  tarixi  şəxsiyyətlərin 

obrazı  —  plakat  sənətinin  tükənməz  imkanlara 

malik olduğunu göstərir.

Çap üçün deyil



MEMARLIQ

Memarlıq — inşa etmək incəsənətidir. Memarlıq əsərləri — binalar, 

memarlıq ansamblları, həm də açıq məkanı qaydaya salan tikililərdir 

(monumentlər, sahilyanı tikililər). Memarlıq — zamanın, xalqın tarixi 

salnaməsidir. 

10  –  12-ci  yüzilliklərdə  yaşayıb-yaratmış  bir  çox Azərbaycan  me-

marlarının adları müxtəlif tikililərin daş kitabə və plitələrində deko-

rativ  bəzək  formasında  bizə  miras  qalmışdır.  Azərbaycan  memarlıq 

tarixində ən qədim abidələrdən biri də Bakı şəhərindəki Qız qalasıdır. 

Qız qalası memar Məsud ibn Davudun  adı ilə bağlıdır. Qalanın daş kita-

bəsində onun adı həkk olunmuşdur: “Məsud ibn Davud qübbəsi”. 

Memarlıq incisi — Qız qalası nəhəng qaya üzərində ucalır. Qədimliyi 

ilə seçilən bu abidə səkkizmərtəbəlidir, iki hissədən — dairə və dəniz tə-

rəfə  uzanmış  uzunsov  formadan  ibarətdir. Tikili  üzərindəki  zolaqlar 

sanki qalaya sarınan zaman qatlarıdır.  

Ekspozisiya 5 



Qız qalasının divarına 

həkk edilmiş kitabə 

(fraqment)

Memar-tədqiqatçı 

D.A.Axundovun 

rəsmi. 

Qız qalasının  

görüntüləri  

(fraqment)

Tikilinin planı 

(yuxarıdan 

görünüş)

62

Qalanın əsas dekor elementlərini söyləyin. 



Azərbaycanda hansı tikililər qala adlanır?

http://www.azerbaijans.com/content_179_az.html

Rəssamların yaradıcılığı haqqında əlavə məlumat topla və 

təqdim et. 



Çap üçün deyil


MÜASİR 

DEKORATİV-TƏTBİQİ

SƏNƏT 

Müasir dekorativ-tətbiqi sənət əsərlərinə kerami-



ka, bədii şüşə, metal, qobelen, batik və digərləri 

aiddir. Onlar öz rəngarəngliyi ilə xalq sənətindən 

seçilir.

Bu  bölmədə  sən  müasir  sənətdə 

olan yeni materiallar, xüsusiyyətlər 

və incəliklərlə tanış olacaqsan.



Çap üçün deyil


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə