ƏLİ ƏKBƏr artuş VƏ zaur (böyüklər üçün konfliktologiya dərsliyi)



Yüklə 1,44 Mb.
səhifə9/13
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5791
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

3

...Uzun, çox uzun bir qatar. Pəncərədən güc bəla ilə sezilən işıqlar, evlər, komalar. Tamburun divarlarında sidik

izləri var. SV adlanan iki nəfərlik kupedə qabaq-qənşər əyləşib Şotanın hədiyyə etdiyi çaxırı içən Artuşla Zaur,

qaranlığı yararaq şütüyən qatarın taqqıltısına qulaq asır, hərdən qısa dialoqlarla sükutu pozurdular.

Yolda, xüsusən də qatarda edilən söhbətlər daha məhrəm olur. Səbəbi də yəqin ki, insanların yol gedərkən

zamandan kənarda olmaları, nisbilik nəzəriyyəsinin ayrı bir substansiyasına keçmələridir. A nöqtəsindən B

nöqtəsinə hərəkət edən subyektin, yol boyu nə ilə məşğul olması riyaziyyat kitablarında yazılmır. Deməli bunun

heç bir əhəmiyyəti yoxdur. Eləcə də Tiflisdən Potiyə hərəkət edən sevgililər üçün hara getməyin bir o qədər də

əhəmiyyəti yox idi. Təki bir-birlərinin yanında olsunlar, bu bərabərlik anlarını maksimuma çatdırsınlar.

Onlar səyahət etməyi çox sevirlər. Bu həvəs tənha qalmaq, rahat sevişə bilmək ehtiyacından ziyadə, itirilmiş

vaxtı axtarıb tapmaq, özlərindən qaçmaq arzusundan irəli gəlir.

- Artuş səndən bir söz soruşum. Çoxdandır bu sualı vermək istəyirəm, amma nə üçünsə həmişə yadımdan çıxır.

Artuş şərabı başına çəkib boşaltdı. Qaşlarının altından Zaura baxıb:

- Görəsən nədir səni bu qədər maraqlandıran? – soruşdu.

- Ermənistan...

Artuş qaşlarını qaldırıb nırçıldadı:

- Səni başa düşürəm...

- Mırtdaşmaq lazım deyil. Daha doğrusu, Ermənistanda homoseksuallara münasibət.

- Onlara münasibətin pis olduğunu axı sən yaxşı bilirsən? – Artuş təəccübünü gizlədə bilmədi.

66

- Haqlısan, bilirəm. Amma bu pis münasibət özünü necə, hansı formalarda biruzə verir?



Zaur hər ikisinə də şərab süzdükdən sonra, öz plastik stəkanını götürüb çarpayının baş tərəfinə söykətdiyi

yastığa yaslandı. Şərab ikisini də əməllicə tutmuşdu, kefləri açılmışdı.

- Hansı formada?.. Nə deyə bilərəm axı?.. Bunun müxtəlif təzahürləri var.

- Məsələn sizin müzəffər ordunuzda geylər var? – dedi Zaur istehza ilə. Onun səsindəki sarkazmı duyan Artuş

gülümsədi.

- Bizim ordumuzla işin olmasın. Hər halda o boyda torpağı işğal edib.

Zaur gözlərini yumub şərabın tamını daha yaxşı duymaq üçün ağzını marçıldatdı.

- Sizin ordunuz yox, Rusiyanın ordusu işğal edib. Amma yenə də işğal faktı ilə razılaşdığın üçün sağ ol.

Artuş qəfildən ayağa sıçrayıb, Zaurun yanına oturdu. Zaur diksinib gözlərini açdı.

- Nə oldu?

Artuş əlini, Zaurun cins şalvarının altından qabaran təpəciyinin üstünə qoyub, xəfifdən ovmağa başladı.

- Sən düzələn deyilsən. Hər bir azərbaycanlı kimi, Ermənistanın sizi məğlub etməsi faktı səni də cinləndirir.

Çarəni, qələbəni Rusiyanın ayağına yazmaqda tapırsan – dedi və əyilib Zauru dodaqlarından öpdü.

Zaur şərabını masanın üstünə qoydu, Artuşu boynundan tutub özünə sarı dartdı.

- Elə sən də düzələn deyilsən, daşnak köpək oğlu.

- Söyüş söymə, barbar türk... Ahh...

- Mmmm... İşığı söndürək?

- Dayan... dayan... Hələ tezdir. – Artuş sevgilisinin dodaqlarından qopub masanın üstündən şərabını götürdü və

öz yerinə qayıtdı – altı saatlıq yol gedirik, sənsə dözə bilmirsən. Potidə rahat yatağımızı qoyub, bu darısqal kupedə

niyə sevişirik?

Zaur şərabını götürüb bir nəfəsə içdi və xumar gözlərini süzüb Artuşa baxdı.

- Şota axır ki, peyda oldu...

- Hə. Xahişimizi də yerə salmadı. Heç gözləməzdim ondan...

- Elə mən də.

Artuş yerini rahlayıb soruşdu:

- Səncə hamamda baş verənlərdən hələ də xəcalət çəkir? Fikir verdinsə, vağzalda başını aşağı salmışdı. Onun

komplekslərini başa düşə bilmirəm.

- Xəcalət çəkirsə, deməli axmaqdır. Gürcü knyazlığı damarı tutub yəqin. Özü də söhbəti fırlatma. Bayaq

səndən nə soruşdum?

- Nə?


- Ermənistan ordusunda mavilərin vəziyyətini. Yadından çıxıb?

Artuş gözlərini qıyıb pəncərəyə baxdı. Bir az fikirləşib dedi:

- Bu barədə çox şey danışmaq olar. Məsələn, başlayaq elə çağırışdan. Çağırışçı tibbi yoxlanış zamanı boynuna

alsa ki, “mən homoseksualam”, həkimlər bunu dərhal komissiya sədrinə və hərbi komissara çatdıracaqlar. Ondan

sonrası da ki... Allah göstərməsin.

- Nə olur ondan sonra?

- Oğlanı hərbi komissarlığın bütün otaqlarında gəzdirib hamıya göstərirlər. Çağırışçıların qarşısında rüsvay

edirlər, təhqir edirlər. Axırda da “homoseksualizm” diaqnozu qoyub ruhi xəstəxanaya göndərirlər. Hərbi komissar

da valideynlərinə, iş yerinə ya da oxuduğu universitetə xəbər ötürür.

Zaur gözlərini bərəldib Artuşa qulaq asırdı. Eşitdiklərinə inana bilmirdi. Dəhşətə qapılmışdı.

- Sən nə danışırsan? Axı bu insana qarşı ən böyük təhqirdir!

- Əlbəttə təhqirdir. Bəs mən nə deyirəm? Mənim gey tanışlarım vardı - Mamikon Ovsepyan və Misak

Köçəryan. Sənə danışdıqlarım onların da başına gəlib. Hərbi komissar Misakın oxuduğu universitetə car çəkdi ki,

“bu tələbə mavidir”. Komissarlığın həkimləri isə, ona “homoseksual” diaqnozu qoyub xəstəxanaya göndərdilər.

Orada da təhlilsiz, müayinəsiz bu diaqnozu təsdiq edib, onu stasionar yox, ambulator müalicəyə aldılar.

Xəstəxanada işinə yazdılar ki, bu adamın “cinsi perverziyası” var. Axırda da hərbi biletinə lazımi qrafanı əlavə

elədikdən sonra, əsgərlikdən azad etdilər. İndiyə qədər psixi dispanserdə qeydiyyatdadır.

Zaur alnını ovuşdura-ovuşdura dedi:

- Axı bu mümkün deyil! 1991-ci ildə Dünya səhiyyə təşkilatı birmənalı olaraq homoseksuallığı beynəlxalq

xəstəliklər klasifikasiyasından çıxarıb. Bu təşkilatın üzvü olan Ermənistanın bundan xəbəri yoxdur?

- Bəlkə də var, amma erməni səhiyyəsi dünya səhiyyəsindən xeyli fərqlənir.

- Bəs xəstəxanada ona neynirlər? Homoseksuallıqdan müalicə olunur?

Verdiyi sualdan Zaurun özünü gülmək tutdu. Artuş isə sifətindəki ciddi ifadəni qorumağa davam edərək dedi:

67

- Nə müalicə? Həkimlər belə çağırışçılar barədə müdafiə nazirliyindən şifahi əmr alıblar – nə istəyirsiniz eləyin



amma geyləri orduya buraxmayın. Həqiqətən də ordu sıralarına düşən homoseksual, öz komandiri üçün baş

ağrısıdır. Onu vurub öldürsələr, kim cavabdeh olacaq?

- Bəs orientasiyanı gizlətsən?

- Tutaq ki, gizlədə bildin. Bəs mülkidə bunu bilənlər varsa?

- Onda nə olur?

- Necə yəni nə olur? Bayırdan hərbi hissəyə xəbər çatdırırlar - bax bu olur! Ondan sonra da təhqirlər, alçaltmalar

başlayır. Onu vəhşicəsinə döyürlər, əsgərlər onunla bir yeməkxanada yemək yeməkdən imtina edir. Bir dəfə əsgərlər

üsyan qaldırmışdılar ki, hissədə bir nəfər mavi var, gərək yeməkxanadakı bütün qab-qaçaq dəyişdirilsin. Yaxşısı budur

özün etiraf edəsən. Onda bəlkə döyməzlər, amma yenə də təhqir edəcəklər. Yeməkxanaya qoymurlar, naryada həmişə

onu göndərirlər. Qab yumaqdan başqa, bütün qara işlər ona verilir.

Artuşu dəhşətlə dinləyən Zaur soruşdu:

- Bəs Qarabağda vəziyyət necədir?

- Qarabağda da həmən şeydir. Hətta orada vəziyyət daha ağırdır. Mavi əsgərləri ətraf kəndlərdəki evlərə

göndərirlər. Onları tez-tez döyür, təhqir edirlər. Döyüləndən sonra, sançasta getmələrinə də icazə verilmir.

- Niyə?

- Bütün hərbi hissələrdə yazılmamış qanun var - geylə bir palatada qalmaq olmaz!



Zaur boşalmış stəkanlara şərab süzdü. Eşitdiklərindən şoka düşmüşdü. Onun şərab süzməyini diqqətlə izləyən

Artuş:


- Bəlkə bələdçiyə deyək çay gətirsin? – soruşdu.

Zaur başını qaldırıb mat-mat Artuşun üzünü yoxladı:

- Dəli olmusan? Çay nədir?

Artuş güldü və dirsəklərini masaya qoyaraq, çənəsini yumruqları ilə tutdu.

- Amma hər şey danışdığım qədər də pis deyil. Hərbi məktəblərin birində, avtoritetlər bir nəfər homoseksual

kursantın qarşısına iki şərt qoymuşdular - ya məktəbdən çıxıb getməli, ya da ki, pul verməli idi. Kursant üç min dollar

verib, özü məktəbdə avtoritetə çevrildi.

Artuş son cümləsini yenicə tamamlamışdı ki, Zaur qəhqəhə pristupuna tutuldu. Kanistri güc bəla ilə masanın

altına qoyub çarpayıya uzandı. Öskürə-öskürə gülür, gözlərindən yaş axırdı. Zaurun bu halını görən Artuş da əvvəl

kəsik-kəsik güldü, sonra özü də qəşş elədi.

- Sən... sən nə... danışırsan? Doğrudan... avtoritet oldu?

Zaur sualı güc bəla ilə verib, daha da bərkdən gülməyə başladı.

- İnanmırsan!? Nəyə istəsən and içərəm! Başladı hərbi məktəbdə meydan sulamağa. Bir gün ayıldı ki, özü

homoseksualları ifşa edib döyməklə məşğuldur.

Zaurun sifəti qıpqırmızı kəsilmişdi. Bir ovucu ilə dizinə vurur, obiri ovucu ilə də öskürəyinin qarşısını almağa

çalışırdı.

Qapı döyüldü. Artuş ayağa qalxdı və səndələyərək qapıya yaxınlaşıb kilidi açdı. Əllərini belində birləşdirmiş

yaşlı bələdçi məzəmmətli baxışlarını gah Artuşun, gah da çarpayıda uğunan Zaurun sifətlərində gəzişdirib dedi:

- Sizin səsinizi mən öz kupemdə eşidirəm. Təsəvvür edin sərnişinlər nələr çəkir. Saatdan xəbəriniz var?

Artuş başını bulayıb qolundakı saata baxdı. Birə beş dəqiqə qalırdı. Zaur birtəhər özünə gəlib, sakitləşdi. Durub

yerində oturdu.

- Dayı qurban olum bağışla bizi. Bütün günah gürcü şərabındadır.

Bələdçi gülümsünüb masanın altındakı yarımçıq kanistrə baxdı.

- Başa düşürəm, gürcü şərabı dünyanın ən gözəl içkisidir. Amma onu da içməyin yeri və təhəri var.

Zaur əlini sinəsi üstə qoyub dedi:

- Söz veririk dayı, özümüzü yaxşı aparacağıq. Amma mənim sizə bir sualım var.

- Buyur oğlum.

- Tiflisdə Corc Buş küçəsi var.

- Var oğlum, düz deyirsən.

- 2008-ci ildə, Amerikada növbəti prezident seçkilərində Buş artıq seçilə bilməyəcək, çünki iki dəfə prezident

olub. Bəs başqası prezident seçiləndə, o küçənin taleyi nə olacaq? Adı yenə də Corc Buş qalacaq, yoxsa o küçəyə

ABŞ-ın təzə prezidentinin adı veriləcək?

Yaşlı bələdçi nifrətlə bir Zaura baxdı, bir Artuşa. Ağzından süd iyi gələn iki uşağın onu dolaması, qoca kişini

yamanca qəzəbləndirmişdi.

- Xahiş edirəm bir az sakit olun – dedi və qapını çırparaq getdi.

- Sən nə yaman şeysən Zaur. İndi o qoca, məğrur gürcü səhərə qədər yata bilməyəcək – Artuş dedi və yerinə

oturub ayaqlarını qabağa uzatdı. – Başım fırlanır. Sən necəsən bəs?

68

Zaur boynunu xırçıldadaraq bir siqaret yandırdı. Artuş başını bulaya-bulaya:



- Gicləmə! İstəyirsən yenə söz eşidək?

- Pox yeyər söz deyər. Mən altı saatlıq yoldan ötrü SV biletini ona görə almışam ki, siqareti tamburda çəkim?

Mən burada çəkmək istəyirəm. Sonra qapını aralayaram, narahat olma. Səndən bir söz də soruşum. Ermənistanda

homoseksuallığa görə maddə var?

- Niyə yoxdu? Ermənistanın cinayət məcəlləsinin 116-cı maddəsi bəs nədir. Düzdü, maddənin özü var amma

heç kimi həbs etmirlər, necə də olmasa Avropa Şurasının üzvüyük. Əşi, bu maddə oldu olmadı, geylərə münasibət

bizdə dəyişməyəcək. Bəlkə iki-üç nəsil sonra.

Zaur siqaretin külünü yerə çırpıb, soruşdu:

- Yandırırsan yandır. Sidik iyi verən tamburda çəkməyəcəksən ki!

Artuş başını bulayaraq razılaşdı:

- Yaxşı, sən deyən olsun. Qaz kamerasına dönəcək indi bura. – siqaretini yandırıb soruşdu, - Bəs Azərbaycanda

necədir vəziyyət?

- Bizdə də 113-cü maddə var. Bu maddəyə görə üç il həbs cəzası almaq olar. Amma gərək kişinin cinsi alətini

bir başqa kişinin anal dəliyinə soxan yerdə tutsunlar. Bu isə asan məsələ deyil. Düzdür, adamı ekspertizaya

göndərə bilərlər, ya da elə şöbədəcə zorla boynuna qoya bilərlər. Azərbaycanda polisə düşən insan, Osventsimdə

yəhudiləri diri-diri yandırdığını da etiraf edə bilər. Hər şeyi pul həll eləyir – mavi olma, nə olursan ol - pulunu ver

çıx get.

Artuş acı-acı gülümsəyib dedi:

- Nə qədər də oxşarıq sizinlə...

- Amma axır vaxtlar Azərbaycanda geylər çox savadlanıblar. ILGA3, BMT, UNESCO, Avropa Şurası kimi

nüfuzlu təşkilatlara müraciətlər yazırlar, şikayətlər ünvanlayırlar. ILGA Avropa Şurasına təzyiqlərini artırır ki, bu

qurum Azərbaycanda homoseksualların hüquqlarını təmin etmək işində aktiv olsun.

Artuş yarı istehzalı, yarı ciddi soruşdu:

- Bir köməyi olur bunun?

- Yox əşi, nə kömək... Amma Ermənistana baxanda, bizdə vəziyyət xeyli yaxşıdı. Heç olmasa orduda əziyyət

vermirlər.

Artuş dərin qullab alıb, başını buladı və tüstünü sifətindən qovaraq dedi:

- Nə isə... Başqalarının problemlərindən çox danışdıq deyəsən. Heç bilmirik bizim axırımız nə olacaq,

camaatın dərdini çəkirik.

Zaur “düz deyirsən” deyib, siqaretini çarpayının altına, dəmirə basaraq söndürdü və masanın üstünə qoydu:

- Tualetə gedəndə ataram.

- Sən doğrudan da barbarsan – pinti, köçəri türk.

- Köçəri olsam da, qatarı sevirəm.

- Bəs gəmini?

- Ömrümdə bir dəfə gəmiyə minmişəm, Türkmənistana gedəndə. Uşaq idim, indi yadımdan çıxıb. Bircə o

yadımdadır ki, anam yol boyu qusurdu.

Artuş da siqaretin kötüyünü ayaqqabısının altında əzərək söndürdü və masanın üstünə, Zaurun kötüyünün

yanına qoydu.

- Mən isə balaca olanda böyük bir şar düzəldib, uzaq ölkələrə uçmaq istəyirdim. Jül Vernin, Dümanın

romanlarını oxuyub, özümü qorxunc macəraların episentrinə düşmüş cəngavər kimi təsəvvür edirdim.

- Artuş!

- Nədir?


- Mən səni sevirəm.

- ...


- Mən səni dünyada hər şeydən və hər kəsdən çox sevirəm.

Qalxıb Artuşun yanına oturdu və yanağını sığalladı. Sonra qucaqlayıb öpdü onu, aralanan dodaqlarından dilini

ağzına saldı. İlıq, şərab qoxuyan ağzının hərarəti onu məst etdi.

Artuşu uzandırdı və köynəyinin düymələrini açaraq hamar, ətirli bədənini, kiçik düymə boyda məmə gilələrini

öpdü. Sonra onu elə bərk sıxdı ki, Artuş ağrıdan zarıdı. “Artuş...”. Bu adın sanki sehrli qüdrəti vardı. Bu adın sehri ilə

real olan hər şey qeyb oldu bir anda. Bu reallıqdan yalnız iki yaşarmış iri erməni gözləri və hər şeyi – qorxunu,

ləzzəti, ehtirası və xoşbəxtliyi əks etdirən iniltilər qalmışdı.

Hər ikisinin qıvraq bədən hərəkətləri, yağışa susamış torpağın imdad çağrılarını xatırladırdı.

3 Beynəlxalq Gey və Lesbiyanlar Assosiasiyası.

69

***

Vadidə, qızılı rəngə boyanmış ağacların əhatəsində yerləşən evin daş eyvanından qəribə bir mənzərə açılır:

xəfif küləyin döyəclədiyi sıldırım qayalar və qayaların üzərində pərvaz edən qartal. Qanadlarını bütöv açmış bu

qartal, elə bil daşdan düzəlmişdi. Qayalar isə sanki kələ-kötür daşların qaba halda bir-birinin üstünə yığılmasından

əmələ gəlmişdi. Dörd bucaq şəklində olan evlər uçurumun düz dibindən şırıltı ilə axan çaya baxırdı. Bura

Gürcüstanın ən dilbər guşələrindən, liman şəhərlərindən biri olan Potinin dağ kəndidir. Artuşla Zaurun qaldıqları

evin içi alaqaranlıqdır, yerə kilimlər döşənib və mütəkkələr düzülüb.

Onlar rahat mütəkkələrin üzərində uzanıb uzaqlara, iki qayanın arasından görünən uca dağa baxırdılar. Zaur

Şotanın onlara hədiyyə etdiyi nəşədən iki qullab alıb, tüstünü ciyərlərinə çəkdi və siqareti Artuşa ötürdü. İkisinin

də gicgahı buz kimi soyumuşdu, ürəkləri tez-tez döyünür, sinələrində sərinlik hiss edirdilər. Zəif külək də nəşənin

qoxusunu ətrafa yayırdı.

İki yüz metr irəlidə, kənd yolu ilə sifətlərindən gərginlik və yorğunluq yağan qadınlar və uşaqlar keçirdilər.

Əllərində torbalar və səbətlər var idi. Onlar çox qiymətli yüklərini bir xəzinə sandığı kimi əllərində bərk-bərk tutub

daşıyırdılar.

Zaur burnunu qaşıyıb:

- Maraqlıdır, görəsən hardan gəlirlər? – soruşdu.

Artuş kəndlilərə baxıb xəyala daldı və birdən başını tez-tez bulayıb dedi:

- Bilirəm. Onlar müharibəyə gedir.

- Bəlkə qayıdırlar?

- Nə dəxli var? Mən gedirlər deyirəm, sən isə qayıdırlar deyirsən. Deməli sənin məqsədin mənimlə mübahisə

etməkdir. Mənimlə mübahisə etmək üçün seçdiyin vaxt və yer çox mənasızdır. Ümumiyyətlə niyə mübahisə

etməlisən axı?

Zaur üşüdüyün hiss edib ədyalı xəfifcə dizlərinə doğru çəkdi. Bir müddət səssiz və xoşbəxt halda uzanıb

kəndlilərə baxdı. Sükutu pozan Artuş oldu:

- Biz bura niyə gəldik Zaur?

- Sən çox danışırsan, amma yenə də sualına cavab verəcəyəm. Mənim məqsədim səninlə mübahisə etmək

deyil, bura da ona görə gəlməmişik. Sən bura niyə gəlmişik sualını verəndə, məqsədin mənə söz atmaq, məni

sancmaq idi. Guya mən səni bura gətirmişəm ki, səninlə mübahisə edim. Halbuki mənim məqsədim bu deyil. Səninlə

mübahisə etmək istəsəydim Tiflisdə edərdim, daha Potiyə niyə gəlirdik? Biz bura bax beləcə uzanıb,

kəndlilərə baxmağa gəlmişik.

Artuş yerdəki kulyokdan bir banan götürüb soydu və iştahla çeynəməyə başladı. Zaur danışır, danışdıqca da səs

tonu aşağı düşürdü. Artuş bananı yeyib qurtaranda, onun səsi artıq eşidilmirdi. Zaurun iri açılmış gözlərində boşluq

vardı və bu gözlər uzaqlara, çox uzaqlara dikilmişdi. Artuş banan qabığını pəncərədən həyətə vızıldatdı və

ikincisini soydu.

- Zaur hesab edirəm ki, sən banan yesən uzaqda görmək istədiyin hər nədirsə, daha yaxşı görərsən. Banan insanın

görmə qabiliyyətini qüvvətləndirir. Ona görə bütün peyğəmbərlər banan yeyərdilər.

Zaur göydə süzən və heykəl kimi donub qalan qartalı gözləri ilə göstərib düz, monoton səsi ilə soruşdu:

- Qartallar da banan yeyir?

- Qartalın işi gücü yoxdur banan yesin?

- Bəs onda nə üçün onlar da çox yaxşı görürlər? Uzaqdan nöqtə boyda siçanı görüb üstünə şığıyırlar.

Artuş bananı Zaurun yarıaçıq ağzına uzatdı. Zaur meyvədən bir dişləm alıb ağır-ağır çeynədi. Bir yandan da

mülahizələrinə davam edirdi:

- Sən mənim sualıma cavab vermədin, amma mənim yadımdadır ki, mən sənə bir sual verdim. Qartallar banan

yedikləri üçün, belə yaxşı görürlər uzağı?

Artuş da qartala baxıb dedi:

- Ola bilsin ki, yeyirlər. Afrikadakı qartallar yüz faiz yeyir.

- Niyə?


- Afrikada banandan başqa heç nə yoxdur axı.

Zaur vəhşi kimi gülməyə başladı. Ağzı açılmış, çənəsi gərilmiş, rəngi isə qızarmışdı. Bir yandan da sağ əli ilə

sinəsini ovuşdururdu. Kənardan baxan onun şok keçirdiyini, ya da iflic olduğunu düşünə bilərdi. Təxminən yarım

dəqiqəyə yaxın bir müddət bu vəziyyətdəcə donub qaldı. Handan-hana özünə __________gəlib qırıq-qırıq “xa-xa-xa”larla

güldü. Sonra qəfildən susub dedi:

- Ermənilər də banan yeyir.

Artuş etiraz etmədi:

70

- Bəli, yeyirlər.



- Ona görə də qartal kimi uzaqgörəndilər.

Bu mülahizə Artuşun xoşuna gəldi:

- Ermənilərə qartal dediyin üçün çox sağ ol əzizim.

- Xeyr, qartal zad demirəm ermənilərə. Uzaqgörən deyirəm. Sizin xalq uzaqgörən deyilmi?

- Bəli, uzaqgörəndir. Hardan bildin?

Zaur bir daha ürəkdən gülüb dedi:

- Ermənilər o qədər uzaqgörən xalqdır ki, Bakıdan da oldular, Qarabağı da adam kimi özlərininki edə

bilmədilər. Nə üçün belə oldu? Acgözlükdən. Qarabağ söhbəti olmasaydı, indi Bakının ən gözəl yerlərində yaşayır,

neft biznesini idarə edirdilər.

Artuş laqeyd ifadə ilə banandan bir dişlək də alıb dedi:

- Mənə nə var, kim nə itirib? Mənə neft lazım deyil. Mənə Bakı da lazım deyil. Mənə Yerevan da lazım deyil.

Bu göydə süzən qartal da lazım deyil.

Zaur qalxıb oturdu və qollarını açaraq onları əsdirə-əsdirə qışqırdı:

- Bəs sənə nə lazımdı?

Artuş da oturdu və yarımçıq bananı silkələyə-silkələyə ucadan dedi:

- Sən! Mənə sən lazımsan!

- Mən cansız əşya zadam sənə lazım olum? Mən soruşmadım ki, “sənə kim lazımdır”? Mən soruşdum “sənə nə

lazımdır”! Məgər mən “nə” sualının cavabı ola bilərəm? Sən demək istəyirsən ki, mən insan deyiləm!?

Artuş cavab vermək yerinə, Zaurun isti nəfəsini duyacaq qədər ona yaxınlaşdı, parlayan gözlərinin içinə baxdı.

Sonra onu qucaqladı və Artuşa elə gəldi ki, onu ömründə ilk dəfə idi ki, bağrına basırdı. Zaurun əzələli bədəni,

yumşaq və ətirli dərisi var idi, dodaqları arasından görünən dişləri isə ağ mirvari dənələri kimi parlayırdı. Zaur teztez

gözlərini qırpdı. Onun uzun və zərif kirpikləri Artuşun yanağıma dəyirdi, aqressiyası bir anda yox olmuş və

gözlərində nəvaziş dolu bir baxış yaranmışdı.

Çənəsini ovucunun içinə alıb başını qaldırdı. Yumşaq sifətinə, nəmli susamış dodaqlarına və yarı bağlı

kirpiklərinin ardındakı xülyalı gözlərinə baxdı.

- Sən olmasaydın Zaur, görəsən yaşamağın bir mənası qalardımı?

***

Artuş tavadan qayğanağı götürüb boşqablara qoya-qoya:



- Səhər SMS yazıb ki, gün ortadan sonra ordayam, – dedi və qəfədanın altını söndürüb mətbəxin qapısına

yaxınlaşdı, - Eşidirsən?

Yerə səpələnmiş mütəkkələri səliqə ilə divarlara söykəyən Zaur, arxaya baxmadan soruşdu:

- Maşınla gəlirlər?

- Əlbəttə, o boyda adamı avtobusda gətirəsi deyil ha.

Zaur əllərini yana aralayıb dedi:

- Gəlirlər xoş gəlirlər.

- Bəsdir yastıqlarla oynadın, gəl mənə kömək elə.

Zaur axırıncı mütəkkəni də yerinə qoyduqdan və sürüşmüş xalını düzəltdikdən sonra mətbəxə keçdi.

Şota SMS-i səhər saat səkkizə işləmiş yazmış və təxminən saat birdə Potidə olacaqlarını xəbər vermişdi. Hər

şey qabaqcadan, hələ Potiyə yola düşməzdən əvvəl Tiflisdə danışılmış və razılaşdırılmışdı. Şota, ondan kömək

istəyən gənclərin çılğın planını eşidəndə bir az çaşsa da, özünü o dəqiqə ələ almış və kömək etməyə söz vermişdi.

Tiflis vağzalındakı kafedə Şota, üzünü gənclərə tutaraq “İstər heteroseksual, istərsə də homoseksual məhəbbət

- həyata qarşı işlənilən ən gözəl, ən şirin günahdır” demişdi. “Məndən bu günaha şərik olmağımı istəyirsiniz. Sizə

“yox” deyə bilmərəm. Həqiqətən də bu günahla barışmağın, onu mənimsəməyin - ondan qorxmaqdan, qaçmaqdan

qat-qat şərəfli olduğunu başa düşürəm. Bu günahın üstünə hücumla getmək, onu məğlub etmək və saf sevgini

əbədiləşdirmək lazımdır. Məhəbbəti inkar hər şeydən öncə özünə qarşı haqsızlıq, hörmətsizlik və xəyanətdir”.

Bu gün Şota, sözünü tutaraq, Gürcüstanın birinci ledisi Sandra Rulovsun yaxın və etibarlı adamı, bir növ

mənəvi atası hollandalı keşiş Klaas Xendrikse ilə birlikdə Potiyə gəlirdi. Gəlirdi ki, illər uzunu acı çəkən, ayrılığın

dözülməz sancısını qəlblərində duyan və müharibəyə rəğmən görüşmək ümidini bir an olsun itirməyən, ruhdan

düşməyən və əslində evli olub olmamağa bir o qədər də əhəmiyyət verməyən, lakin bunu etmək mümkündürsə,

fürsəti əldən buraxmaq istəməyən Artuşla Zaurun xahişini yerinə yetirsin.

Latent homoseksualların məskəni olan Cənubi Qafqazda bu nikah, ilk gey nikahı olacaqdı. Bu nikah gənclərə

hava, su kimi lazım idi. Bunu Tiflisdə görüşdükdən üç gün sonra başa düşmüşdülər. Bu ağlasığmaz addımı

atmaqla, bəlkə də onlar nikahlarının qıyıldığı günü, 18 Noyabrı nəinki Cənubi Qafqazda, hətta bütün dünyada

71

homoseksualların əlamətdar tarixinə, geylərin Valentin bayramına, daha doğrusu “Klaas Xendrikse gününə”



çevirirdilər.

Artuş təndir çörəyini qayğanağa batıraraq soruşdu:

- Azərbaycanda heç evlənməyə cəhd edənlər olub?

Zaur çayındakı şəkəri qarışdıra-qarışdıra:

- Mən bilən ancaq bir dənə cütlük olub – dedi.

Verdiyi suala əslində müsbət cavab gözləməyən Artuş, gözlərini maraqla bərəldib soruşdu:

- Nə danışırsan? Tanıyırdın onları?

- Yox əşi, mən onları hardan tanıya bilərəm? İkisi də neft sektorunda, BP-də işləyirlər. Mətbuat onlar barədə

xeyli yazdı. Adları Eldar və Mansurdur. Artıq neçə ildir evli cütlük kimi, bir evdə yaşayırlar. Evlənmək müraciəti

ilə köhnə Oktyabr, indiki Yasamal rayonunun VVAQ-ına müraciət etmişdilər.

- VVAQ onlara nə cavab verdi?

- Əlbəttə rədd cavabı. İndi də Azərbaycandakı bütün məhkəmə instansiyalarından keçib, sonda Avropa

məhkəməsinə üz tutmaq istəyirlər.

- Çox maraqlıdır... - Artuş pəncərədən küknar budağının üstündə oynayan sərçələrə baxıb, gözləri yol çəkəçəkə:

- Bunun bir xeyri olacaq görəsən? – soruşdu.

- Avropa məhkəməsi bəlkə də onların lehinə qərar verdi. Bu vaxta qədər Avropa məhkəməsi belə bir işə

baxmayıb və baxacağı təqdirdə mənim fikirləşdiyim ola bilər. Belə olan halda da Azərbaycan bu qərarla

hesablaşmağa məcbur olacaq.

Artuş köks ötürdü:

- Görürsən? Yenə də Azərbaycan! Ermənistanda homoseksual evlilik söhbətini dilə gətirsən, o dəqiqə səni

təpikləyə-təpikləyə gəbərdərlər. Lənətə gəlmiş ölkə! Özü də adını xristian qoyub!

Zaur güldü:

- Yaxşı, əsəbiləşmə. Qafqaz elə Qafqazdır – nə xristian, nə müsəlman? Bu qırılmış xalqların heç biri adam

deyil, olmayacaq da.



Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə