ƏLİ ƏKBƏr artuş VƏ zaur (böyüklər üçün konfliktologiya dərsliyi)



Yüklə 1,44 Mb.
səhifə7/13
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5791
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   13

3

Axşam saat 18-də, Şota Dodiko adlı şişman qohumunun sürdüyü Nissan Sunny markalı avtomobildə, ATA

Otelinin qabağında Zaurla Artuşu gözləyirdi. Cüssəli, pəzəvəng Dodiko havanın soyuq olmasına baxmayaraq

bolluca tərləyir, Şotaya giley eləyirdi.

- Harda qaldı bunlar? On beş dəqiqədi gözləyirik. Məclis başlayır axı.

- İndi gələrlər də, doğursan bəyəm? Toya gedirlər axı, gərək bəzənsinlər.

Siqaretin filtrini çeynəyə-çeynəyə sümürən Dodiko, gözlərini qıyıb:

- Qız zaddılar bəzənirlər? – soruşdu.

- Elə qız kimi şeydilər.

Dodiko gözlənilməyən cavabın təsirindən öskürüb, gözlərinin yaşını sildi.

- Necə yəni? Petuxdular?

Şota güldü.

- Özün görüb qərar verərsən. Əslində oxşamırlar, amma qəribə nəsə var aralarında. Şübhələnirəm.

Dodikoya bic-bic baxıb əlavə etdi:

52

- Erməni ilə azərbaycanlını başqa nə birləşdirə bilər? Onların bu mehribanlığına, səmimiyyətinə başqa məna



vermək olmur.

Heç üç dəqiqə keçməmiş qapıda göründülər. Əvvəl Zaur çıxdı. Başını qaldırıb göy üzünə baxdı, havanın açıq

olduğunu görüb məmnunluqla gülümsədi. Ardından Artuş çıxdı küçəyə. Nə barədəsə astadan danışa-danışa,

maşına tərəf addımladılar. Şota maşından düşüb onları qarşıladı. Qucaqlaşıb öpüşdülər.

- Gürcü toyuna hazırsınız dostlar?

Zaur gərnəşib sinəsinə bir yumruq vurdu:

- Nədir ki? Gürcü toyuna xüsusi hazırlıq tələb olunur?

Şota gülə-gülə arxa qapını açıb dedi:

- İndi gedərik görərsiniz. Görürəm çox özünüzdən arxayın danışırsınız. Gürcü toyu nə erməni, nə də

azərbaycanlı toylarına oxşamır.

Qapını bağladıqdan sonra Şota qabaqdakı yerini aldı və maşın hərəkətə keçən kimi, Artuşla Zaura qohumunu

təqdim etdi.

- Tanış olun dostlar - qohumum Dodiko. Özü də keçən il ailə qurub. Çox unikal adamdır – otuz yaşı var, amma

indiyə qədər nə Ermənistanda olub, nə də Azərbaycanda. Amma Rusiyanı demək olar ki, başdan sona gəzib, görüb.

Zaur:

- Çox şad oldum. Mənim də adım Zaurdur. Bakıdanam, - dedi.



- Mən də Artuşam. Tanış olmağıma şad oldum.

Dodiko sümürdüyü siqareti pəncərədən bayıra vıyıldadıb dedi:

- Şota haqqınızda çox bəhs edib mənə. Hələ siz Tiflisə gəlməzdən əvvəl, Bakıdan və Yerevandan dostlarının

gələcəyini deyirdi.

- Sağ olsun Şota, gürcü qonaqpərvərliyini nümayiş etdirmək üçün həmişə səbirsizlənir, - Zaur bunu deyib

Artuşa baxdı. Artuş isə maşında gedən söhbətlərə laqeydcə qulaq asa-asa, pəncərədən bayıra baxırdı.

Dodiko:

- Şota sizin maraqlı hekayənizi də danışıb mənə. İkiniz də əslində Bakılı imişsiniz. Artuş müharibə başlayanda



Yerevana köçüb, sonra siz uzun illərdən sonra, üç gün əvvəl burada, Tiflisdə görüşübsünüz.

Artuş gözlərini pəncərədən ayırıb qabaqda oturan Şotanın profilinə baxdı və çətinliklə sezilən istehza ilə əlavə

elədi:

- Tiflis ayrılanları qovuşduran, münaqişə xalqları arasında sülh körpüləri salan bir şəhərdir.



Tipik gürcü olan Dodiko, Artuşun bu sözlərindən qürrələnərək sevincək dedi:

- Düz buyurursunuz. Münaqişəyə qədər Azərbaycanda, ya da Ermənistanda qonşu olan, dostluq edən

azərbaycanlılarla ermənilər burada, Tiflisdə vaxtaşırı görüşüb, ötən günləri yad edirlər.

- Və bu müharibənin baiskarı olan siyasətçilərə lənətlər edib, söyürlər.

Bu sözləri Zaur dedi. Bu dəfə istehzası açıq-aşkar hiss olunurdu. Bayaqdan susan Şota, dönüb arxaya baxdı.

- Sənin sözlərindən belə çıxır ki, siyasətçilərin bizim münaqişələrdə heç bir rolu olmayıb. Mən sənin mövqeyini

bilirəm - bütün məsuliyyəti xalqların üzərinə yükləyirsən. Amma xalq özü nədir, ya da kimdir axı? Qoyun sürüsü

deyilmi? Sürüyə haranı istiqamət göstərsən, itaətkarlıqla ora da üz tutacaq. Kütlə hər yerdə kütlədir əzizim.

Zaur mübahisənin yersiz olduğunu düşünərək susur, cavab vermirdi. Onsuzda hər kəs öz mövqeyində

qalacaqdı. Amma Artuş söhbətə qatıldı.

- Hər ikinizlə də qismən razıyam. Bu o deməkdir ki, hər ikisində də günah var – kütlədə də, siyasətçilərdə də.

İnsana çox şey demək, onu qızışdırmaq olar. Səni öz qardaşına, atana qarşı qızışdırsalar, bunun bir xeyri olar?

Məncə yox. Çünki sən qardaşını, atanı hər kəsdən daha yaxşı tanıyırsan. Amma siyasətçilər iki xalqı bir-birlərinin

üstünə elə fısqırtdılar ki, indiyə qədər bizə aşılanan nifrətdən qurtula bilmirik. Doğulan andan hər bir erməni türkə

düşmən olmalıdır. Hər bir azərbaycanlı körpəyə də erməninin düşmən olduğu öyrədilir. Biri deyir hələ mən Bakını,

Naxçıvanı da almalıyam, obiri isə Sevan gölünün, İrəvan xanlığının həsrətini çəkir. Və bu məsələlərdə xalq da,

siyasətçilər də çiyin-çiyinə hərəkət edirlər, həmrəylik nümayiş etdirirlər.

Dodiko:


- Çox gözəl danışırsan, - dedi. Müharibəyə qədər mənim də xeyli abxaz dostum vardı. Qardaş kimi yaşayırdıq.

İndi isə görüşmək üçün ən yaxşı halda gərək sərhəddə gedim. Ona da çox vaxt icazə vermirlər.

Orbeliani küçəsində, Şota qohumunun sözünü kəsib dedi:

- Restorana çatmışıq. Bura Tiflisin ən sanballı restoranlarından biri sayılır. Adı Tamadadır. Toy çox xudmani

olacaq, cəmi 60 adam dəvət olunub. Bəy istəyib ki, həyatının ən unudulmaz anlarını ən yaxın dostları ilə qeyd etsin.

Bu restoranın əla xüsusiyyətlərindən biri də odur ki, burada çaçanın necə hazırlandığını görmək, hətta bu prosesdə

iştirak etmək mümkündür. Milli mətbəxə də ki, söz ola bilməz!

Dodiko, maşını iyirmiyə yaxın avtomobilin park edildiyi meydançada saxlayıb:

- Gürcü toyuna xoş gəlmisiniz - dedi. Getdik.

53

Dördü də maşından düşüb, yaraşıqlı restoranın yamyaşıl bağçasına ayaq basanda, restorandan gürcü zurnasının



səsi gəlirdi.

- Kaxetiyalıların döyüş havası “Mravalyaver”i çalırlar, dedi Şota. Bəy çox milli oğlandı, adət-ənənələrimizə

bağlıdır.

Restoranın qapısından təzəcə ayaq basmışdılar ki, xevsurların “Lilo” rəqs havası çalınmağa başladı. Bir anda

özlərini oynayanların arasında görən Zaur və Artuş çaşıb qalmışdılar. Sərxoş gürcülər onların ətrafında çılğın rəqslər

edir, toz buludu qaldıraraq atlanıb-düşürdülər. Bir ara kimsə Zaurun ayağını tapdaladı, at kimi kişnəyən uzun,

bəmbəyaz paltarlı gəlin isə, əlindəki şərab qədəhini Artuşun gödəkcəsinə boşaltdı və dili topuq vura-vura üzr

istəyərək qaçıb getdi.

Şotanı və yanındakı qonaqları görən sərxoş bəy Artuşla Zauru sinəsinə möhkəmcə sıxıb yanaqlarından öpdü.

- Xoş gəlmisiniz qardaşlar! Şotanın mənə ən böyük hədiyyəsi sizlərsiniz bu gün!

Sonra dönüb şərab içən hündürboy, otuz beş yaşlarında müğənniyə qışqıraraq mahnı sifariş verdi:

- Az iç, köpək uşağı! Mqali Deliya! Ermənistanlı və azərbaycanlı qonaqlarımız üçün xüsusi olaraq!

Zaur sonra öyrəndi ki, Mqali Deliya İveriya dağının mahnısıdır. Mahnı başlayan kimi, hamı transa düşüb,

feyzyab oldu. Gürcülərin müvəqqəti sakitləşməsini fürsət bilən Artuşla Zaur, Şotanın köməyi ilə özlərinə masaların

birində yer tapıb oturdular. Onların masa qonşuları olan gənc qızlar və oğlanlar, dərhal qonaqlara şərab süzdülər,

boşqablarına iri ət tikələri və xinkalilər doldurmağa başladılar. Qıyıqgözlü, hündürboy bir oğlan nə üçünsə xüsusi

canfəşanlıq göstərir, fasiləsiz gülür və yeri gəldi gəlmədi, nəsə istəyib-istəmədiklərini onlardan soruşurdu. Artuş

onun kimliyi ilə maraqlananda məlum oldu ki, qıyıqgöz oğlan, bəyin Qazaxıstanlı dostudur, Moskvada tanış

olublar və bu tanışlığın nəticəsində şərikinə üç obyekt açıb işlədirlər.

- Adım Talqatdır. Karaqanda şəhərindənəm.

- Çox məmnun oldum. Mən də Zaur. Bakıdanam.

- Mənim də adım Artuşdur. Yerevanlıyam. Şad oldum.

- Nə gözəl! Biz də Qazaxıstanda elə bilirik ermənilərlə azərbaycanlılar düşməndir. Sən demə onlar kef eləyir, can

deyib, can eşidirlər.

Zaurun sifəti əyildi. Artuş iki ağız öskürüb zorla gülümsədi. Talqat özü də sərf etdiyi axmaq şərhinə görə

peşman olmuşdu. Mövzunu dəyişmək üçün dedi:

- Bir həftədir Tiflisdəyəm və deyəsən on beş kilo kökəlmişəm.

Zaur ağzında xəncərlə rəqs edən bəyi göstərib soruşdu:

- Bəy deyəsən çox qonaqpərvərdir?

Talqat şərab qədəhini başına çəkib dedi:

- Qonaqpərvərlik də sözdür!? Siz nə danışırsınız! İlk dəfədir Qafqazdayam və bura gələndən sonra başa

düşdüm ki, sən demə mən otuz ildir boş yerə yaşamışam. Mən buradakı mərdliyi, qeyrəti, şərəf və ləyaqəti,

səxavəti heç bir yerdə görməmişəm. Əminəm ki, Ermənistan və Azərbaycanda da vəziyyət eynidir.

Artuş bir anlığa Zaura baxıb təzədən üzünü Talqatın yumru sifətinə çevirdi:

- Elədir. Bütün Qafqaz belə mərd, qonaqpərvər və qeyrətlidir.

Talqat hamıya şərab süzüb ayağa qalxdı və qədəhini qaldırdı:

- Onda içək mərd Qafqazın əbədiliyinə! Yaşasın Qafqaz!

Masadakı hər kəs sağlığa qoşulub ayağa qalxdığına görə, Artuşla Zaur da məcbur olub durdular. Qədəhlər

toqquşdu, Qafqazın abədiliyinə içildi.

Şota yarım saat idi ki, gözdən itmişdi və Zaurla Artuş, sözün əsl mənasında gürcü və qazax qonaqpərvərliyinin

əsirinə çevrilmişdilər. Alazan və Kaxetiya şərabları bir-birini əvəzləyir, kabablar və motal pendirləri mədələrə

ötürülür, bəy və gəlinin gürcü qonaqpərvərliyinin keşiyini çəkən qohumları, dostları erməni, azərbaycanlı və

qazaxa “xoş gəldin” demək üçün yarışırdılar. Hamı bir-bir onların yanına yaxınlaşıb tanış olur, onlar da

məcburiyyət qarşısında hər kəslə qədəh toqquşdururdular.

Birdən çevik gürcülərdən biri, meydançanın ortasına düşərək “Davlur” rəqsini oynamağa başladı. Zaurgilin

masasında oturan gürcülər, hamı bir nəfər kimi ayağa sıçrayaraq meydançaya cumdular. Hardansa arxa tərəfdən

peyda olan Şota, əlini sevgililərin çiyinlərinə qoyaraq onları silkələdi:

- Rəqs etməyəcəksiniz?

Zaur “bircə bu çatışmırdı” fikirləşib, qətiyyətlə dedi:

- Xeyr. Mən rəqs etməyi bacarmıram.

Artuş da etiraz etdi:

- Sən nə danışırsan? Gürcülərin rəqsinə tamaşa etmək, oynamaqdan daha yaxşıdır.

Şota məyus olsa da, bunu biruzə vermədi.

- Talqat, sən də oynamaq istəmirsən?

- Yox qardaş, çox sağ ol. Onsuz da bacarmıram. Özümü niyə biabır eləyim?

54

- Yaxşı. Özünüz bilərsiniz. Mən də gedim yüz ildir görmədiyim qohumlarla vurum. Darıxmazsınız?



Artuş dərhal cavab verdi:

- Yox, yox sən narahat olma. Darıxan deyilik. Hər şey əladır.

Şota razılıqla gülümsədi və yenidən gözdən itdi.

Zaur şərab qədəhini qaldırdı:

- Bizim sağlığımıza! Orta Asiya və Cənubi Qafqaz xalqlarının dostluğu şərəfinə!

Artuş da qədəhini götürüb Zaurunki ilə toqquşdurdu:

- Sağlığımıza!

Talqat da qədəhini qaldırdı və minnətlə dedi:

- Hərçənd ki, Qazaxıstan Orta Asiya sayılmır və biz artıq UEFA-da oynayırıq, mən yenə də deyilən sağlığa

qoşuluram.

...

Dəqiqələr dəqiqələri, saatlar saatları əvəzləyir, toy uzandıqca uzanır, şərab dolçaları ard-arda boşalır, başlar



xumarlanırdı. Masada oturan gürcülərin danışdıqları lətifələri gülməli oldu olmadı uğuna-uğuna dinləyən Zaur,

Artuş və Talqat, əməlli başlı sərxoş olmuşdular. Musiqinin səsi haradansa uzaqlardan gəlirdi. Himnə bənzəyən

mahnı çalınmağa və sərxoş qonaqlar xorla nəsə oxumağa başlayanda, Zaur yanında oturan İrakli adlı gürcüdən

soruşdu:


- Nə oxuyurlar onlar?

- Bu bizim qədim himnimizdir. “Dur, ey kraliça Tamara, Gürcüstan sənin üçün ağlayır!” adlanır.

Zaur, İraklinin cavabına maraqla qulaq asan Artuşa baxıb göz vurdu və qulağına əyilib pıçıldadı:

- Hər gün bir daha əmin oluram ki, bütün qafqazlılar başdan xarabdır.

- Özü də xəstəliymizin müalicəsi yoxdu. Faciə də elə bundadı... Amma sən allah bunu Talqata demə. Gör

bizim haqqımızda necə heyranlıqla danışır.

Gecə saat on ikini keçmişdi. Artuş hallanmışdı, dodaqları da allanmışdı. İçdikcə sanki daha da gözəlləşir, bahar

şehi kimi gümrah olurdu. Gözləri gülür, dodaqları söhbət etməkdən yorulmurdu. Zaur da onun yanında olmaqdan,

ətrini duymaqdan, şən səsini eşitməkdən usanmırdı. Çox xoşbəxt olduğunu, amma xoşbəxtliyinin bir neçə gün

sonra sona yetəcəyini düşündü.

Zaur, beynini bədbin düşüncələr işğal edəndə dərhal Artuşa baxır və bütün əndişələri rahatçılıqla, kədəri isə

sevinclə əvəz olunurdu.

***

Ertəsi gün saat 13.20-də Artuşun qapısı döyüləndə, qazan kimi olmuş başını iki əlli tutub çarpayısından düşdü.



Dama-dama yun köynəyi və cins şalvarı əynində idi. Otelə necə, nə vaxt qayıtdığını, otağına və yatağına necə

girdiyini xatırlamırdı. Qapını açıb Şotanı görəndə başını buladı.

- Haradaydın sən?

Şota bu sual qarşısında çaşıb:

- ...Elə burda – dedi. Gecə oteldə qalmışam.

- Necə yəni, - Artuş yuxulu gözlərini sağ əlinin barmaqları ilə ovub, diqqətlə Şotanın üzünə baxdı. Keç içəri,

qapıda niyə dayanmısan?

Şota otağa girib kresloya sərildi.

- Deyirsən oteldə gecələmisən?

- Aha. Zaurun otağında, divanda yatıb qalmışam.

Artuş diksinən kimi oldu. Gözucu Şotaya nəzər yetirdi və pəncərəyə yaxınlaşıb pərdələri araladı. İşığa xəsis payız

günəşi bayaqdan bu anı gözləyirmiş kimi, içəri dolub Artuşun gözlərini qamaşdırdı.

- Birinci sənin otağına gəldik. Uca səslə erməni dilində nəsə oxuya-oxuya çarpayıya uzanıb dərhal yuxuya

getdin. Sonra Zaurun nömrəsinə keçdik... Təsəvvür eləyirsən, orda da axmaq kimi, hərəmiz iki butulka pivə içdik.

Yazıq Zaur, mənə sübut etməyə çalışırdı ki, sənin oxuduğun mahnı, əslində qədim Azərbaycan xalq mahnısı “Sarı

gəlin” imiş. Sonra da qaçdı unitazını qusub-batırdı. Dediyinə görə, hamamdan çıxanda mən artıq yeddinci yuxuda

idim. Heç nə yadımda deyil.

Şota başını kreslonun arxasına yaslayıb, gözlərini yumdu.

- Başım hərlənir, inanırsan? O nə gecəydi elə...

- Toy neçədə qurtardı?

Şota gözlərini çətinliklə araladı:

- Üçə yaxınlaşırdı deyəsən. Dəqiq bilmirəm.

- Zaur indi neynəyir? Yatıb?

55

- Yox oyanıb, - Şota qəfildən ayağa qalxdı, mini-bardan portağal şirəsi götürdü və acgözlüklə butulkanı başına



çəkdi. - Çimir. Darıxdım, yanına gəldim.

Artuş başını bulayaraq sakitcə:

- Düz eləmisən..., bu qədər də yatmaq olmaz axı, dedi və tualetə getdi. Başı qurğuşun kimi ağırlaşmışdı. Əlayağı

keyimişdi, onları elə bil heç hiss etmirdi. Güzgüyə baxarkən orada parlaqlığını itirmiş gözlərlə, rəngi qaçmış

bir sifət gördü.

Şota butulka əlində təzədən kresloya oturan kimi, telefonu çaldı. Cihazı ağır-ağır cibindən çıxardıb displeyinə

baxdı. Zəng eləyən Dodiko idi. Qohumunun vəziyyəti ilə maraqlanırdı.

- Salam. Neynirsən, hardasan?

- Harda olacağam, oteldə. Bəs sən?

- Evdən çıxırıq.

- Kiminlə çıxırsan? Arvadınla?

- Yox əşi, nə arvad. Talqat gecə bizdə qalıb, istəyirəm onu da bir az gəzdirim. Sabah çıxır gedir Moskvaya.

Gələk dalınca?

Şota bədənini azca qabağa verib, təəccüblə soruşdu:

- Talqat kimdi?

- Toydakı Qazaxıstanlı qonaq.

- Həəə. Yadıma düşdü. Yaxşı gəl, gedək nahar eləyək. Paxmeldən ölürəm.

- Bəs məni demirsən - Dodiko zarıyaraq dedi. Nə isə, gəlirəm.

Yarım saat sonra, Dodikonun maşınında Kürün sol sahili boyunca şütüyürdülər. Günlərdən şənbə olduğuna

görə, Tiflisin nəmli küçələri bomboş idi. Dodiko güzgüdən arxada oturan qonaqlara baxıb, tərəddüd keçirərək dedi:

- Siz kükürdlü hamamlarda olmusunuz?

Dodikonun belə bir sual verəcəyini gözləməyən Şotanın, təəccübdən gözləri bərəldi.

- Hamam?

Dodiko şənləndi:

- Nə üçün olmasın? – Bir daha güzgüdən arxaya baxdı, - Kükürdlü hamamlarda olmusunuz?

Artuşla Zaur baxışdılar, ikisinin də gözlərindən kükürdlü hamam təcrübələrinin olmadığı oxunurdu. Talqat isə

ümumiyyətlə bu hamamlar barədə heç nə eşitmədiyi üçün, dedi:

- Yox, nəinki olmamışam, heç bu barədə eşitməmişəm də. Amma getmək istəyərdim. Başımın içində elə bil

fırtına əsir. Sümüklərim də ağrıyır.

- Elə mən də o gündəyəm, - Artuş əli ilə çənəsini sağa və sola sıxaraq boynunu şaqqıldatdı. - Həqiqətən

Kaxetiya şərabı mayeli atəş imiş.

Şota dərin bir ah çəkdi:

- Mən razı... Bəs məndən başqa heç kimin aclığı yoxdu? Hamama ac qarnına gedəcəyik?

Dodiko təklifinin qəbul edildiyini görüb sevindi. Maşınını sağa burub, kükürdlü hamamlara istiqamət götürdü.

- Narahat olma Şota. Hamamda əlqaf eləyərsən.

18-ci əsrin yadigarı olan hamamın giriş salonunda, onlar üçün doğrudan da gözəl süfrə açıldı. Hamı qurşağa

qədər soyunmuş, göbəkdən aşağı fitələrə bürünmüşdü. Zaurla Artuş hələ suya girməmiş, özlərini buxara verməmiş

bütün yorğunluqlarının, zəifliklərinin yavaş-yavaş keçib getdiyini hiss edir və Dodikoya təşəkkür etməkdən

yorulmurdular.

- Görürsən də! - deyə Şota sözə başladı, amma sözünü bitirmədi. Çünki bu bircə “görürsən də” sözü, hər şeyi

ifadə edirdi. Ölkələrinin kükürdlü hamamlarından duyulan qürur, gürcü qonaqpərvərliyindən “ziyan görmüş”

qonaqlara qayğı və məsuliyyət hissi, bu kəlmə ilə ifadə olunurdu.

Ziyafət süfrəsinə on beş dəqiqə sonra üç adam da qoşuldu. Biri Şotanın, ikisi də Dodikonun tanışları idi. Bu

çılpaq gürcülər, şərab şüşələrini əllərində silah kimi onlara tuşlayıb, süfrələrinə gəlmişdilər. Bu artıq hamam yox,

daha çox klub, qəhvəxana və yaxud da çılpaq, gülməli adamların, qayğısız, gülər gözləri olan insanların yığıncağı

idi. Hamı tanış olandan sonra, Dodiko əsnəyərək dedi:

- Doğrudan da bizim ölkəmiz qeyri-adi, gözəl bir ölkədir. Tiflis və onun kükürdlü hamamları, Kaxetiya

şərabları! Hələ şəhərin ortasından şırıltı ilə axan Kürə baxın. Gürcü olmaq həqiqətən də xarüquladə bir şeydir.

Rusiya bizi blokadaya almaq, bizi sındırmaq istəyir. Amma buna baxmayaraq yenə də çaylarımız şırıltı ilə axır,

bağlarımız çiçəklənir, xalqımız da çalıb-oynayır.

Yemək-içmək fəsli bitəndə, hamı hamamın iri salonuna keçdi. Salon çox böyük və isti idi. Daş döşəmələrinin

üzərində çılpaq adamlar uzanmışdılar. Döşəmədəki kvadrat biçimli böyük dəliklər, buxarlanan isti kükürdlü sularla

dolu idi. Talqat hamıdan artıq sevinir, uşaq kimi özünü sulara atır, qıyıq gözləri işıq saçırdı.

- Bu nə əla yerdir belə! Mən günü-gündən bu gözəl ölkəyə daha çox vuruluram!

Şota qonaqların heyranlığını görüb, kükürdlü hamamların tarixini danışdı:

56

- Çox qədim zamanlarda bir kral ova çıxmışdı. O, ov quşunu bir meşə xoruzunun üstünə şığıdır. Kral ov



quşunun ovu ilə birlikdə geri dönməsini xeyli gözləyir. Lakin nə ov quşu, nə də meşə xoruzu geri qayıdır. Nəhayət,

kral başlayır onları axtarmağa. Axtara-axtara gəlib çıxır balaca bir meşəliyə. Bu meşəlikdə kükürdlü su axırdı. Kral

ov quşunun da, meşə xoruzunun da kükürdlü çayda boğulub öldüyünü görür. Kral kükürdlü suları gördükdən sonra

elə həmin yerin yanında Tiflis şəhərinin təməl daşını qoyur. İndi, meşə xoruzu hamamı buradadır. O balaca

meşəlik də şəhərin Meydan məhəlləsində yerləşirmiş.

Gümbəzli binanın içi kükürd buxarı ilə dolmuş, isti hamamı kükürd iyi bürümüşdü. Elə bil lax yumurtanın iyi

gəlirdi. Hamının bədəni tərdən parıldayırdı. Artuş əlini köksünə sürtərək ovuşdurdu, kükürdü bədəninə yeritdi.

- Bəsdirin, çıxın oradan. Talqat gedib masaj olunmağa. Siz də keçin ikinci salona.

Şotanın səsi onları xəyaldan ayıltdı. Artuş və Zaur yavaş-yavaş kükürdlü sudan çıxdılar, yandakı otağa keçib

taqətsiz halda daş döşəmənin üstünə sərildilər. Artıq beş dəqiqədir burada uzanmış Talqat, özünü yekəpər bir

gürcüyə masaj elətdirirdi. Artuş zarıyaraq ondan soruşdu:

- Necəsən?

Pəhlivan gürcünün nəhəng yumruqları altında əzilən Talqat, ağır-ağır nəfəs alaraq:

- Necə olacam..., - dedi. Elə bil Teymurləngin ordusu keçib üstümdən.

- Elə mən də o gündəyəm - deyən Zaur, taqətsiz halda isti mərmər döşəmənin üstünə sərildi.

Onların söhbətini eşidən Dodiko, var gücüylə qışqırdı:

- Mekisse, Sandro!

İçəri iki pəzəvəng daxil oldu. Dodikonun çağırdığı Mekisse və Sandro, sən demə kisəçi və masajçılar imiş.

Onlar çevik hərəkətlərlə Artuşla Zauru üzü üstə uzandırıb, kürəklərinə sıçradılar. Yumşaq xalı üstündə rəqs edən

rəqqaslar kimi kürəklərini məharətlə tapdaladılar. Sonra da bellərindən düşüb, barmaqlarını biz kimi ətlərinə

batırdılar. Qollarını, ayaqlarını elə bururdular ki, sümüklərinin xırçıltısı eşidilirdi. Yanlarında oturan Şota,

utanmaz-utanmaz onlara məsləhətlər də verirdi.

- Mekisse, bir də onun kürəyinə atıl. Hə, bax belə yaxşıdır. Sandro sən də onun qulunclarını əməlli başlı

ovxala.


Masaj qurtarandan sonra üçü də çətinliklə ayağa qalxdılar. Masajçıların əməyi hədər getməmişdi. Hiss edirdilər

ki, bədənlərinin bütün əzələlərinə güc qayıdır. Yandakı otağa keçib hovuzun soyuq kükürdlü suyuna girdilər. Birdənbirə

soyuq suyun içinə girdikləri üçün, bir an nəfəsləri tutulsa da, bir azdan sonra əzələlərinin yumşalmağa başladığını

hiss etdilər. Şota ilə Dodiko da onlarla birgə suyun içində şellənir, bir yandan da bir-birlərinə göz vura-vura gülüşürdülər.

Beşi də fitəyə bürünüb böyük salona qayıdanda, onlar üçün yenidən süfrə açılmışdı. Talqat ciddi tərzdə

“yaman acmışam” deyib bardaş qurdu və oturdu. Əslində hamı acmış və susamışdı. Orqanizmləri, dünən gecə baş

verənləri unudub yenə şərab qəbul etməyə hazır vəziyyətə gəlmişdi.

Siyasətdən, münaqişələrdən, Qafqazın problemlərindən, Orta Asiya çöllərindən danışa-danışa, şahidi olduqları

maraqlı, məzəli əhvalatları yada sala-sala gülür, kədərlənir və ümidlənirdilər. Gecə saat on olmuşdu, amma onlara

elə gəlirdi ki, bir saat əvvəl gəliblər hamama və istirahətləri hələ xeyli qabaqdadır.

Onlardan başqa hamamda heç bir müştəri qalmamışdı artıq. Bütün işçilər də çıxıb getmişdilər. Bircə Vameş

adlı qarovulçu qalmışdı, o da Şotadan bəxşiş alıb, qapını bağladıqdan sonra, hamamın yanındakı balaca komasında

yatmağa çəkilmişdi. Yatmazdan da əvvəl xahiş etmişdi ki, gedəndə onu səsləsinlər, qapını açsın.

Onların isə onsuzda tez çıxıb getmək fikirləri yox idi. Fitələrini də əyinlərindən çıxarıb, anadangəlmə lüt

oturmuşdular alçaq masanın ətrafında. Şərab şüşələri boşaldıqca boşalır, başlar dünənki gecədən betər

xumarlanırdı. İndi onlar, bir-birlərinə başqa gözlərlə baxırdılar. Bu baxışlarda bir arayış, gözlənti, sual, tərəddüd və

hətta... ehtiras vardı.

Sanki hər biri, bu günə qədər yaşamadıqları duyğular, keçirmədikləri hisslər burulğanında çapalayır və o

qorxunc qığılcımı, həqiqət anını gözləyirdilər.

Həqiqət anı gecikmədi...

***

Mavi səma və mavi dəniz qədər intəhasız, sonsuz, ülvi bir məhəbbət mərasiminin, sevgi bayramının bu gecə,



burada, Tiflisdə yaşanması və Orta Asiya adlanan coğrafi məkanı Qafqazla qovuşdurması təsadüfi deyildi.

Bu gecə bütün sərhədlər silinməli idi və silinirdi də.

Bütün düşmənçiliklər, ədavətlər, münaqişələr buxarlanıb lacivərd asimana yüksəlirdi. Şərti düşmənlərin

birləşən vücudları müharibələrə, ərazi iddialarına meydan oxuyurdu. Silah yerinə onlar daha insani, nəcib və

müqəddəs alətlər - bir-birlərinin sülh açarlarını alırdılar əllərinə. Bu sülh açarları ağızları, arxaları ilə yanaşı onların

könüllərinə, qəlblərinə də yol tapırdı. Ürəklərdən kini, nifrəti, qanı, qorxunu, göz yaşını bu açarlar vurub çıxarırdı.

57

Birləşən dodaqlar, birləşən vücudlar, birləşən açarlar və qıfıllar. Sel kimi axırdı sevda, vulkan kimi partlayırdı.



Hamamın günbəzində dolaşırdı əks-səda. Divarlara çilənib üstlərinə qayıdırdı həzz nalələri. Bədənlərdə

muncuqlanan tər damlaları hamamın yox, qəlblərin hərarətindən idi. Doxsan dərəcə əyiləndə bədənlər, bütün

gözəlliyi, cazibədarlığı ilə açılırdı lalələr. Lalələrin üzərinə qonurdu sevgiyə susamış şişman arılar.

Dəhşətli idimi bu mənzərə? Əsla! Onlar Cənubi Qafqazda illərdən bəri yaşanan dəhşətlərə meydan oxuyurdular

əslində. Qərbdə 69 adlanan, lakin Azərbaycanda iki butanın vəhdəti-vücudundan yaranan poza onlara necə də

yaraşırdı! Amurun göylərdən ağlaya-ağlaya tamaşa etdiyi bu çılğınlar bir-birlərini dəyişə-dəyişə, müxtəlif pozalara

keçə-keçə, hara mümkünsə, necə mümkünsə girə-girə, dala-dala meydan oxuyurdular.

Siyasətə meydan oxunurdu, qədimli-yenili tarixə meydan oxunurdu. Türk, gürcü, erməni, hətta qazax

anuslarının əsl məhəbbət və dostluq sınağına çəkildiyi; turşməzə spermaların sifətlərə, gözlərə, dodaqlara fışqırdığı

bu mübarək gecədə adətlərə, xəncərlərə, xımıslara, qeyrətlərə, namuslara, milli-mənəvi dəyərlərə, yurtalara,

ağbirçəklərə, ağsaqqallara, qartallara, köhlən atlara, nekromədəniyyətə, makroambisiyalara, mikroiqtisadi

göstəricilərə, milyon tonlarla borularla axan neftə, qaza, aşıqların əlindən düşməyən saza, dombraya, kamançaya,

tara, balabana, xaçapuriyə, dolmaya, qədim knyazlara, xor musiqisinə, ilk xristian ölkəsinə, soyqırımlara, kütləvi

məzarlıqlara, andraniklərə, Xəzərin statusuna, kilsələrə, məscidlərə, şiələrə, sünnilərə, bütün batil məzhəblərə,

ənənəvi təriqətlərə, butaya, paxlavaya, şəkərburaya, şəraba, muğama, konyaka, şərbətə, kababa, ümummilli

sərvətlərə, heykəllərə, sərhədlərə, otaylı-bu taylı həsrətlərə, Araza, Kürə, Göyçəyə-Sevana, qurumuş Aral gölünə,

Əmir Teymura, Türküstan çöllərinə, Türkmənbaşıya, Nazarbayevə, Hacə Əhməd Yəsəviyə, İrəvana, Təbrizə

meydan oxunurdu bu gecə.

Gecə qaranlıq gecəydi. Gur işıq isə gözlərdəydi. Hər birinin boğazından qopan zarıltılar, bəşəriyyət tarixində

bəstələnən ən gözəl musiqi əsəri, Cənubi Qafqaz və Orta Asiya xalqlarına, ümumiyyətlə dünyaya təklif olunan

humanizm və pasifizm oratoriyası idi.


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə