ƏLİ ƏKBƏr artuş VƏ zaur (böyüklər üçün konfliktologiya dərsliyi)



Yüklə 1,44 Mb.
səhifə3/13
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5791
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13

4

Zaur siqaret çəkə-çəkə, otağını arşınlayırdı. Əsəbi və gərgindi.

Saatlar doqquz tamamı göstərəndə “bu saat qapı döyüləcək” dedi özü-özünə. “Qapını açacağam, onu astanada

görəcəyəm. Hamar qırxılmış üzünü, iri gözlərini, mirvari dişlərini. Gülümsəyəcək, çiçəklər açacaq çöhrəsində.

Boynunu bükəcək bir az, əlini mənə uzadacaq. Qucaqlaşacağıq... Qapıda yox. Qapını möhkəm bağladıqdan sonra...”

Zaur, beyninə vuran şəhvətdən huşunu itirmək qorxusu ilə divardan tutdu. “Harda qaldın sən... Harda...”

Budur, qapı döyülür. Yavaş vursa da qapını, tələbkardı qonaq. Çox tələbkardı.

Qamətini düzəldərək, siqareti tələm-tələsik külqabına basdı. Masanın üstündən “Ultraviolet” ətrini götürüb

üstünə səpdi, qapıya qaçdı.

Açdı.


Köks ötürdü.

Əynində vücud xətlərini ən xırda detallarına qədər qabardan Wrangler markalı cins şalvar, “Heavy Metal”

yazılmış tünd yaşıl mayka, arxaya daranmış pinti saçlar... Allah, bu nə qorxunc, təhlükəli enerjidir! Bu nə gücdür

belə?! Nə görkəm, nə ədadır?!

Artuş astaca içəri keçib, qapını bağladı. Əlindəki butulkanı Zaura uzatdı.

- Beş ulduzlu Ararat. Görüşməyimizin şərəfinə.

- Artuş... Mən...

Zaurun yanağını oxşadı.

- Həyəcanım səninkindən az deyil. Özümü zorla saxlayıram.

***


Nədir məhəbbət? Bu hadisə əllə tutulmur, gözlə görülmürsə, bəs nədir bu gözəllik? Yoxsa həyatın bizə

hazırladığı ən gözəl sürprizdir? Qəlbimizin fatehidir? Qəfildən üstümüzə hücum çəkib, bizi hökmranlığı altına alan

qüvvədir? Məhəbbəti anlatmaq üçün uzun-uzadı cümlələr qurmağa nə hacət? Onu hamı anlayır. Dili birdir onun -

nə sərhəd tanıyır, nə millət, nə irq, nə də düşmən. Nə zaman gələcəyi, nə zaman yaxamızı buraxıb gedəcəyi

bilinmir.

Həyat qocaman bir yalansa, bu qədər saxtalığın içində yeganə gerçək, doğru olan odur – məhəbbət. Zahirən nə

qədər zərif və gözəldirsə, həqiqətdə o qədər sərt və amansızdır. Parlayan günəşdir, ulduzların yer üzünə ən

yaxınıdır. Zəhər kimi acı, bal kimi şirindir. Acılığından da, şirinliyindən də qorxmaq lazımdır. Kordur məhəbbət.

Yanıqlı "ah"lardan səmaya yüksələn dumandır.

Elə bu anda ATA otelindən göylərə yüksələn ahlar, axan göz yaşlarıdır məhəbbət. Mənasız müharibənin

ayırdığı iki aşiqin lənətidir, üsyanıdır məhəbbət. Bütün maneələrdən, oddan-közdən keçərək “Mən səni sevirdim,

21

mən səni sevirəm, mən səni sevəcəyəm” deyə bilən aşiqlərin dilindən süzülən nəğmədir məhəbbət. Homoseksual



məhəbbətə gəldikdə isə, hələ anqlo-amerikalı yazıçı Kristofer İşervud, seksual təmayülün təməlində seksual

hisslərin yox, romantik hisslərin yatdığını demişdi. Əgər bir insan həqiqətən də mavidirsə, bir kişini dərindən

sevməyə qadirdir. Və bu sevgi, o kişi ilə sevişməkdən daha ülvi və daha uca bir hissdir.

Ötən illərin, ayların, günlərin üstlərinə hopdurduğu çirkabdan, məruz qaldıqları təbliğatdan, bəd nəzərlərdən,

ellərin qınağından qurtulmaq üçün paklanmalıydılar. Sədəf bəyazlığında vannanın içində, ilıq suyun altında

sarılmışdılar bir-birlərinə. Artuşun kirpiklərində damcılar titrəyirdi. Qara gözlərinin ofsunundan qopa bilməyən

Zaur, möhkəmcə sıxmışdı sevgilisini özünə. Sanki bir daha ayrılmaqdan qorxurdu. Artuş ona soyunmaqda kömək

etdi. Zaurun köynəyini çıxararaq yerə atdı, əyilib dili ilə məmələrinin gilələrinə xəfifdən toxundu. Elektrik

dalğaları Zaurun vücudunu gizildədirdi. Zalım erməni, Zaurun vücudunu sığallaya-sığallaya, asta-asta diz çöküb,

tumanın altında yüksələn qalanı öpməyə başladı. Zaur da onun başından tutub kömək edir, stimullaşdırırdı.

Qala partlamağa hazır idi. Zaur onu qollarından tutaraq ayağa qaldırdı, dodaqlarına yapışdı. Erməninin atletik

vücudunda, damlalar yaqut kimi görünürdü. Zaur onu suya da qısqanırdı. Dodaqlarından qoparaq, Artuşun

bədəninə ətirli duş geli yaydı. Bir ara qıdığı gəldi Artuşun, cingiliti ilə güldü. Birdən ciddiləşdi. Boynunu büküb

Zaura baxdı. Bu gözlərdə “al məni” təklifi oxunurdu. Sonra əlləri ilə ağ kafelə söykənib, illərdir Zaurun yuxularını

bəzəyən, qəlbini çulğayan sehirli qapını araladı. Titrəyə-titrəyə daxil oldu bu qapıdan Zaur.

- Ahh.


Bu ah nalələr, indiyə qədər hər ikisinin eşitdiyi ən gözəl layla, ən möhtəşəm himn, iki sevgilinin qovuşması

şərəfinə spontan bəstələnmiş simfoniya idi.

Bu simfoniya indi ATA otelində səslənirdi.

...


Məhrəbalara bürünərək, bir-birlərinə sarılmış vəziyyətdə, öpüşə-öpüşə vanna otağından çıxan iki gənc,

mumiyalara bənzəyirdilər. Yatağa uzanıb nəfəslərini dərdilər. Bir müddət susdular. Qəfildən Artuş gülməyə başladı.

Əvvəl sakit gülürdü, sonra ildırım kimi çaxdı.

Zauru da gülmək tutdu. Heyrətlə:

- Nə olub sənə? – soruşdu.

- Ağlıma bilirsən nə gəldi?

- Nə?

- Fikirləşdim ki, Zaur mənə salanda yəqin Qarabağın intiqamını alırmış.



Zaur gülməyi kəsdi. Diqqətlə baxdı sevgilisinin üzünə. Artuşun iri gözlərində, uzun kirpiklərində, dolğun

dodaqlarında onu narahat edən suala cavab axtarırdı sanki.

- Sən doğrudan belə düşünürsən? – incikli idi.

Artuş bir daha güldü, başını buladı.

- Əsla! Sən nə danışırsan? Zarafat edirəm. Azərbaycanda belə bir mahnı vardı, bəlkə yadında olar?

Sevgilini sınama,

Sınadınsa qınama.

Dolanaram başına,

Gəlin olsan anama.

Uşaq yaşlarında Bakını tərk edən bir erməninin bu bayatını indiyə qədər yadda saxlaması, Zauru təsirləndirdi.

Gözləri doldu. Fəqət indi sentimentallığın yeri deyildi. Söhbəti zarafata gətirmək üçün dedi:

- Narahat olma Artuş. Sən heç vaxt mənim anama gəlin ola bilməyəcəksən. Ümumiyyətlə analarımızın biz

sarıdan bəxti gətirməyib. Biz tərəfdən onlara gəlin qismət olmayacaq. Heç olmasa qardaşlarımız olsaydı,

analarımızı nakam qoymazdılar. – Bir az fikirləşib əlavə elədi, - amma onu da bilmək olmaz. Bəlkə qardaşlarımız

olsaydı, onlar da bizim kimi götverən olardılar.

Artuş dirsəyi üstə qalxaraq sərt tərzdə etiraz etdi:

- O sözdən nifrət edirəm! Azərbaycanlı uşaqlar məhəllədə həmişə mənə götvərən deyib təhqir edərdilər.

Zaur gözlərini yumub bezgin əda ilə:

- Nifrət etsən də, etməsən də bizim adımız götverəndir, - dedi. – Bunu təhqir kimi başa düşmə.

Artuş bu arqumentin qarşısında acizliyini etiraf edirmiş kimi, başını Zaurun sinəsinə qoydu. Göbəyinin

ətrafında bitən nadir, incə tükləri sığallamağa başladı.

- Yaxşı, sən deyən olsun...

Zaur gözləri yumulu, sağ əli ilə Artuşun saçlarını sığallayırdı.

- Zaur...

- Bəli əzizim.

- Qarabağda olmusan?

22

- Olmuşam. Yadında deyil, 88-də Şuşaya getmişdim? Sinifdə Səməd Faiqoviç məndən Qarabağın bizim üçün



əhəmiyyətini soruşanda da, Şuşaya getməyim haqda ona danışmışdım.

- Mən isə birinci dəfə üç il əvvəl getdim ora atamla. Stepanakertli dostu oğluna toy edirdi. Stepanakertdə iki

gün qaldıq, sonra Şuşaya getdik. Şuşada hələ də müharibənin izləri var... Gecələr adamı vahimə basır... Zaur.

- Eşidirəm.

- Sizin üçün bu şəhər çoxmu əzizdir?

- Əlbəttə... Şuşa Azərbaycanın mədəniyyət beşiyi sayılır. Muğam sənəti orada zirvəyə çatıb. Bülbül, Cabbar

Qaryağdı oğlu, Seyid Şuşinski kimi dahilər; Qacarın öldürülməsi kimi faktlar da bunu təsdiq edir. Əgər Şuşa şəhəri

ermənilərin olsaydı, onların arasından da heç olmasa bir nəfər muğam oxuyan çıxardı.

Artuş başını qaldırıb, nazla Zaura etiraz etdi:

- Bizim bütün kilsələrimizi alban kilsəsi adlandıran, Ziya Bünyatov kimi konyuktura tarixçilərindən fərqin

nədir? Sənin sözlərindən belə çıxır ki, az qalsın dünya yaranan gündən, indiki Azərbaycan ərazisində

azərbaycanlılar, daha dəqiq desək türklər, tatarlar yaşayıb. Bu ağ yalandır. Azərbaycanlılar avtaxton deyil axı! Sizə

azərbaycanlı adını Stalin verib. Ona təşəkkür etməlisiniz.

Zaur gülə-gülə onu boynundan tutub özünə sarı çəkdi:

- Əsəbiləşəndə çox gözəl olursan. Ermənisən ki, erməni. Dediyini deyirsən. Sənin avtaxtonuna soxsunlar, -

dedi və möhkəmcə Artuşun dodaqlarından öpdü.

- Azərbaycanın böyük dostu, mərhum Tur Xeyerdal demişdi ki, “Bəşəriyyət meymundan əmələ gəlib.

Norveçlilər isə azərbaycanlılardan”. Sən isə mənə avtaxtonluqdan danışırsan.

Artuş cəld hərəkətlə Zauru qucaqladı, özü arxası üstə uzanaraq sevgilisini də dartıb üstünə uzandırdı.

- Əsl erməni olsaydım, burda nə itim azmışdı? Sənin kimi bir düşmənin qoynunda nə gəzirdim? Elə sən də əsl

azərbaycanlı deyilsən. Əslində bayaq düz deyirdin... Bizim millətimiz yoxdur... Yox, səhv deyirəm. Bizim bir

millətimiz var, o da götverəndir.

***

Sübh günəşi otel otağının pəncərəsinə boylananda, iki gəncin yorğun, çılpaq vücudu ilə qarşılaşıb utandı.



Əzilmiş yataq örtüyü tərdən nəmlənmişdi. Səhəri sevmirdi Artuş, çünki laqeyd idi səhər. Zaurun yanağından öpdü.

Zaur uşaq kimi kirpiklərini döydü. Sanki harada olduğunu başa düşmək istəyirmiş kimi, qəribə nəzərlərlə Artuşu

süzdü. Alnını elə şirin, elə gülməli qırışdırmışdı ki, Artuşun içindən dünyanın ə__________n məsum körpəsinə bənzəyən bu

gözəl varlığı bir daha öpmək keçdi. Yenidən ona sarı əyilərək, Zauru dodaqlarından öpdü. Bu öpüş onu özünə

gətirməyə kifayət etdi. Artuş isə dayanmırdı. Zaurun qulaq məməsini dişlədi, gözlərini, alnını, döş gilələrini öpdü,

dilini boğazına toxunduraraq, göbəyinə qədər sürüşdü. Zaur yüngülcə zarıyıb dizlərini qatladı.

- Bu nədir?!

Artuşun gözləri, ağ örtüyün üstündəki xırda qan damcılarına sataşdı. Zaur, onun özünü itirdiyini görüb başını

buladı və soyuqdəyməsi olan adamlar kimi, kəsilən səsi ilə:

- Dünən gecə çox ağrıtdın məni, - dedi. - Hələ ömrümdə belə ağrı hiss etməmişdim.

Artuş “Nə danışırsan?!” deyərək onun bədəninə əyildi. Vücudunun hər qarışını tez-tez öpməyə başladı. Öpür,

bir yandan da üzr istəyirdi: “Bağışla əzizim. Məni bağışla”... İndi dünyada özündən daha zalım, daha günahkar,

daha insafsız adam yox idi. Gecə Zaurun aralanmış şaftalısını görən kimi, özünü saxlaya bilməyib ağlamışdı. Göz

yaşları döyüşə hazır xəncərinin ucuna damlamışdı. O da, gözünün yaşı ilə islatdığı xəncərini, Zaurun qınına

salmışdı. İndi peşman olmuşdu. “Nə üçün vazelindən, kremdən istifadə etmədim axı? Bu kobudluq nəyə lazım?

Göz yaşı ülvidir, qəlbin şirəsidir, amma kremin yerini verə bilməz. Verə bilməz!” Hayqırmaq, özünü yolmaq istəyirdi.

“İlahi, bütün mənliyimi əhatə edən bu sevgi haradan yaranıb görəsən!? Bu sonsuz-bucaqsız sevgi, necə

sığışır mənim dar kainatımın çərçivələrinə?”

Yenə ağlamağa başladı. Zaur onu sakitləşdirmirdi. Ağlayırsa, deməli ehtiyacı var, ona mane olmaq olmaz.

Bircə başını, boynunu sığallayır, dinmirdi. Bilirdi ki, ağlamaq tək qadınları yox, geyləri də rahatladır.

...

İlk dəfə, bu qadağan işi görəndə neçə yaşları vardı görəsən?.. Bu gün uzaq keçmiş kimi görünür o illər.



Halbuki üstündən heç iyirmi il də keçməyib. Qızmar Bakı günlərinin birində, Artuşun evində, valideynləri işdə

olanda, iki uşaq yasaq eşqi dadmışdılar. Açarları da körpə idi, qıfıllarının dəlikləri də. Oyun oynadıqlarına

inanırdılar. Hər şey də elə bu qeyri-ənənəvi oyunla başladı. İki düşmən xalqın iki balaca mənsubu, körpə

vücudlarını birləşdirib meydan oxumuşdular “Gəlirəm!” deyən nifaqa, nifrətə, düşmənçiliyə, müharibəyə...

Düşmən olmaq istəməyənlərə, düşmənçiliyin nə olduğunu bilməyənlərə də seçim haqqı verilmədi. Hökm ağır

oldu – ayrılıq!

Halbuki bu nifaqa onların nə dəxli ola bilərdi? Torpaq iddiaları, silahlar, axan qanlar – çox uzaqdı onlardan.

Çox uzaq.

23

RETROSPEKTİV

24

Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim,



Cənnəti-hurimisən, yoxsa ki, rizvan erməni?

1

Bakı.


Asiya şəhəri olsa da, qəlbini Avropaya açmış Azərbaycanın paytaxtı. Xəzər dənizinin sahilində yerləşən qədim

və gözəl şəhər. Asiya ilə Avropanın dəyərlərini özündə cəmləşdirən insanların odlar yurdu. Bakının sehrli abıhavası,

bircə dəfə bu şəhəri görənlərin xatirəsində əbədi yaşayar. Bu torpaqda doğulub böyüyənlər isə, bu şəhərsiz

ümumiyyətlə yaşaya bilməzlər... Odur ki, millətindən asılı olmayaraq, Bakı hamının – rusun, erməninin, yəhudinin,

azərbaycanlının, gürcünün, Afrikadan gələn zənci tələbələrin, əlqərəz bütün millətlərin - şəhəri idi.

Hələ əsrin əvvəlində, Bakı öz nefti ilə ayrı-ayrı millətləri özünə cəlb etmiş, dünya xəritəsində xüsusi yeri olan

şəhərdir. 1847-ci ildə Bakının Bibiheybət sahəsində ilk neft quyusunun qazılmasına mexaniki üsulla təşəbbüs

göstərildiyini dünyada çox adam heç bilmir. Məhz bundan sonra Bakı neft sənayesinə xarici kapitalın axını başlandı.

1879-cu ildə Bakıda 9 qazıma buruğu vardısa, 1900-cu ildə onların sayı 1710-a çatdı. Bakı nefti dünya

miqyasına çıxdı. Neft sənayesi ilə yanaşı, Bakıda başqa sənaye sahələri də inkişafa başladı; mexaniki zavodlar,

emalatxanalar, tütün fabrikləri, buxar mühərrikləri ilə işləyən dəyirmanlar yarandı. Yeni banklar, ticarət və sənaye

firmaları açıldı.

Bakıda həm Şirvanşahlar sarayı kimi möhtəşəm tarixi abidələr, İçəri Şəhərdə divarları şərq naxışları ilə

bəzədilmiş evlər, tanınmış memarların qotika, barokko və rokoko üslubunda yaratdıqları tikililər; həm flamand,

həm də mavritaniya üslublarında inşa edilən binalar var. Bakı, İçəri Şəhərin dar küçələri və eyvanları ilə bir-birinə

dirənmiş evləri, həmçinin gecələr gəmilərin və Dənizkənarı bulvarın işıqlandırdığı Bakı buxtasını amfiteatr kimi

dairəyə almış geniş prospektlərdən yaranan şəhərdir.

Azərbaycanda “Qırmızı kitaba” salınmış mənəvi bir kateqoriya var – Bakılılar! Bu gün onların bir çoxu

dünyanın dörd bir yanına səpələnsələr də, bakılı olaraq qalmaqda davam edirlər. Bakılılar, Şərq və Qərb kimi iki

nəhəng və bir-birindən tamamən fərqli coğrafiyaların qarışmasından yaranan unikal mədəniyyətə malik millətdir.

Bəli, yanlış oxumadınız – məhz millətdir! Hətta bakılıların belə bir mahnısı da var: «Есть такая нация бакинцы

говорят». Bakılıların dilindən düşməyən bir başqa cümlə isə: “Bakılı, elə Afrikada da bakılıdır” deyimidir.

Əlqərəz bakılılıq - milliyyətindən, dinindən, saçının, gözlərinin və dərisinin rəngindən, həmçinin hal-hazırkı

yaşayış yerindən asılı olmayaraq, doğma şəhərini ürəkdən sevən bütün insanların birliyidir.

Vaxt vardı, bu şəhərin sakinləri qüssə-kədərsiz, şən və mehriban yaşayar, hər gün bayram etmək üçün min bir

bəhanə uydurardılar. Bakılılar milli mətbəxlərini çox sevir, ləzzətli xəmir xörəklər, şirniyyatlar hazırlayır, milli

zarafatlar edir və qarışıq ailələr qurardılar. Toylarda şərabla dolu qədəhləri qaldırarkən qürurla “Yaşasın Bakı və

bakılılar!..” deyərdilər.

Bu yaxınlarda Bakıda rus dilində çıxan “Exo” qəzetində, Cənubi Afrika Respublikasında yaşayan yəhudi əsilli

bir bakılının məktubu dərc olunmuşdu. Ürək ağrısı ilə yazırdı: “Afrikaya necə gəlib düşdüyümü soruşanda,

çiyinlərimi çəkirəm. Əgər öz doğma vətənində, Bakıda yaşamırsansa, harada yaşayırsan yaşa – nə fərqi var?!

Əslində Afrikada özüm üçün rahat həyat qurmuşam. Gözəl ailəm, uğurlu biznesim, komfortlu məişət şəraitim var.

Ahıl çağında qəmsiz yaşamaq üçün insana daha nə lazımdır? Di gəl ki, tez-tez gecələr yanağıma axan göz yaşının

hərarətindən oyanıram: Bakı günəşi, Bakı dənizi üçün darıxan tənha ürəyim ağlayır... Biz, bakılılar burada tez-tez

görüşürük. Evdə arvadlarımızın üstünə çəmkirəndə də, azərbaycan dilində: “Ay arvad, az danış da!” deyirik. Bakılı

millətinin sağlığına içirik. Lakin, ölü yerindəki kimi, qədəhlərimizi toqquşdurmuruq. Çünki bilirik... Bilirik ki,

bakılı milləti bir daha yaranmayacaq. O, artıq çoxdan ölüb!”

Bu sözləri, Bakıdan köçüb gedən istənilən irqə mənsub sabiq bakılıdan eşidə bilərsiniz. Həqiqətən də bu

adamlar, Bakı ənənələrinin qısqanc mühafizəçiləri, unikal Bakı folklorunun sadiq daşıyıcılarıdır...

Bakılılar, qonaqlarını şəhərdə gəzdirərkən onlara “Amfibiya-adam” və “Brilyant əl” filmlərinin çəkildiyi

yerləri fəxrlə göstərir, bu filmlərdən sitatlar gətirirlər. Bakıya gələn qonaqlar isə öz növbələrində bakılıların

olduqca qonaqpərvər və duz-çörəkli insanlar olduğunu qeyd edirlər. “Bircə dəfə bakılıların əlinə düşsən, səni elə

yedirdib kökəldəcəklər ki, doğma anan da səni tanımayacaq” – bakıdan qayıdan qonaqların bu sözləri öz

doğmalarına, dostlarına deməsi adət halını alıb. Həqiqətən bakılı ailəyə qonaq getmisinizsə, bilin ki, burada

yeyəcəyiniz yeməklərdən sonra bir neçə gün ac qala bilərsiniz. Bakılıların unikallığının sirri sadədir – onlar dəniz

dalğalarının, neftin və ətirli meyvələrin qoxusunu, şəhərin məftunedici rayihəsini ciyərlərinə çəkərək boya-başa

çatırlar.

25

Bakının “Nərgiz” kafesi də ki, ayrı söhbətin mövzusudur. Burada “Amfibiya-adam” filmindən bir səhnə də



çəkilmişdi.2 “Jalüz” tipli damı olan bu kafe, hələ 1961-ci ildə naxışlı metal və ağac konstruksiyalardan tikilmişdi.

Kafenin mərkəzində mətbəx, bufet və müştərilər üçün masaların qoyulduğu şüşə pavilyonlu kiçik zal vardı, solda

isə – kokteyl, dondurma və müxtəlif meyvə şirələrinin, qazlı suların satıldığı açıq pavilyon. Məhz bu pavilyonun

müdiri erməni kişisi, əvəzolunmaz Raçik dayı idi. Şəhərin heç bir restoranı servis baxımından “Nərgiz”lə müqayisə

oluna bilməzdi. İstismara verildiyi gündən qısa zaman ərzində “Nərgiz” kafesi bakılıların ən sevimli

məkanlarından birinə çevrildi. Bu kafedə yeyib-içməklər səhərə qədər davam edərdi. Adətən səhərə qədər oturan

müştərilər, artıq evə getmək istəyən ofisiantları özləri yola salar, ciblərinə də pul basardılar. Səhərə yaxın saatlarda

çıxıb getdiklərində isə, masaları qarovulçu Mişa dayı yığışdırardı.

Nərgiz kafesində tez-tez davalar düşürdü. Günlərin bir günü axşam kafedə böyük bir dava baş verdi. Qablar

qırıldı, masalar aşdı. Dava eləyənlər uzaqdan yaxınlaşan milisləri görüb, hərəsi bir tərəfə qaçışdılar. Milislər gəldi

sorğu-sual başladı, şahidlər dindirildi. O əsnada, Mişa dayı bir kənarda sakitcə oturub siqaret çəkirdi. Narazı

milislər, əsəbi halda onun üstünə düşdülər: “Axı siz niyə xuliqanları qapıdan içəri buraxırsınız?” Mişa dayı isə

onları bir qədər süzdükdən sonra, istehza ilə cavab verdi: “Ara, burda qapı var ki?!”

Bir bakılı ermənin yazdığı aşağıdakı şeir isə, əməlli-başlı Bakı himninə çevrilib:

Улица, ТОРГОВАЯ, - милая родная.

Помню, как гуляли там, мы забот не зная.

На углу Карганова встретишься с друзьями,

Медленной походкой проплывёшь к Госбанку.

Тысяча улыбок, сотни здрасьте...

К третьему проходу смотришь, - решены проблемы

И исчезли разные напастья.

В ресторан в подвале, что напротив Маслопрома,

Заглянёшь с друзьями - будто ты как дома.

С девушкой любимой с рук купив билеты,

Ты спешишь в пассаж Вэтэна

Музыку послушать, угостить мороженным,

И, побыв немного в роли джентльмена,

В полутемном зале...

И так далее…

...


Bəli, Bakı hər kəs üçün əsrarəngiz bir dünya, arzuların reallaşdığı, xəyalların gerçəkləşdiyi müqəddəs ünvan

olub. Günəşi Xəzərdən doğulan şəhərin mavi qoynundan çıxarılan "qara qızıl"ı Bakıdan Ceyhana, oradan da

cahana nur saçır. Bakı təkcə respublikanın paytaxtı kimi sevilmir. O, həm də ürəklərin, duyğuların can atdığı çox

əziz şəhərdir. Şəninə qoşulan nəğmələrdə bu məhəbbət çiçək kimi ətirlənib, quş kimi qanadlanaraq dünyaya

yayılıb:

Bakı, əziz şəhər, mehriban diyar,

Qoynunda boy atıb oldum bəxtiyar.

Bu səadətin təsirindən qəlblər həmişə riqqətə gəlib. Əlbəttə, bakılıların taleyinə yazılmış bu şəhər onlara

doğmadan-doğmadır. Çünki ən təzə arzular da, sevgili övladları da, fərəhləndikləri toy-büsatları da, zirvəyə ucalan

yolları da həyatın özü kimi Bakı ilə bağlıdır. Onun isti qoynundan pərvazlanaraq yad məmləkətlər dolaşıb bakılılar.

Üç-beş günün ayrılığından sonra onları geriyə gətirən təyyarənin təkərləri yerə toxunan kimi, sevinclərindən nə

edəcəklərini bilməyiblər. Bəlkə də buna görə müxtəlif dillərdə Bakının şəninə xeyli mahnılar yazılıb, şeirlər

qoşulub.

İndi Bakı ötən əsrdəki şəhərlə müqayisədə çox dəyişib. Bu dəyişmənin də görünən, görünməyən üzləri, yaxşı

və pis tərəfləri var. Ötən əsrin sonlarında şəhər özü boyda təlatüm dənizinə çevrildi. Xəzərin göy sularında qopan

qasırğalar Bakının küçə və meydanlarında baş verən fırtınaların yanında yalan oldu.



2

2 İndi bu kafenin yerində Fəvvarələr Meydanı salınıb. Nərgiz kafesi isə tarixə qarışıb.

26

Məhz bu beynəlmiləl şəhərin mərkəzində yerləşən 2 saylı riyaziyyat təmayüllü rusdilli məktəbin 9-cu B



sinfində oxuyan iyirmi iki şagirddən on səkkizi azərbaycanlı, biri erməni, ikisi rus, biri isə yəhudi idi.

Azərbaycanlıların on ikisi oğlan, altısı qız, digər xalqlara mənsub şagirdlərin isə hamısı oğlanlardı.

Təqvimlər 1989-cu ilin soyuq noyabr ayını göstərən günün ikinci yarısında, sinifdə Azərbaycan dili dərsi

keçirilirdi. O günədək ermənilərlə başqa xalqlar arasında fərq qoyan olmamışdı. Lakin indi Səməd Faiqoviç zəif

səsiylə şagirdlərə Ermənistan-Azərbaycan münaqişəsindən danışır, divardan asılmış SSRİ xəritəsində Ermənistan

SSR-in ərazisini əlindəki taxtayla Dağlıq Qarabağ Muxtar Vilayəti torpaqlarına qədər genişləndirir, ədalətsiz

tələblərdən, beynəlmimiləlçiliyin, kommunizmin iflasa uğramasından, vətənin təhlükədə olmasından danışırdı.

Şagirdlər isə, sakitcə oturub onun dediklərinə diqqətlə qulaq asırdılar.

- Dünənin dostları, qardaşları bu gün düşmənə çevrilə bilər uşaqlar. Ermənilər Stepanakert və Yerevanda

qəribə şüarlar səsləndirir, Azərbaycan SSR-inin torpaqlarına iddia edirlər. Xəritəyə fikir verin! Dağlıq Qarabağın

ümumiyyətlə Ermənistan Respublikasına dəxli varmı? Yox! Bu torpaqlar Azərbaycanındı! Nə olsun ki, Dağlıq Qarabağda

ermənilər də yaşayır? İndi buna görə, gərək bizim torpaqlar Ermənistana birləşdirilsin? İndi sizə bir sualım

var. Əgər belə bir şey baş versə, yəni torpaqlarımızı əlimizdən alsalar, sizin ermənilərə münasibətiniz necə olar

uşaqlar?


Müəllimin özündən razı halda gülümsəməsi, heç kimin diqqətindən yayınmadı.

Şagirdlər, kürəklərinə birdən-birə ağır sual yükünün qoyulmasından çaşbaş qalmışdılar. Bu suala cavab vermək

o qədər də asan deyildi. Demək olar ki, bütün sinif Artuşun oturduğu üçüncü sıradakı partaya baxırdı. Kimisi

kinayə ilə, kimisi də ona yazığı gələrək. Bircə Zaur əlini partanın altından uzadaraq, Artuşun soyuq barmaqlarını

ovucunun içinə aldı. Bu ona təsəlli vermək istəyən dostun jesti idi.

Ən arxa sırada oturan Kamran əlini qaldırıb dedi:

- Səməd Faiqoviç, Qarabağ bizimdir. Onu ermənilərə vermərik! Biz ümumiyyətlə ermənilər kimi deyilik.

Onlar heç sünnət də olmayıblar.

Sinifdə bərk qəhqəhə qopdu. Qızların bəziləri utanıb qızardılar. Kamran iki il dalbadal yeddinci sinifdə

oxumuş, Ermənilər Qarabağa iddia etməyə başlayınca, vətənpərvərlik duyğuları coşan azərbaycanlı müəllimlər və

müdir tərəfindən layiq olmadığı halda doqquzuncu sinfə keçirilmişdi. Qara iki bortlu kostyumun altından ağ xallı

göy qalstuk taxmış Azərbaycan dili müəllimi Səməd Faiqoviç alnını qırışdırıb gülümsündü:

- Deməli Kamran, sən Qarabağ bizimdir deyirsən? Bir çıx qabağa. De görüm fikrini əsaslandıra bilərsənmi?

Əslində düz deyirsən, Qarabağ həqiqətən də bizimdir. Amma bunu biz yox, ermənilər başa düşməlidir.

Səməd Faiqoviç gözucu Artuşa nəzər yetirdi. Artuş yanaqları pörtmüş halda, başını aşağı salıb oturmuşdu.

Zaur onun barmaqlarını daha möhkəm sıxdı, nifrətlə boşboğaz Kamrana baxdı.

Kamranın ağzı açıq, alnı qırışmış, baxışları isə mənasız idi. Bir az da gücəndikdən sonra bir nəfəsə dedi:

- Bizim Bülbülümüz, Natəvanımız, muğamımız, tarımız, kamançamız var. Bunların hamısı da Qarabağdan

çıxıb. Ermənilərin amma heç nəyi yoxdu Qarabağda. Onlar orada qonaqdırlar, qonaq kimi də yaşamalıdırlar.

Yaşamaq istəmirlərsə, hara ürəkləri istəyir rədd olub gedə bilərlər.

Səməd Faiqoviçin gözləri parıldadı. Ağarmış saçlarına tumar çəkib arxaya darayaraq fəxrlə dilləndi:

- Afərin sənə Kamran! Bunları haradan öyrənmisən belə?

- Evdə atam danışır. Artıq bir ildir ki, ermənilərin hiyləgərliyindən, idbarlığından danışır bizə. Atam

Ağdamlıdır. Bunları yaxşı tanıyır, - deyərək, Kamran Artuşu göstərdi.

Kamranın sözləri Səməd müəllim daxil olmaqla, bütün azərbaycanlı tələbələrə ləzzət elədiyi halda, Zaur əlini

qaldırıb dedi:

- Səməd Faiqoviç, mən Kamranla razı deyiləm.

- Zaur!? Sən razı deyiləsən? Yaxşı çıx qabağa görək – Səməd Faiqoviç dodağını qabağa uzadıb, ürəyində

Zaura, zaurkimi sintetik rusdillilərə lənətlər yağdırdı. Sonra öskürüb, qürurla dedi: - Heç olmasa sən öz fikrini

əsaslandıra bilərsənmi? Kamranın sözlərində səni razı salmayan nədir?

- Bəli, əsaslandıra bilərəm! Biz hamımız qardaşıq. Erməni, rus, azərbaycanlı – nə fərqi var axı? Ermənistanda,

Qarabağda bir-iki səfehin etdiyi hərəkətlərə görə buradakı ermənilər, sinfimizin əlaçı tələbələrindən biri olan Artuş

cavabdehlik daşımır axı!

- Deməli belə... Sən Qarabağın nə demək olduğunu, Azərbaycanımız üçün nə ifadə etdiyini bilirsənmi? Misal

üçün Şuşada olmusanmı?

- Bəli, olmuşam! Keçən yaz oradaydım.

- Yaxşı, elə isə orada özünü əsl Azərbaycan şəhərində hiss etmədinmi, Azərbaycan ruhunu duymadınmı?

- Mən Sovet vətəndaşıyam və bununla fəxr edirəm! Azərbaycan, erməni, rus, yəhudi ruhuna inanmıram. Mən

Sovet ruhuna inanıram.

- Görünür sən kommunist ailəndən fərli tərbiyə almamısan. Buna “xəyanət” deyərlər. Otur yerinə, Zaur!

27

Sinifdəki azərbaycanlı tələbələrin çoxunun Zaura yönəlmiş baxışlarından, haqqında nə düşündükləri bəlliydi.



Səməd Faiqoviç əsəbiləşmədi. Müntəzəm olaraq Bozqurdların məxfi yığıncaqlarına gedib gələn bu adam, Zaur

kimi manqurtları adam eləmək üçün hələ çox işləməli olduğunu başa düşürdü.

Səməd Faiqoviç birdən soruşdu:

- Yaxşı, bəs sizlərdən Yerevana gedən olubmu? Zaurun haqqında danışdığı “Sovet ruhunu” orada duyan

olubmu? Nə üçün yalnız biz, azərbaycanlılar Sovet ruhunu daşımalıyıq, ermənilər isə millətçi olmalı, bizə

həqarətlə baxmalıdırlar? Nə üçün bizim millətçi təşkilatlarımız olmamalı, ermənilərin isə Daşnakları olmalıdı?

Rus Vyaçeslav Sapunov əlini qaldırdı və üç il əvvəl Ermənistanda olduğunu bildirdi. Orada Sevan gölü

sahilindəki istirahət mərkəzlərindən birində yediyi donuz kababından danışdı. Onun sözləri azərbaycanlı tələbələri

yaman qəzəbləndirdi. Donuz adının çəkilməsi, seyid nəslindən olan Mirsaleh adlı şagirdin ürəyini bulandırdı, hətta

Səməd müəllim onun tualetə gedib qusması üçün sinifdən çıxmasına icazə verdi. Bununla da erməni-azərbaycanlı

qarşıdurması sona yetdi, çünki zəng çalındı.

Səməd müəllim köks ötürdü və tələsmədən sinfidən çıxdı. Bütün şagirdlər də onun arxasınca sinfi tərk etdilər.

Bu böyük tənəffüs idi. Böyük tənəffüsdə hər kəs bir işin dalınca qaçırdı. Oğlanların bir qismi məktəbin dalında,

əmək dərslərinin keçirildiyi binanın arxasında siqaret çəkirdi. Bəzi oğlanlar isə qızların dalınca sülənir, onları yeməkxanada

kakaoya və kolbasa buterbroduna qonaq edir, əlaçı şagirdlər qızlara həsr etdikləri şeirləri oxuyurdular.

Zaur isə Artuşu biologiya sinfinə itələyərək, ardından qapını cəftələdi.

Zaur üçün dünyanın ən gözəl insanı, indi qəzəbindən, xəcalətindən qıpqırmızı kəsilmişdi. Ağlamağa hazır idi,

dodaqları titrəyirdi.

- Sən güclü olmalısan Artuş, - Zaur dedi. – Onlara fikir vermə. Görərsən, hər şey düzələcək, əvvəlkindən də

yaxşı olacaq.

- Zaur mənə təsəlli vermək lazım deyil. Heç nə yaxşı olmayacaq. Atam dünən ətraflıca hər şeyi başa saldı bizə.

Ermənilər əməlli başlı hücuma keçiblər. Qarabağda, Ermənistanda artıq qan axıb. Buradakılardan hər şeyi gizlədirlər.

Moskva bütün hadisələri ört-basdır eləyir.

Zaur məğlub olduğunu başa düşürdü. Doğru sözə nə demək olar? Gerçəkdən Ermənilərin başlatdığı bu mənasız

münaqişə, Zauru dünyanın ən gözəl insanından ayıra, ən gözəl gözlərindən məhrum edə bilərdi. Artuş artıq göz

yaşlarını saxlaya bilmədiyindən, hönkür-hönkür ağlamağa başladı. Zaur əyildi, Artuşun duzlu yanaqlarından, iri

gözlərindən həsrətlə öpdü. Qucaqlaşdılar. Ehtirasla öpüşməyə başladılar.


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə