ƏLİ ƏKBƏr artuş VƏ zaur (böyüklər üçün konfliktologiya dərsliyi)



Yüklə 1,44 Mb.
səhifə8/13
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5791
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

4

- Hara gedək, Zaur?

- Hara deyirsən gedək. Fərqi yoxdur mənim üçün.

Hava kifayət qədər soyuq idi. Sevgililər nahar etdikləri Alan restoranından çıxıb meydanın ortasında

dayanmışdılar. Sağa-sola baxır, hara istiqamət götürəcəklərinə qərar verə bilmirdilər.

- Onda Qriboyedovun məzarına gedək.

Zaur qaşlarını çatıb, kurtkasının yaxasını boğazına qədər düymələdi.

- Nə var onun məzarında?

- Heç nə... O boyda dahinin məzarını görmək istəməzdin? Onsuzda iki addımlıqdadır, funikulyor tərəfdə.

Gedək.


Sağa dönüb, monastır divarının yanından keçən kimi, baxımsızlıq ucbatından köhnəlib pis vəziyyətə düşmüş

məzar daşına yaxınlaşdılar. Onun üzərində, Qriboyedovun arvadı Ninanın “Sənin ağlın və əməllərin Rus xalqı üçün

unudulmazdır, amma nə üçün Ninanın məhəbbəti sənin ömründən uzun oldu?” sözləri həkk edilmişdi.

Artuş əyilib yerdən bir çınqıl götürdü. O, çınqılı qəbir daşına vurub əlini çəkdi. Çınqıl yerə düşdü və

ayaqlarının altına yuvarlandı. Artuş dərindən ah çəkdi.

- Bu, Tiflisin köhnə xürafatlarındandır. Əgər kimsə çınqılı nəm məzar daşına vurursa və çınqıl bir anlığa daşa

yapışıb qalırsa, deməli həmin adam o il evlənəcək. Amma məndə alınmadı...

Artuş məyus görünürdü. Zaur onun pərt olmuş sifətinə baxıb güldü:

- Görürsən də, biz heç vaxt evlənə bilməyəcəyik.

Artuş “yenə də bilmək olmaz” deyib susdu.

Tələsmədən, fikirli-fikirli funikulyora tərəf getdilər.

- Dünən hamamda olanlar barədə nə deyə bilərsən? O qazax kimiydi elə, hardan gəlmişdi, nə istəyirdi?

Artuş əlini Zaurun çiyninə qoyaraq soruşdu. Zaur dodaqlarını büzdü, başını qaldırıb Mtasmind dağına baxaraq

dedi:


- Bu haqda heç fikirləşmək də istəmirəm. Hələ özümə gəlməli, baş verənləri analiz etməliyəm.

Artuş əlini onun çiynindən çəkib cibinə saldı. Bir siqaret çıxarıb yandırdı. Soyuq havada ağzından və

burnundan buraxdığı duman, daha qatı görünürdü.

- Sən haqlıydın Zaur...

- Nə barədə?

- Şotanın hər şeyi bildiyini deyəndə haqlıydın...

58

- O nəinki hər şeyi bilirdi, hətta özü də istəyirdi. - Zaur özünü saxlaya bilməyib gülməyə başladı. Dodikonun,



Talqatın utancaq, qərarsız hərəkətlərinə fikir verdin dünən?

Artuş gülən gözlərini köhnə Tiflisin solğun divarlarında gəzişdirib dedi:

- Görünür həyatlarında birinci, ya da uzaqbaşı ikinci dəfə idi ki, kişilərlə sevişirdilər. Səncə Şota peyda olar bu

gün?


Zaur heç fikirləşmədən cavab verdi:

- Xeyr! Bu mümkün deyil. Onun da bir neçə gün özünə gəlməyə, götür-qoy eləməyə vaxta ehtiyacı var. O

nəinki bizimlə, heç Dodiko ilə də uzun müddət görüşməz yəqin.

Artuş siqaretini yerə atıb, ayaqqabısının ucu ilə əzdi.

- Özü bilər. Burada xəcalət çəkiləsi nə var axı?

- Elədir... Xüsusən də belə ustalıqla sevişirsənsə əyər.

İkisi də ürəkdən gülə-gülə, funikulyorun qapısına yaxınlaşdılar və xudmani vaqona minərək onun hərəkətə

keçməsini gözlədilər.

- Münaqişə gec-tez bitəcək. Sonra neyləcəyik? – deyə Zaur soruşdu.

Pəncərədən bayıra baxan Artuş, bu gözlənilməz sual qarşısında kədərlənib dilləndi:

- Deyirsən nə vaxtsa qurtaracaq?

- Əbədi ola bilməz axı. Əbədi heç nə yoxdur.

- Bəzən mənə elə gəlir ki, var - əbədi bir Allahdır, bir də bizim münaqişəmiz.

- Səfeh-səfeh danışma. Əvvəla Allah yoxdur, ikincisi də ki, tarixdə daha amansız münaqişələr olub və hamısı

da sülhlə bitib.

Zaur köks ötürüb əlavə elədi: - Amma bizim bu sülhü görməyəcəyimizi ehtimal edirsənsə, onda deməyə sözüm

yoxdur.

Vaqon hərəkət edib, aram-aram dağa dırmanmağa başladı. Artuş əlini Zaurun əlinə qoydu və dedi:



- Biz nə üçünsə bu məsələyə tez-tez qayıdırıq.

- Hansı məsələyə?

- Sülh ehtimalına, müharibənin nə zaman bitəcəyinə... Bizim xalqlar istəyirlərsə bu mənasız münaqişəni

qiyamətə qədər davam etdirə bilərlər, lakin bunun bizə heç bir dəxili olmamalıdır. Necə ki, yoxdur...

- Haqlısan Artuş. Amma mən bizim münasibətlərin müstəvisindən yanaşmıram bu münaqişəyə.

Artuş dərhal onun sözünü kəsdi.

- Nahaq yerə! Məhz elə bizim münasibətlərimizin müstəvisindən yanaşmalısan. Bizi başqa heç kəs və heç nə

maraqlandırmamalıdır. Qoy lap hamısı qırılsın, gəbərib getsinlər.

Zaur susdu, cavab vermədi. Doğru söz qarşısında nə demək olardı axı? Həqiqətən də müharibəni, Qarabağı teztez

yada salmaq, münaqişəni və onun qurbanlarını xatırlamaq yersiz idi. Bütün bunlar, iki gəncin saf məhəbbətinə

kölgə, aralarına məsafə salır və qəlblərini incidirdi.

Təzədən pəncərədən baxan Artuşun dizinə qoydu əlini. Cins şalvarının altından, ayağının hərarətini hiss etdi.

Vaqon yuxarı qalxarkən, başını onun çiyninə qoyub Tiflis mənzərəsini seyr etmək istəyirdi. Vaqonda üç-beş yad

adam olmasaydı, bəlkə də öpərdi onu yanıqlı-yanıqlı.

- Bilirsənmi Artuş, illər əvvəl ayrıldığımızda sənin məni xatırlayacağını heç gözləmirdim, inanmırdım buna.

İllər boyu bizim məsum, körpə məhəbbətimizin təmizliyini və saflığını yaşatdım qəlbimin ən tənha, məhrəm

yerində. İkimiz də gənc idik, coşqunluğumuzun ilk səhifəsində, qanımızın qaynadığı bir anda gördük bir-birimizi,

sevdik. Gecələr boyu yuxusuz qaldım səni düşünməkdən, ən gözəl həyəcanları, ən gözəl baxışları səndə yaşadım.

Bizi müharibə ayırdı, bunu ikimiz də bilirik. Bir daha ayrılmaqdan, səni itirməkdən qorxuram. Bəlkə də ona görə

tez-tez yada salıram Qarabağ münaqişəsini.

Artuş gözlərini pəncərədən ayırmadan dedi:

- Mən fikrimdə qalmaqda davam edirəm. O illərdə uşaq idik, iradəsiz idik, aramızdakı məsafələrə məğlub

olmağa məcbur idik. İndi isə vəziyyət dəyişib. Eşqimizə heç kəs mane ola bilməz artıq. Zamanı dayandırıb

həyatımızı istədiyimiz kimi yaşayacağıq. Nə yan baxan gözlərə, nə bizə düşmən nadanlara aldanmadan, uymadan

öz atəşimizdə qovurularaq, sevgimizin sərhədlərini daha da genişləndirərək yaşayacağıq. Mən həqiqi sevgini səndə

daddım, bundan sonra heç ayrılarammı səndən?

Son cümləni Zaurun düz gözlərinin içinə baxaraq demişdi. Zaur gülümsünüb:

- Müharibə sona yetəndən sonra Bakını doyunca gəzəcəyik səninlə – dedi. Dostlarımıza qonaq gedəcəyik, hətta

Qarabağa birlikdə səyahət edib, Cıdır Düzündə kabab çəkəcəyik. Gələcək bizimdir Artuş, mən buna inanıram...

Amma... sona yetməsə müharibə və xalqlarımız sənin dediyin kimi, əbədi düşmənçilik yolunu seçsələr, səninlə bu

regiondan çıxıb gedərik. Buna ki, imkanımız çatar?

- Məsələn hara?

59

- Parisə, Berlinə, haraya istəsən, oraya da gedərik. İstəsən Tiflisdə də yaşaya bilərik, amma bu perspektiv məni



nəsə açmır.

Vaqon dağın təpəsinə çatmışdı. Düşüb bir az gəzişdilər, Tiflisə quş baxışından tamaşa etdilər, soyuq rüzgarı

doya-doya ciyərlərinə çəkdilər.

Yarım saat sonra aşağı düşdüklərində, Şota Rustaveli prospektinə piyada getməyə qərar verdilər. Prospekti

başdan-sona gəzdilər. Yorulanda və acanda, bir restoranda göbələkli pizza yeyib, Azadlıq meydanına qayıtdılar.

- Otelə gedək? – Zaur soruşdu.

- Səncə Şota zəng vura bilər bu gün?

- Bayaq da dedim ki, inanmıram – Zaur dedi. Zəng eləsə də görüşərik. Burda nə var ki? Nə deyirsən, otelə

gedək?

- Yaxşı, gedək. Hava da pisləşəcək deyəsən – dedi Artuş, göyə baxaraq.



Oteldə öz mərtəbələrinə qalxıb Artuşun nömrəsinə girdilər. Gödəkcələrini çıxarıb divana sərildilər. Artuşun

ayaqları sızıldadığı üçün sifətini turşutmuşdu. Üzündə bu ifadə olanda, körpə ayı balasına oxşayırdı. Zaur ona

corablarını çıxartmaqda kömək etdi, dabanlarını dizləri üstə qoyub ovxaladı. Arada ayaqlarının altını da qıdıqlayır,

bu zaman isə Artuşun şən gülüşü otağa yayılırdı. Masajı bitirdikdən sonra, Zaur onun üzünü əllərinin arasına aldı.

Öpdü dodaqlarından. Yanaqları yumşaq və ilıq idi. Bir-birlərinin gözlərinin içinə baxa-baxa öpüşürdülər. Zaurun

sifəti artıq nazilmiş və ciddiləşmişdi. Əyinlərini soyundular. Pərdələrin çəkildiyi otaqda ikisinin də bədəni sarımtıl

əqiq daşı kimi parıldayırdı. Bir-birlərinin ürək döyüntülərini eşidir, hətta damarlarından axan qanın şırıltısını duyurdular.

Masmavi sularda oynaşan iki delfin kimiydilər onlar. Artuşdan meşə, qəhvə, tütün və tər qoxusu gəlirdi.

Bu tər qoxusu qətiyyən narahat etmirdi Zauru – çünki bu zaman, onunla sevişmək daha maraqlı, daha kəskin, daha

ekstremal olurdu.

Gözlənildiyi kimi, hava küskünləşdi qəfildən. Buludlar Tiflisin üstünü aldığı zaman, otel otağı bir az da

qaranlığa qərq oldu. Onsuz da işığa ehtiyacları yox idi onların. Bu alaqaranlıq otel otağında, birləşən bədənləri

kifayət qədər işıq saçırdı.

Nəhayət öpüşməkdən yorğun düşən gənclərin, vücudları birləşdi.

Əllər, ayaqlar birləşdi. Ulduzlar birləşdi. Fırtınalar qopdu, raketlər havalandı, fontanlar vurdu, fişənglər atıldı

ATA otelinin 306 nömrəli otağında.

Yer, göy lərzəyə gəldi, küçələr, yollar sulara təslim oldu.

Sellər Kürə qarışıb, qoca çayı coşdurdu.

Qədim Tiflis hönkürə-hönkürə ağlayırdı.

60

İZDİVAC VƏ AYRILIQ

61

Örtgil ol ay üzünü kim, çeşmi-naməhrəm görər,

Yoxsa ki, dindən dönər çox-çox müsəlman erməni.

1

Görəsən mənim qəhrəmanlarım, Platonun homoseksual məhəbbəti heteroseksual sevgidən üstün tutduğunu

bilirdilərmi? Hər halda, onların seksual təmayülünün belə bir dahi tərəfindən dəstəklənməsi, qəhrəmanlarıma kiçik

də olsa bir təsəlli olardı. Platon həqiqətən də homoseksual sevgini ümumi eyniliyə, ilkinliyə qayıdışa cəhd kimi

yozur, buna bütün səmimiyyətlə inanırdı. Platonun fikrincə, qadına sevgi – “ehtiras”, kişiyə qarşı duyulan

homoseksual hisslər isə ilahiyə can atma idi. Yəni o, inanırdı ki, homoseksual məhəbbət – “mənəvi”dir, “ülvi”dir.

Əlbəttə, mübahisə etmək olar, amma bunlar bəşəriyyət tarixində təfəkkürün ulu babalarından sayılan Platonun

fikirləridir - mənim yox!

Homoseksualların arqumentləri Platonla da məhdudlaşmır. Məsələn, Sokrat kimi bir nəhəngin də gey olması

və qədim Yunanıstanda bu əlaqələrə normal yanaşılması, maviləri xeyli ruhlandırır. Doğrudan da Yunan

mədəniyyətində homoseksual meyllər üçün kifayət qədər səbəb var idi. O dövrdə, qadınlar tabe olan, alçaq

məxluqlar sayılırdı. Demokratiyaya rəğmən cəmiyyətdə cinsi və sinfi ayrıseçkilik hökm sürürdü. Əmək fəaliyyəti

ilə məşğul olmaq, qadınlara və kölələrə xas, alçaq bir iş hesab olunurdu. Odur ki, bu cür ictimai həyat tərzinin,

homoseksualizmin geniş vüsət almasına, çiçəklənməsinə yol açması labüd idi.

Doğrusu, hekayətimin bu məqamında lirik və fəlsəfi ricətlərə varmaq, oxucunun zehnini subyektiv mülahizələrimlə

yormaq istəməzdim. Bilirəm, hamınızı Tiflisdə, otel otağında yarımçıq qalan eşq macərasının davamı maraqlandırır.

Lakin əziz oxucu bir az hövsələli olub mənə icazə versə, qəhrəmanlarımın psixoloji portretlərini cızmağa iddialı

olmasam belə, heç olmasa buna cəhd etmək istərdim. Çünki, aparacağımız istənilən təhlil və edəcəyimiz beyin gimnastikaları

hərlənib-fırlanıb şüurumuzun yaratdığı qeyri-dəqiq obrazlarda ilişib qalacaq və xəyalımızda onların gerçəklikdən

uzaq psixoloji portretləri yaranacaq.

Artıq kitabın təxminən üçdə birini oxuyan Sizlər, yəqin ki, üçüncü ölkələr üçün yasaq olan bu mövzunu

işləməyimin səbəblərini də bilmək istəyirsiniz? Bundan əminəm. Sanki “nə üçün?” sualını eşidən kimi oluram.

Təkcə onu deyə bilərəm ki, insani münasibətlər, xüsusən də bu qədər ekstremal olarsa, praktiki yaradıcılığın ən

maraqlı obyektinə çevrilir və bu münasibətlər mənim kimi marginalın diqqətindən kənarda qala bilməz.

Bilmirəm, on minlərlə insanın qurban getdiyi amansız müharibəyə rəğmən, iki düşmən xalqa mənsub

qəhrəmanlarımı bu yasaq sevgiyə sövq edən, bir-birlərinin qoynuna atan səbəblər hansılardır? Mənim bu qorxunc

sevdanın səbəblər silsiləsindən xəbərim yoxdur, ola da bilməz. Mən sadəcə olaraq ehtimallar üzərində baş sındıra,

onları anlamağa və bəlkə də izninizlə - bu iki gənci bağışlamağa çalışa bilərəm.

Artuş və Zaur kimi insanlar barədə istənilən ağızdan, istənilən avaz çıxa bilər. Hər kəsin onlar haqda deməyə

sözü, verməyə hökmü və asmağa dar ağacı var. Onları hansı şərtlər və şəraitin doğurduğu isə - heç kəsi

maraqlandırmır.

Hərdən mənə elə gəlir ki, mənim ümumi kütlədən fərqlənən, mental məngənələr arasında sıxışıb qalmış

qəhrəmanlarım heteroseksual sevgini özləri üçün «hissi günah» sayıb, ondan qaçırlar. Elə başa düşülməsin ki,

mənim qəhrəmanlarımı Qafqaz mentallığının zorakı absolyut xarakteri mavi sevdaya meylli qılıb. Çünki onlar hər

şeyin və hər kəsin, bütün dəyərlərin və cəmiyyətlərinin narrativlərinin fövqündə dayanırlar.

Onların mənsub olduğu coğrafiya, region homoseksuallığı rəsmən tanımayıb və hələ uzun illər tanımayacaq.

Fəqət qoca Qafqaz onları tanısa da, tanımasa da; qəbul etsə də, etməsə də, homoseksualların hər dövrdə və hər

cəmiyyətdə mövcud olması və bundan sonra da olacağı danılmaz həqiqətdir. Zaur və Artuş kimi insanlar həm

Ermənistan, həm də Azərbaycanda minlərlədir və əksəriyyəti gizlənərək, cinsi orientasiyalarını gizlədərək yaşamağa

məcburdurlar.

Bu gənclərdə homoseksual təmayüllər hələ uşaq yaşlarından təzahür edib. Elə bir yaş dövründə ki, buna banal

sevgi demək mümkün deyil. Ən yaxşı halda onların münasibətlərini instinktiv vurulma adlandırmaq olar. Həm də

mən əminəm ki, nə Zaur, nə də Artuş çılpaq abstraksiya olaraq taktik idealın, aktiv unifikator rolunu oynadığını;

buna görə də unifikasiya edilən zorakılığın və unifikasiya olunan asılılığın cəmiyyətə, o cümlədən də erosa şamil

edildiyini bilmirdilər. Yəni onların heç biri, həyatlarının ən qorxunc seçimi(?) olan homoseksuallığın sosio-fəlsəfi

əsasları barədə məlumatlı deyildilər. Onlar öz cismani və mental tərəflərini üzbəüz qoymuş, bu cəhətlər arasında

qarşıdurma yaratmış və nəticədə homoseksuallığa sürüklənmişdilər.

Əslində bizim şərq ənənəmizdə seksuallığın nə dərəcədə böyük günah olduğu, ilk masturbasiya təcrübəsində

üzə çıxır. Uşaq özünü ilk dəfə “aşkar” etdiyi, öz əlinin yardımı ilə cinsi həzzə çatdığı zaman, valideynlərinin

məzəmməti ilə üzləşir. İnanıram ki, istənilən homoseksualın qəlbinin dərinliklərinə enə bilsək, onun uşaqlıq illərindəki

masturbasiya təcrübəsinə görə çox xəcalət çəkdiyini, anasına qarşı gizli, latent bir nifrətin fidan kimi ürəyində

boy atdığını görərik. Həmən o ana ki, ilk masturbasiyalarında onun üçün fantaziya obyekti olub...

62

Uşaq seksuallığının böyüklərin seksuallığından fərqi, uşağın özünü təsdiqetmə, tamamlama cəhdləri ilə



səciyyələnir. Buna onanizm formasında təzahür edən özünə heyranlıq, özünə aşiqlik də demək olar. Əllərin cinsi

orqanla təması nəticəsində dairə qapanır və məlum olur ki, homoseksualın sevgi obyekti, onun təhtəlşüuruna

möhkəmcə yerləşmiş öz obrazıdır. Təsadüfi deyil ki, gey cütlüklərin bir-birlərinə oxşadığına tez-tez şahid oluruq.

Uşaq yaşlarında homoseksual təmayüllər göstərən oğlanların, lüt vəziyyətdə böyük aynanın qarşısına keçib,

aynadakı əkslərini öpmələri də adi haldır. Hətta yaşlı bir kişi ilə gənc oğlanın seksual əlaqəsində, yaşlı kişi cavan

oğlanda öz bitməz-tükənməz gəncliyini, enerjisini görür. Məhz bu kontekstdə, homoseksuallığın masturbasiya aktı

ilə böyük oxşarlıq təşkil etməsi üzə çıxır. Yəni özünə vurğunluq anlamında, hər bir homoseksual başqasında özünü

görməkdə, özünü sevməkdədir əslində.

Anaların uşaq əmizdirən zaman, bundan seksual həzz duyduqları faktı da təsdiqlənib. Burada ayıb heç nə

olmadığı kimi, həzz almağın da uşağa heç bir ziyanı yoxdur. Lakin analar seksual həzzə çatmaq üçün, bəzən

uşaqlarından seksual obyekt kimi istifadə də edirlər. Leonardo da Vinçinin kişisiz qalan anası da yəqin ki, körpə

Leonardonun əmmə refleksindən orqazma çatırdı. Əsrlərdir insanları, sənətsevərləri heyran qoyan Mona Lizanın

incə təbəssümünün arxa planında, ola bilsin məhz bu həzz, seksual zövq dayanır. Günahın və həzzin təbəssümüdür

Mona Lizanın dodaqlarında donub qalan ifadə. Ola bilərmi ki, Leonardo anasının qucağında döş əmərkən, bu

ifadəni yadda saxlayıb və illər sonra Mona Lizanı, yəni doğmaca anasını təsvir edib? Nə bilmək olar axı?

Əgər bu ehtimalda həqiqət payı varsa, onda Leonardonun bir qadınla yatması, onun aləmində insestə, yəni öz

anası ilə cinsi əlaqəyə girməsinə bərabər idi və məhz buna görə də, onun homoseksual olmaqdan savayı əlacı

qalmırdı. Uşaqlıq illərində oynadığı rolu, o indi yetkin çağında, özü anaya çevrilərək, yəni penisini bir başqa

kişinin ağzına dürtərək orqazma çatırdı. Leonardo ana olurdu, qarşısında diz çöküb onun alətini soran kişi isə -

övlad!


Etiraf edək ki, Freud bizi özümüzlə üz-üzə qoyduğuna, həqiqəti bütün çılpaqlığı ilə üzümüzə çırpdığına görə

ondan nifrət edirik. Freuda qədər biz yuxularımızın naqisliklərimizi üzə çıxaran bir fenomen olduğunu bilmirdik,

bu barədə düşünmürdük. Sən demə, seksual doyumsuzluq keçirən kişilər, son çarə olaraq yuxularında öz

penislərini ağızlarına alırlarmış. Bu onların şüuraltılarından süzülüb, röyalarında onları təqib edən arzularıdır.

Kişinin öz penisini ağzına alması özünü tamamlaması, özünü təsdiq və təmin etmə vasitəsidir. Özü özünü seksual

doyuma, həzzə çatdırma, qadına ehtiyac duymadan boşalma cəhdləri, qadınlara şüuraltı qorxu duyan nevrotik

kişilərə xasdır.

Bəs anal dəliyin fiksasiyası ilə bağlı reflekslər hansı şəraitdə yaranır görəsən? Ana öz övladına imalə edəndə -

uşaqla simvolik cinsi əlaqəyə girmiş olmurmu? Əlbəttə, ananın niyyəti təmiz, imalə isə uşağın səhhəti üçün zəruri

ola bilər. Lakin bu proseduranın seksual rəmziliyi qalmaqda davam edir. Qaydalara riayət olunaraq qoyulan imalə

hələ heç kəsə ziyan gətirməyib. Amma hər dəfə uşaq bayıra getməkdə çətinlik çəkəndə, ona imalə qoyulsa, bu

mütləq olaraq fəsadlara yol açacaq. Uşaqlarının üzərində hakimiyyətlərini hiss edən analar, öz qadın həyəcanlarını

bu prosedura vasitəsilə uşaq üzərində sublimasiya edirlər. Onlar uşağın anal dəliyinə imalənin ucunu soxmaqla,

daxilən, gizlincə özlərini seksual baxımdan təmin edirlər.

Çox vaxt ananın öz oğlu ilə insestual məhəbbəti, qadının öz əri ilə yetərsiz seksual həyatı zəminində meydana

gəlir. Belə vəziyyətdə, emosional pozğunluqlar keçirən ana, öz seksual hisslərini oğlunun üzərinə köçürür. Bu

qəsdən edilməsə də, fakt faktlığında qalır. Oğlan vaxtının böyük hissəsini anası ilə keçirir, onun hisslərinə,

məişətinə ortaq olur, aralarında fiziki yaxınlıq baş verir. Bütün bunlar oğlan uşağını bir mənada “ram” edir. Ana

düşünür ki, “oğlu onun arzu və istəklərini yerinə yetirməyə məcbur olan varlıq”dır. Ana istəyir ki, oğlu böyük, çox

böyük adam olsun. Yəni anasının sayəsində zirvələri fəth etsin. Bu ümidlər, gözləntilər, ifrat yaxınlıq və sevgi -

oğlu ananın aşnasına çevirir.

Belə olan halda oğlan uşağı anaya bağlandıqca, atasının yerinə keçir. Çox vaxt ana öz oğlunu yatağına dəvət

edir, onunla yatır. Nəticədə oğlan bacara bilmədiyi seksual təhriklə üz-üzə qalır. O nə anasından imtina, nə də öz

seksual reflekslərini təmin edə bilmir. Artıq onun öz vücudunu qətlə yetirməkdən, fiziolojisinə üsyan etməkdən və

vəhşi hisslərini basdırmaqdan başqa əlacı qalmır.

Bu tip ailələrdə, adətən ata da ananın özü qədər nevrotikdir. Çox vaxt qadının hərəkətlərinə üsyan edən atanın

reaksiyası, oğluna nifrətə çevrilir. Ata, öz mövqeyini sarsıtdığını düşündüyü oğluna öz rəqibi kimi baxmağa

başlayır. Oğlan uşağı isə çaş-baş qalır. Bu düşmənçiliyi yox etməyin yollarını axtarır, amma tapa bilmir. Atasından

tez-tez “mama uşağı” təhqirini eşidir. Lakin qəribə də olsa, bu sözlərdə çox vaxt həqiqət payı olur, çünki ana

oğlunu qız xasiyyətli böyüdür, atasından uzaqlaşdırır. Əgər belə bir ailədə ata despot, əyyaş və zalım olarsa, onda

vəziyyət daha da ağırlaşır – ana, oğlunun yeganə dayaq nöqtəsinə çevrilir.

***


63

Di gəl ki, nə Artuşun, nə də ki, Zaurun həyatlarında yuxarıda sadalanan heç bir psixoloji travmaya, insestə, ağır

keçən uşaqlığa və s. kimi neqativ hallara təsadüf olunmur. Həmçinin, yeniyetməlik çağlarında mənim

qəhrəmanlarıma sataşan olmamış, heç kim onları zorlamağa cəhd göstərməmişdi. Hətta, ilk dəfə pornoqrafik filmə

onlar homoseksual cinsi əlaqə təcrübələrindən bir il sonra, daha dəqiq desək, 14 yaşlarında baxmışdılar. Hər

ikisinin də valideynləri, homoseksualların ailələrinə şamil edilən stereotip normalardan uzaq, mədəni və ziyalı

adamlar idi. Odur ki, bu ailələrdə zorakılıqdan, pis tərbiyədən söhbət belə gedə bilməzdi. Dəqiq deyə bilərik ki,

Artuşla Zaurun uşaqlığı bütün normal həmcinslərinin uşaqlığı kimi keçirdi. Əlaçı olmasalar da, çox vaxt yaxşı,

bəzən də kafi qiymətlər alırdılar. Öz hobbiləri vardı - kitab oxumağı sevirdilər, tez-tez kinoya, teatra gedirdilər...

Bütün bunların fonunda, Artuşun və Zaurun homoseksualizmə meyl salmaları olduqca qəribə görünür. Axı

onların həyatlarında nə baş verdi ki, körpə bədənləri birdən-birə ağır bir seçim qarşısında qaldı? Onların da

həyatları milyonlarla yaşıdlarının, həmcinslərinin həyatı kimi qayğısız, əziyyətsiz, oriyentasiyaları isə ənənəvi ola

bilməzdimi? Bütöv bir cəmiyyətin dəyərlərinə, normalarına üsyan etmək, sonu görünməyən bir mübarizəyə

girişmək, bu mübarizədə qan itirmək, onurğaya qədər işləyən sancılara tab gətirmək, həzzdən və ağrıdan göz yaşı

axıtmaq onların alın yazısı olmalıydımı?

Bəlkə də...



2

Filatelizmdə ilk addımlarını atan Artuşun qıfılının biri daima açıq qəhvə rəngi çantasından, içinə həvəslə

markalarını doldurduğu qırmızı albomunun ucu görünür. Təbəssüm heç düşmür üzündən. Keçib yerində oturur,

Zaurun əlini sıxır. Lap yekə kişilər kimi görüşürlər. Çantasından qırmızı albomu çıxarıb açır, sondakı səhifələrdən

birini Zaura göstərir:

- Atam dünən üç manat verdi, heyvan kolleksiyası aldım.

Zaur markalardakı yırtıcı heyvan təsvirlərinə maraqla baxır.

- Təbrik edirəm. Əladır.

Tənəffüsdə, dəhlizin sonunda toplaşan uşaqlarla marka oyunu başlayır. Müdir görsə, markaların hamısını

alacaq əllərindən, sonra da qaytarmayacaq. Ehtiyatlı olmalıdırlar. Artuş ovucunun içi ilə markalara şapalaq

vuraraq, hamısını üzü üstə çevirib qalib gəlir. Udduğu markaları əvvəl cibinə doldurur, sonra da sinfə qayıdıb səliqə

ilə albomuna yığır. Zaurun baxdığını görüb bir topa markanın arasından beş dənəsini seçir və dostuna uzadır.

- Bu da sənin payın.

Zaur bu jest qarşısında sərsəmləyir.

- Axı onları sən uddun! Niyə mənə verirsən?

- Onsuzda mən hamıdan yaxşı oynayıram. Yenə udaram...

Zaur “çox sağ ol” deyib markaları götürür və riyaziyyat dərsliyini aralayaraq, onları kitabın arasına qoyur.

...- Zaur, eşidirsən! Yenə nə fikrə getmisən?..

Riyaziyyat müəlliminin gur səsi Zauru reallığa, boz divarları ümidsizlik, məyusluq saçan sinfə qaytardı:

- Hə... Bəli...

- Deyirəm nə olub yenə? Nə dalmısan xəyallara pəncərəyə baxa-baxa? De, biz də bilək.

- Yox, elə belə... Yağışa baxırdım.

Sinifdəkilər gülüşürlər. Qızlar xüsusi canfəşanlıq göstərir.

Yalan deyirdi Zaur. Gözləri pəncərəyə çəpəki çırpılan damcılara baxsa da, xəyalən Artuşunun yanında idi.

1990-cı ilin Dekabr ayı yağmurlu keçirdi. İndi ay başa çatmaq üzrədir və yağışlar şiddətlənib.

Artuşla son dəfə bu parta arxasında oturanda, 9B sinfinin şagirdiydilər. Ayrılığın üstündən bir ilə yaxın vaxt

ötür. Bir-iki həftə sonra tarixin zibilliyinə atılacaq olan, sanki xəcalətindən bir göz qırpımında qeyb olmağa

hazırlaşan 90-cı il, ən qanlı-qadalı, əzablı il kimi həkk olunacaq xalqın yaddaşına.

İndi sinif həmən sinif olsa da, Zaurun partasında bir nəfərin yeri boş qalıb... Artıq dəhlizdə marka oynayanlara

da rast gəlmək olmur - bu hobbiyə maraq itib. Artuş şagirdlərin sevimli məşğuliyyətini də aparıb özü ilə.

Bakıya yağış yağır. Yağış əslində onun tərəddüdlə şerlər yazdığı dəftərinə yağır. Bakının kələ-kötür

küçələrində, gölməçələrin üstündən atlayaraq qaçan xatirələrinə yağır. Dərs sonrası Bünyat Sərdarov küçəsi ilə

üzüaşağı tələsən onuncu sinif şagirdlərinin qəribə, anlaşılmaz həyəcanına yağır yağış.

Gözləri dolur. Artuş, Artuş, Artuş... Bu ad çoxdan qəmli musiqiyə çevrilib onun dilində. O indiyə qədər ona

göndərə bilməyəcəyi, Artuşun da heç vaxt alıb oxuya bilməyəcəyi iyirmiyə qədər məktub yazıb. Zaur onu

həmişəlik itirdiyini başa düşür. Müharibə hər gün yüzlərlə can alırsa, şəhərdə bircə dənə də erməni qalmayıbsa, Er64

mənistanda bircə nəfər azərbaycanlı yaşamırsa, dolma mübahisə predmetinə çevrilibsə - deməli hər şey bitib.

Geriyə yol yoxdur.

Yeni il şənliklərinin dəyişməz bir rəmzi var, daha doğrusu qoxusu - mandarin ətri. Artıq əvvəlki illərdəki tək

hopmur məktə__________bin divarlarına bu ətir. Qulliver konfetlərinin kağızları ilə də zibillənmir dəhlizlər. Xadimə Firuzə xala

da azarlamır şuluqluq edən, məktəbdə toz buludu qaldıran uşaqları. Ötən illərlə müqayisədə, indi daha da qocalmış

görünən Şaxta babanın doğruçu olmadığını artıq bütün aşağı siniflər bilir. İlk dəfə öpüşməyə cəhd edənlərin, qızların

uzun hörüklərini dartanların, tərbiyəsiz sözlərlə onları utandıranların da sayı azalıb. Ətalət çöküb məktəbə, şəhərə,

bütün ölkəyə. Qıtlıq – siqaret, çörək və kolbasa dərdi, insanlara gülməyi, sevinməyi unutdurub.

Halbuki, cəmi bir il əvvəl, Zaurun yanında oturan dünyanın ən əziz adamı, qələminin ucunu gəmirərək məsələ

üzərində baş sındırırdı. Zaur nəfəsini tutub gözucu ona baxır, göz-gözə gəldiklərində isə, gülüşüb təzədən başlarını

kitabların üzərinə əyirdilər. Bir il idi ki, ürəklərini açmışdılar bir-birlərinə, amma buna baxmayaraq daxillərindəki

həyəcanı yox edə, bir-birlərinin jest və hərəkətlərinə, üzlərinə, qaş-gözlərinə sakit, həyəcansız baxa bilmirdilər.

Tənəffüsdə bir-birlərinə yaxınlaşmağa qorxurlar – elə bil elektrik cərəyanı vurub kül edəcək körpə qəlblərini.

O qədər işıqlı, nurlu idi ki, simaları elə bil çevrələrində minlərlə ulduz işıldayırdı. Günəşlər şabalıdı göz

bəbəklərində batır, yaz yaşıllığı onların göy qurşağı əlvanlığını qısqanırdı.

İlahi, etiraf edənə, bir-birlərinə açılana qədər hansı əzab-əziyyətləri çəkmiş, neçə gecələr yuxusuz qalmışdılar!..

***

İdman dərsi. Soyunma otağında tək qalan Artuş, Zaurun köynəyini götürüb sifətinə yaxınlaşdırdı. Tər və ucuz



odekolonun qarışımından yaranan doğma qoxunu ciyərlərinə doldurub unutdu özünü. Bu onun, vəhşi Zaurunun

ətridir. Qəhər boğazını tıxadı, körpə Araratı qalxdı. Dözə bilmirdi daha. Tualetə qaçdı, Zauru müxtəlif forma və

pozalarda təsəvvür edərək boşaldı. “Zaur, Zaur... Səni son tikənə qədər özümə aid etmək, içmək, yemək istəyirəm.

Mənim ol, yalnız mənim...” Kanniballaşırdı Artuş, ağlını itirirdi.

Hiperseksuallıq atmosferinə bürünmüş idman zalına qayıdanda, oğlanların qızlar barədə söhbətlərinə qoşuldu

riyakarcasına. Uydurma əhvalatlar, yalançı seks qəhrəmanlıqları, anal və oral tamında nağıllar. İstisnasız bütün

oğlanların sən demə seks təcrübəsi var imiş bu məktəbdə. İdman müəllimi Valeri Mixailoviç Yenin uşaqların

üstünə çəmkirir:

- Bəsdirin axmaq-axmaq danışdınız! Kanata dırmaşırıq, haydı! Haydı!

Guya onun üçün olduqca maraqlı söhbəti böldüyünə görə, Zaur astadan söyür müəllimi, üst dişlərinin

arasından təzyiqlə tüpürür və kanata tərəf qaçıb, yoğun ipə kərkinə-kərkinə tavana qədər dırmaşır. Artuşun nəfəsi

tutulur yenə. Zaurun hər bir hərəkəti, söyüş söyməyi, dişlərinin arasından tüpürməyi, hal-hazırda balaca, yumru

götünü qabardaraq kanata dırmaşması ehtizaza gətirir onu, ürəyindən yanıqlı bir “ah” qopur.

Soyunma otağında oğlanlar paltarlarını dəyişən zaman, Zaur birdən-birə arxaya dönüb Artuşla göz-gözə gəlir.

Göbəyinə qədər süzülür baxışları, sonra daha da aşağıya enir. Ağ tumanın altında yüksələn təpəciyin ucunda nöqtə

boyda islaqlıq var. İşədikdən sonra nə qədər silkələsən də, bir damcı sidik mütləq qalır ucunda. Artuş Zaurun hara

baxdığını fərq edib həyəcanlanır. “Yoxsa?..” Ümid işığı dolur içinə, sevincindən çılğına dönür. O qədər xoşbəxtdir

ki, alətinin yüksəldiyini, maqmanın hərəkətə keçdiyini hiss eləmir. Birdən özünə gəlib, tez üzünü divara çevirib,

şalvarını geyinir. Ehtiras qığılcımları gizildədir bədənini, güzgüdən arxada baş verənlərə baxır. Budur, hələ

gözlərini ayırmayıb ondan Zaur. Məsum baxışlarında, qəribə bir maraq oxunur. Soyunma otağında iyirmiyə yaxın

şagird olsa da, heç biri hiss eləmir onların arasında keçən səssiz dialoqu, gözlərlə qurulan rabitəni, qəlblərinin

pıçıltısını.

Bir-birlərinə aid olduqlarını ikisi də o gün anlamışdılar.

***


Etiraf günü gecikmədi. Bir həftə sonra açıldılar bir-birlərinə. Məktəbin həyətində, əmək dərslərinin keçirildiyi bir

mərtəbəli tikilinin divarına söykənmişdi Zaur, başını aşağı salmışdı, baxa bilmirdi Artuşun gözlərinə. Ondan eşitdiyi

sözlər ürəyincə olsa da, cəsarət etmirdi ağzını açmağa. Artuş isə hey danışır, danışır baxışları isə Zaurun sifətində gəzişir,

ondan bir reaksiya gözləyir, donmuş üzündə cavab axtarırdı.

“Səni sevirəm” – bu sehrli sözlər də Artuşun dilindən süzüləndən sonra, Zaurun çöhrəsi təbəssümlə bəzəndi,

yanağında qəmzələr oyandı. Başını qaldırıb hələ də həyəcandan danışmasına ara verməyən Artuşa baxdı. Artıq

onun mənasız, rabitəsiz sözlərinə qulaq asmırdı, sadəcə tamaşa edirdi ilk sevgilisinə, ilk göz ağrısına.

Nəhayət susdu Artuş. Yanaqları allanmışdı şaxtadan, dodaqları titrəyirdi. Cavab gözləyirdi, Zaur isə susmağa,

onun gözlərinin içinə baxmağa davam edirdi. Zaura bir sillə vurmaq, onu özünə gətirmək, danışdırmaq keçdi

fikrindən.

65

“Niyə susursan axı?” düşündü əzabla. “Danış qurban olum, bir söz de!”



Cavab büllur güldana vurulan çırtıma tək, cingiltili və tər-təmiz idi:

- Mən də səni...

İki gün sonra Artuşgilin evində, bir-birlərini daha da yaxından tanıdılar, məsum sevgilərini vücudlarının dili ilə

daha da möhkəmləndirdilər.

Buzovnadakı “Ekran” isə, ikisinin birgə getdiyi ilk və son pioner düşərgəsi olmuşdu. İri dozan qurdlarının

torpaq üstündə sağa-sola qaçışdığı, ilıq axşam qoxusunun burunları qıdıqladığı bu yay gecəsi, dəniz incə bir xətlə

kəsişirdi torpaqla. Yanan tonqalın ətrafına yığışmış uşaqlar bir yandan qulaqlarının dibində vızıldayan mığmığaları

qovur, bir yandan da böyük qrupdan olan Oleqin gitarda ifa etdiyi “Vzveytes kostrami siniye noçi, mı pionerı deti

raboçix” adlı populyar pioner mahnısını xorla oxuyurdular. Fəhlələrin övladlarına həsr olunmuş, imperiyanın özü

boyda nəhəng bu mahnı bütün Abşeronu başına götürmüşdü. Artuşla Zaur üçün isə bu mahnı da eşqdən bəhs edir,

onları sevişməyə səsləyirdi.

Abşeron axşamı eşq doluydu.

Məhəbbətləri günü-gündən böyüyən, çiçək açan oğlanların tez-tez tənhalığa çəkilmələrini ətrafdakılar görmür,

görsələr də başa düşmürdülər. Sahillə qəsəbə yolu arasında ucalan alçaq qayalıqların arxasında, xudmani bir yer

tapmışdılar. Çox yaxın məsafədən eşidilən mahnı sədaları, iki yeniyetmənin ehtiras nalələrini boğur, onların daha

rahat sevişməsinə şərait yaradırdı.

Nağıllar aləminə ulduzlu gecə çökürdü.

***


Sinifdə bütün günü bax beləcə, xəyallar içində, pəncərəyə şiddətlə vuran yağışa boş gözlərlə baxmaqla keçdi.

Evə qayıdanda da heç kimlə danışmadı, yemədi, içmədi və bu halına çoxdan vərdiş etmiş valideynlərinin kədərli

baxışlarının müşayiəti altında otağına keçib qapısını cəftələdi. İşığı yandırmadan çarpayıya atdı özünü. Elə bil

yağan yağışın şiddətindən tədricən aşınan, yavaş-yavaş əriyən Qız Qalasına baxa-baxa ağladı.

Artuşun da Yerevanda gözünə yuxu getmirdi. Ailəsi ilə müvəqqəti məskunlaşdıqları Maşınqayırma Zavodunun

yataqxanasındakı bir göz otaqda, hıçqırıqları eşidilməsin deyə, ağzını ovucuyla sıxmışdı. Ağlından çıxmırdı əziz

insan. Sevişmələrini, baxışlarını, gülüşünü, əllərinin istisini unuda bilmirdi. Qarşısı alınmayan alov kimi

böyüyürdü günü-gündən kədəri. Zaura heç olmasa quruca “əlvida” deyə bilmədiyi üçün özünü bağışlaya bilmirdi.

Son dəfə onunla telefonla danışmamağına, səsini eşitməməyinə peşman olmuşdu. Halbuki atası təklif eləmişdi ona

Zaura zəng vurmağı. İndi anlayırdı ki, qürurun yeri yox imiş məhəbbətdə.

“Eşqimizi qəlbimə basdırdığımı bilməlisən Zaur. Ömrüm boyu daima səni xəyal edib, daima səni

düşünəcəyəm. Səsini eşitmədiyim, üzünü görmədiyim hər gün cəhənnəm əzabı olacaq mənə. Parça-parça, viranə

olmuş, dağılmış bir qəlbim var indi. O xarabalıqlar içində də, səndən başqa heç bir şeyə və heç kimə yer yoxdur...”


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə