ƏLİ ƏKBƏr artuş VƏ zaur (böyüklər üçün konfliktologiya dərsliyi)



Yüklə 1,44 Mb.
səhifə10/13
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5791
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

4

Maşını idarə edən Dodiko, sevgililərin qaldığı kənd evini asanlıqla tapdı. Saat ikinin yarısı olardı. Zaurla Artuş

həyətdə gəzişir, siqaret çəkirdilər.

- Dodiko da gəlib – dedi Zaur Artuşa göz vuraraq.

Küçəyə çıxıb maşını qarşıladılar. Zaur arxa qapını açaraq, Klaasla bağlı beynində yaratdığı obrazın əksinə

saqqalsız, 40-45 yaşlarında, bir az şişman keşişin maşından düşməsinə kömək elədi. Keşişin saçlarının yarısı

tökülmüş, geniş alnı bir az da böyümüşdü.

- Möhtərəm Keşiş xoş gəlmisiniz.

Artuş çəkdiyi siqareti yerə atıb tapdaladı və sıra ilə Şota və Dodikonu qucaqladı. Keşiş Klaas ilə də görüşdü.

- Evi tapmaq çətin olmadı ki? – Zaur Şotadan soruşdu.

- Tez-tez bu kənddə dincələn adam üçün, çətin nə ola bilər? – Şota və Dodiko Zaurla da qucaqlaşıb görüşdülər.

Artuş qabağa keçərək həyətə girdi və əli ilə qonaqları evə dəvət etdi:

- Buyurun, buyurun.

Beşi də evə girib gödəkcələrini və ayaqqabılarını çıxartdılar. Qonaqlar kreslo və divanın olmadığı otaqda

döşəmədə, mütəkkələr üstündə oturdular. İndiyə qədər ağzını açmayan, yalnız gülümsəməklə kifayətlənən keşiş

Klaas, əli ilə xalçanı sığalladı, məmnunluqla başını buladı. Görünür xalçanı bəyənmişdi. Artuş dərhal mətbəxə

gedib çaydanın altını yandırdı, fincanları dolabdan çıxardıb nəlbəkilərə düzdü və həyəcanla yanında vurnuxan

Zaurun üzünə baxmadan dedi:

- Nədi? Yer tapa bilmirsən özünə?

- Mən hər gün evlənmirəm Artuş. Özü də kişi ilə. Ona görə də həyəcanlı olmağımda qəribə heç nə yoxdu.

Keşiş otaqdakı xalçanın keyfiyyətindən razı qaldı.

Artuş Zaurun son cümləsini qulaq ardına vuraraq soruşdu:

- Qonaqlar nə içəcəklər – çay, qəhvə? Bəlkə öyrənəsən?

- Ehtiyac yoxdur, əlbəttə qəhvə içəcəklər. Türk qəhvəsi.

Artuş dodaq ucu gülümsünüb Zaura göz vurdu:

- Türk yox, erməni qəhvəsi. Qədim erməni qəhvəsi.

72

- Yaxşı, yaxşı. Qədim erməni qəhvəsi olsun. Di tez ol – deyib, otağa qayıtdı. Keşiş Klaas indi də divarlardan



asılmış __________kənd mənzərələrinə maraqla baxır, otağın tavanından tutmuş döşəmədəki döşəkcələrə qədər, hər şeyə göz

gəzdirirdi. Zaur Şotanın yanına yaxınlaşıb astaca dedi:

- Nə yaxşı Dodiko da gəlib.

Şota sıxıla-sıxıla gülümsədi:

- İki nəfər şahid olmalıdır axı.

Zaur əli ilə alnına yüngülcə bir şapalaq vurdu:

- Doğrudan ha! Mən bunu heç fikirləşməmişdim.

Dodiko gülən gözləri ilə gah Zaura, gah Şotaya baxıb:

- Sən yaddan çıxarsan da, bizim yadımızdadır. Keşiş Klaas da şahidlərsiz nikahın mümkün olmayacağını

demişdi.


Klaas Xendrikse söhbətin onun haqda getdiyi anlayıb gənclərə baxdı. Parıldayan gözlərində sual oxunurdu.

Şota ingilis dilində ona dedi:

- Zaura, şahidlik məsələsinin nə qədər vacib olduğunu deyirdim.

Keşiş tez-tez başını bulayıb dedi:

- Bəli, olduqca vacibdir. Şahidlər olmadan Tanrının dərgahında nikah qəbul olunmaz. Həm də ki,

evlənənlərdən biri müsəlmandır. İslamda isə iki şahid fərzdir.

Zaur keşişin onları doladığını fikirləşib, şübhə ilə gözlərinə baxdı, zarafat edib-etmədiyini anlamağa çalışdı.

Amma keşişin gözləri ona heç nə demədi. O sadəcə soruşdu:

- Bu evdə kirayədəsiz?

- Bəli möhtərəm keşiş.

Keşiş dəqiqləşdirdi:

- Neçəyə götürmüsünüz?

Zaur Şotaya və Dodikoya qısa nəzər saldıqdan sonra, bir az da sıxıla-sıxıla dedi:

- Günü əlli lariyə.

Keşiş dodaqlarını büzüb başını yellədi:

- Əla. Çox gözəl.

Artuş əlində məcməi ilə otağa girib, qəhvələri qonaqların qabağına düzməyə başlayanda, Zaur sevgilisinə

kömək eləməyə başladı. Hamıya qəhvələri çatandan sonra, Artuş mətbəxə qayıtmaq istəyirdi ki, keşiş Klaas onu

biləyindən tutdu:

- Otur oğlum. Sən də otur – deyərək, Klaas Zaura müraciət etdi.

İkisi də oturub gözlərini keşişin saqqalsız, ağappaq və nurlu sifətinə zillədilər.

- İnsan səadəti başqa yerdə yox, sevdiyi insanda axtarmalıdır. Bu ən ali həqiqətdir. Evlənməyə qərar

verdiyinizi dostum Şotadan eşitdim. Doğrusu bu mənə çox qəribə gəldi – erməni ilə azərbaycanlı homoseksualların

evlənə biləcəyi ehtimalı barədə heç vaxt düşünməmişəm. Amma madam ki, belə bir qərar vermisiniz, sizi yalnız

təbrik edə bilərəm.

Qəhvəsindən bir udum içib davam elədi:

- Bu günə qədər iyirmiyə yaxın homoseksual nikahı, sayını-hesabını unutduğum qədər də natural nikahı

qıymışam. Etiraf edim ki, ilk dəfədir özümü bu qədər rahat, sərbəst və azad hiss edirəm. Sizin nikahınız mənim

keşiş həyatımda ən əlamətdar hadisəyə, ən mübarək izdivaca çevriləcək. Sizi bir daha təbrik edir, uzun ömür, can

sağlığı arzulayıram.

Lakin nikah qıyılmadan əvvəl, sizə evliliklə bağlı bəzi məsləhətlərim də olacaq oğullarım.

Keşiş yerini rahlayıb, qəhvəsindən bir içim də aldı və düz, monoton səsi ilə danışmağa başladı:

- Kiçik və ya böyük qüsurlarınıza görə bir-birinizi tənqid etməyin. Səhvsiz insan olmaz, bağışlamağı bacarın.

Mübahisə edərkən keçmişdə baş verənləri böyütməyin, ikinizi də narahat edən Qarabağ münaqişəsindən

danışmayın. Bir-birinizin yol verdiyi xırda-para qüsurlara göz yumun. Unutmayın ki, evliliyinizi sevgi və yoldaşlıq

üzərində qurduqda əbədi səadətə nail ola bilərsiniz. Heç bir anlaşılmazlığın uzunmüddətli olmasına yol verməyin.

Qısa bir vaxtda məsələni yaxşılıqla bitirin. İdealist olmayın. Güzəştə getməyə çalışın və qarşı tərəfdən möcüzə

gözləməyin. Hər vasitə ilə bir-birinizə sevginizi ifadə edin. Çətinliklərə təslim olmayın. Həyata ümidlə baxın.

Üzünüz həmişə gülsün. Özünüz üçün arzuladıqlarınızı həyat yoldaşınız üçün də istəyin. Özünüzü düşündüyünüz

qədər onu da düşünün. Keçmişdə yaşadığınız problemləri və ya gələcəkdəki qayğılarınızı bu günə daşımayın.

Nikahın müqəddəs bir ittifaq və Tanrıya verilmiş söz olduğunu hər iki tərəf bilməlidir. Buna görə də atacağınız

addım sizi məyus etməməlidir. Yüz ölçüb, bir biçin. Yaxın qohumlarınızın, qonşularınızın, dostlarınızın və

xalqlarınızın evliliyinizə müdaxilə etməsinə imkan verməyin. Öz problemlərinizi mümkün qədər özünüz həll

etməyə çalışın. Həyat yoldaşınızda gördüyünüz qüsurları düzəltməyə tələsməyin. Bəzi qüsurların düzəlməsi üçün

zamana ehtiyac var. Kiçik qüsurları böyütməyin. Ailə həyatının çətinliklərini və məsuliyyətini dərk etməli və

73

özünüzə inanaraq bu öhdəliyi öz üzərinizə götürməlisiniz. Anlaşılmazlıqlardan və mübahisələrdən mümkün qədər



uzaq olun.

Zaurla Artuş baxışıb gülümsədilər. Bu günə kimi onlar, keşişin məsləhətlərinə artıqlaması ilə əməl etmişdilər.

Amma yenə də bu nəsihətləri eşitmək, düzgün yolda olduqlarına dair onlarda əminlik yaradırdı.

Artuş keşişin mülayim sifətinə ehtiramla baxaraq dedi:

- Möhtərəm keşiş, bizim eşqimiz yasaq eşqdir. Cəmiyyətlərimiz düşmən, xalqlarımız qanlı-bıçaqlıdır. Bizdən

biri qız da olsa idi, izdivacımıza izn verilməzdi. Demək istədiyim odur ki, homoseksual olmağımız heç nəyi

dəyişdirmir, hətta vəziyyəti daha da çətinləşdirir. Biz bəlkə də ömür boyu bu nikahı gizlətməyə məcbur olacağıq.

Ona görə də... Sizdən bir şey soruşmaq istəyirəm.

- Buyur soruş oğlum. İstədiyin sualı verə bilərsən.

Artuş Zaura baxdı. Gözlərində tərəddüd oxunurdu. Sanki sevgilisindən mədəd umurmuş kimi, boynunu bükdü.

Zaur onun çətinlik çəkdiyini anlayıb, sualı özü verdi:

- Möhtərəm keşiş, bizi bir sual maraqlandırır. Bizim nikahımız gizli şəkildə qıyılan ilk homoseksual nikahdır

ya yox?

Keşiş əvvəlcə fikrə getdi. Çənəsini xeyli ovduqdan sonra, birdən-birə hansısa qərara gəlibmiş kimi ikisinə də



qətiyyətlə baxdı və dedi:

- Bəli. Ən azından mənim təcrübəmdə olmayıb, başqalarından da eşitməmişəm. Avropada belə bir problem

yoxdur, ona görə də geylər evlənəndə bunu heç kimdən gizlətməyə ehtiyac duymurlar. Mən ilk dəfədir ki, gizli

qaydada homoseksual nikahı qıyıram. Sanki cinayət əməli törədirəm. Halbuki sizin də, mənim də gördüyümüz iş,

ən müqəddəs əməldir.

Şota keşişin dediklərini Dodikoya tərcümə edir, Dodiko isə başını yelləyə-yelləyə Şotaya qulaq asır, arada-bir

təbəssüm və şəfqətlə Zaurla Artuşa baxırdı.

Zaurla Artuş da bu cavabdan sevincək olmuşdular. Zaur özünü saxlaya bilməyib, keşişin sözünü kəsdi və bir

nəfəsə dedi:

- Onda demək olarmı ki, bizim nikahımızın qıyıldığı gün bir növ geylərin Valentin gününə çevrilə bilər?

Keşiş əvvəlcə çaşdı. Zaurdan belə bir sual gözləmədiyi üçün, bilmədi nə cavab versin. Əlini sinəsinə götürərək

yaxasından xaçı çıxartdı, sığallamağa başladı. Bir yandan da elə hey düşünürdü. Bir dəqiqəyə yaxın otaqda

səssizlik oldu. Heç kəs yaranmış sükutu pozmağa cəsarət etmirdi. Nəhayət Klaas çənəsini yuxarı qaldıraraq möizə

oxuyurmuş kimi, danışmağa başladı.

- Siz Valentin gününü yada saldınız... Əslində müqayisə aparsaq səhv etmiş olmarıq. Bildiyiniz kimi,

heteroseksual sevgililər üçün sevgililər gününün başlanğıc tarixi, qədim Roma imperatorluğuna qədər uzanır.

Qədim Romada 14 fevral günü bütün Roma xalqı üçün önəmli bir gün idi. Çünki bu gündə Roma tanrılarının kraliçası

olan Junoya duyulan hörmətdən dolayı tətil olardı. Juno həm də Roma xalqı tərəfindən qadınlıq və evlilik

tanrısı olaraq da bilinirdi. 15 mart tarixində isə Luperkalia bayramı başlayırdı.

Bu bayram, xalqın gəncləri üçün çox əhəmiyyətli idi. Gənc oğlanın hansı qıza qismət olacağı Luperkalia

bayramında bəlli olurdu. Romalı gənc qızlar adlarını kiçik bir kağıza yazıb bir qabın içərisinə atırdılar. Oğlanlar isə

oradan adlardan birini götürərdilər. Beləliklə də bu bayramı, adı kağızda yazılan qızla birgə keçirərdilər. Birləşən

gənclərdən çoxu, bayramdan sonra ailə qurardılar.

Roma imperatoru 2-ci Kladius zalım bir hökmdar idi. Ordusunda savaşacaq əsgər tapmaq onun üçün ən böyük

problemə çevrilmişdi. İmperatora görə, buna səbəb romalı kişilərin sevdiklərini və ailələrini tərk etmək

istəməmələri idi.

Buna görə də, o, Romadakı bütün evlilikləri qadağan etdi. Valentin də o zaman Romada yaşayan bir rahib idi.

Özü kimi bir rahib olan Marius ilə birlikdə, imperatorun qadağasına baxmayaraq, gəncləri evləndirməyə gizlicə

davam edirdilər. Bir müddət sonra imperatora bu xəbər gəlib çatır. Gəncləri evləndirdiyinə görə Valentin həbs

edilir və sonra öldürülür. Miladdan sonra 269-cu il 14 fevralında Valentinin dəfni olur.

Bu gün, 18 noyabr da sizin gizli şəkildə nikahınızın qıyıldığı gündür. Onda belə çıxır ki... - Keşişi gülmək

tutdu. Otaqdakılar da gülməyə başladılar. Birdən Klaasın sifəti ciddiləşdi, dərindən nəfəs aldı və dedi – Onda belə

çıxır ki, 18 noyabr dünya geyləri arasında “müqəddəs Klaas” günü kimi qeyd olunmalıdır? Axı bunun üçün məni

gərək edam etsinlər. Siz bunumu demək istəyirsiniz?

Otaqdakılar ürəkdən gülməyə başladılar. Klaas da onlara qoşulub qaqqıltı ilə gülürdü.

Artuş əllərini aralayıb soruşdu:

- Bəs siz belə bir günün təsis edilməsini mümkün hesab edirsinizmi?

Klaas üzünə “ola da bilər” mənasına gələn bir ifadə qatdı və boynunu sağa əydi. Gah Artuşa, gah Zaura

baxaraq dedi:

- Amma buna biz yox, tarix və insanlar qərar verəcək. İndi isə vaxt itirmədən, nikahımıza başlayaq.

Hamı əvvəl bir-birinə baxdı. Şota keşişin dediyini Dodikoya tərcümə etdi. Artuş isə əminliklə dedi:

74

- Biz hazırıq möhtərəm keşiş. Başlaya bilərsiniz.



Artuş, Zaur, Şota və Dodiko ayağa qalxdılar. Zaur əlini keşişə uzadaraq, onun da durmasına kömək elədi.

Keşiş yaxasından asılmış xaçı üç dəfə öpüb gözlərinin üstünə qoydu, cibindən çıxartdığı incili açaraq, ucadan

bir neçə ayə oxudu və yanaşı dayanmış Zaurla Artuşun qarşısına keçərək əvvəlcə Artuşdan soruşdu.

- Adınız nədir?

- Artuş Saroyan.

- Dininiz?

- Etnik mənada Qriqoryanam. Amma özümü dindar hesab eləmirəm.

- Başa düşürəm, siz monofizitsiniz. Allah sizə hidayət versin, haqqın yoluna çəksin. Siz bu cənabla evlənmək

istədiyinizdən əminsiniz?

- Bəli, son dərəcə əminəm.

Keşiş üzünü Zaura tutdu:

- Bəs sizin adınız nədir?

- Zaur Cəlilov.

- Dininiz?

- Etnik mənada müsəlmanam. Amma özümü ateist hesab edirəm.

- Allah sizi doğru yola istiqamətləndirib, qəlbinizə iman saçsın. Haqqın yoluna gəlməyə tələsin. Artuş

Saroyanla evlənmək istədiyinizdən əminsiniz?

- Bəli.


- Şahidlərin hüzurunda hər ikinizə sualım var - ağır gündə, xoşbəxt gündə, xəstəlikdə və sağlamlıqda, ölənə

qədər bir-birinizə dayaq olmağa, bir-birinizi sevməyə söz verirsinizmi?

Zaurla Artuş bir ağızdan “Bəli” dedilər.

- Onda sizi... sizi evli elan edirəm. Bir-birinizi öpə bilərsiniz.

Cütlük bir anlığa tərəddüd etsə də, Artuş tez özünü topladı, başını qaldırıb qətiyyətlə Zaurun dodaqlarına

yapışdı.


***

Nikah mərasimindən sonra, keşiş Klaas daha yarım saat oturdu, gənclərlə ordan-burdan söhbət elədi. Növbəti

qəhvələr də içiləndən sonra, Klaas təcili olaraq Tiflisə qayıtmalı olduğunu, sabah birinci ledi Sandra Rulovsla

birlikdə Barjomidə yeni tikilmiş uşaq evinin açılışında iştirak edəcəyini bildirərək üzr istədi və ayağa qalxdı.

- Bu gün Sandra xanımla sabahkı tədbir barədə sonuncu iclası keçirməliyik. Proqrama axırıncı ştrixləri əlavə

etmək lazımdır.

Zaur özünü saxlaya bilməyib soruşdu:

- Borjomidə açılan uşaq evi, dini təmayüllü olacaq?

Klaas istehza ilə gülümsünüb dedi:

- Tutaq ki, dini olacaq. Dinimizin uşaqlara təbliğ edilməsində pis nə var ki?

Zaur verdiyi suala peşman olaraq dodaqlarını büzüb, üzünə yazıq ifadə verdi:

- Əlbəttə pis heç nə yoxdur.

Şota əli ilə keşişi qapıya dəvət edərək “buyurun” dedi və qınaq dolu gözlərlə Zauru süzüb başını buladı.

Hamı həyətə çıxandan sonra, Şota qabaqda gedən keşişin yanından ayrılaraq Zaura yaxınlaşdı.

- Mobil telefonunu söndürmüsən?

- Söndürmüşəm, nədir ki?

- Akif Tağı zəng vurmuşdu mənə. Səni soruşurdu. Nigaran qalıb. Sən ona Potidə olduğunu demisən?

Zaur Şotanın dediklərinə laqeydcə qulaq asırdı.

- Xeyr.

- Nahaq yerə. Mən də dedim ki, harada olduğunu bilmirəm. Dünəndən telefonun cavab vermir, ola bilsin başqa



şəhərə gedib. Odur ki, onunla zəngləşsən yalanımın üstü açılmasın.

- Narahat olma.

Dodiko arxa qapını açıb keşişi gözləyirdi. Klaas Artuş və Zaurla bir-bir görüşdü, onlarla qucaqlaşdı.

- Tanrının izni ilə bir daha görüşməyi ümid edirəm övladlarım. Mən sizə səadət dolu həyat, xalqlarınıza isə

sülh hazırlayıram. Sizin kimi sülh göyərçinlərinə malik Azərbaycan və Ermənistan, bir dəfəlik müharibədən,

düşmənçilikdən əl çəkməli və qardaş kimi yaşamağa başlamalıdırlar. Sağ olun!

- Yolunuz açıq olsun möhtərəm keşiş – dedi Artuş və Klaasın əlini sıxdı.

Zaur da əlini ona uzadaraq:

- Sizinlə tanış olmağıma çox şadam. Hər şey üçün təşəkkür edirəm.

75

Zaurla Artuş gürcülərlə də görüşəndən sonra, maşının qapıları bağlandı və Nissan Sunny yerindən sürətlə



götürülərək, Tiflisin yolunu tutdu.

- Bu iş də beləcə bitdi – dedi Artuş, kədərli gözlərlə maşının ardından baxaraq.

Həyat yoldaşının məyus sifətinə profildən baxan Zauru gülmək tutdu:

- Heç nə bitməyib. Hər şey elə yenicə başlayır. Biz artıq evli cütlüyük.

Artuş gözünü yoldan ayırıb Zauru birinci dəfədir görürmüş kimi, qəribə-qəribə ona baxdı.

- Düz deyirsən. Amma bircə onu bilmirik ki, ər kimdir, arvad kim?

- Bu kateqoriyalar bizə aid deyil Artuş, odur ki, beynini bu cür lazımsız fikirlərlə yorma. Keçək içəri –

deyərək, Artuşun qolundan tutdu. – Üşüməyə başladım.

***

- Artuş, yadına düşür məktəbin həyətindəki idman meydançası?



Nəşədən üçüncü qullabı alan Artuş, meyxoş gözlərini kənd evlərinin damlarından ayırmadan mırıldandı:

- Həə. Nədi ki?

Zaur nəşəni onun əlindən alaraq, tüstünü yanğı ilə ciyərlərinə sümürdü və yüngülcə öskürüb gözlərini yumdu:

- Ən çətini dolanbac yarımçevrəli nərdivan idi. Onun pillələrindən yapışaraq, asılı vəziyyətdə əvvəlindən

sonuna qədər irəliləməkdə hər zaman çətinlik çəkərdim. Bəzən gücüm çatmayanda sən qollarımdan, ayaqlarımdan

yapışıb, təkan verərək qarşı tərəfə dartardın məni, sona çata bilim deyə. Mənim isə biləklərimdə gücüm tükənərdi,

əllərim boşalardı. Bir dəfə cürət edib yarıyadək, müəyyən hündürlüyə qədər qalxa bilmişdim. Amma aşağı

baxdıqda yumşaq torpaq olduğu halda belə yıxılacağımdan qorxaraq daha davam etmədim və sən məni pillələrdən

aşağı endirdin.

Artuş nəmli gözləri ilə Zaura ötəri nəzər salıb, təzədən kənd evlərinin damlarına baxaraq soruşdu:

- İndi niyə bunları xatırlayırsan axı? Mənə əzab vermək üçün?

- Sənə niyə əzab verməliyəm axı! Ona görə yada saldım ki, həmən nərdivanlar dəyişməyib, daha çətinləri ilə

əvəz olunub. Dolanbac, labirintli həyat nərdivanları ilə... Bu nərdivanlar, idman nərdivanlarından fərqlidir. Amma

yenə də pillələrdən yapışarkən biləklərim ağrıdır, yenə gücüm tükənir. Yenə çətin olur, yuxarıdan aşağı baxmağa

ehtiyat edirəm. Çünki, artıq həmən aşağını yumşaq torpaq deyil, uçurum və qara dərinlik əvəz edir. Çətin və ağır

olsa da pillələri irəliləməyə davam etməli oluram, əks halda qaranlıq uçuruma yuvarlanmaq var. Hərdən yorularkən

buraxmaq istəyirəm pillələri, deyirəm - daha bəsdir. Olmur nədənsə...

Bu labirintin sonu bilinmir Artuş... Sonu bilinmir...

Artuş əsəbi halda nəşədən son qullab götürüb külqabında söndürdü:

- Sən yenə başladın? Yenə qorxu, gələcəkdən narahatçılıq, bir-birimizi itirmək təhlükəsi... Hər şey bizim

əlimizdə deyilmi? Sən nədən qorxursan?

- Səhərlər sən mənə “sabahın xeyir” deyirsən, axşamsa “gecən xeyrə qalsın”. Bu iki cümlə arasında isə o qədər

danışırıq ki... Niyə doymuruq bir-birimizdən? İstəmirəm bütün bunlar bir gün qurtarsın. Mən bundan qorxuram.

- Qorxmaq lazım deyil Zaur. Ötən illərin yadigarı kimi əzab-əziyyətlə, kədərlə dolu əziz, dəyərli xatirələrimiz

var. Onlara nəzər yetirdikcə düşünürəm, nə yaxşı ki, vaxtında bunları yaşamışıq. Acını dadmasan şirinin qiymətini

bilə bilməzsən. Bu belədir. Ayrılıqdan qorxmaq lazım deyil. Sevginin ucuzlaşmaması, dadının damaqda qalması

naminə bəzən ayrılıqlar olmalıdır.

Gözləri dolan Zaur Artuşun heykəltəraşın əlindən çıxmış kimi möhtəşəm profilinə baxıb, səsi titrəyərək

soruşdu:

- Sən özün dediklərinə inanırsan?

- İnanıram Zaur. Sən də bilirsən ki, bundan sonrakı ayrılığımız çox qısa olacaq. Biz artıq bir-birimizi tapmışıq.

Biz artıq bir ailəyik hətta. Sən Bakıda, mən Yerevanda işlərimizi yoluna qoyandan sonra, haradasa üçüncü bir

ölkədə yaşaya bilərik. Lap elə burada, Gürcüstanda.

***


Kədərli və nəşəli, sevişmələrlə, göz yaşları və gülüşlərlə dolu üç gün daha geridə qalmışdı.

Həyat gözəl idi və gənclərdə yaşamaq həvəsi yaranmışdı. Kəndin küçələrindən keçəndə, bazar-dükana gedəndə

insanlara baxıb gülümsəyirdilər. İnsanlar da onlara baxıb təbəssümlə cavab verirdilər. Hamı xoşbəxt görünürdü.

Zaur da, Artuş da özlərini misilsiz dərəcədə yaxşı hiss edirdilər. Hətta bütün ömürlərini burada, bu dilbər guşədə

keçirməyə razı idilər.

Zaur telefonunu açmışdı və Bakıdan arabir Akif Tağı zəng vururdu.

- Hələ gəlmirsən?

76

- Yox, burda çox rahatam. Bəzi işlərim də var.



- Axı sənin Potidə nə işin ola bilər? Yoxsa kiməsə aşiq olmusan ay xatakar?

- Elə də demək olar.

- Vay vay vay. Belə de, biz də bilək də. Gürcü qızıdı?

Zaur erməni xalq mahnısını zümzümə edə-edə mətbəxdə qurdalanan Artuşa ötəri nəzər salıb gülümsündü.

- Xeyr, gürcü qızı deyil.

- Bəs kimdi?

- Akif, bunları Bakıda danışsaq olar?

- Yaxşı, yaxşı. Nə vaxt gəlirsən? Hər şey bir yana, amma işlərimiz tökülüb qalıb axı. Norveç səfirliyindən zəng

vurmuşdular, layihəmizi qəbul edirlər.

Zaur ayağa qalxıb otaqda var-gəl etməyə başladı:

- Bax bu çox əla xəbərdi. Yəqin ki, üç gün sonra Bakıda olaram – dedi və bir daha dönüb mətbəxə baxdı. Artuş

şkafa söykənib siqaret çəkir, ifadəsiz sifətlə Zaura qulaq asırdı. Zaur gözünü ondan ayırmadan, bir də təkrarladı –

bəli, üç gün sonra Bakıdayam.

Telefonu söndürüb pəncərə kənarına qoydu, küçədə oynayan uşaqlara baxdı və köks ötürüb üzünü təzədən

Artuşa çevirdi.

- Deməli üç gün sonra Bakıdasan?

Zaur alnını ova-ova:

- Azərbaycan dilini təsəvvür etdiyimdən də yaxşı bilirsənmiş – dedi.

- Söhbəti dəyişdirmə. Doğrudan gedirsən?

- Bir gün onsuz da ikimiz də getməliyik, ya yox? Sən özün deməmişdin, qısa ayrılıq olacaq? Bunu

gecikdirməyin nə mənası var? Bakıda işlərim yarımçıq qalıb. İndicə Akif dedi ki, Norveç səfirliyindən bir

layihəmiz keçib. Onunla məşğul olmalıyam. Sən də get evinə-eşiyinə, işlərini gör. Nə zaman istəsək görüşə

biləcəyik onsuz da.

Artuş başını bulaya-bulaya otağa keçdi.

- Əslində düz deyirsən. Bilmirəm sənin sözlərin məni niyə bu qədər özümdən çıxardı. Adicə elektron poçtumu

bir həftədi yoxlamıram. Yüz dənə məktub gəlib yəqin. Bu kənddə adam nə qədər qala bilər?

Zaur ona doğru iki addım atıb yanaqlarını sığalladı.

- Nəşəmiz də qurtarıb.

- Bəli, nəşəmiz də qurtarıb. Gərək Şotadan istəyəydik.

Zaur əlini Artuşun yanağından çəkib mətbəxə girdi və qədəhlərə şərab süzə-süzə dedi:

- Şotanın bizə borcu zadı var? Bir dəfə iki qutu aldıq bəsdir də. Özü də neçə gündür vəhşi kimi çəkirik. Sabah

günorta Tiflisə yola düşürük. Etirazın yoxdu?

- Yox... Bu ayrılıq gecəsini unudulumaz etməyə söz verirsənsə, etiraz etmirəm.

Əlində qədəhlərlə otağa qayıdan Zaur:

- Bizim hansı sevişməmiz unudulmaz olmayıb ki, bu da unudulmaz olmasın – dedi və qədəhi Artuşa uzatdı –

İçək iki başdan xarab avantüristin sağlığına!

***

Tiflis heç bu qədər boz olmamışdı. Çırtma vursan partlayıb yer üzünü suya qərq etməyə hazır qapqara buludlar



şəhərə hücum çəkmək üçün üfüqdə hazır vəziyyətdə gözləyirdilər. Külək xəfif əssə də, hava buzlu olduğundan

adamın nəfəsi kəsilirdi. Qış artıq özünü əməlli-başlı hiss etdirirdi.

Düşüklük kimi çıxmasaydı, Zaur təbiətin belə onların ayrılığına hüznləndiyini deyərdi. Ağlına gələn fikrə görə

özü-özünə güldü. Artuş onun sürüşən dodaqlarını görüb soruşdu:

- Nə oldu, nə gülürsən?

- İndi biz səninlə sevgili kimi yox, evli insanlar kimi ayrılırıq. Mən Tiflisdə həyat yoldaşımı qoyub gedirəm.

- Biz necə evliyik ki, barmaqlarımızda üzüklər yoxdu?

Zaur onun ciddi olub-olmadığını anlamaqdan ötrü diqqətlə üzünə baxdı. Artuşun da gülümsədiyini görüb, özü

də güldü.

- Bu dünyada evli olduğumuzu bizdən başqa üç nəfər bilir.

- Şota ilə Dodikoya güvənirsən?

Zaur çiyinlərini çəkdi:

- Hər halda özləri də kişi cinsinə qarşı laqeyd deyillər. Belə olan halda, bizi ifşa etmələri nə qədər məntiqlidir?

Onlar “Alan” Osetin restoranında oturmuşdular. Zaurun qatarı 20.35-də Bakıya hərəkət etməli idi. Artuş isə

ertəsi gün səhər tezdən Yerevana rahat, konfortlu avtobusla getməyə qərar vermişdi. Yəni bir gecə Tiflisdə tək

qalacaqdı.

77

- Şotaya zəng vurmamaqla düz hərəkət etdiyini düşünürsən? – Artuş Zaurun boşqabına xaçapuri tikəsini qoyaqoya



soruşdu.

Zaur əli ilə ona əngəl olmağa çalışdı.

- Çox qoyma, o qədər də ac deyiləm. Xeyr, düzgün eləmirəm. Amma onu indi, bu saat görmək istəməzdim.

Səndən başqa heç kimi görmək, danışmaq istəmirəm.

- Səni başa düşürəm...

- Mən qatara minəndən sonra zəng vurub mənim adımdan üzrxahlıq edərsən. İstəsəniz bu gün görüşə də

bilərsiniz.

Zaur bunu deyib yoxlayıcı nəzərlərlə Artuşa baxdı.

- Nədi, olmaya məni sınayırsan? Onunla görüşmək istəyib-istəmədiyimi məndən açıq soruşa bilərdin.

- Səni qısqandığımı düşünürsən?

- Düşünmürəm, bundan əminəm.

Artuş güldü və Zaura ağzını açmağa fürsət vermədən əlavə elədi:

- Amma məni qısqanmağın xoşuma gəlir. Xeyr, arxayın ola bilərsən – o gürcüylə yatmaq fikrim yoxdu.

Ümumiyyətlə səndən başqasına aid olmayacağam. Heç vaxt.

Zaur xaçapuridən balaca bir tikə kəsib çeynəməyə başladı.

- Bundan şübhəm yoxdu Artuş.

- Nə isə... Deyəsən biz adam kimi ayrılmağı da bacarmırıq. Qatarın bir saat sonra yola düşür. Neçədə qalxaq?

- Yarım saat da oturaq, xahiş edirəm.

- Oturaq deyirsən oturaq da. Mən sənə görə narahatam.

Zaur dərindən köks ötürüb siqaret yandırdı. Əsəbi və gərgin görünürdü. Ətrafına bir neçə dəfə göz gəzdirdi, elə

bil kimisə axtarırdı.

- Nə olub sənə? – Artuş soruşdu və bir az qabağa əyildi.

- Qatarın hərəkət vaxtı yaxınlaşdıqca, başa düşürəm ki, adam kimi vidalaşmağı da bacarmıram. Duyğularımın

qarşısına keçə bilmirəm. Xudahafiz demək, çox ağır gəlir mənə... Səndən bir xahişim olacaq Artuş.

- Eşidirəm səni.

- Mənimlə vağzala gəlmə.

- ...

- Məni başa düşməlisən Artuş. Qatarın dalınca əl yelləyən aşiq obrazlarından zəhləm gedir. Gəl səninlə burada,



restoranda ayrılaq...

Artuş çətinliklə də olsa:

- Səni başa düşürəm –dedi. – Necə istəyirsən elə olsun.

78


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə