ƏLİ ƏKBƏr artuş VƏ zaur (böyüklər üçün konfliktologiya dərsliyi)


SOMNAMBULA 79 İsayi-Məryəm həqiçün heç qərarım qalmadı



Yüklə 1,44 Mb.
səhifə11/13
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5791
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

SOMNAMBULA

79

İsayi-Məryəm həqiçün heç qərarım qalmadı,

Didəmi giryan edərsən, bağrımı qan erməni.

1

Kupedə Zaurdan başqa Bakıya iki qadın və bir ixtiyar kişi də gedirdi. Üçü də azərbaycanlı idi. Saat on ikiyə

qalsa da, heç kim yatmaq barədə fikirləşmirdi. İkinci mərtəbədəki yerində uzanan Zaur Tiflisdə yarımçıq qoyduğu

Platonovun “Can” romanını qaldığı yerdən oxumağa başlamış, aşağıda gedən söhbətlərə, çanta və kulyoklardan

çıxarılaraq masaya düzülən toyuq qızartmasına, pomidorlara, turşulara və Koka-Kolaya fikir vermirdi. Ona iki dəfə

“nuş eləmək” təklif olunsa da, Zaur nəzakətlə sərnişinlərin dəvətini geri çevirmişdi. Kök, yoğun barmaqlarında

üzüklər işıldayan qadın Zauru dilə tuta bilmədiyini görüb, yanında oturan obiri arvada göz vurdu. Lakin bu qadın

da Zaurdan müsbət cavab almayınca, söhbətə yaşlı kişi qarışdı.

- Oğlum, birincisi uzanan yerdə kitab oxumazlar, gözlərin xarab olar. İkincisi də ki, səhərə qədər yol

gedəcəyik, ölərsən axı acından!

- Çox sağ olun dayı, ac deyiləm, qatara minməmişdən əvvəl doyunca yemişəm.

Kök qadın gurultulu səslə Zaura əmr elədi:

- Ay bala düş görüm aşağı, bəsdi naz elədin! Burda əlli adamlıq yemək var.

Zaur bu dəfə daha sərt tərzdə:

- İstəmirəm. Vallah-billah istəmirəm – dedi. - Acan kimi düşüb bütün yeməklərinizi yeyəcəm, söz verirəm.

Qadın məyus halda çiyinlərini çəkdi:

- Özün bilərsən oğlum. Məndən təklif eləməkdi.

Kişi toyuq budundan böyük bir tikəni iştahla qopardıb, dili pəltək vura-vura dedi:

- İndiki cavanlar bizim vaxtımızdakı cavanlara oxşamır. İndikilər qatarda kitab oxuyurlar. Biz kitab oxumağın

da, yeməyin də yerini bilirdik. Kitab evdə, kitabxanada oxunar, daha qatarda yox ki!

Kök qadının yanında oturan əlli yaşlarında, əsmər qadının əynində Çin istehsalı ucuz, zövqsüz, tünd yaşıl

rəngdə kofta yubka vardı. “Yaşıl” qadın kişiyə etiraz etdi:

- Əşi kitab oxumağın da yeri olar? Kaş elə bütün cavanlar kitab oxuyaydılar. Məsəlçün, elə mənim oğlum.

Boyunu yerə soxum onun, necə ki, o mənim boyumu yerə soxdu.

Pomidorun yarısını çeynəmədən mədəsinə ötürən kök qadın, oğlundan gileylənən ananı tərs-tərs süzüb

soruşdu:


- Elə niyə deyirsən ay bacı?

“Bacı” dərin bir ah çəkdi:

- Soruşma bacı, dərdim böyükdü.

Dərdi böyük olan qadın, başını aşağı salıb çarpayının dermantin örtüsünü sığallamağa qoyuldu.

Kişi soruşdu:

- Bəlkə tanış olaq? Yol gediriksə, bir-birimizin adını bilməliyik ya yox? Mənim adım Tofiqdir.

Kök qadın da özünü təqdim elədi:

- Rüşviyyə.

Əsmər arvad axır ki, gözlərini və əlini dermantin üzlü çarpayıdan ayırıb bir Rüşviyyəyə, bir Tofiqə baxdı:

- Adım Ceyrandı.

- Bəs sənin adın nədir oğlum – kişi başını qabağa verərək yuxarı boylandı, Zauru görməyə çalışdı. Lakin

gördüyü Zaurun dirsəyi olmuşdu. – Nədi yatmısan bala?

- Adım Zaurdu.

- Lap yaxşı Zaur – Tofiq dedi və yenidən divara yaslandı. – Əla çaçam var, bilmirəm indi neynəyim. Xanımlar

yəqin ki, içən deyil. Zaur bəy isə kitab oxumaqla məşğuldu.

Ceyran, Tofiqin sual dolu baxışlarının öz üzərində dayandığı görüb, tez-tez başını buladı:

- Yox qardaş, içən deyiləm. Mənlik deyil.

Rüşviyyə isə gözlərini süzərək, cavabı ilə kişini mat qoydu:

- İçirəm o yana da keçirəm. Hələ özüm kimi içən görməmişəm – nə kişi, nə də qadın!

On dəqiqədir bir səhifəni bitirə bilməyən Zaur, aşağıda gedən mənasız söhbətlərin onun diqqətini dağıdacağını,

oxuya bilməyəcəyini anlayıb vərəqin ucunu qatladı və kitabı bağlayıb aşağı düşdü.

Tofiq gənc oğlanın yuxarıdan sallanan ayaqlarını görəndə “əhsən!” deyə qışqırdı. Zaur düşüb onun yanında

oturdu:

- Mən ancaq içə bilərəm. Yemək yeməyəcəyəm, çünki toxam.



- Zaur, məndən incimədin sən allah?

- Yox, niyə inciməliyəm axı?

80

- İnandırım səni, adama elə kef qalacaq, kitab yox. Baxmayaraq ki, Ceyran xanım mənimlə razı deyil.



Tofiq üç plastik stəkana çaça, üç stəkana da kola süzüb öz çaçasını qaldırdı:

- İçək tanışlığımızın şərəfinə. Yolçu yolda gərək!

Rüşviyyə bir nəfəsə çaçanı içib dodaqlarını geniş araladı və “fuu” eləyib toyuğun qanadını gəmirməyə

qoyuldu.


Tofiq çaçanın üstündən Kola içib boğazını təmizlədi və süzgün baxışlarını Ceyrana dikib soruşdu:

- Ceyran bacı deyəsən oğlundan yanıqlısan. İndiki cavanlar belədi də... Gərək fikir verməyəsən.

Ceyranın dərdi açıldı:

- Necə fikir verməyim ay qardaş, deyirəm soxdu mənim boyumu yerə, biabır elədi məni. Sən isə deyirsən fikir

verməyim.

Rüşviyyə çəpəki ona baxdı:

- Nə olub ey oğluna? Neynəyib sənə ay bacı?

Ceyran köks ötürdü, başını buladı:

- Vallah bilmirəm necə deyim... Elə biabırçılıq törədib ki, lap mat qalmışam. Utanıram vallah deməyə.

Tofiq növbəti çaçaları süzə-süzə soruşdu:

- Borçalıdansınız?

- Bəli, Bolnisidənəm.

Tofiq növbəti dəfə plastik stəkanını qaldırıb dedi:

- İçək ulu türk yurdunun, Borçalı mahalının sağlığına! Var olasan Ceyran bacı!

Rüşviyyə də sağlığa qoşularaq çaçanı başına çəkdi. Zaur da içkini iki qurtuma boşaldıb divara yaslanaraq

Ceyranın üzünə çökmüş kədərin arxasında gizlənən səbəblər barədə hekayəti dinləməyə hazırlaşdı.

- Hə bacı bağışla – Tofiq dedi. – Söhbət bu zəhrimarsız getmir. Danış görüm neyləyib axı sənin bu oğlun?

Neçə yaşı var onun?

Ceyran dəsmalını çıxarıb gözlərinin ucunu sildi:

- 15 yaşı var köpək uşağının, onu görüm 16 yaşına sağ çıxmasın.

Sərxoş olmağa başlayan Rüşviyyə Ceyranın çiyninə yumruqla yüngülcə vurdu:

- Aaz kiri, qarğıma!

Ceyran “ah, ah dərdim böyükdür” deyib, gözlərini bir də dəsmalla sildi.

- Bizim küçədə oğlanlar yığışıb dava-dava, futbol oynayırlar tez-tez. Mənim sağ olmamış oğlum da bizim

küçənin dəstəsinə başçılıq eləyirdi. Üç ayın söhbətidi, nə başınızı ağrıdım. Dava-dava oynayanda, qonşu məhlənin

oğlanları ilə söz qoyublar ki... Vallah xəcalətimdən yer aralansa, yerə girərəm.

Maraqla qadını dinləyən Tofiq “sənin xəcalət hissinə tüpürüm” demək istəsə də, özünü saxlayıb dişlərinin

arasından:

- Ay bacı, özümüzük burada - dedi. - Yol yoldaşı həm də sirdaş deməkdir, danış görüm. Tay niyə uzadırsan.

Ceyran razılıq əlaməti olaraq başını yelləyib “hə, hə qardaş düz deyirsən” dedi və hekayətinin davamını gətirdi:

- Söz qoyublar ki, uduzan dəstənin atamanını udan dəstənin atamanı... o məsələ eləyəcək.

Rüşviyyə gözlərini bərəldib dəqiqləşdirdi:

- “O məsələ” nədir aaz?

Ceyran hövsələsini itirməyə başlayırdı. Rüşviyyəyə yalvarıcı tonla dedi:

- Başa düş də ay qız, o məsələ... Necə deyim ey... daldan...

Tofiq “nırç nırç nırç” eləyərək çaçaları süzdü. Rüşviyyə isə əllərini bir-birinə çırparaq təmizlədi, bir yandan da

bir litrlik Fanta butulkasından çaça süzən Tofiqə baxıb, göz-qaşını oynada-oynada:

- Gör ey! Biabırçılığa bax ey! İndiki uşaqlar nədir aaz! Vuuuy.

Ceyran Rüşviyyənin dediklərini başı ilə təsdiq etdi:

- Düz deyirsən bacı, uşağı dünyaya gətir, onunla bir evin içində yaşa, boya-başa çatdır, o da getsin belə bir iş

tutsun! Heç adam da öz övladından gözləyər belə pozğunluğu? Mən orta məktəbdə riyaziyyat müəlliməsiyəm.

Oğlum birinci sinifdən gözümün qabağında dərs oxuyub, tərbiyə alıb. İndi rüsvay olmuşam bütün rayona, məktəbə

də gedə bilmirəm.

Tofiq, Rüşviyyə və Zaur çaçalarını içib stəkanları masanın üstünə qoydular.

- Danış bacı, danış ürəyini boşalt – dedi Tofiq, Koladan qurtumlayaraq.

- Danış deyəndə ki, nə danışım ey? Mənim yetimçəmin dəstəsi oyunda qalib gəldi, rəqib dəstənin atamanını götürüb

apardılar fəaliyyət göstərməyən köhnə bir fermaya. Orda mənimki, 14 yaşlı uşağı arxadan zorlayıb. Gedədən qan açılıb,

evdə də gizlədə bilməyib, aparıblar xəstəxanaya. Axşam evdə oturmuşdum, bir də gördüm polislər qapını sındırır. Uşağı

götürüb qandalladılar, apardılar bölməyə. Bax belə...

Ceyranın gözlərindən yaşlar boşaldı. Zaur ürək ağrısı ilə qadına baxır, iki əli ilə tutduğu kola stəkanını

ovuclarının içində o yan-bu yana bururdu.

81

- Məhkəmə oldu, 6 il iş verdilər, uşaq koloniyasına saldılar. Mən də gedirəm Bakıdakı qohumlarımın yanına.



Üzüm var rayonda bayıra çıxmağa? Ara sakitləşənə qədər gərək Bakıda qalım. İşdən də istefa ərizəmi yazmışam.

Rüşviyyə tərs-tərs Ceyrana baxıb soruşdu:

- Bəs ərin yoxdu sənin?

- Yoxdu bacı, yoxdu. Səkkiz il əvvəl traktor sürəndə, birdən traktor yanmağa başladı, içində kül olub öldü. Sağ

olsaydı bəlkə də bunlar başımıza gəlməzdi. Gedə tərbiyə zad görərdi.

Rüşviyyə başını arxaya çəkib “nırç” elədi:

- Allah ərinə rəhmət eləsin amma elə şey yoxdur. Uşağın gərək qanında, mayasında olsun. Deməli sənin

oğlunun qanında oğraşlıq var imiş. Xətrinə dəyməsin.

Ceyran yalvara-yalvara:

- Sən də mənim yarama duz basma ay bacı, mənim günahım nədir axı?

Rüşviyyə əməlli başlı dəm olmuşdu - yanaqları pörtmüş, dodaqları nəmlənmiş, gözləri qızarmışdı.

- Aaz necə yəni mənim günahım nədir? Tifilinə yiyə dura bilmirsən, tay niyə doğursan aaz? Camaatın oğlan

uşağını niyə bədbəxt eləyirsiniz?

Tofiq müdaxilə edərək, fağır qadına təzyiq göstərən Rüşviyyəni susdurmaq istəsə də, Rüşviyyə qızıl bilərzikli

yoğun biləyini qabağa verib ona “sənin işin yoxdu” mənasında işarə elədi. Ceyran ağlaya-ağlaya:

- Mən nə edə bilərdim axı ay bacı!? Olan oldu da. Mən hardan biləydim ki, mənim oğlum belə iş tutacaq?

Tofiq ağlayan qadının stəkanına kola süzüb ona uzatdı:

- İç bacı, iç. Rüşviyyəyə fikir vermə - sonra da Rüşviyyəyə üzünü çevirib onu danladı: - Niyə belə deyirsən ay

bacı? Adamın Allahı olar. Ananın günahı nədir?

Rüşviyyə partladı:

- Necə yəni günahı nədir? Necə yəni nədir? Oğlan böyüdürsən yiyə durmalısan! On beş yaşına çatıb, qızıb da!

Öküz boyda adamdır, şeyi durub dəməy axtarır.

Ceyran çaşqın halda imdad diləyən nəzərlərlə kupedəkilərə bir-bir baxıb gözlərini Rüşviyyənin yumru,

makiyajlı sifətində saxladı:

- Əgər qızıbsa, mən neynəyə bilərəm axı?

Rüşviyyə toyuğun döşünü duzlaya-duzlaya rişxəndlə dedi:

- Neynəyə bilərdin? Məsəlçün özün dombalaydın, səni qayrıb rahattaşaydı. Daha camaatın uşağını bədbəxt

eləmək nəyə lazımdı?

Zaur diksinib kolanı dizinə dağıtdı. Tofiq əli ilə ağzını tutub gözlərini dəhşətlə bərəltdi. Ceyran isə iki əli ilə

sifətinə şillə vurub, üzünü cırmaqlaya-cırmaqlaya ulamağa başladı:

- Boooy, booooy! Aaz sən nə danışırsan aaaz! Bu nə sözdü maa deyirsən kişilərin yanında?

Rüşviyyə gözlərini süzüb duzladığı toyuq döşünü ağzına atdı, çeynəyə-çeynəyə:

- Kişi nədi aaz! Kişi qaldı 41-45-də.

Onun kişi və kişiliklə bağlı dedikləri Zaurun vecinə olmasa da, Tofiqə bu söz möhkəmcə toxundu:

- Rüşviyyə bacı yaxşı başlamışdıq, amma burada qatıqladın. Sənin rastına kişi çıxmayıbsa, o sənin

problemindir, bizim yox. Qarşında iki nəfər kişi xeylağı oturub, sənin danışdığın sözə bax! Tutub sikərəm səni,

görərsən kişi necə olur!

Rüşviyyə dəm olsa da, həddini aşdığını başa düşüb səhvini düzəltdi:

- Məni gərək bağışlayasınız. Özümü saxlaya bilmədim. Hansı zəmanədə yaşadığımızı görəndə, havalanıram.

- Səni də başa düşürəm bacı – dedi Tofiq, mızıldayaraq ağlayan Ceyrana gözucu baxa-baxa. – Bir sözünlə

razıyam ki, zəmanə yaman pisdir. Bizim vaxtımızda oğlana zada tamah salmaq nə idi axı? Bu zəhrimar baş alıb

gedir indi. Hər yan petux-metuxdu. Bizim vaxtımızda saf məhəbbət, necə deyərlər romantika var idi. Məsəlçün

mənim indi 65 yaşım olsa da, ilk məhəbbətimi bu günə qədər xatırlayıram.

Tofiq stəkanlara növbəti çaçanı süzə-süzə gülümsədi.

- İçək bunu ilk məhəbbətimizin sağlığına.

Rüşviyyə çaçanı bir nəfəsə içərək, üzünü turşutdu və kolanı başına çəkdi. Zaur isə balaca bir qurtum almaqla

kifayətləndi. Artıq keflənmiş, başı dumanlanmışdı.

- Həəə. İlk məhəbbət alayı şeydir bacı – dedi Tofiq duzlu xiyarı iyləyərək. – İndiyə qədər bu mahnı dilimin

əzbəridir:

Mən onu sevmişəm bir ilk baharda,

O məni tərk etdi boranda qarda.

Hər yara sağalır unudulanda,

Sağalmaz yarası ilk məhəbbətin.

82

1958-ci ilin sentyabr ayında «Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbi»-ndə birinci kursa gedərkən, qrupdakı



qızlar arasında gözlərim uzun saçlı Almaz adlı bir qıza sataşdı. İlk baxışdan ona qarşı məhəbbətimin yarandığını

hiss etdim. Onun uzun hörüklərinə baxanda isə ona qarşı olan məhəbbətimin daha da artdığını başa düşürdüm.

Ceyran gözlərini silib sakitləşmişdi. Diqqətlə kişiyə qulaq asırdı. Rüşviyyə isə toyuğun sümüyünü sümürürdü.

O, “hüpp” səsi çıxararaq iliyi sovurub qurtarandan sonra, barmaqlarını yaladı.

- Dərslər zamanı onunla bir skamyada oturmağa və istehsalat təcrübəsinə bir briqadada getməyə can atırdım.

Biz bir həftə birinci, digər həftə isə ikinci növbə istehsalat təcrübəsi keçdiyimizdən, bəzən evə qayıdarkən onu evə

yola salırdım. Ailəsi Qubada yaşadığından, Almaz Lermontov küçəsindəki bir mərtəbəli evlərdə, qohumugildə

qalırdı. Sonralar, həmin evlər sökülərək yerində indiki Nazirlər Kabinetinin binası önündəki şəlaləli bağ salındı.

Onu evlərinə yola salanda o, çox narahat olurdu. Qorxurdu ki, qohumları görsün.

Bir müddət sonra hiss etdim ki, ona ürəyimi açmasam ilk məhəbbətin alovu məni yandırıb yaxacaq. Beləliklə,

mən ona tələbə yeməkxanasında şirniyyatla çay içərkən öz ürəyimi açdım və onu dəlicəsinə sevdiyimi bildirdim.

Qızın susduğunu görüb, ürəyimdə bir arxayınlıq hiss etdim və onun susmasını razılıq əlaməti kimi qəbul etdim.

Birinci kursun yanvar ayında biz üç fənndən imtahan verməli idik. Mən, iki imtahandan əla qiymət almışdım.

Üçüncü imtahan isə «Sanitariya və gigiyena» fənnindən idi. Biz ikimiz də bilet çəkib oturmuşduq. Almaz biletin

suallarını yaxşı bilmədiyindən məndən kömək etməyimi xahiş etdi. Mən, müəllimin bir neçə dəfə mənə xəbərdarlıq

etməsinə baxmayaraq ona kömək edirdim. Nəticədə müəllim məni vaxtından əvvəl sorğuya dəvət etdi. Bütün

suallara və eyni zamanda əlavə suallara cavab verməyimə baxmayaraq, imtahanda özümü yaxşı aparmadığım üçün

müəllim mənə «yaxşı» qiyməti yazdı. Mən əlaçılıqdan düşdüm və bu mənim ilk məhəbbətimin ilk qurbanı oldu.

Lakin, sən demə məhəbbətimin daşa dəyməsinə çox az qalıbmış.

Belə ki, ikinci semestrdə dərsə gələrkən mən, Almazı bir daha görmədim. Onu axtardım. Və qrupumuzda

oxuyan yaxın rəfiqələrindən biri, “Almazı bibisi oğluna nişanlayıblar, bu yaxınlarda toyu olacaq. Onun oxumağına

nişanlısı icazə vermir” dedi. Mən çox məyus oldum, onu unutmağa çalışdım. Lakin ilk məhəbbətimi unuda

bilmədim. Bu günə kimi onun uzun hörükləri hələ də yadımdadır...

Tofiq hekayətini bitirib gözlərinin yaşını əlinin tərsi ilə sildi, bir qurtum kola içdi. Zaur acıyaraq kişiyə baxırdı.

Rüşviyyə də yanağından süzülən gilələri yağlı əlləri ilə üzünə yaxdı və soruşdu:

- Bəs sonra nə oldu ay Tofiq? Ondan sonra qızı görmədin?

- Mən, 10 ildən sonra ailə qurdum – dedi Tofiq qaşlarının altından Rüşviyyəyə baxaraq. Səsi titrəyirdi. -

Qismətimdən Xumar xanım da əslən Qubalı çıxdı. Lakin mən ilk məhəbbətim haqqında ona heç vaxt danışmadım,

çünki o mənə qarşı çox qısqanc idi. Xumar xanım dünyasını dəyişəndən bir il sonra bacılarımla söhbət əsnasında

ilk məhəbbətim haqqında bir neçə dəfə söhbət açmışdım. O vaxtdan 48 il keçməsinə baxmayaraq ilk məhəbbətim

yadıma düşərkən ürəyim titrəyir, özümdən asılı olmayaraq xəyallara dalıram. 40 ildən çoxdur ki, Soyuducu

zavodunda işləyirəm, lakin Almaz kimi uzun hörüklü qıza hələ də rast gəlməmişəm. Qız övladım da olmadı ki,

ondan hörük uzatmasını xahiş edim. Bəzən fikirləşirəm ki, nə üçün qızlarımız saçlarını uzadıb hörük vurmurlar.

Axı uzun hörüklü qızın gözəlliyi daha cəlbedici olur.

Tofiq özünü saxlaya bilməyib ağlamağa başladı. Rüşviyyə də hönkürtüsünün qarşısını ala bilmirdi artıq.

Ceyran isə səssiz və xəsis ağlayırdı, çünki göz yaşları öz hekayətini nəql etdiyində tükənmişdi. Zaur bir-bir kupedə

oturanlara baxır, ürəyi bulanırdı. Tofiq davam elədi:

- Son günlər, ilk məhəbbətimi tez-tez xatırladığımdan yuxumu qarışdırırdım. Bir gün yuxumda ağ gəlinlik

paltarında uzun saçlı bir qadın gördüm. Onun saçları paltarı kimi bəyaz idi, lakin yenə də iki hörük vurulmuşdu. O

mənə yaxınlaşanda onun həmin qıza oxşadığını görüb: “Olmaya son vaxtlar ilk məhəbbətimizi tez-tez xatırlamağım

səni narahat edib, nə olar, bu da bir taledir”- dedim. O mənə yaxınlaşaraq: “Bilirsən, o vaxt mən sənin məhəbbətinə

cavab verməmişdim, lakin sonradan çox peşman oldum. Gec də olsa bildirirəm ki, mən də səni o vaxt dəlicəsinə

sevirdim, lakin abır-həyanı gözləyən bir azərbaycanlı qızı kimi onu sözlə ifadə etməyə utanırdım. Mən səni indi də

sevirəm, ancaq başqasının evindəyəm” - deyə söylədi.

Mən yuxuda özümü itirmişdim. Bir anlığa özümü ələ alıb: “Olmaya Xumar xanım dünyasını dəyişdiyi üçün

mənim könlümü almaq istəyirsən? Mən övladlarım, gəlinlərim və nəvələrimlə ömrümün qalan hissəsini yaşayıram.

Mənim heç kimə ehtiyacım yoxdur” - dedim.

“Mən sənin xətrinə dəymək istəmirdim. Mənim də övladlarım və nəvələrim var. Qoy hamımızın övladları və

nəvələri xoşbəxt olsunlar. Xüdahafiz, mən indi getməliyəm” - deyib sağ əlini mənə uzatdı. Mən onun əlini sıxdım,

əlləri titrəyirdi. Bu zaman qan-tər içində yuxudan ayıldım. O vaxtdan bir rahat yuxu yata bilmirəm.

Rüşviyyə ağlamaqdan daha betər qızaran gözlərini salfetlə qurulayıb dedi:

- Ah Tofiq, ah! Kövrəltdin məni əməllicə. Deyirsən yaşın keçib. Amma yaşın keçsə də sən kişisən. Mən isə

qadınam, hər ötən il bir az da cavanlığımdan qoparıb aparır. Qocalmaq, qocaldıqca da vətənimi bu gündə görmək

məni çox kədərləndirir.

83

Ceyran “can bacı” deyərək qadına təsəlli verirdi. Ağlayan Rüşviyyəyə yaxınlaşıb əlini boynuna doladı,



yanağından öpdü. Qadınlar öpüşüb-qucaqlaşdılar. Tofiq qadınların barışmasına sevinmişdi:

- Bax belə! İçək qadınların sağlığına! Onlar olmasaydı, biz də olmazdıq!

Zaura da süzmək istədi, ancaq o, stəkanında hələ çaçanın qaldığını, içmək istəmədiyini dedi. Tofiq:

- Oğlum, indidən belə passiv olma. Bu içki deyil, can dərmanıdı!

- Ürəyim istəmir dayı, Tiflisdə çox içmişəm.

- Özün bilərsən – Tofiq Zaura qarşı marağını itirib, Rüşviyyəyə stəkanı uzatdı.

- Bunu da içək Rüşviyyə bacı! İçək, görək başımıza nə gəlir.

Rüşviyyə əlləri və dodaqları titrəyə-titrəyə stəkanı götürdü, başına çəkdi, öskürməyə başladı. Ceyran onun

kürəyindən üç dəfə vurandan sonra, Rüşviyyə əli ilə ona “bəsdir, dayan” işarəsi verdi.

- Çox sağ ol bacı, yaxşıdı. Əllərin dərd görməsin. Tofiq qardaşın hekayəti məni kövrəltdi. Ümumiyyətlə ürəyim

xüsusən payızda ərköyün uşaq kimi kövrək və ağlağan olur. Onu ovutmaq üçün dəridən qabıqdan çıxsam da nə

sızıltısı kəsir, nə göz yaşı quruyur. Keçən il də payız könlüm kimi kövrək gəlmişdi. Bağ-bağat xiffətdən saralmışdı,

buludlar bir himə bənd qəmli-qəmli göy üzündə sürünürdü.

Rüşviyyə köks ötürüb nədənsə gözlərini Zaurun üzünə zillədi və baxışlarını ondan ayırmadan boğuq səslə dedi:

- Buludlara qoşulub ağlamaq istədiyim günlərin birində qəfildən yığışıb getdim kəndə. Belə anlarda məni

kənddən başqa heç nə tutub saxlaya bilməz. Payızın sazağında küləklərə qarışıb itməmək üçün ayağım torpaqda,

əllərim ağac budaqlarında olmalıydı. Kənd məni balası üçün qəribsəmiş ana kimi basdı bağrına. Sanki iki həsrətli

qovuşmuşdu. Göyün də qaş-qabağı açılmışdı. Bağlarda hələ nar, heyva ağaclarının budağında saralmış yarpaqlara

sığınaraq gizlənib qalmışdı. Ağacın son barının dadı bütün dadlardan şirin və əziz olur. Az qala hər ağacı, hər kolu

sevə-sevə, öpə-öpə bağda dolaşmaqdan duyduğum ləzzəti heç nəyə dəyişmərəm. Aran yerinin payızı çox gözəl və

ruhoxşayan olur. Qızmar istidən sonra həzin sərinlik təbiəti qızılı-sarı rəngə boyayır, yolların toz-tozanağı yatır,

ağır zəhmətdən, istidən yorulmuş insanların dincəldikcə bət-bənizləri açılır, gözləri gülür və bütün bunlar insanda

ruh yüksəkliyi, könül xoşluğu yaradır. Hələ toy-büsatları demirəm. Kənddə yay sovuşandan, əl-ayaq yığışandan

sonra toylar başlayır. Şəhər toyları zəngin süfrəsi ilə seçilirsə, kənd toyları zəngin şənlikləri, gözəl adətləri ilə

seçilir.

Rüşviyyə bunları deyib gözlənilmədən sağ yanını yuxarı qaldırıb gurultuyla qaz buraxdı. Kupe dəydi birbirinə.

Ceyran cəld onun yanından qalxaraq qapının yanına sıçradı, divara sığınıb qorxu dolu gözlərlə Rüşviyyəyə

baxdı. Zaur vəziyyəti başa düşüb tez qapını açdı. Tofiq isə kupeni dolduran kəsif, ağır turşu üfunətinə fikir vermədən,

ağsaqqal müdrikliyi ilə dedi:

- İçki sadəcə ürəkləri yox, başqa orqanları da, məsələn bağırsaqları rahatladır, genişləndirir. Davam elə bacım,

burada utanılası heç zad yoxdur.

Rüşviyyə minnətdarlıq dolu gözlərlə kupedəkilərə bir-bir baxıb gəyirdi və dedi:

- Sağ olun dostlar. Minnətdaram sizə. Mən cavanlığımda Avropanın bütün sosialist ölkələrini gəzmişəm,

görmüşəm. Orada qaz buraxmaq ayıb sayılmır. Bizdə də bir söz var – Avropanın pis cəhətlərini atıb, yaxşı

cəhətlərini götürmək lazımdı. Mən də ictimai yerdə rahat qaz buraxmağı, Avropanın yaxşı cəhətlərindən sayıram.

Nə isə, mən harda qalmışdım?

Tofiq ona kömək elədi:

- Deyirdin ki, kənd toyları zəngin olur.

- Hə, hə. Bəxtimdən kənddə hər gün toy şənliyi qurulurdu. Demək olar ki, hamısına dəvət olunurdum.

Cavanlara xeyir-dua verməyi də xahiş edirdilər. Mən də çalışırdım camaatın xətrinə dəyməyim, arzularına əməl

eləyim. Bu toylardan həmişə zövq alırdım desəm yalan olar, heç siz də buna inanmazsınız. Bu səs-küydən, qarmaqarışıqlıqdan

yorulduğum, bezdiyim anlar daha çox olurdu.

Amma kimsənin qəlbini qırmaq istəmirdim, az da olsa toylarda otururdum, söz də deyirdim, rəqs də eləyirdim.

Amma hər halda elimin-obamın içində olmaqdan, onlarla deyib-gülməkdən məmnun idim.

Növbəti toy yaxın qohumumun idi deyə erkən getməli, istədim-istəmədim sonacan iştirak etməliydim. Toy

mağarında çox qala bilmirdim, çay qaynadılan, xörək bişirilən yerlərdə fırlanır, qohum-əqrəba ilə söhbətləşirdim.

Qadınlar qollarını çırmalayıb böyük həvəslə biş-düş edir, gələn qonaqlara vaxtında və layiqli qulluq edilməsi üçün

canfəşanlıq göstərirdilər. Şəhərin quru, rəsmi həyatından isti, məhrəm, doğma kənd həyatına düşməyim qəlbimdə

elə şirin, elə kövrək hisslər oyatmışdı ki, özümü cənnətdəki kimi rahat hiss eləyirdim. Birdən toy mağarındakı səsküy

diqqətimi çəkdi. Maraq məni mağara gətirdi. Hündürboy, cavan bir oğlan ortalıqda qızmış pələng kimi

vurnuxur, yaxın gələni sinəsindən itələyir, çalğıçılara tərəf dartınıb bağırırdı:

- Mənim havamı çalın, tez olun, yoxsa burda qan eliyəcəm.

Toybəyi yazıq, irəli gəlməkdən qorxsa da, elə kənardan onu sakitləşdirməyə çalışırdı:

- Ə qadan alım, havanın adını de da, bu yazıqlar nə bilsin ki, sənin havan nədi.

Oğlansa ipə-sapa yatmırdı ki, yatmırdı:

84

- Bilməlidirlər axı, niyə bilmirlər! Tez olun çalın mənim havamı.



Kimsə camaatın içindən dedi ki, ayə onun anasını çağırın, bəlkə o bilər oğlunun havasını. Tez qabağında önlük

qab yumaqla məşğul olan məzlum görkəmli bir qadını mağara gətirdilər. Mən bu qadını tanımırdım, deməli bizim

kənddən deyildilər. Oğlanı tanımamağım mənə adi görünürdü, çünki kənddəki cavanları tanımaya bilərdim, amma

yaşlıların hamısını tanıyırdım. Yanımdakı qohumların birindən soruşdum ki, bu kimdir? Dedi ki, bəs qaçqındılar,

Laçın rayonundan gəlib qonşu kəndə sığınıblar. Ana yazıq əllərini önlüyünə silə-silə mağarın ortasında valaylanan

oğluna yaxınlaşıb:

- Allah sənin cəzanı versin, bala məni yenə el içində biabır elədin. Üzün qara olsun, məni niyə üzüqara

eliyirsən - deyə-deyə onu mağardan çıxarmağa başladı.

Toybəyi:

- Ay Qızbəs bacı, onun havasının adını bilirsənsə de çalsınlar, oynasın çıxsın-deyəndə ana yazıq-yazıq:

- A bala, “Laçınım” mahnısı var ey, onu çalın - dedi çalğıçılara.

Çalğıçılar “Laçınım” mahnısını çalmağa başladılar. Oğlan ortalıqda fırlanmağa başladı. Hər dəfə fırlandıqca

turşumuş tər iyi də mağarı fırlanırdı. Əynindəki ağ köynəyin qollarının altı kürəyəcən sap-sarı tər ləkəsi olan bu

gəncin yanında burnunu tutmadan dayanmaq olmazdı. Bir azdan oğlan yenidən qışqırdı:

- Ə niyə oxumursan hıy? Dilin qabar olmaz ki, bir Laçınım desən, oxusan.

Yazıq müğənni başladı oxumağa. Müğənni canı dildən oxuyur, sərxoş oğlan da ortalıqda əl-qolunu ata-ata

oynayırdı. Qəlbimdə bir sızı, bir ağrı vardı və Laçına yazığım gəlirdi. Bu bəxtsiz torpaq orda erməni tapdağında

inləyir, burda da bizim təhqirimizə dözürdü. Anası bir zülmlə oğlanı toyxanadan çıxararaq götürüb getdi.

Oyun növbəsini gözləyən bir dəstə cavan çıxdı ortalığa. İnsafən qəşə__________ng oynadılar. Bir xeyli oynayandan sonra

iki nəfərdən başqa ortalıqda cavan qalmadı, camaata, çalğıçılara təzim edərək çıxdılar. İki nəfərdən biri çalğıçılara

pul verib mahnı sifariş elədi:

- Ə qağa, bir “Cimi” çal, oxu.

Mən əvvəlcə bunun nə olduğunu anlamasam da, musiqi səslənəndə Mitxun Çakrabortinin oynadığı indeyski

filmdən mahnı olduğunu bildim. Oğlanın biri ortalıqda gah meymun kimi atılıb-düşür, gah da əzilib-büzülür, ilan

kimi qıvrılırdı. Yazıq müğənni üç-dörd kəlmə sözü təkrar-təkrar oxuyur, oğlansa hərdən:

- Ə, düz-əmməlli oxu da, bu necə oxumaqdır?- deyərək təzədən qışqırırdı.

Bu mənzərə əvvəlki əhval-ruhiyyəmi bircə anda dəyişmişdi. Ürəyimi sanki iki əl bərk-bərk tutub sıxırdı.

Nəfəsim təngidi və özümü mağardan bayıra güllə kimi atdım. Evimiz toy evinə yaxın idi. Evimizə gəlib, bağçada

nar ağacının dibinə qusdum. Qorxurdum, qorxurdum ki, düşmən əlindən torpaq almalı, vətən qorumalı oğullarımız

hamısı beləcə “Cimi” havasına oynaya-oynaya qınından çıxa, yad bir qına, dona girə və Qarabağ adını unuda,

torpaq iyini yadırğaya. Əllərimi göyə uzadıb:

- Allah, sən özün kömək ol – dedim.

Rüşviyyə bu sözləri deyib əllərini qaldırdı və ağlaya-ağlaya Allaha dua eləməyə başladı.

Osturaq qoxusu kupeni artıq tərk etsə də, Zaur başının ağrıdığını və ürəyinin bulandığını hiss edib, tambura

çıxdı, açıq pəncərədən başını bayıra çıxararaq gözlərini yumdu, təmiz havanı acgözlüklə udmağa başladı.


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə