Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə3/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   2   3   4   5   6   7   8   9   ...   159

V.M.MƏMMƏDƏLİYEV 

dillərə münasibət barədə maraqlı fikirlər irəli sürmüşdür. Əndəlisdə doğulub 



boya-başa çatmış, dövrünə görə çox mükəmməl təhsil almış yüksək 

mədəniyyət və intellekt sahibi İbn Həzm  ərəb, ibri və siryani dillərinin 

yaxınlığını yaxşı  dərk edir, bu yaxınlığı bir dilin ləhcələrinin bir-birinə 

yaxınlığı, oxşarlığı kimi qəbul edirdi. İspan və ya fars mənşəli olduğu güman 

edilən İbn Həzmin fikrincə, siryani, ibrani və ərəb dilləri əslində bir dildir. 

Bu dildə danışanlar müxtəlif yerlərə köçmüş və tədriclə hərəsinin öz ləhcəsi 

meydana gəlmişdir (8,I,30).  

İbn Həzm Həzrəti Adəmin danışdığı dildən bəhs edərkən, ümumiyyətlə, 

dillərin yaranması  məsələsi üzərində geniş dayanmış  və bu məsələdə  ərəb 

alimlərindən çoxunun müdafiə etdiyi tövqif (dilin insana Allah tərəfindən 

bildirilməsi, öyrədilməsi) nəzəriyyəsini dəstəkləmişdir. 

İbn Həzm dilin təbiətdən doğduğu fikrini qəbul etməmişdir. Onun 

fikrincə, ilk və  əsl dil Həzrəti Adəmə  vəhy edilən dildir. Adəmin övladları 

zaman, məkan və şəraitə uyğun olaraq bu əsl, lakin bəsit olan dildən başqa 

dillərin törəməsinə zəmin yaratmışlar (8,I,130). 

İlkin dilin siryani, ibrani, ərəb, yaxud yunan dili olması barədə heç bir 

nəqli (Qurana, hədisə istinad edən) dəlil olmadığı üçün bu haqda qəti fikir 

söyləməyin, qeyri-mümkün olduğunu deyən  İbn Həzm dil alimləri, dil 

qrupları  nəzəriyyəsinə Avropa dilçilərindən iki əsr öncə diqqəti cəlb 

etmişdir. İbn Həzmə görə, ərəb, ibrani (yəhudi) və siryani dilləri Himyər dil 

qrupuna deyil, Mudar və  Rəbiə dil ailəsinə  mənsub olub bir tək dil hesab 

edilir. Bu dillər tədriclə zaman, məkan və  şəraitə uyğun olaraq, həm də 

qonşu dillərin təsiri ilə müəyyən dəyişikliklərə  uğramış, onların hər biri 

müstəqil bir dil halına gəlmişdir (7,121-122;9,59). Ərəbcə danışan ilk şəxsin 

Həzrəti  İsmail, ibranicə danışan ilk şəxsin Həzrəti  İshaq olduğun, onların 

atası Həzrəti İbrahimin isə siryanicə danışdığını qeyd edən İbn Həzm bundan 

belə bir nəticəyə  gəlir ki, ərəb və ibrani dilləri siryanicədən törəmişdir 

(8,1,30-31;9,59). 

İbn Həzm yunancanın  ən zəngin dil sayıldlğı üçün ilk dil ola biləcıyi 

fikrinə şərik çıxmır.O, belə hesab edir ki, hər hansı bir dilin güclü, zəngin, 

yaxud zəif olması  həmin dilin əsli, kökü ilə deyil, o dildə danışanların 

ictimai-siyasi gücü ilə müəyyən olunur. Dövləti dağılan, işğala uğrayan

yaxud yurd-yuvalarından çıxarılıb didərgin salınan millətlərin, xalqların 

dilləri tədriclə zəifləyib yox olur. İbn Həzmin özünün bu görüşü ilə müasir 




Ənənəvi ərəb dilçiliyində başqa dillərin tədqiqi məsələsinə dair 

dilçiliyin dillərin təşəkkülü, inkişafı və təkamülü barəsindəki konsepsiyasına 



xeyli yaxınlaşdığını söyləmək olar (9,59). İbn Həzmin eyni zamanda bir 

dilin digərindən üstün olması iddialarını rədd etməsi də müasir nəzəri dilçilik 

anlayışlarına uyğun gəlir.  

Yunancanın  ən üstün bir dil sayıldığını, digər dillərin köpək mırıltısı, 

yaxud qurbağa qurultusu qəbilindən olduğunu iddia edən yunan filosofu 

Calinusun cahil və axmaq bir adam olduğunu söyləyən İbn Həzm məsələyə 

psixoloji baxımdan yanaşaraq hər bir insanın öz ana dili xaricindəki bütün 

dilləri bir sıra qarışıq səslər toplusu kimi qəbul edə biləcəyini və bu 

məsələdə üstünlüyü dil, əlifba, hərf kimi vasitələrdə axtarmağın doğru 

olmadığını göstərir.  İbn Həzm vəhy dili olduğu üçün ərəb dilini üstün dil 

sayan görüşə qarşı da çıxaraq belə hesab edir ki, dil ünsiyyət vasitəsidir və 

hər peyğəmbər ilahi əmrləri öz xalqının, öz qövmünün dili ilə  təbliğ 

etmişdir. Belə ki, Tövrat, Zəbur və  İncili ibranicə,  İbrahimin sühüfü isə 

siryanicədir.  İbn Həzm Cənnətdəki dilin ərəb dili olduğu iddiasını da bu 

barədə nəss (Quran ayəsi, hədis), yaxud icma (islam alimlərinin ümumi fikir 

birliyi) olmadığı üçün qəbul etmir (9,59). 

Əndəlisdə doğulub boya-başa çatdığı, orada təhsil aldığı, ömrünü orada 

başa vurduğu, üstəlik, bəzi mütəxəssislərin fikrincə, ispan əsilli olduğu üçün 

latın dilini bildiyi guman edilən  İbn Həzm yeri gəldikcə  ərəb və latın 

dillərini bir-biri ilə qarşılaşdırmış  və belə bir nəticəyə  gəlmişdir ki, ərəb 

dilinin  əksinə olaraq latıncada dolaşıqlığa gətirib çıxaracaq eyni və ortaq 

mənalı sözlərin (sinonimlərin- V.M) az olması bu dilin möhkəm bir dil 

olmasını təmin etmişdir (9,59;10,52-54). İbn Həzmin bu görüşü ilk baxışda 

mənsub olduğu zahiri məzhəbinin bir təzahürü kimi görünsə  də, onun hər 

hansı bir dilin zənginliyinin və mükəmməlliyinin eyni anlamlı, təkrar 

sözlərin çoxluğu ilə deyil, müəyyən bir məfhumu ifadə edən sözlərin 

zənginliyi ilə ölçüldüyünü söyləməsi nəzəri dilçilik baxımından çox maraqlı 

bir fikirdir (9,39). Göründüyü kimi, İbn Həzm öz mülahizələrini 

əsaslandırarkən müasir dilçiliyin əsas cərəyanlarından olan sosiolinqvistika 

və psixolinqvistikanın müddəaları ilə  səsləşən maraqlı fikirlər irəli 

sürmüşdür. 

Dilin hədəfi, qayəsi, önəmi, təlimi səs-söz, söz-məna  əlaqəsi, kəlmə, 

kəlam, qövl (deyim), dillərin müqayisəsi, sözdüzəltmə kimi linqvistik 

mövzularda mənsub olduğu zahiriyyə  məktəbinin normalarından, mülahizə 




V.M.MƏMMƏDƏLİYEV 

10 


və müddəalarından çıxış edərək maraqlı fikirlər irəli sürən  İbn Həzm dili 

“qavram və düşüncələri ifadə edən sözlər toplusu” adlandıraraq onu Allahın 

yaratdıqları içərisində sadəcə insana deyil, ağıl sahibi olan bütün varlıqlara 

(mələklərə, cinlərə  və  s.  –  V.M)  bəxş etdiyi ən böyük nemət hesab 

etməkdədir (8,4-5;9,59). 

İbn Həzm bəlağətlə  də çox maraqlanmış, özünün müxtəlif kitab və 

risalələrində bəlağət məsələlərinə toxunmuşdur. Onun fikrincə, hər hansı bir 

söz, ifadə yalnız o zaman bəliğ (bəlağətli,  ədəbi) ola bilər ki, o xalqın və 

ziyalıların anlaya biləcəyi dərəcədə sadə olsun, məqsəddən kənara çıxmasın, 

onun ibarəsi qısa, mənası dərin olsun və, beləliklə, zehndə rahat qalsın.  

Bəlağətdən danışan  İbn Həzm onun aşağıdakı üç növündən bəhs edir: 

1)Cahizin üslubunda olduğu kimi, xalqın bildiyi sözlərdən yaranan bəlağət

2) Həsən Bəsri və Səhl bin Harunun örnəyində olduğu kimi, xalqa yabançı 

sözlərdən yaranan bəlağət; 3) İbnül Müqəffə və bəzi başqa ərəb ədiblərinin 

üslubunda olduğu kimi, əvvəlki iki növün qarışığından yaranan bəlağət 

(9,59). 


Quranın ecazından danışan  İbn Həzm onun təqlidedilməzliyini Allah 

kəlamının bəlağət və  nəzmində (sözdüzümündə), insanların bilə 

bilməyəcəkləri bir sıra qeyb xəbərlərində görənlərlə  qəti razılaşmayaraq 

onları  tənqid edir və bu məsələdə  məşhur mötəzili filosof ən - Nəzzamın 

Allahın Quranı  təqlid etmə gücünü insanların  əlindən aldığını iddia edən 

“sərfə” nəzəriyyəsinin tərəfdarı kimi çıxış edir (11,III,16-17). 

İbn Həzm haqqında deyilənlərə yekun vuraraq onu qeyd etmək istəyirik 

ki, fiqhə, dinlər tarixinə, hədisə, xüsusilə zahiri məzhəbinə dair qiymətli 

kitablar yazmış, özünün məşhur ةمامحلا  قوط

 

əsəri ilə  ərəb  ədəbiyyatında 



romantizmin, demək olar ki, əsasını qoymuş, platonik eşqin öncüllərindən 

biri olmuş bu görkəmli alim eyni zamanda ərəb dilinə, sami dillərə, 

bütövlükdə nəzəri dilçiliyə dair çox maraqlı və qiymətli fikirlər söyləmişdir. 

İbn Həzm orta çağ ərəb filosofları tərəfindən “peşəkar dilçi” hesab edilməsə 

də, onun dilçiliyə dair mülahizələrinin,eləcə də ədəbi görüşlərinin müstəqil, 

monoqrafik tədqiqata cəlb edilməsinə ciddi ehtiyac vardır. Bu baxımdan 

tanınmış türk ərəbşünası  İsmayıl Durmuşun araşdırmaları xüsusi maraq 

doğurur (bax: 9,58-61). 

Ənənəvi  ərəb dilçiliyində başqa dillərin öyrənilməsindən söhbət 

gedərkən iki məşhur alimdən xüsusi bəhs etmək lazım gəlir. Onların birincisi 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə