Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə5/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   2   3   4   5   6   7   8   9   ...   159

V.M.MƏMMƏDƏLİYEV 

14 


 

 

 



 

 

 



 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1.  Амирова  Т.А.,  Ольховников  Б.А.,  Рождественский  Ю.В.  Очерки 



по истории лингвистики, М.,1975. 

2. Кондрашов Н.П. История лингвистических учений, Москва 1979. 

3. Oeuvres Grammaticales d, Abou'l Faradj dit Bar Hebraeus Edite' es 

par M. L'abbe' Martin. Paris, 1872. 

4. H.Hirschfeld. Literary history of Hebrew grammarians and 

lexicographers, London, 1926. 

5.P.Wechter. Ibn Barun's Arabic works on Hebrew grammar and 

lexicographic, 1964. 

6.

 

 ، يثيدحلا ةجيدخ



، دادغب ، يوحنلا نايح وبأ

 

١٩٦٦



 

 

7.



 يبرع يسانش نابز ، يزاجح ىمھف دومحم

 )

 يديس نيسح ديس روتكد ۀمجرت



ِ

(

، نارھت ،



١٣٧٩

 

 



8.

، ةرھاقلا ، ركاش دمحأ ققحت ، ماكحلإا لوصا يف ماكحلإا ، مزح نبا 

١٣٤٥

 

 



9. TDV Islam ansiklopedisi, v.20., İstanbul, 1999 . 

10. 


رقتلا ، مزح نبا

، توريب ، سابع ناسحا قيقحت ، قطنملا دحل بي

١٩٥٩

 

 



11.

 

، ةدج ، لحنلا و ءاوھلاا و للملا يف لصفلا ، مزح نبا



١٤٠٢

 

 



12. Кононов Т.Н. Махмуд Кашгарский и его «Дивану лугатит-турк» 

- «Советская тюркология» , в., 1972, №1. 

13.Боровкова  Т.А.  Грамматический  очерк  языка  «Дивану  лугатит-

турк» Махмуд Кашгари, АКД., Москва, 1966. 

14. Zeynalov F. Qədim türk yazılı abidələri, ADU nəşri, Bakı, 1980. 

15. Джафар А. Из истории применения сравнительно-исторического 

метода  к  изучению  тюркских  языков. – «Материалы  Первого 

всесоюзного совещания востоковедов», Ташкент, 1959. 

16.  Демирчизаде  А.М.  Сравнительный  метод  Махмуда  Кашгари, - 

Советская тюркология. 

17. Məmmədov N. Axundov A. Dilçiliyə giriş, Bakı, 1980. 

18.  Мелиоранский  П.М.  Араб-филолог  о  турецком  языке,  Санкт-

Петербург, 1900. 

19. Seyid Əhməd Cəmaləddin ibn Mühənna, Hilyətül- insan və həlbətul-

lisan, - lüğəti tərcümə edən, nəşrə hazırlayan, qeyd və  şərhlərin müəllifi 

Tofiq Hacıyev, Bakı, 2008.  




Ənənəvi ərəb dilçiliyində başqa dillərin tədqiqi məsələsinə dair 

15 


 

 

ABOUT THE INVESTIGATION OF OTHER LANGUAGES 



IN TRADITIONAL ARABIC LINGUISTICS 

 

 



In traditional Arabic linguistics along with the Arabic language a great 

interest was given to learning Yiddish, Siriani (ancient Syrian), Ethoipian, 

Persian, Turkish, Mongolian and other languages, too.  

Ishaq ibn Barun, Jamaladdin ibn al-Ibri, Abu Hayyan, Mahmud 

Kashgari, ibn Muhanna and others investigated these languages, irrespective 

being or not being the Arabs according to rules, standarts and principles 

admitted to Arabic linguistics and then on the whole made a great 

contribution to the development of theoretical linguistics. 

 

 




Nadir əlyazma 

17 


 

 

 



 

NADİR ƏLYAZMA 

 

f.e.n., dos. Çimnaz MİRZƏZADƏ 

 

 

Yaxın  Şərq mədəniyyətinin inkişafında böyük rol oynamış Azərbaycan 

alimlərinin biri də XII əsrdə yaşayıb-yaratmış Əbu-l-Fəzl Hübeyş Tiflisidir. 

O, başqa elm sahələrində olduğu kimi, ərəb leksikoqrafiyası sahəsində  də 

sanballı  əsərlər yazmışdır.  Ədibin  əsərlərinin dördü ərəbcə-farsca izahlı 

lüğətdən ibarətdir: “Tərcüman əl-Quran”, “Vucuh əl-quran”, “Tərcüman əl-

qəvafi”, “Qanun əl-ۥədəb”. Ümumiyyətlə, qələmini ərəb leksikoqrafiyasında 

sınamış azərbaycanlı alimlər yalnız  ərəbcə izahlı lüğət yazmaqla 

kifayətlənməmiş,  ərəbcə-farsca,  ərəbcə-türkcə  nəsr və  şer formasında 

lüğətlərin tərtibilə  də  məşğul olmuşlar:  İbrahim oğlu  Əbdülvahab Zəncani 

(XIII) “Əl-muۥrabۥəmma fi as-sıhah  əl-məğrib”, Hüsaməddin ibn 

Əbdulmömin Həsən Xoyi (XIII) “Nasib əl-fityən və  nəsib  ət-tibyən”, 

Hinduşah Naxçıvani (XIII-XIV) “Sıhah  əl-Əcəm”, Bədii Təbrizi (XVI) 

“Musəllət bədiۥi”, Əliqulu oğlu Mehdiqulu Səfanın (XVII-XVIII) “Səmaۥ əl-

əsmaۥ” və s. müəlliflərin iri həcmli  əsərləri buna misal ola bilər. Hübeyş 

Tiflisinin “Qanun əl-ۥədəb”  əsəri XII əsr leksikoqrafiya elminin inkişafına 

yeni bir mərhələ kimi daxil olmuşdur. Bu əsərin xəttatlar tərəfindən müxtəlif 

əsrlərdə dəfələrlə üzü köçürülmüşdür, nüsxələrinin əksəriyyəti dünyanın bir 

sıra məşhur kitabxanalarında,  şəxsi arxivlərdə  və  əlyazmalar fondunda 

saxlanılır və mühafizə olunur: İngiltərə (6), Fransa (2), Almaniya (3), İran 

(4), Türkiyə (7;1). 

Aparılan tədqiqatlar  əsasında keçmiş Sovet İttifaqında “Qanun əl-

ۥədəb”in  əlyazma nüsxəsinin mövcud olmadığını deyə bilərik. Bu əsər 

üzərində elmi tədqiqat işləri aparmaq məqsədilə biz Berlin Dövlət 

kitabxanasından “Qanun əl-ۥədəb”in  əlyazma nüsxəsinin mikrofilmini əldə 

etmişik

1

. Adını  çəkdiyimiz lüğət orta əsrlər  ərəb leksikoqrafiyası tarixində 



                                                 

1

  Həmin nüsxənin fotosurəti Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasında 



saxlanılır, şifr 158 


 

f.e.n., dos. Çimnaz MİRZƏZADƏ 

18 


məlum beş  məktəbin birinə  məxsus olub, qafiyə quruluşlu, leksik-etimoloji 

sistemli lüğətlər arasında ən fundamental bir əsərdir.  

Bəzi tədqiqatçılar Hübeyş Tiflisinin lüğətinin quruluşca  İshaq ibn 

İbrahim  əl-Fərabinin (təqribən 350 h. ildə  vəfat edib) “Divan əl-ۥədəb” 

üslubunda (5,62), bəziləri isə Əbu-l-Qasım Mahmud Ömər əz-Zəməxşərinin 

(1075-1144) “Müqəddimət  əl-ۥədəb”in üslubunda yazıldığını söyləyirlər 

(1,53). Bizcə bu fikirlər  əsassızdır. Belə ki, əl-Fərabinin lüğəti morfoloji 

(“ۥilm as-sarf”) prinsipi üzrə  tərtib edilmiş  və altı “bab”dan (hissədən) 

ibarətdir. Sözlər axırıncı  hərf (samit) üzrə qruplaşdırılmış  və köklər 3-1-2 

ardıcıllıq üzrə verilib. Ə.Munzərinin deyildiyinə görə birinci babı  çıxmaq 

şərtilə onun, yəni “Divan əl-ۥədəb”in “Qanun əl-ۥədəb”lə heç bir bağlılığı 

yoxdur (5,62-63). Əz-Zəməxşərinin lüğətinə  gəldikdə, o beş aqsam 

(hissədən) və girişdən ibarətdir. Qədim  ərəb  ənənəsinin ardıcılı olan ədib 

sözləri tematik əlamətlərə görə qruplaşdırıb, hər sözün yanında onun, 

sinonimlərini və fars ekvivalentini verib. İsimləri tək və cəmdə, müəyyənlik 

və qeyri-müəyyənlikdə  gətirib. Hübeyş Tiflisinin müdrikliyi ondadır ki, o, 

tədqiq etdiyi elm sahəsini hərtərəfli öyrənmiş  və lüğət tərtibatında yeni 

prinsip yaratmışdır. Bu barədə həmin əsərin müqəddiməsində oxuyuruq: “... 

ədəb elmi haqqında yazılan kitablara nəzər saldım, lakin bunların arasında 

məni qane edən bir əsər görmədim və belə bir kitabı tərtib etməyə çalışdım”. 

Görkəmli alim əsəri yazarkən zəmanəsinin  ən məşhur alimlərinin 

əsərlərindən istifadə etmiş  və onların adını “Qanun əl-ۥədəb”in girişində 

çəkmişdir: ensiklopedik alim İbn Sikkitin “Kitab əl-ۥəlfaz”, görkəmli  ərəb 

yazıçısı, tarixçi və  ədəbiyyatşünas  İbn Kuteybin “Kitab müşkil  əl-quran”, 

məşhur Bəsrə dilçisi Əbu Məhəmməd  əl-Qasim  əl-Həririnin “Təsmiyə  əl-

ۥədəb”,  Əbu-l-Qasim Mahmud Ömər  əz-Zəməxşərinin “Müqəddimət  əl-

ۥədəb” və s.  

Ümumiyyətlə, lüğət tərtib edən alimlərin  əksəriyyəti sözləri  əlifba üzrə 

28 baba bölmüşdür və sözün birinci, başlanğıc hərəkəsini nəzərə almışlar, 

yəni “əlif” babını fəthəli, kəsrəli, dammalı olmaqla hissələrə bölmüşlər. Bu 

prinsip ən çox fellərdə və məsdərlərdə özünü göstərirdi.  

Hübeyş Tiflisi isə birinci dəfə olaraq lüğətində fellər və  məsdərlərdən 

əlavə isimləri, hətta toplu isimləri, qoşmaları da toplayıb  əsəri 29 hissəyə 

bölmüşdür. O, əlifi həmzədən ayıraraq müstəqil hissədə vermiş, sözləri 

axırıncı  hərfinə görə qafiyə üsulunda düzmüşdür. Bu prinsip müəllifin 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə