Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 2,04 Mb.
səhifə23/27
tarix20.10.2017
ölçüsü2,04 Mb.
#6127
1   ...   19   20   21   22   23   24   25   26   27

GƏLƏCƏYƏ APARAN YOLLA
Builki mayın təbiəti qeyri-adi idi. Hava qaş-qabaq tökür, tez də xoş və istiqanlı olurdu. Külək də az idi, yağış da. Elə bil, təbiət də maya planlaşan çoxsaylı tədbirlərin və layihələrin uğuruna kömək olmaq istəyir, onların miqyasını himayə edirdi. Mənə elə gəlir ki, bu may biz iyirmi illik müstəqillik yolunu adlayıb yeni bir dövrə keçdik.

Buna bəlkə, yeni keyfiyyət də demək olar. Bu keçidin əvvəlini mən 2003-cü ildə görürəm. Həmin ildə hakimiyyətə gələn Prezident İlham Əliyev öz xəyalında 2012-ci ilin Bakısını – yeni Bakını görürdü. XXI əsrin Bakısını. Biz bu şəhəri həmişə sevmişik, səxavətli torpağımızın rəmzi kimi sevmişik. İndi də sevirik və fəxr edirik. Amma şəhərimizlə fəxr edənlərin, onun tərəqqisi ilə yaşayanların birincisi Prezidentimiz özüdür. Bu gün isə hamımız fəxr edirik. Doqquz milyon vətəndaş birlikdə fəxr edir. Ona görə fəxr edirik ki, Bakının görkəmi xalqımızın həyat keyfiyyətinin, mən deyərdim, yeni həyat keyfiyyətinin güzgüsünə çevrilib.

Bu may mənə daha bir şey aydın oldu ki, xalqın, ölkənin həyat keyfiyyətini müxtəlif cür təsvir eləmək olar: kitablar, albomlar, filmlər, sərgilər yaratmaq, rəqəmləri təbliğ etmək olar. Amma xalqın həyat keyfiyyətinin ən yaxşı təbliğatçısı onun doğma şəhərlərinin görkəmidir. Bu görkəm həm göstərir, həm inandırır, həm heyran qoyur, həm də təsdiq edir. Elə buna görə də arxitektorlar qədim memarlıq abidəsindən söz açanda, birinci onu tikdirmiş hökmdarın, sonra isə dövrü səciyyələndirən tərəqqinin ünvanını deyirlər.

Bu, paradoksdur: insanların iş yeri, ev-eşiyi, hətta zövqü də təzələnə bilir. Amma ən gec və ən çətini onların qoynunda yaşadıqları şəhərin simaca təzələnməsidir. Bu çətinliyin bir səbəbi odur ki, evi sahibi təzələyir. Qonşuların təmirinə baxıb təzə təmir aparır. Amma milyonlarla adamın yaşadığı şəhər heç kimin deyil. Ona görə onun təzələnməsi müşküldür. Çox səbəbə görə müşküldür. Birincisi, şəhərdən əvvəl cəmiyyət dəyişməlidir. Deməli, son iyirmi ildə cəmiyyətimiz də dəyişib, bəlkə də biz bunu lazımi qədər duymuruq. İkincisi, şəhərin təzələnməsi üçün maliyyə lazımdır. Amma bu da cəmiyyətə bağlıdır. Ancaq həqiqətən, təzələnən cəmiyyətdə maliyyə peyda olur.

İkinci müşkül məsələ siyasi iradədir, axı şəhər heç kimin deyil. Siyasi iradə adamları, ölkə rəhbərləri çox olur, cürbəcür olur. Onların çox az hissəsi öz doğma şəhərinin yenidən qurucusu olur. Adətən rəhbərlər bir neçə simvolik bina tikdirməklə kifayətlənirlər. Amma zamanla zamanın fərqi var. Elə zaman gəlir ki, ölkəni yenidən qurmaq, yenidən yaratmaq zərurəti yaranır.

1993-cü ildə Ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdıb dövlətimizi, cəmiyyətimizi yenidən yaratdı. Bu, həm də tarixin hökmü idi. Azərbaycan əsrlərcə həsrətdən sonra öz müstəqilliyinə qovuşmuşdu. Ulu öndər bu müstəqilliyin Konstitusiyasını, qanunvericilik bazasını, iqtisadi bazasını, müstəqil xarici siyasət yolunu, ideoloji əsaslarını yaratdı. Azərbaycanın özəl mənəvi mədəniyyətinin, təhsilinin, ana dilinin çiçəklənməsi üçün bütün tədbirləri gördü. Bunlar müstəqilliyin milli məzmunu idi, zahirən görünməyən tərəfləri idi.

2003-cü ildən başlayaraq qurulanların əsas xətlərindən biri isə müstəqilliyin milli forması idi, onun görümlü özəlliyi idi. Məlumdur ki, təzə məzmun köhnə formada da olur. Özünə yol və biçim axtarır. Amma yenilik öz məxsusi formasını, biçimini tapandan sonra yeni bir keyfiyyət səviyyəsinə keçir. Bu gün biz, həqiqətən yeni Azərbaycanda, müstəqil Azərbaycanda yaşayırıq. Bu yeniliyi hər bir mənzildə, məktəbdə, xəstəxanada, hətta ucqar rayondakı ərzaq mağazasında da görə bilirik. Mən hələ muzeyləri, teatrları, universitetləri, inzibati binaları demirəm. Ən nəhayət, biz həyatımızın yeni keyfiyyət səviyyəsini Bakının gündən-günə dəyişən görkəmində, arxitektura simasında görürük.

İndi mən uzun illər ədəbiyyat müəllimi kimi tədris etdiyim “Firuzə” hekayəsini daha yaxşı anlayıram. İndi daha yaxşı bilirəm ki, insanların həyatını və bu həyatın mərkəzi olan şəhərlərin keyfiyyət dəyişikliyini, hətta ədəbi obrazla təsvir etmək, göstərmək, əyaniləşdirmək nə qədər çətindir. Böyük Cəfər Cabbarlı balaca bir hekayədə Azərbaycanı müasirləşdirən mədəni inqilabın nəticələrini göstərmək istəmişdi. Yəqin ki, buna da nail olmuşdu. Yoxsa onun hekayəsi bolşeviklərin bir saylı qəzeti olan “Pravda”da özünə yer ala bilməzdi. C.Cabbarlının hekayəsi də təəccüb effekti üzərində qurulub: Firuzə balaca fasilədən sonra öz şəhərini tanıya bilmir və təzəliklərə təəccüblənir.

“Eurovision-2012” mahnı müsabiqəsinə gələn qonaqlar da Bakıda gördüklərindən danışanda ən çox “təəccüb”, “heyranlıq” epitetlərindən istifadə edirdilər. Bəli, Bakı və Azərbaycan yeni bir həyat keyfiyyətinə adlayıb və bunu sübut etməyə ehtiyac yoxdur. Mən “Eurovision-2012” mahnı müsabiqəsini yeni Azərbaycanın “prezentasiya məclisi”nə bənzədərdim. Əslində, mahiyyətdə belə də oldu. Dünyanın 46 ölkəsindən gələn qonaq və iştirakçılar, 20 mindən artıq qonaq bu prezentasiyanın xoşbəxt günlərini bizimlə bölüşdülər. Bu, həm də bir milli bayram, milli birlik günü oldu.

Əfsanəvi may ayı bayramı bayrama, sevinci sevincə qatdı, son on ilin nailiyyətlərinə baxışa çevrildi. Mayın 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü qeyd olundu, son iki-üç ildə inşa edilərək qurulan Heydər Əliyev Mərkəzinin təntənəli açılışı odlu. Dünyada analoqu olmayan bu mərkəzin arxitektura həlli beynəlxalq müsabiqə yolu ilə müəyyən edilmişdi. Zaha Hədidin qalib çıxmış layihəsi əsasında tikilmiş bu abidə həm də ölkəmizin müasirləşməsinin rəmzi olacaqdır. Beş hektara yaxın ərazidə, Bakının ən hündür nöqtələrindən birində olan bu Mərkəz çoxfunksiyalı olacaq, elmi araşdırmaları, kitabxanası, informasiya mərkəzi, muzeyi ilə insanlara, müstəqil Azərbaycanın gəncliyinə xidmət edəcəkdir. Mərkəzin açılışında çıxış edən Prezident İlham Əliyev belə bir fikri xüsusi vurğuladı: “Heydər Əliyev bütün dövrlərdə öz xalqına xidmət edib”.

Bu yığcam kəlam şəhərə hədiyyə edilən Heydər Əliyev Mərkəzinin də fəaliyyət devizi olacaqdır. Açılışda Prezidentin Azərbaycan Respublikasının artan beynəlxalq nüfuzundan, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsindən danışması da rəmzi səsləndi.

Heydər Əliyev Mərkəzinin açılışının davamı kimi Ulu öndərin adını daşıyan fondun fəaliyyətinin səkkizinci ildönümü fərəh hissləri ilə qeyd olundu. Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva fondun yaranma tarixindən və çoxsahəli fəaliyyətindən danışdı, təhsil proqramları üzərində xüsusi dayanaraq qeyd etdi ki, fond bundan sonra da təhsilin inkişafına birinci dərəcəli əhəmiyyət verəcəkdir. Fondun təhsil proqramlarını fəal dəstəklədiyinə görə Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Kudzmanası fondun təsis etdiyi “Qızıl Çinar” beynəlxalq mükafatı ilə təltif etdi.

Bir gün sonra – mayın 11-də “012 Baku Public Art Festival”ında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Beyin” əsərinin təqdimetmə mərasimi oldu. Bu mərasim həvəskar rəssamlara və sənətə ölkəmizdə verilən qiymətin, qayğının təcəssümü idi. Monumental sənətin gözəl nümunəsi olan bu əsər də insan və zaman, insan və müasir dünya probleminə həsr edilmişdi və müasirləşən şəhərimizin arxitektura görkəminə hədiyyə oldu.

Mahnı müsabiqəsinin final yarışının gərgin, həyəcanlı, lakin gözəlliklə dolu olan gedişinə dünyanın 46 ölkəsində canlı yayımda baxdılar. Prezident İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva ailə üzvləri ilə birgə yarışmanın final çıxışlarını Kristal Sarayın lojalarında izlədilər. Bütün Avropanın, dünya musiqisevərlərinin, xüsusilə final müsabiqəsinə vəsiqə almış 26 ölkənin diqqəti və gözü Bakıda idi. Bunlar Böyük Britaniya, Fransa, İtaliya, Macarıstan, Norveç, Danimarka, Yunanıstan və başqa ölkələr idi.

Deyirlər təsadüfdən heç nə yaranmır, hər şey nəticədir. Bizim may ayında yaşadığımız bayram da nəticədir. Ölkəmizdə son iyirmi ildə aparılan düzgün, uzaqgörən, Vətənin çiçəklənməsinə, yenidən yaradılmasına yönələn siyasətin nəticəsidir. 2003-cü ildən sonra gedən dəyişikliklərin əsasını Azərbaycanın qloballaşan dünyaya, ilk növbədə Avropaya inteqrasiyasına yeni dinamika verilməsi təşkil etdi. Ölkə Prezidenti ilk xarici səfərini Fransaya, Avropanın mənəvi paytaxtına etdi. Bu, Ulu öndər Heydər Əliyevin qoyduğu ənənə idi, amma həm də ondan fərqli bir hadisə idi.

Bu fərq, ilk növbədə Azərbaycanın Avropa siyasətinin fəallaşmasında, özünə xas hədəflər kəsb etməsində oldu. Prezident Azərbaycanın Avropa siyasətində öz yerini, dəsti-xəttini, öz dəyərlər sırasını aydınladırdı. Amma tale özü Prezident İlham Əliyevə bu siyasətində silahdaş vermişdi. Bu, ölkənin birinci xanımı Mehriban Əliyeva idi. Mehriban xanım Əliyeva Azərbaycanın mənəvi dəyərlərinin, onun mədəniyyət və əxlaqının canlı təcəssümüdür. Bu dəyərlər onun qanında, iliyindədir və tale onu, sanki Azərbaycan dəyərlərini himayə etmək, qorumaq və artırmaq üçün ərsəyə gətirmişdi.

Mehriban Əliyevanın nəcib və humanist təbiəti, yüksək şəxsi mədəniyyəti, milli dəyərləri həm mütəfəkkir, həm də insan kimi sevmək bacarığı Azərbaycanın yeni Qərb siyasətinin leytmotivi və məzmunu üçün bir əsas, bir impuls bazası oldu. Avropada Azərbaycanın həqiqətlərini axtarmaq yox, Avropaya öz dəyərlərimizlə getmək. Öz dəyərlərimizi Avropaya aparıb tədricən onları tanıtmaq və bu yolla ölkənin xaricdə yeni obrazını yaratmaq. Çox zaman bəhrəsiz tarixi diskussiyaları bir kənara qoyub bu günə qayıtmaq və ölkənin bugünkü mənəvi potensialından, mədəni arsenalından istifadə etmək. İnandırmaq, sübutlar axtarmaq yox, mənəvi dəyərləri və onların gücünü göstərmək. Bütün bunlar yeni mədəni siyasət xəttimizin əsas strategiyasını təşkil edir. Və nəticələrə baxanda görürsən ki, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın xarici mədəni siyasətinin möhtəşəm, heyrətləndirici nəticələri ortadadır. Deməli, əvvəlki və sonrakı mədəni xarici siyasətdəki fərqlər fundamental səciyyə daşıyır. Nəticələr heyranedicidir və ortadadır, bununla hesablaşmamaq olmaz. Mənim xatirimdədir ki, 2004-2005-ci illərdə bu siyasətin ilk kövrək addımları atılanda nəticələrə inanmayanlar, hətta xərcləri sayanlar da var idi. Amma bu gün nəticələrə baxın: “Eurovision-2012” mahnı müsabiqəsinin nəticələri ortaya üç-beş il qabaq heç kəsin inanmadığı reallığı qoydu. Bu reallıq isə nə az, nə çox, Müstəqil Azərbaycan Respublikasının yeni beynəlxalq imicidir! Bu imici heç bir maliyyə ilə hesablamaq olmaz. Amma şübhəsiz, bu imic də real maliyyə-iqtisadi dəyərə malikdir. Hər bir şirkət öz imici üzərində əsir, çünki imic gəlir deyil. Gəliri gətirən obyektiv qüvvədir. Deməli, Azərbaycan Respublikasının da dinamik tərəqqisi və varlanması üçün ən zəruri aləti ortadadır: bu, azad, müasir, çoxmədəniyyətli dövlət imicidir, ölkəmizin Avropanın ayrılmaz hissəsinə çevrilməsi faktıdır. Bu faktın ortaya gəlməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın ardıcıl fəaliyyəti, misilsiz bir mədəniyyət səfiri olmaq istedadı həlledici rol oynamışdır. Bunu görmək, bunu qiymətləndirmək və bununla fəxr etmək lazımdır.

Təsadüfi deyil ki, “Eurovision-2012” mahnı müasbiqəsini Bakıda keçirmək üçün Prezident tərəfindən yaradılan Təşkilat Komitəsinin sədri məhz Mehriban Əliyeva oldu. Çünki Mehriban xanım Azərbaycanın baş mədəniyyət səfiridir, UNESCO-nun xoşməramlı səfiridir. Mədəniyyətimizin bütün sahələri – musiqi, rəssamlıq, teatr, kino, tətbiqi incəsənət, təhsil, muzey işi, arxeoloji axtarışlar, idman, ekologiya – öz beynəlxalq əlaqələrini onun zəhməti və ardıcıllığı sayəsində tapıb. Mədəniyyət, incəsənət və idmanda isə insanların şəxsi keyfiyyətləri və münasibətləri daha önəmli rol oynayır. Bütün bunlar sanki onun taleyinə yazılmışdır.

Hələ uşaqlıqdan onun ev tərbiyəsinin iki qanadı oldu: mərhəmət və idman. Mərhəmət onun ziyalı köklərindən, babalarının professional fəaliyyətindən gəlirdi. Hər iki tərəfdən babaları humanist yazıçı və jurnalist, Azərbaycanda mədəni inqilabın, sonra isə 50-60-cı illər mədəniyyət quruculuğunun fəalları idilər: unudulmaz Mir Cəlal müəllim – yazıçı, müəllim və böyük alim və Nəsir İmanquliyev – jurnalist, maarifçi, mədəniyyət hamisi. Bu mənbələrdən gələn mərhəmət xətti Mehriban xanımı həkimlik peşəsinə aparıb çıxardı, insanların sağlamlığına xidmət etməyə sövq etdi.

Azərbaycanın birinci xanımı kimi onun üçün sadə insanlara, köməksiz qocalara, uşaqlara hamilik etmək üçün yeni imkanlar yarandı. Onun ən çox getdiyi yer, məşğul olduğu problem xəstə və sahibsiz uşaqların internatları oldu. Sovetlərdən qalma bu internat müəssisələri Mehriban xanımın, Heydər Əliyev Fondunun qayğısı və imkanları hesabına təmir edilib yeni bir görkəmə gətirildi. Onun nümunəsi bütün cəmiyyətdə təqlid yaratdı: indi tələbə-gənclərimiz, orta sinifə aid ziyalılar arasında internat məktəblərini hamiliyə götürmək, oranın sakinlərinə imkan daxilində dayaq durmaq ölkəmizdə ayrıca hərəkata çevrilib. Heydər Əliyev Fondu milli təbiətimizin, fauna və floramızın da qorunması üçün gücünü və enerjisini əsirgəmir, ekoloji strukturlar və xeyriyyə qurumları yaradır. Çünki Azərbaycanın gələcəyi həm də onun sağlam təbiətindədir, bu təbiəti qorumaq müqəddəs vəzifədir.

Gənclik ölkənin gələcəyidir. Ona görə Heydər Əliyev Fondunda ən böyük diqqət balalarımızın təhsilinə və sağlamlığına verilir. Son on ildə tikilən məktəb və xəstəxanaların tam əksəriyyəti Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın Azərbaycanın gənc balalarına şəfqətli münasibətinin bəhrələridir. Mən bir xalq müəllimi kimi əminəm ki, Mehriban Əliyevanın təhsil layihələri Azərbaycanın tarixində intibah gücü olan bir hadisədir, ayrıca bir mərhələdir.

Hələ körpə vaxtlarından balaca Mehribanın ayaq açdığı ilk yer idman sarayları, məşq meydançaları oldu. Valideynlər onu gimnastika sahəsinə yönəltdilər və nə qədər də uzaqgörən hərəkət etdilər. Bu, idmanın yəqin ki, ən gözəl, ən zərif, həm də incəsənətə, yaradıcılığa, gözəllik sənətinə ən yaxın növüdür. Gimnastikada bu balaca qız həm sağlamlıq qazandı, həm gözəlliyi öyrəndi, həm də insanlarla təmiz mənəvi münasibətlər yaratmaq vərdişlərinə yiyələndi. Bütün bunlar gələcək fəaliyyətində, mədəniyyət və idmanımıza hamiliyində ona gərək olacaqdı və oldu.

Nəhayət, 2002-ci ildə tale Mehriban xanımı Azərbaycan Gimnastika Federasiyasına gətirdi. Amma bu dəfə artıq o, federasiyanın prezidenti seçildi. Ölkənin birinci xanımı balaca Azərbaycan gözəllərinin hamisi oldu, onların məktəbdarı oldu. Buradan Mehriban xanım üçün həyatının ilk arzularından birinə yol vardı: azad, müasir Azərbaycan qızını dünya arenasına çıxarmaq, onun necə qoçaq və müstəqil olduğunu hamıya göstərmək! Çünki o, həmişə inanırdı ki, Azərbaycanlı qadının varlığında gizlənən potensial güc, potensial iradə misilsiz bir yaradıcı qüvvədir. Ona yol və imkan yaratmaq lazımdır. Sonra o, bütün dünyanı heyran qoyacaq.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Gimnastika Federasiyasının hədəfləri belə idi və onlar üç-dörd ilə çin oldu! O, bilirdi ki, adamlar öz ölkəsində peyğəmbər olmur. Ona görə o, üzünü böyük dünyaya, ilk növbədə Qərbə tutdu və hələ 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu qurdu. O, əlaqələr yaratdı, yarışlara getdi və özü də yarışlar təşkil elədi. Bunlar hələ ilk addımlar idi. Mehriban xanım Gimnastika Federasiyasına prezident seçiləndən bir il sonra Bədii Gimnastika üzrə 2003-cü və 2004-cü illərin Dünya Kuboku yarışları Bakıda keçirildi.

Bir müsəlman ölkəsinin Bədii Gimnastika yarışlarının paytaxtına çevrilməsi asan deyildi: axı avropalıların da öz stereotipləri var! Mehriban Əliyeva məqsədyönlü idi: O, həm Avropada, həm də öz evimizdə bütün stereotipləri sındırırdı.

2005-ci ildə Gimnastika üzrə Dünya Çempionatı Bakıda keçiriləndə, bunun informasiya nəticələri dünyaya yayılanda, hamı, xüsusilə sadə adamlarımız da anladılar ki, tale Mehriban Əliyevanı Azərbaycan dəyərlərini XXI əsrdə dünyaya tanıtmaq üçün meydana çıxarıb. Birinci xanımın xalq, xüsusilə sadə insanlar arasında reytinqi artdı, bu reytinq sevgi və pərəstişə çevrildi. Çoxlu insanlar problemləri ilə bağlı ona müraciət etdilər. O da bacardığı xeyirxahlığı əsirgəmədi, yorulmaq bilmədən insanlara əl uzatdı, qayğı göstərdi. Nəticədə, 2005-ci ilin noyabrında Milli Məclisə seçkilərdə onun namizədliyi 92 faizdən artıq səs topladı! Bu, Mehriban xanımın cəmiyyətə, dəyərlərimizə xidmətlərinin qarşılığı idi.

Ölkənin birinci xanımı öz humanitar missiyasını icra etməkdə ardıcıl idi. Xalq üçün, mənsub olduğu Vətənin mədəniyyəti üçün real işlər görməkdə qətiyyətli idi. Gimnastikadan onun qazandıqlarından biri də möhkəm iradə idi. O, idman tədbirlərinin təşkilindəki təcrübəsini mədəniyyətimizin digər sahələrinə də köçürməyə çalışdı.

İdman onun üçün Azərbaycanın mədəniyyətinin qapısı və qanadı idi. O, bu qanadla, milli dəyərlərin gücü ilə silahlanıb Avropa saraylarının qapılarını mədəniyyətimizin üzünə açdırdı. Onun öz fəaliyyəti də tezliklə beynəlxalq səviyyədə etiraf edildi, beynəlxalq qiymət aldı. Mehriban Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri adına layiq görül­dü. Bu, ölkəmizin başını uca etməklə yanaşı, Azərbay­canın qoca bir mədəniyyət ölkəsi imicinin möhkəmlənməsinə sə­bəb oldu. Mehriban xanımın da böyüklüyü, ucalığı beynəl­xalq aləmdə tanındı və etiraf edildi.

Mən bu faktları sadalayıb uzatmaq istəmirəm. “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsinə gələn yolun nə qədər uzaqdan başladığını aydınlatmaq istəyirəm. Bu gün Azər­baycan Avropada və MDB-də beynəlxalq mədəni təd­birlər paytaxtı kimi tanınır və qiymət alır. Bu, ardıcıl mədəni siya­sətin, məqsədyönlü iradənin, Vətənə hədsiz məhəbbətin bəhrəsidir. Bu, ölkənin birinci xanımı Mehriban Əliyevanın Prezidentimizlə çiyin-çiyinə yorulmaz fəaliyyətinin nəticədir.

Biz hamımız yeni və müasir bir Azərbaycan qurmaqda Pre­zi­dentimizə və Onun xanımına dayaq olmalıyıq! “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq, onun uğurlu gedişi daha bir faktı ortaya qoydu: Azərbaycanın yeni mədəni simasını xalqımız birlikdə, həmrəylikdə qurur! Bu kənardan gələsi bir şey deyildi. Biz hamımız Vətənimizin yeni siması ilə, yeni həyat keyfiyyəti ilə fəxr etmək istəyirik və bilməliyik ki, yeni həyat ancaq bizim zəhmətimizdən, təzələnmək əzmimizdən, qabaqcıl ölkə mövqelərinə çıxmaq iradəmizdən doğur. Bu iradəni qoruyaq və gücləndirək.

“Eurovision-2012” mahnı müsabiqəsi bizə nə verdi? Bu, ritorik bir sualdır. Bu müsabiqə bizi daha müasir və olduğumuzdan yaxşı olmağa sövq etdi. Bizə böyük beynəlxalq tədbirlərə ev sahibi olmağı öyrətdi. Biz dünyaya, dünya da bizə daha yaxın oldu. Bir sözlə, biz firavan gələcəyimizə doğru daha bir böyük addım atdıq. Onu yaratmağın özümüzə aid iş olduğunu bir daha anladıq.
Yeni Azərbaycan” qəzeti,

12 iyun 2012-ci il.

M Ü S A H İ B Ə L Ə R
Heydər Əliyevin siyasi hakimiyyətə

qayıdışı ilə tariximizdə uğurlu səhifələr

yazılmağa başlanıb
Bir neçə gündən sonra xalqımız Azərbaycanın və azərbay­can­lıların həyatında çox mühüm bir dönüş mərhələsinin başlandığı günü - Qurtuluş gününü qeyd edəcəkdir. On bir illik müstəqillik ta­ri­xi­mizin doqquz ilində həmin günün bayram əhval-ruhiyyəsi ilə qeyd edilməsi təsadüfi deyil.

Müsahibimiz Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, M.Ə.Sabir adına Pedaqoji Texnikumun direktoru Nurlana xanım Əliyevadır.

1993-cü il iyunun 15-də xalqın böyük əksəriyyətinin dəstəyi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı müstəqilliyimizin ilk illərində tariximizdə qara hərflərlə yazılan günlərə son qoydu, xalqımızın işıqlı günləri başlandı. Həmin tarixi günü bayram əhval-ruhiyyəsi ilə qeyd edən hər bir kollektiv, hər bir azərbaycanlı ən yeni tariximizdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının necə müstəsna rol oynadığını konkret faktların müqayisəsi kontekstində aydın görür və dərk edir.

Müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edən iqtidarın Azərbaycanın müstəqilliyini qorumaq gücündə olmadığı tezliklə bəlli oldu. Onların apardıqları yarıtmaz daxili və xarici siyasət əyani şəkildə sübut edirdi ki, müstəqilliyi qorumaq, onu qazanmaqdan xeyli çətindir. Amma Azərbaycan xalqı bir əsrdə ikinci dəfə qazandığı müstəqilliyini bu dəfə itirmək barədə düşünmürdü. Xalqın bu arzusunu reallaşdıra bilə­cək şəxsiyyətin mövcudluğunun yenidən xatırlanması ürək­lərdə ümid və inam yaratmışdı. İstər Azərbaycana rəh­bərlik etdiyi birinci dövrdəki fəaliyyəti zamanı, istərsə də, müstəqilliyimizin ilk illərində blokada şəraitində olan Naxçıvanda həyata keçirdiyi böyük quruculuq işləri, əhalinin dolanışıq səviyyəsini yaxşılaşdırmaq üçün gecəli-gündüzlü yorulmaz, gərgin fəaliyyəti ilə xalqın ləyaqətli oğlu Heydər Əliyev insanlarda xoş gələcəyə ümidləri artırmışdı.

Müstəqilliyimizin xilasını Heydər Əliyevin siyasi hakimiy­yətə qayıdışında görənlərin sayı respublikamızın bütün bölgələrində sürətlə artırdı. Həmin dövrdəki mövcud iqtidarın bütün təqib və təzyiqlərinə baxmayaraq, memarı və yaradıcısı Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasına hər yerdə üzv yazılanların, Heydər Əliyev ideyaları ətrafında birləş­məyin zəruriliyini dərk edənlərin sayının artması da bununla bağlı idi.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından keçən doq­quz il ərzində xalq arzularının gerçəkləşdirilməsi istiqa­mə­tində atılan inamlı addımların şahidi oldu. Müstəqilliyin itirilməsi təhlükəsinin qarşısı alınmış, onun dönməzliyi, əbədiliyi təmin edilmişdir. Ölkə iqtisadiyyatının tənəzzülü dayandırılmış, iqtisadi müstəqilliyə nail olmaq üçün onun dinamik inkişafına nail olunmuşdur. Ölkənin hər yerində böyük quruculuq işləri gedir, əhalinin üzləşdiyi sosial problemlərin həlli istiqamətində uğurlu addımlar atılır. Başlanmış böyük işlərin səmərəsi Azərbaycanın beynəlxalq nüfuzunun artma­sı­nda, əhalinin sosial-rifah səviyyəsinin gündən-günə yaxşı­laş­ma­sın­da özünü göstərir. Başlıca problemimiz olan Ermənistan-Azər­baycan, Dağlıq Qarabağ münaqişəsinin də ölkəmizin milli maraqlarına uyğun həll ediləcəyinə, işğal edilmiş ərazilərimizin tezliklə azad olunacağına ölkə əhalisinin əksəriyyəti qətiyyən şübhə etmir. Bu il yaranmasının on illiyini təntənə ilə qeyd etməyə hazırlaşdığımız Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatında ən ciddi siyasi qüvvə kimi qəbul edilir. Əhalinin müxtəlif təbəqələrinin, xüsusən gənclərimizin siyasi seçim edərkən, başlanmış böyük işlərin uğurla davam etdirilməsinin fəal iştirakçısı olmaq üçün YAP sıralarında olmağa üstünlük verməsi Heydər Əliyev ideyalarının xoş sabahımızı təmin edəcəyinə inamla bağlıdır. Yeni Azərbaycan Partiyasının tarixi II qurultayında partiyamızın yeniləşməsi və gəncləşməsi istiqamətində aparılan işlərin davam etdirilməsi, bacarığı və səriştəsi ilə böyük siyasətə hazır olduğunu sübut edən İlham Əliyevin YAP sədrinin I müavini seçilməsi partiyamızın bütün üzvlərinin, xüsusən gənclərin ürəyincə olmuşdur. Mən də minlərlə gəncin təhsil aldığı kollektivin rəhbəri kimi gənclərin Azərbaycanımızın xoş sabahına möhkəm inandıqlarının, başlanmış böyük işləri indiki iqtidarın uğurla davam etdirmək gücündə olduğuna şübhə etmədiklərinin şahidiyəm.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından keçən doqquz il ərzində qazanılan uğurları saymaqla qurtaran deyil. Bu sırada, ilk növbədə xalqımızın ən böyük nailiyyəti kimi dəyərləndirdiyimiz bir faktı - on bir ildir ki, müstəqil dövlətin vətəndaşı olmağımızı xüsusi qeyd etmək istəyirəm. Heç kimə sirr deyil ki, müstəqilliyimizin qorunması, möhkəmləndiril­məsi və daha da inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Azər­baycanın regionda lider dövlətə çevrilməsi də Heydər Əliyevin apardığı müdrik, uzaqgörən siyasətin bəhrəsidir. Azərbaycanın dünya dövlətləri sırasında öz layiqli yerini tutmasını, Azərbaycan həqiqətlərini qəbul edən dövlətlərin sayının artmasını xüsusi məmnunluq hissi ilə qeyd etmək istəyirəm. Çünki Azərbaycana qarşı ənənəvi olaraq tətbiq edilən ikili standartların azaldığını, Azərbaycanla qarşılıqlı faydalara əsaslanan əməkdaşlığa üstünlük verildiyinin şahidi oluruq. Bu mənada, Avropa Şurasının strukturlarına inteqrasiya yolunu seçən Azərbaycanda demokratiya və insan haqlarının qorunması istiqamətində xeyli iş görüldüyünün etiraf edilməsi ilə yanaşı, ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq istəyənlərin mövqelərinin zəifləməsi, gələcəyə nikbinliyi artıran amillərdəndir. Bu nikbinliyi artıran səbəblərdən biri möhtərəm Prezidentimiz Heydər Əliyevin dünya siyasətçiləri arasında hədsiz nüfuzu ilə bağlıdırsa, digər mühüm əhəmiyyətli səbəb İlham Əliyevin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində apardığı məqsədyönlü fəaliyyətlə sıx bağlıdır. Təsadüfi deyil ki, həm Qərbdə, həm ABŞ-da, həm Rusiyada, həm də Azərbaycanda gələcəkdə hakimiyyətə gəlmək şansı olan siyasətçilərdən bəhs edilərkən, İlham Əliyevin daha perspektivli siyasətçi olduğu yekdilliklə qeyd edilir.

İllər ötdükcə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə başlanan uğurlarımızın sayı qat-qat çoxalacaq, bunları hər kəs Azərbaycanımıza münasibətdə, öz gündəlik həyatında bundan sonra da hiss edəcəkdir.

Yaxşı haldır ki, ölkə əhalisinin əksəriyyəti daha işıqlı sabahımızın təmin ediləcəyinə həm inanır, həm də onu tezləşdirmək üçün öz töhfəsini verməyə çalışır. Belə bir ab-havanı bütün varlığı ilə milli-mənəvi dəyərlərimizə bağlı olan Heydər Əliyev yaradıb. Elə buna görədir ki, cəmiyyətdə əhalinin bütün təbəqələrinin öz layiqli yerini və qiymətini alan nümayəndələri kimi, qadınlarımız da müxalifət təmsilçilərinin bütün iftira və böhtanlarına baxmayaraq, Azərbaycanımızın daha da inkişafı üçün əllərindən gələni əsirgəmir, Heydər Əliyev ideyalarının həyata keçirilməsinin ön cərgələrində addımlayırlar.

Səs” qəzeti, 9 iyun 2002-ci il.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə