Elnurə musayeva



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix22.05.2018
ölçüsü0,53 Mb.
#45314
1   2   3   4   5   6   7   8   9   ...   18

 

     Vitaminlər,  əsasən,  latın  əlifbası  ilə  işarə  olunsa  da,  bir  qayda  olaraq  kimyəvi 



strukturuna uyğun adlarla da göstərilir.  

     Vitamin preparatları fiziki - kimyəvi xüsusiyyətlərinə və həllediciyə münasibə-

tinə görə 2 qrupda təsnif edilir: 

1.

 



Suda  həll  olan  vitaminlər  -  B  qrup  vitaminlər:  Tiamin  (B

1

  vitamini); 



Riboflavin (B

2

 vitamini); PP vitamini (B



vitamini); Pantoten turşusu (B

5

 

vitamini);  Piridoksin  (B



6

  vitamini);  Sianokobalamin  (B

12 

vitamini);  Fol 



turşusu  (B

c

  və  ya  B



9

  vitamini);  Askorbin  turşusu  (C  vitamini); 

Bioflavonoidlər (P vitamini). 

Bu  qrupa,  həmçinin  vitaminəbənzər  maddələr  də  aid  edilir:  Xolin  (B

4

 

vitamini); Biotin (B



7

 vitamini); İnozitol (B

8

 vitamini); Para - aminbenzoy 



turşusu  (B

10 


vitamini);  Pantoqam  turşusu  (B

15

  vitamini);  Karnitin  (B



T

 

vitamini); S-metilmetioninsulfon (U vitamini) 



2.

 

Yağda  həll  olan  vitaminlər  -  A  vitamini,  D  vitamini,  E  vitamini,  K 



vitamini.  Yağda  həll  olan  vitaminəbənzər  maddələr  -    F  vitamin: 

molekulunda  2  rabitə  olan  üzvi  turşular  -  linol,  linolen,  olein,  araxidon; 

Ubixinon (Koenzim Q

10

); Orat turşusu (B



13

 vitamini) və Lipoy turşusu (N 

vitamini) aid edilir. 

Suda həll olan vitaminlər 

    Tiamin (B

1

 vitamini) - Orqanizmə sutkalıq lazım olan miqdarı kişilər üçün 1,2-

1,4  mq,  qadınlar  üçün  1,1-1,5  mq,  hamiləlik  dövründə  0,4  mq  və  laktasiya 

müddətində  0,6  mq  əlavə  olaraq,  uşaqlar  üçün  yaşdan  asılı  olaraq  0,3-1,5  mq, 

maksimal 5,1 mq – a qədərdir. 

    Farmakoloji  xüsusiyyəti:  Tiamin  difosfat  formada  enerjinin  yaranması  ilə 

nəticələnən yağ və karbohidratların hidrolizi prosesində iştirak edir, aminturşuların 

aminsizləşmə  və  yenidən  aminləşmə  (transaminləşmə)  prosesinə  təsir  edir,  

insulinin  sinergisti  olmaqla,  onun  hipoqlikemik  təsirini  artırır,  qlükozanın 

utilizasiyasını  təmin  edir,  qanda  şəkəri  normallaşdırır,  nukleotidlərdən  sidik 

turşusunun  əmələ  gəlməsinin  qarşısını  alır,  immuniteti  stimulə  edir,  mədə 

sekresiyasını və evakuasiyasını, qaraciyərin detoksikasiyaedici funksiyasını artırır, 



 

tireotrop  hormonunun  əmələ  gəlməsini  stimulə  edir.  B



1

  vitamini  qlükozanın 

pentoza  sikli  üzrə  parçalanmasında  iştirak  edən  transketolaza,  ketoturşuların 

dekarboksilləşməsində 

iştrak 

edən 


dekarboksilazanın, 

ketoturşuların 

parçalanmasında  iştirak  edən  dehidrogenaza  fermentlərin  prostetik  qrupuna 

daxildir. B

vitamininin təsirindən piroüzüm turşusu asetil KoA, ketoqlutaq turşusu 



suksinil  KoA-ya  çevrilir.  Qanda  piruvatların  miqdarını  artırır,  süd  turşusunun 

miqdarını  azaldır  və  ketoasidozu  aradan  qalxır.  B

vitamini  koronar  damarı 



genəldir,  miokardın  oksigenləşməsini,  trofika  və  yığılmasını  artırır,  asetilxolini 

parçalayan xolinesteraza fermentinin aktivliyini azaldır, asetilxolinin toplanmasını 

təmin  edir,  sinir  -  əzələ  sinapsını  stimulə  edir,  sinir  -  əzələ  sinapsında 

depolyarizasiya  prosesinə  təsir  etməklə,  depolyarizasiyaedici  kurareyəbənzər 

maddələrin  təsirini  zəiflədir,  QAYT,  serotoninin  aktivliyinə  təsir  edir,  epinefrinin 

təsirini  uzadır  və  gücləndirir,  MSS  və  vegetativ  sinir  sistemi  impluslarının 

keçiriciliyini artırır, daxili tormozlanmanı azaltmaqla, oyanıqlığı artırır.  

  Farmakokinetikası: B

1

 vitaminin qəbulundan 15 dəqiqə sonra qanda, 30 dəqiqə 



sonra  toxumalarda  rast  gəlinir.  Təsiri  2  saatdan  sonra  meydana  çıxır. 

Yarımparçalanma dövrü (T

1/2

) 9 - 18 sutkadır. B



1

 vitamini bağırsaqdan sorulduqda 

selikli  qişada  difosfotiaminə,  sonra    qaraciyərdə  ATF  -  lə  reaksiyaya  girərək, 

tiaminpirofosfata  çevrilir.  Bu  maddə  dekarboksilazalar  qrupundan  olan  ferment-

lərin  kofermentidir,  ona  kokarboksilaza  da  deyilir.  Qan  plazmasında  sərbəst 

formada, toxumalarda, leykosit və eritrositlərdə sərbəst şəkildə deyil, fosforlu efir 

formasında olur. Əsasən qaraciyər, böyrək, ürək, dalaq, sinir toxumasında toplanır. 

8-10 % dəyişilməmiş şəkildə sidiklə xaric olur.  

  Onun  çatışmazlığı  zamanı  piroüzüm  turşusunun  oksidləşməsi  davam  edə  bilmir 

və piroüzüm turşusunun bir hissəsi toxumalarda süd turşusuna çevrilir, Krebs tsikli 

üzrə  oksidləşmə  zəifləyir,  orqanlarda  piroüzüm  turşusu  toplanır,  asidoz  yaranır. 

Asetil  KoA  çatışmazlığı  fonunda  asetilxolinin  miqdarı  azalır,  transketolazanın 

aktivliyinin  azalması  nəticəsində  toxumalarda  riboza  -  5  -  fosfat  əmələ  gəlmir, 

nuklein turşu sintezi azalır, proses dərinləşdikcə beri - beri xəstəliyi yaranır. Beri - 

beri xəstəliyi çəkinin azalması ilə başlayır, ürək fəaliyyəti pozulur (döş sümüyünün 



10 

 

arxa nahiyəsində ağrı), ürək hipertrofiyası, ritmi sürətlənir, ürək əzələsində nekroz 



əlaməti  və  iflici  olur.  Su  -  duz  mübadiləsi,  həzim  sistemi  -  mədə  -  bağırsağın 

sekretor və motor funksiyası azalır, karbohidratların oksidləşməsi sona kimi davam 

etmir,  ona  görə  də  orqanizmin  energetik  ehtiyatı  azalır,  temperatur  aşağı  düşür, 

əzələ zəifliyi yaranır.  

     Hipervitaminoz  zamanı  diareya,  qaraciyərin  fermentativ  fəallığının  azalması, 

allergik reyaksiya və ya anafilaktik şok (allergiyaya meyilli şəxslərdə, klimakterik 

dövrdə,  alkoqolizm  zamanı)  yaranır,  venaya  sürətlə  vurduqda  arterial  təzyiq  enir, 

tənəffüs süstləşə, hətta kollaps baş verə bilir. 

     İstifadəsinə  göstəriş:  hipo  və  avitaminozda,  periferik  nevrit,  radikulit,  üçlü 

sinirin  nevralgiyası,  paresteziya,  iflic,  ensefalopatiya,  beyinin  üzvi  disfunksional 

dəyişikliyi,  şəkərli  diabet,  treotoksikoz,  piylənmə,  ürək  damar  çatışmazlığı, 

ekstrasistoliya,  miokardiodistrofiya,  endoartrit,  xroniki  alkoqolizm,  hepatit, 

bağırsaq  atoniyası,  mədə  və  12  -  barmaq  bağırsaq  xorası,  xronik  enterit, 

piodermiya, ekzema, psoriaz, dermatit. 

     Preparat  kimi  tiamin  xlorid,  tiamin  bromid  formasında  buraxılır.  Tiamin 

bromidin  molekul  çəkisi  (435,2)    tiamin  xloriddən  (337,27)  çox  olduğu  üçün,  

yüksək  dozada  istifadə  edilir.  1  mq  tiamin  xlorid  1,29  mq  tiamin  bromidə 

uyğundur.  Tiamin  xlorid  bromidə  nisbətən  az  toksikidir,  orqanizimin 

toxumalarında daha çox depolaşır, tiaminaza fermentinin təsirindən zəif parçalanır 

və  kokarboksilazanın  aktiv  formasına  asan  çevrilir.  Dərialtı  inyeksiyada  ağrılı 

olmasının səbəbi aşağı pH - a malik olmasıdır. 

     Kokarboksilaza  -  tiaminin  difosfat  efiridir.  Karbohidrat  mübadiləsində  iştrak 

edən  fermentin  -  karboksilazanın  prostetik  qrupuna  daxildir.  O,  da  α  - 

ketoturşuların  karboksilləşmə  və  dekarboksilləşməsini  kataliz  edir.  Bioloji 

xüsusiyyətinə görə tiaminə uyğun deyil, ona görə də hipo və avitaminozda istifadə 

edilmir.  Əsasən  diabetik  asidozda,  diabetik  və  qaraciyər  koması,  koronar  qan 

dövranı çatışmazlığı, periferik nevritdə təyin edilir.  

Fosfotiamin tiaminin monofosforlu efiridir.  

Benfotiamin tiaminin sintetik analoqudur. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə