Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   42   43   44   45   46   47   48   49   50

98 
 
nümayəndələri  ilə  iştirak  edir,  səsvermə  hüquqlarını  həyata  keçirir  və  seçki 
proseslərinə nəzarət edir. Monitorinqlər aparır, rəy sorğuları həyata keçirir. 
Vətəndaş  cəmiyyətləri  hüquqi  dövlətlərin  dayağında  dayanır.  Dövlət  və 
vətəndaş arasında ictimai-siyasi, mədəni və digər əlaqələrin təşkilində mühüm 
rol  oynayır.  Vətəndaş  cəmiyyətləri  insanların  ictimai  və  siyasi  fikirlərinin 
formalaşmasında  mühüm  xidmətlər  həyata  keçirir  ki,  bu  istiqamət  də  dövlət 
siyasətinin  tərkibini  təşkil  edir.  Vətəndaş  cəmiyyətinin  mövqeyi  və  rolu 
çoxtərəflidir  və  cəmiyyətlə  dövlət  arasında  mühüm  bağlayıcı  vasitələrə 
malikdir. Vətəndaş cəmiyyətinin parlament seçkilərində və seçkiöncəsi təbliğat 
və təşviqat vasitələrində rolu danılmazdır. Belə qəbul etmək olar ki, parlament 
seçkiləri prezident seçkiləri ilə yanaşı (bura bələdiyyə seçkilərini də aid etmək 
olar),  vətəndaş  cəmiyyətlərinin  fəaliyyətlərinin  aktivləşdiyi  mərhələ  hesab 
olunmalıdır.  Çünki  parlament  seçkiləri  elə  vətəndaşların  siyasi  hüquqları 
üçündür  və  siyasi  hüquqların  təminatı  yönündə  əlverişli  bir  metoddur. 
Vətəndaş cəmiyyəti parlament seçkilərində dövlətin qanunverici hakimiyyətini 
formalaşdırmaqla  yanaşı,  öz  hüquqlarını  da  təmin  etmiş  olur.  İctimai-siyasi 
qurumlar  öz  namizədlərini  irəli  sürürlər  və  seçki  proqramları  yolu  ilə  təbliğat 
və  təşviqat  təşkil  edərək,  ümumvətəndaşlar  arasında  öz  aktivliklərini 
göstərirlər  və  müəyyən  üsullarlaa  məram  və  məqsədlərini  müəyyən  edirlər. 
Onların aktivlikləri vətəndaşlarda da müəyyən maarifləndiricilik funksiyalarını 
aşılayır.  
Vətəndaş  cəmiyyətinin  parlament  seçkilərində  roluna  dair  bu  kimi 
ümumiləşdirilmiş  fikirləri bildirmək olar: 
-seçki  proseslərini  ali  siyasi  hüquqların  təmin  olunmasının  tərkibi  kimi 
görmək və proseslərin əhəmiyyətini zaman və məkanda qiymətləndirmək; 
-dövlətin  dayağı  olan  qanunverici  qurumun  təşkilində  yaxından  iştirak 
etmək və maksimum potensial ilə bu qurumda təmsil olunmaq; 
-nizamlı  parlament  ənənəsini  davam  etdirmək  və  bu  yöndə  nizam-
intizamlı  namizədlərin  təmsil  olunmasına  çalışmaq.  Layiqli  və  dəyərli 
namizədləri irəli sürmək; 
-yeni  parlament  etikasını  formalaşdırmaq  və  parlament  aktivliyini  təmin 
etmək; 
-öz tam gücü ilə fəaliyyət göstərən parlamentin formalaşmasına çalışmaq 
və  bu  yöndə  daha  çox  savadlı,  intizamlı  və  ictimai  nüfuzu  olan  şəxsləri 
seçmək; 
-dövlətin  siyasətində  yaxından  iştirak  etmək  və  ümumvətəndaş  fəallığını 
yüksəltmək;  
-dövlətin tamamlayıcı siyasətində yaxından iştirak etmək və cəmiyyət və 
dövlət sintezini yaratmaq. Bu iki tərəfin mərkəzində insan hüquqlarını görmək; 
-seçkiöncəsi  və  seçki  proseslərində  dövlətlə  birlik  nümayiş  etdirmək  və 
vəhdət yaratmaq. Dövlət siyasətini təbliğ etmək; 


99 
 
-vətəndaşlar  arasında  maarifləndirici  işləri  həyata  keçirmək  və  ali  siyasi 
hüquqların dəyərini onlara anlatmaq; 
-hakimiyyətdə təmsilçilik mədəniyyətini təbliğ etmək; 
-dövlətin  fəaliyyətinə  ictimai  nəzarət  həyata  keçirmək,  bu  yöndə 
proseslərdə müşahidəçilik etmək, nəzarət həyata keçirmək; 
-sosial şəbəkələrdən və kütləvi informasiya vasitələrindən lazımi səviyyədə 
istifadə etmək və faydalı informasiya subyekti və obyekti olmaq və s. 
 
Strategiya, taktika  və dövlətin strateji və taktiki sahələrinin   
müəyyən olunması 
 
Məlumdur  ki,  hər  bir  məna  tərkibin  ifadəsidir.  Tərkib  elementlərinin 
müəyyən  məkanda  cəmləşmiş  və  əlaqələr  vəhdəti  təşkil  edən  bütövünün 
ifadəsidir.    Tərkibin  təyinatından,  yəni  elementlərin  istiqamətlənməsindən,  
onun  dərk  olunmasından,  tərkib  elementlərinin  əksindən  mənalar  üzə  çıxır.  
Strategiya 
sözünün  mənası  yunancadan  müharibə  aparmaqdan,  qoşunlara 
rəhbərlik etməkdən ibarətdir. Bu kimi vəziyyətlərin ifadəsi  strategiya adlanıb.  
Klassik  mənada  hərbi  sənət  kimi  qəbul  olunur.    Strategiya  plan  qurmaq 
mənasında  da  işlədilir.  Taktika  da  yunan  sözüdür.  İfadə  kimi  müharibə 
aparmaq  qaydalarını
  özündə  cəmləşdirir.  Planın  özü  strategji  vasitə,  tərkib 
qaydları  isə  taktiki  vasitədir.  Plan  tərkibcə  elə  normalardan,  ölçülərdən, 
hədlərdən,  kəmiyyətlərdən,  həcmdən,  miqdardan,    qaydalardan,  bu  baxımdan 
istiqamətlərdən,  yollardan    ibarətdir.  Bu  kriteriyaları  zaman,  məkan,  imkan, 
şə
rait, qanunauyğunluq  
müəyyən edə bilir. Bu aspektdə strategiya və taktika 
anlayışları fəlsəfi məzmunludur və demək olar ki, konseptual bütöv  və tərkib 
elementlərdən  ibarətdir.  Strategiyanın  tərkibi  strategiya  və  taktika,  taktikanın 
da  tərkibi  elə  kiçik  məzmunlu  strategiyalardan  ibarət  olur.      Hər  iki  anlayış 
məqsəd  və  niyyətləri,  maraqları  və  hədəfləri  müəyyən  edir.  Hər  iki  anlayışda 
vəzifə  və  funksiyalar,  məsuliyyət  və  öhdəliklər  kompleksləşir.  Təyinat 
istiqamətləri  müəyyən  olunur.  Hər  iki  anlayış  şaxələndiricidir  və  tərkib 
etibarilə norma və qaydaların, hədlərin ölçülərini müəyyən edəndir. Strategiya 
daha  genişdir  və  özünün  icrasını  taktiki  üsullarla  həyata  keçirir.  Strategiya 
taktikaya 
istiqamətlər 
verir. 
Taktikanın 
tərkib 
üsullarını, 
yollarını 
müəyyənləşdirir.    Taktiki  gedişlərin  yollarını,  üsullarını  müəyyən  edir. 
Strategiya  taktikaya  əsas  verir,  yönləndirir.  Taktika  bütövün  tərkibini  ayırd 
edir. Strategiya taktiki gedişlərin nəticəsi olaraq da gələcəyə yönəlik məqsədilə 
plan  kimi  ortaya  çıxa  bilir.  Məsələn,  dövlət  siyasətinin  sahələr  üzrə  ardıcıl 
olaraq icrası, yerinə yetirilməsi və əldə edilən resurslar, resursların təyinatı və 
tərkibi,  kəmiyyəti  elə  gələcək  strategiyanın  müəyyən  olunmasında    mühüm 
ə
həmiyyət kəsb edir.   
Strategiya  plandırsa,  taktika  planın  tərtibi  və  icrası  üsullarından    və 
qaydalardan ibarət olan anlayışdır. Bu gün elmi ədəbiyyatlarda və kütləvi dildə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə