Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   5   6   7   8   9   10   11   12   ...   50

18 
 
quruluşu  onun  idarəetməsinin  istiqamət  və  sahələri  üzərində  formalaşır. 
Quruluş  və  istiqamətlər,  subyektlər,  hakimiyyət  qolları  özündə  dövlətin 
məcmu  fəaliyyət  və  mövcudluq  fəlsəfəsini  meydana  gətirir.  Dövlətin  quruluş 
fəlsəfəsi  onun  canlı  bir  orqanizm  kimi  kompleks  və  komponentlərinin 
ə
saslarını  dərk  etmək  yollarını  özündə  ehtiva  edir.  Dövlətin  quruluş  fəlsəfəsi 
onun strukturlarının fəaliyyət məzmununu özündə cəmləşdirir. 
Dövlətin  quruluşu  onun  daxilində  yaşayan  xalqların  etnosiyasi 
parametrlərinə görə də meydana gəlir. Dövlət tərkib etibarilə həm də xalqların 
mədəni  və  iqtisadi  muxtariyyətinə  də  ayrılır.  Ərazini  yerli  inzibati  bölgələr 
üzrə    həm  iqtisadi,  siyasi,  fiziki  parametrlərə  görə,  həm  də  etnomədəni 
aspektlərə  görə  ayırmaq  olur.  Məsələn,  Almaniyanın,  Rusiyanın,  Hindistanın, 
ABŞ-ın  və  digər  çoxlu  sayda  ölkələrin  əraziləri  inzibati  prinsiplər  üzrə 
bölünmüşdür.  Bu  idarəetmə  mərkəzləri  yerli  müstəqilliyi  qismən  təmin 
etməklə  bərabər,  ərazinin  sahələr  və  ərazilər  üzrə  inkişaf  etməsini  qarşısına 
məqsəd  kimi  qoyur.  Dövlət  həm  universal  (məsələn,  unitar  formada, 
mərkəzləşmiş  federasiya  formasında),  həm  də  yerli  əsaslarla-muxtar 
qurumlarla,  inzibati  ərazi  bölgüsü  ilə  qurulur  və  inkişaf  edir.  Dövlət 
quruluşunun fəlsəfəsi mərkəzi və yerli səviyyədə xalqlara xidmətlərə yönəlir.  
Dövlət  quruluşu  inkişaf  və  müadfiə  təminatına  söykənir.  Dövlət  tərkib 
subyektləri ilə inkişaf edir, ona görə tərkibə ayrılır ki, tərkiblərin potensialları 
gücləndirilsin.  Dövlətin  idarəçiliyi  mərkəzi  və  yerli  olur.  Mərkəz  yerləri, 
ə
yalətləri,  vilayətləri,  muxtar  qurumları    öz  mərkəzi  və  yerli  siyasəti  ilə  bir 
arada təmərküzləşdirir. Ən kiçik dövlətlərin ərazilərində yerli bölgülər də təbii 
ki,  kiçik  olmalıdır.  Bu  xətt  əsasən  vahid  idarəetmə  trayektoriyasının  kiçik 
tərkiblərə  bölünməsi  ilə  xarakterizə  oluna  bilər.  Dövlət  ərazisi  və  yaşayış 
məskənləri nə qədər çox olarsa, bir o qədər də bölgü prinsipi çox tətbiq olunar. 
Məsələn, Rusiyada bölgü vahidləri çoxluq təşkil edir.  
Dövlətin  quruluşu  formasına  görə  mütləqdir.  Quruluş  mexanizmlərdən 
ibarətdir.  Bu  mexanizmlərin  məqsədi  maraqların  təminatını  həyata 
keçirməkdir.  Dövlət  mütləq-konkret    və  xəyali    bir  anlayışdır.    Dövlət 
təfəkkürdə hərəkətdə olan canlı bir aparatdır. 
 
Dövlətin quruluş fəlsəfəsinin ümumi əsasları: 
 
-dövlət tərkib etibarilə zəngin olan, lakin vahid təcəssümlü bir qurumdur. 
Bunun səbəbi maraqların müxtəlifliyində, bölgüsündə və vahidliyindədir; 
-dövlətin  
quruluş  fəlsəfəsi  mərkəzi  idarəetmənin  əsaslarını  meydana 
gətirir; 
-dövlətin  quruluş  fəlsəfəsi  düşüncələrdə  mərkəz-ətraf  bütövünün 
yaranmasını özündə cəmləşdiririr; 
-dövlətin quruluş fəlsəfəsi idarəçilik iyerarxiyasını meydana gətirir; 


19 
 
-dövlətin  quruluşu  insanların  tarazlı  əlaqələrinə  və  münasibətlərinin 
zəruriliyinə  söykənir; 
-dövlətin  quruluşu  hakimiyyətlə  xalq  arasındakı  əlaqələrin  əsaslarını 
özündə ehtiva edir; 
-dövlət quruluşu insan maraqlarının təminatı zərurətindən meydana gəlir; 
-dövlətin  quruluşu  insan  maraqlarının  yerli  və  mərkəzi  formada 
təminatına söykənir; 
-dövlətin quruluşu tərkibin təsir obyektinə əsaslanır; 
-dövlətin quruluşu dövlət fenomeninin tam mənasını aşkarlamağa xidmətə 
söykənir; 
-dövlətin quruluşu onun siyasət fəlsəfəsini özündə əks etdirir və s.  
 
Dövlətlərin xarakterik xüsusiyyətləri   
 
Hər  bir  dövlətin  xisləti  var.  Bu  xislət  onun  ictimai-siyasi  status  və 
vəziyyəti  ilə  əlaqəlidir.  Dövlət  xislətinin  bazasında  isə  dövləti  təşkil  edən 
elementlər və elementlərdən istifadə amilləri dayanır. Elementlərin hərəkətləri 
də  xisləti  meydana  gətirir.    Vasitələrin  səviyyəsi    və  vasitələrdən  istifadə 
yolları dövlətin xarakterini müəyyən edir. Dövlətin obyekt və subyektləri məhz 
dövlətin  xarakterini  formalaşdırır.  Dövlətin  xarakteri  həm  dövlətin  daxilində 
formalaşır,  siyasi  fəaliyyətlə  büruzə  verir,  həm  də  dövlətin  xarici  siyasəti  və 
beynəlxalq  münasibətlərdə  davranışları  ilə  müəyyən  edilir.  Bu  davranışlardan 
dövlət  mədəniyyəti  meydana  gəlmiş  olur.  Dövlət  mədəniyyəti  dövlətin  bir 
subyekt kimi daxildə və beynəlxalq aləmdə keyfiyyətlərini aşkarlayır.  
Dövlətlər  xalqların,  insanların  maraqlarının  cəmləşdiyi  sosial-siyasi 
qurumlardır.  Dövlətlərdə  və  cəmiyyətlərdə  maraqlar  bölünür  və  resurslar 
paylanılır.    Bütün  dövlətlərin  əsas  məqsədləri  nəzəri  baxımdan  xalqa  xidmət 
etmək  müddəalarından  ibarətdir.    Nəzəri  amillərlə  yanaşı,  prakit  amillər  də 
mövcuddur.  Dövlət  anlayışını  onun  praktik  fəaliyyəti  tamamlayır.  Dövlət 
praktik  əməllərini  özünün  fəlsəfi  mənasından  götürür.  Dövlət  öz  fəlsəfi 
mənasından  irəli  gələrək  hüquq  normaları  ilə  tənzimedici  funksiyanı  həyata 
keçirir.  Dövlət  anlayışı  özündə  pozitiv  nəzəri  müddəaları  əks  etdirir.  Bu 
baxımdan da dövlət dedikdə, insanların baxışlarında, şüurlarında onları himayə 
edən  tərəf  anlaşılır.  Dövlət  nəzəri  və  praktik  mənada  insanları  əhatə  edən, 
onların  sosial  qayğılarını  həll  edən  və  sosial  qayğıların  həlli  istiqamətində 
insan  fəaliyyətinə  şərait  yaradan  ictimai-siyasi  qurumdur.  Dövlət  insan  
maraqlarını və insan hüquqlarını özündə ehtiva edən və müəyyən vəzifələrə və 
səlahiyyətlərə  malik olan kompleksdir. İnsan hüquqlarının  müəyyən olunması 
və  tənzimlənməsi  zərurətindən  irəli  gələrək  dövlətlər  idarəetmə  hüquqlarına 
malik  olurlar.  Əslində  insan    öz  idarəçilik  hüququnu  dövlət  adlanan  qurumda  
ortaya  çıxarır.  İdarəçiliyin  başlıca  məqsədləri  xalqa  tarazlı  xidmətləri  həyata 
keçirməkdən  ibarət  olur.    Dövlət  müdafiəedici,  təminedici,  istiqmətləndirici, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə